Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                     “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” .....                 

"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
Tarix: 22-01-2013, 12:10 | Çap et
"MƏNİ RAMİZ MEHDİYEV TUTDURUB"
ƏVƏZ ZEYNALLIDAN İLGİNC AÇIQLAMALAR

“Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı «Bizim Yol» qəzetinin suallarını cavablandırıb. O, həbs edilməsinin səbəblərini, burada Gülər Əhmədovanın rolunu açıqlayıb. Əvəz Zeynallı sabiq deputatın qəzetimizə verdiyi müsahibədə səsləndirdiyi ittihamlara da cavab verib. Baş redaktorla müsahibənin ilk hissəsini oxucularımıza təqdim edirik.

- Əvəz bəy, sabiq deputat Gülər Əhmədova qəzetimizə müsahibəsində sonuncu məhkəmə proseslərində onun yüksək çinli məmurları qadınlarla təmin etməklə bağlı səsləndirdiyiniz ittihamı fantaziya adlandırıb. Söylədiklərinizi əsaslandıra bilərsənmi?

- Birincisi, mən bir ildir “dəmir barmaqlılar” arasındayam və heç bir fantaziyadan söhbət gedə bilməz. Çünki biz dəqiq və konkret hüquqi müddəalarla məhkəmədəyik, hər bir məsələnin də hüquqi izahı var. İkincisi, mənim Gülər Əhmədovaya qarşı ittihamım yalnız məmurları qadınlarla təmin etməklə bağlı olmayıb, onu həm də uşaq alverində ittiham etmişəm. Bəyan etmişəm ki, Gülər Əhmədova Azərbaycanın ən böyük uşaq alverçilərindən biridir. Bunu da “divarın küncünə” baxıb deməmişəm.

- Əlinizdə fakt varmı?

- Mən həbsdə olduğum zaman “Turan” İA-də uşaq alveriylə bağlı çox ciddi analitik yazılar gedib. Həmin məqalələri bir qədər təhlil edəndə aydın olur ki, illərdir Respublika Uşaq Təşkilatı hansı işlərlə məşğul olub?! Yeri gəlmişkən, Gülər Əhmədova ilə bizim ilk konflikt hələ 2002-03-cü illərdə bu qurumla bağlı olub.

- Nə yazmışdınız ki...?

- Biz Azərbaycanda uşaqların vəziyyətini araşdırmaq üçün ondan müsahibə almaq istəyirdik, ancaq sabiq YAP-çı deputat bizə təəccüblə reaksiya verdi və müsahibəyə də gəlmədi. Sonra münasibətlər normallaşanda da uşaqların vəziyyətilə bağlı suallarımızı cavablandırmadı. İndi mənim üçün bəzi məsələlər aydınlaşır ki, əslində, Gülər Əhmədova kim imiş!

- Kim imiş Gülər Əhmədova?

- Gülər Əhmədova Azərbaycan mafiyasının ən böyük qadınlarından biridir. O qədər ciddi ki, bunu mən indi həbsxanada bilirəm, yəni o, nə boyda mafiyanın üzvüdür. Ki, bir ölkənin hüquq-mühafizə orqanları bu qadını həbs edə bilmirlər. Təsəvvür edin ki, cinayətdə təqsirləndirilən şəxs qismində qadını ölkədən çıxarırlar, sonra həmin qadını Türkiyədə onun adamları qarşılayır və nəhayət, öldürür.

- Ancaq Gülər Əhmədova bütün bunları təkzib edir...

- Təkzib etməklə deyil ki! Birinci, prokurorluq Sevin Babayevanın Gülər Əhmədova tərəfindən ölkədən çıxarıldığını təsdiqlədi. İkinci, mərhumun oğlu mətbuata anasının Gülər Əhmədova tərəfindən zəhərləndirildiyini bəyan edir, o zaman mən Əvəz Zeynallını niyə 15 aydır həbsxanada saxlayırlar?! Əgər Əvəz Zeynallını bir “quru” ərizəylə həbsdə saxlaya bilirsinizsə, deməli, istənilən məsələlərə reaksiya vermək lazımdır. Birinci sualına qayıdaq, Əhmədovanın məmurları qadınlarla şantaj etməsi çox açıq məsələdir və onun da bunu gülüşlə qarşılaması mənə maraqlı gəldi. Axı bunu mən yox, Elnur Məcidli, yaxud Elşad Abdullayev dəfələrlə bəyan edib.

- Axı sübut etmək lazımdır...

- Yox, mənə cavab verən mafiyanın qadını onların cavabını verməli idi. Əgər Əvəz Zeynallı deyəndə qiymətə minirsə, mən çox şeyi sübut etmişəm. Vaxtilə söylədiklərim bir-bir sübut olunur, mən Gülər Əhmədova ilə Sevinc Babayevanın yanında olmalı, yaxud işıq yandırmalı deyiləm ki! Sevinc Babayevanı Azərbaycan cəmiyyətində çox əvvəllərdən tanıyırdıq, ötən ilin iyulun 2-də Gülər Əhmədova məhkəməyə gələndə o, da gəlmişdi. Hətta mənim üstümə hücum da etdi və prosesdə dəhşətli bir qalmaqal çıxartdı. Ondan kimliyini soruşanda cavab verdi ki, Gülərin pərəstişkarıdır və hakimiyyətyönlü jurnalistdir. Mənim məhkəməmdə elə hadisələr olub ki.... Sadəcə, mətbuat diqqətli olmayıb, bu faktdır ki, Sevinci ilk dəfə biz tanımışıq.

- Gülər Əhmədova Sizi insanların şəxsi həyatından yazmaqda ittiham edir. Onun söylədiklərini təkzib edə bilərsənmi?

- Həmin fikrindən iki abzas sonra Əhmədova deyir ki, Əvəz Zeynallı hüquqşünasdır, məsələlərə də o məntiqlə baxmalıdır. İndi təsəvvür edin, Elşad Abdullayev Gülər Əhmədova haqqında serial yayımlayır, bu seriallarda təsdiqlənir ki, o, deputat olarkən adamları qorxudaraq pul alır, söhbət milyonlardan gedir və bu pullar Ramiz Mehdiyevin kabinetində sayılır. Bütün bunları fakt hesab etməyən Gülər Əhmədova məni insanların şəxsi həyatı haqqında yazmaqda ittiham edir. Sual edirəm, kimlərin şəxsi həyatı barəsində yazmışam? Axı fantaziyayla danışmaq olmaz, özü də məni fantaziyayla danışmaqda ittiham edir. O hansı kişidir ki, mən onun qızı, arvadı haqqında yazmışam, “Xural” qəzetinin “podşivkası” ortadadır. Ciddi jurnalistikayla məşğul olanlar çox gözəl bilir ki, Əvəz Zeynallı hər şey edib, amma insanlara “qurşaqdan aşağı zərbə” vurmayıb. Yəni Əvəz Zeynallının etdiklərini bu gün də, sabah da çoxları edə bilməz. Elə mən də etdiklərimin çoxunu bundan sonra edə bilməyəcəm. Ancaq mən insanların həyat yoldaşına, qızına, ailəsinə heç bir zaman toxunmamışam. İllərdir bu barədə danışırlar və bunun mənbəyinin və səbəbinin haradan olduğunu da bilirəm.

- Hardandır?

- Gülər Əhmədovanı üzərimə göndərənlər həm də mənim qətlimi planlaşdıranlar olub. Mənim həbsimdən 19 gün sonra Əhmədova “Yeni Müsavat”a deyib ki, ailəsini qoruyub. Məhkəmədə də “oğul böyüdüb ki, gedib Əvəzi vurub öldürsün” sözlərini dedi. Sonradan bildik ki, Gülər Əhmədova ölümlərdə iştirak edib, mafiyanın qadınıdır, yəni ölüm bunlar üçün adi bir şeydir. Həbs olunmazdan əvvəl Redaktorlar Birliyinin toplantısında dedim ki, birimizi həbs edəcəklər, digərimizi isə öldürəcəklər. Həbsimdən bir neçə ay sonra çox hörmətli həmkarlarımdan biri vəkilim vasitəsilə “Əvəz kimi deyirdi, mənbə hardan idi, çünki onu həbs etdilər, Rafiq Tağını öldürdülər” sualını göndərdi. Ola bilərdi, yerimiz dəyişik olsun. Bu məqamı ona görə vurğuladım ki, onlar “Əvəz Zeynallı kiminsə ailəsinə toxunub deyə öldürüldü” deyə fikrini aşılayacaqdılar və istəklərini də bunun üstündə qurmuşdular. Sadəcə, o qədər qabiliyyətsiz və bacarıqsız bir iş quraşdırdılar. Əli Həsənovun qurduğu iş belə də olmalıydı. Təəssüf ki, bu gün Azərbaycanda ciddi jurnalistlər və qəzetlər peyda olub ki, onlar millətin maraqlarından çox Əli Həsənovu, Ramiz Mehdiyevi, Vüqar Səfərlini sevirlər. Qayıdıram məsələnin məğzinə, Gülər Əhmədova hələ yaşayır, Allah etsin ona bir şey olmasın. Bu ölkədə onun hələ çox məktubları olacaq, əgər yaşayacaqsa, həbsxanadan məktublar yazacaq.

- Bu fikri hansı arqumentlə əsaslandıra bilərsən?

- “Bizim Yol” qəzetində onun müsahibəsindən iki gün öncə məhkəmədə yaxınlarıma dedim ki, bu gün, sabah Gülər Əhmədovanın açıqlaması ola bilər, həyacanlanmayın.

- Bu, informasiya idi, yoxsa ehtimal?

- Mənim həbsxanada vaxtım çoxdur, vəziyyəti təhlil edirəm, analiz və məntiq hər şeyi göstərir. Məni Gülər Əhmədovanın əliylə həbs etdiriblər, indi də işin içindən çıxa bilmirlər. Hər şey Ramiz Mehdiyevin boynunda qalır, o da üzərindən atmaq üçün Əhmədovanı önə verib. Sabiq YAP-çı deputat isə hər şeydən çəkinir, bir balaca tənəffüs əldə edən kimi, düzdür, Əli Həsənovu istəyən qəzetlər ona sənin verdiyin sualları vermədilər, amma sən sual verdikdə, o, dərhal “Əvəz, vallah mənlik deyil, sən bilirsən axı məsələ kimlikdir” mesajını verdi. Bax, bu məhkəmə zalına gələn hər kəs də “axı sən bilirsən ki, niyə həbs olunmusan” deyir. Sabir Tarıverdiyev hakimə dedi ki, möhtərəm hakim, Əvəz Zeynallının yazılarını oxuyubsunuz, bunun yazdıqlarını oxuyanda adamın “ayaqları göydə qalır”. Bunlar hamısı yazılarıma görədir, həmin bu namus oyununu da ona görə oynamışdılar ki, məni nədəsə ittiham etsinlər. Amma “Xural”ın “podşivkası” ortalıqdadır, Azərbaycanın ən ciddi araşdırmaçı jurnalisti kimi arxivi verə bilərəm, buyur, araşdır. Həyatda mümkün olan şey deyil ki, mən insanların şəxsi həyatından yazım.

- Bəs səbəb nədir?

- Səbəbi özün sual edirsən ki, Gülər xanım, fakt göstərin, amma göstərə bilmir. Yaxud audio yazını sual edirsən, cavab verir ki, tapmayıblar, lap yaxşı, azad etsinlər də. Bu qədər cahillik olarmı? Halbuki, sübut adlandırıb məhkəməyə təqdim etdiyi audio yazıda Gülər Əhmədovanın kabluklarının səsi var, tık-tık-tık, vəssalam! Məntiq var, ciddi bir şeyin olduğunu deyirdisə, hanı, axı gizli çəkilişləri özləri edirlər. Halbuki, Azərbaycanda gizli çəkilişləri, səs yazılarını jurnalistlər etməlidir, çünki bu bizim peşədir, ancaq əksinə proses baş verir, bu işi bizə qadağalar qoyanlar həyata keçirir. Son səs yazılarında, video-roliklərdə medianın rolu yoxdur, sən demə, Azərbaycanda heç jurnalistika yox imiş ki. Gülər Əhmədova bütünlüklə şər danışır, onun oğlu, rəfiqləri Rüxsarə Axundova, Tənzilə Rüstəmxanlı, işçisi Zaur Mirzə məhkəməyə gəldilər. Rüxsarə Axundovaya sonradan vəzifə verdilər. Bu adamlar heç nə bilmədiklərini, yazıdan, anonsdan xəbərləri olmadıqlarını dedilər. Əhmədova müsahibəsində anons verildiyini söyləyir, ancaq heç anons da yoxdur. Bir yazı olub, o da Əhmədovanın qəzetin işçilərinə qanorar verə bilməməsi barədəydi və düz də çıxdı, qəzeti bağlandı.

- Müsahibəsində Əhmədova dəfələrlə Sizi həbs etdirmədiyini bildirir, bu fikirlərə cavabınız...?

- Cinayət işi 4 cilddən ibarətdir, surətini verə bilərəm. Birinci məhkəmə qərarını Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələrinə əsasən qəbul edib. Qərarda görün nə yazılıb: “2011-ci ilin iyul ayının sonu, avqustun əvvəllərində Əvəz Zeynallı onda Gülər Əhmədova barəsində şəxsi və işgüzar nüfuzuna xələl gətirən məlumatların olduğunu, bu materialların çap olunacağını bildirməklə deputata hədə-qorxu tətbiq edib, materialların çapının dayandırılacağı müqabilində, yəni səlahiyyətlərinin icrası ilə əlaqədar edilən hərəkətə görə ondan özü üçün birbaşa, şəxsən maddi nemət olan külli miqdar təşkil edən 10 min manat pulu rüşvət kimi istəmişdir”. Təsəvvür edirsinizmi, istəmişdir sözü yazılıb, bu, nə biabırçılıqdır?! Bir ildir proses gedir, ancaq heç nə tapa bilmirlər, məhkəmə, prokuror tıxanıb. İndi Əhmədovanın sən Natiq Cavadlıya verdiyi müsahibəsinin tərcüməsi budur: “Əvəz Zeynallını mən tutdurmamışam!”. Düz deyir, məni Ramiz Mehdiyev tutdurub. Bir ildir mənim Gülər Əhmədovadan istədiyim bu idi. Neçə vaxtdır məhkəmədə bəyan edirəm ki, Gülər Əhmədova Mehdiyevin deputatıdır, parlament də onundur və onun tapşırığıyla həbs edilmişəm. Ancaq Əhmədova sonda qalxıb dedi ki, Əvəz Zeynallı səni mən həbs etdirməmişəm, səni Mehdiyev tutdurub. Vaxt gələcək bunları da deyəcək, fərqi yoxdur həbsxanadan yazsın, yaxud başqa bir formada.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
“Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Dünən, 06:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru