`Azərpoçt` vətəndaşı çətin duruma salıb .....                     Adı DÖVLƏTİNDİR... dadı isə... .....                     Lukaşenko Belarusda keçirilən seçkilərdə .....                     "Mənim çəkim qədər pulunuz var..." .....                     Trampın 1 həftədə etdikləri... .....                     Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir .....                     “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər .....                     Məhkəmədəki etiraf aranı qarışdırdı .....                     İşdən çıxarılan müəllimə məhkəməni uduzdu .....                     Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər .....                     Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib .....                     "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? .....                     Tramp Qrenlandiyanı satın almaq istəyirsə... .....                     Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı .....                     Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də .....                     Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür .....                     Söz bitdi, iş zamanıdır... .....                     Türkiyə PUA-sı Ermənistana daxil olub? .....                     “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” .....                     Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur .....                     COVID-19 qalmaqalı alovlanır .....                     Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır .....                     Baş nazirin "psixotrop" iddiaları... .....                     Cənubi Qafqaz Birliyi .....                     "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim" .....                     Paşinyan revanş mesajı verdi .....                     “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” .....                     Belarusda prezident seçkiləri baş tutmuş elan edilib .....                     Ərdoğan öz ad günündə Xocalıya gələcək… .....                     ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: .....                     "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar" .....                     Zaur Mikayılovun adamı istədiyini edirsə.... .....                     SEPAH süni intellektli raketləri kimə tuşlayıb? .....                     “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” .....                     Ətin qiyməti niyə artıb? .....                     Avropa Birləşmiş Ştatları... .....                     İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? .....                     Araikin Bakıda etirafı Paşinyanı qorxutdu .....                     Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır .....                 

MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
Tarix: 23-01-2013, 12:48 | Çap et
MÜŞFİQ ƏLƏSGƏRLİ DƏRDİMİZDƏN DANIŞDI
"JURNALİSTLƏRİN MAAŞLARI ÇOX AŞAĞIDIR"

Azərbaycan jurnalistlərinin 2012-ci il sosial durumu ilə bağlı vəziyyəti Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) jurnalistlər arasında keçirdiyi sorğuda üzə çıxıb. Təşkilatın yaydığı yekun hesabatla bağlı JuHİ-nin sədri Müşfiq Ələsgərli «Kaspi»yə müsahibə verib.

Ürək açmayan mənzərə

- Rəhbərlik etdiyiniz təşkilat jurnalistlərin keçən illə bağlı sosial vəziyyətini əks etdirən sorğunun nəticələrini açıqlayıb. Yekun hesabata nəzər saldıqda vəziyyətin o qədər də ürəkaçan olmadığı görünür.
- Müqayisə ilə götürəndə son 5-6 il ərzində çox ciddi dəyişikliklər olub. Azərbaycanda 2008 və 2009-cu ilə qədərki durum fərqlidir. Bu illərə qədər orta əmək haqqı gündəlik qəzetlərdə, agentliklərdə 200-250 manat civarında idi. Amma 2012-ci ildə artıq 500-600 manat əməkhaqqından danışırıq. Düşdür, bu, çoxluğa aid deyil. Az faiz redaksiyalarda əmək haqqı həddən artıq yüksəkdir. Keçən il üçün orta göstərici 350-400 manat civarındadır. 70 faiz redaksiyalarda vəziyyət bu cürdür. Təcrübə göstərdi ki, əvvəlki illərlə müqayisədə 100-150 faiz artım var. Bəzi yerlərdə əməkhaqqında 2-3 dəfə artım olub.
- Jurnalistlərin əməkhaqlarının keçən illərə nisbətən artmasından danışdınız. Ancaq dediyiniz məbləğ jurnalistlərin qayğılarını ödəyirmi?
- Biz bu barədə ürəkaçan səviyyədə danışa bilmərik. Nəzərə alaq ki, jurnalistlərin aldığı əməkhaqqının məbləğinin bir qismi kirayə haqlarına paylanır, digər bir qismi isə iş sərfiyyatına gedir. Nəticə etibarı ilə götürəndə əməkhaqqının çox cüzi bir hissəsi onların şəxsi dolanışığına qalır. Bütün bunlar ya jurnalistlərin iş yeri hesabına ödənilməlidir, ya da ki, əmək haqları o səviyyəyə çatmalıdır ki, özləri ödəyə bilsinlər. Məsələn, ölkədə bir neçə ildir ki, ipoteka kreditləri kampaniyası həyata keçirilir. Yüzlərlə vətəndaş bu kampaniyada iştirak edir. Redaksiyalardakı sorğularımızdan məlum oldu ki, iki jurnalist ipoteka krediti götürə bilib. Onlar da müxtəlif yollarla – ya kiməsə tapşırtdırılıblar, ya da krediti hansısa başqa variantlarla əldə edə biliblər. Normal halda jurnalistin aldığı əməkhaqqı ipoteka kreditinə düşmür. İpoteka krediti əldə etmək üçün irəli sürülən şərtlər arasında əməkhaqqının minimum 500 manatdan yuxarı olması tələb olunur. Bu isə təbii ki, jurnalistləri bu xidmətdən yararlanmaq imkanından məhrum edir. Ya jurnalistlərin əməkhaqları o dərəcədə artmalıdır ki, onlar bu krediti əldə edə bilməlidirlər.

Ya da ipoteka krediti şərtlərində dəyişiklik olmalıdır. Yəni jurnalistlər ipoteka krediti alan sosial zümrə kimi tanınmalıdır ki, onlar bu xidmətdən istifadə edə bilsinlər.

Arqumentsizlik

- Həmçinin jurnalistlərlə banklar arasında sanki keçilməz hasar var. Jurnalistlər nəinki ipoteka krediti, hətta kiçik və orta məbləğli, kreditlər də götürə bilmirlər. Bankların bu etimadsızlığı nə ilə bağlıdır?
- Banklardan digər təyinatlı kredit götürməklə bağlı bizim təşkilata 60-a yaxın şikayət daxil olub. Çox maraqlıdır: jurnalistlər redaksiyaların verdiyi arayışla gedib banklardan kredit götürə bilmirlər. Adi məişət texnikası, əmək texnikası almağın özü də problemə çevrilib. Biz bu barədə dəfələrlə söhbətlər aparmışıq, hətta, bankların özləri ilə də müzakirələrimiz olub. Bilmirəm, bu, qeyri-rəsmi bir qadağadır, yoxsa nədir?
- Bəs bankların arqumentləri nədir?
- Arqumentləri yoxdur. Deyirlər ki, belə bir şey ola bilməz, gəlsinlər, bizim üçün fərqi yoxdur. Amma faktiki olaraq jurnalistlər gedirlər və kredit ala bilmirlər. İndiyə qədər aldığımız cavabları analiz edirik, amma məntiqi bir səbəb tapa bilmirik. Əvvəllər redaksiyalarda dayanıqlıq yox idi. Buna görə keçən illərdə banklarda hər hansı qorxu yaranmasını başa düşmək olardı. Amma son illərdə stabilləşmə yaranıb. Ən azı 50-yə yaxın redaksiya var ki, onlar 8-10 ildir stabil fəaliyyət göstərirlər və onların sıradan çıxacağı üçün hər hansı bir əsas yoxdur. Banklar ən azı bu cür təşkilatlarla işləməlidirlər. Düzdür, ölkədə 5 minə qədər KİV qeydiyyatdan keçib. Təbii ki, bu gün də qondarma KİV-lər var və meydana gəlirlər. Hər halda ölkədə ciddi redaksiyaların da bir siyahısı var. Amma birmənalı şəkildə bütün redaksiyaların jurnalistlərinə kredit verməkdən imtina etmək anormallıqdır. Bu, ciddi problemdir. Əvvəllər təklif var idi ki, biz bu cür bankların qara siyahısını hazırlayıb elan edək ki, nə üçün onlar jurnalistlərə kredit verməkdən imtina edirlər? Biz hesab edirik ki, bu problem hansısa səviyyədə öz həllini tapmalıdır.

Ziyanlı hal

- Siz sorğuda ən böyük problemlərdən biri kimi əmək müqavilələrinin simvolik xarakter daşıdığını qeyd etmisiniz. “Simvolik” müqavilələr nəyi əks etdirir?
- 2009-cu ilin göstəricilərinə görə, jurnalistlərin 85 faizinin əmək müqaviləsi yox idi. Çox az redaksiyalarda 15 faiz əmək müqaviləsi imzalanmışdı. Amma indi göstəricilər yaxşılığa doğru dəyişib. Redaksiyalarda 95 faiz əmək müqaviləsi imzalanıb. Bütün bunlar yaxşı göstəricilərdir, amma mahiyyət etibarı ilə tam ürəkaçan da deyə bilmərik. Redaksiyalarda bağlanan 95 faiz əmək müqaviləsinin 90 faizi simvolik müqavilələrdir. Yəni, baş redaktora yaxın olan jurnalistlərin əmək müqaviləsi imzalanıb və yaxud, vergi idarələrinə göstərmək, hər hansı görüşlərə təqdim etmək üçün kağız üzərində müqavilələr var. Əgər bir redaksiyada 10 nəfər çalışırsa, onun 3-4-ü ilə müqavilə bağlanıb, qalan işçilər isə əmək müqaviləsiz fəaliyyət göstərirlər. Bu isə ağır bir nəticədir. Bunlar 100 faiz real müqavilələr olmalıdır. Ancaq biz bu faktları görə bilmirik.

- Siz jurnalistlərin mənzil məsələsinə toxundunuz. Məlumdur ki, hazırda ölkə başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binası tikilir. Təbii ki, bu, bütün evsiz jurnalistlərin tələbini ödəyə bilməyəcək. Bəs evsiz jurnalistlər ordusunun tələblərini necə ödəmək olar?
- Orta statistikaya görə, ölkədə 15 mindən yuxarı, bəzi açıqlamalarda 30-40 mindən çox jurnalistin olduğu bildirilir. Təbii ki, onların hamısının tələbatını ödəmək mümkün deyil. Heç onların dövlət tərəfindən tam təmin olunması ədalətli də deyil. Hər halda iş prinsipi var: onun jurnalistikada hansı xidmətləri var, nə qədər təcrübəsi var, nə qədər faydalı əməklə məşğuldur? İndiyə qədər müxtəlif təkliflər olub. Məsələn, jurnalist kooperativ birliyinin yaradılması və s. Amma təhlillərimiz nəticəsində gəldiyimiz qənaət belədir ki, ipoteka kreditlərində jurnalistlər üçün güzəştlər nəzərdə tutulsun. Bu məsələni həll etməklə biz çox böyük addım atmış olarıq. Hesab edirəm ki, onda jurnalistlərin böyük bir qismi mənzilsizlik problemindən xilas ola bilər. Əks halda, jurnalistlərin evsizlik problemi ilə bağlı radikal bir dəyişiklik gözləmirəm.
- Jurnalistlər gecə-gündüz vətəndaşların tibbi və icbari sığorta problemindən danışır. Amma hələ özlərinin də bu problemi həll olunmamış qalır. Məsələ həmçinin sizin sorğuda da yer alıb.
- Bu, çox ciddi problemdir. 70 redaksiyada keçirdiyimiz sorğuda məlum oldu ki, jurnalistlərin heç birinin nəinki tibbi sığortası yoxdur, hətta, bu barədə anlayışa malik deyillər. Qəbul olunmuş beynəlxalq praktikaya görə, işçilər çalışdığı təşkilatın hesabına tibbi sığorta olunmalıdır. Onlar nəinki müayinədən keçə bilməlidirlər, hətta, zərurət yarandıqda sığorta hesabına müalicənin bir hissəsini də götürə bilməlidirlər. Biz 4 redaksiyada tibbi sığortanın kampaniya şəklində təşkil olunduğunu müşahidə etdik. Ancaq işçiyə lazımdır ki, onun ehtiyac duyduğu anda tibbi sığortadan yararlana bilsin. Ümumi şəkildə götürəndə tibbi sığorta tətbiq olunmur və bu, çox ziyanlı haldır.

Ya neqativ, ya pozitiv

- Sadalanan problemləri nəzəri deyil, praktikada həll etmək üçün hansı təşkilatlar öhdəlik daşıyır? Jurnalistlər dərdini kimə deməlidir?
- Problemin həllinin iki variantı var: birinci, beynəlxalq təcrübədən çıxış edərək, bir də Azərbaycan şəraitindən çıxış edərək. Beynəlxalq təcrübədən yanaşsaq, qanunvericilikdə problemi qabartmaq və problemdən çıxış yolu və təkliflər Həmkarlar İttifaqının funksiyasıdır. Bir şərtlə ki, Hİ-nin də yerli strukturları olmalıdır. Hər bir redaksiyada yerli strukturların üzvü olmalı, onlar problemləri qaldırmalı, müraciət etməli və həllinə cəhd göstərməlidirlər. Təəssüflə qeyd edirəm ki, redaksiyaların çoxunda Hİ strukturları olmadığına görə və ya mövcud olub, sadəcə, bu mövcudluqlarından xəbərsiz olduqlarına görə, bu təşəbbüsləri qaldırmırlar. Ona görə də jurnalistlər ağır duruma düşürlər. Digər tərəfdən, Azərbaycandaxili şərtlər elədir ki, hələ HT olaraq tam strukturlaşma mövcud olmayıb. Redaksiyalarda da strukturlaşma məsələsini sona çatdırmaq mümkün deyil. Tutaq ki, hər redaksiyada ştatın 30 faizi ilə əmək müqaviləsi imzalanır, 70 faizi ilə yox, onda hansı redaksiya maraqlıdır ki, onun tərkibində HT yaransın və bu cür problemləri qabartsın? Məsələyə digər kontekstdən baxaq: bəyəm redaksiyaların redaktor sistemi və ya KİV-də işə götürənlərin hamısı saxtakardırlar? Yox. Bəs onları bu cür davranmağa məcbur edən nədir? Səbəb odur ki, şərtlər ağırdır, onlar da çıxış yollarını bu variantda görürlər. KİV redaksiyası rəhbərlərinin vəziyyəti düzəlməlidir ki, onlar da qaydalar çərçivəsində işləməyə meylli olsunlar. Redaksiyanın da, redaktorun da vəziyyətinin düzəlməsi üçün də bu vəzifələr həyata keçirilməlidir. Yəni biz oturub gözləyək ki, kimsə kənardan bunu həyata keçirəcək, buna ümid etmək olmaz. Redaksiya daxilində müqavimət, təkliflər, cəhd olmalıdır. Jurnalistlər bu problemləri qaldırıb tələb etməlidirlər. Redaktor da bu problemlərin düzəlməsi üçün addımlar atmalıdır. Qarşılıqlı münasibətlərdə bir passivlik olduğuna görə vəziyyət də bu cür hala gəlib. Əvvəllər bu cür məsələləri ciddi şəkildə tələb etmək olmurdu. Ona görə ki, KİV-in başqa gəlir mənbələri yox idi. Artıq dövlət səviyyəsində, KİV Fondu səviyyəsində redaksiyalara kifayət qədər maddi yardım göstərilir. Artıq onların imkanları düzəlir. Bu düzəlmə getdikcə də artıq redaksiyaların strukturlaşma və normativlər səviyyəsində qurulmasına cəhd göstərmək lazımdır.
- Jurnalistlərin Həmkarlar Təşkilatını yaratmaq üçün Həmkarlar İttifaqları Konfederasiyası ilə danışıqların nəticəsi nə yerdədir?
- Biz cəhdlərimizi davam etdiririk, görüşləri intensivləşdiririk. Əlavə olaraq yüksək sferalarda müzakirələr açılır. Mənə elə gəlir ki, yaxın hansısa cavab alacağıq.
- Cavabdan asılı olaraq nəticələr necə olacaq?
- Neqativ cavab olarsa, əslində işimizə heç bir ziyanı gəlməyəcək. Çünki beynəlxalq praktikada da belədir ki, hər hansı sahə Həmkarlar İttifaqının Konfederasiya tərkibinə daxil olması zəruri deyil. Daxil olacağı təqdirdə, əlbəttə ki, daha yaxşıdır. Çünki onların böyük potensialları var. Daxil olmasa, biz o bazadan məhrum olacağıq. Amma onların tərkibinə daxil olmasaq, həmin bazanı özümüz də yarada bilərik. Təbii ki, o bazanı elə özümüz yaradacağıq. Biz artıq o prosesə başlamışıq. Təşkilatın tərkibində təhlükəsizlik fondu olacaq. Təbii ki, jurnalistlər Hİ-yə üzvlük haqqı köçürməlidirlər. Həmin üzvlük haqları Təhlükəsizlik Fondunda yığılır və toplanmış vəsait gələcəkdə hər hansı jurnalist ekstremal vəziyyətə düşəndə onun probleminin həlli üçün istifadə olunacaq.
\ kaspi \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49
Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42
Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33
"Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30
Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24
Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17
“TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15
Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35
İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32
Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28
Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22
"Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00
SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56
Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42
Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35
Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24
Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21
Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19
Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15
“Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12
Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07
COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30
Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26
Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03
Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58
"Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52
Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50
“Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06
Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03
Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08
ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38
"Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36
Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29
SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41
Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36
Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30
İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11
Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06
Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03
“Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45
'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41
"Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30
Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24
Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19
İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12
"ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44
İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38
Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33
Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru