"SƏHƏR TEZDƏN HANSI NAZİR YUXUDAN TEZ OYANIRSA"....
Tarix: 1-02-2013, 12:10 | Çap et
"ELƏ BİLİR ÖLKƏNİN SAHİBİ ODUR" DİA.AZ olaraq Sabiq daxili işlər naziri İsgəndər Həmidovun AzNews.az-a müsahibəsini təqdim edirik:
- Ölkənin ümumi siyasi mənzərəsini necə xarakterizə edərdiniz?
- Ölkədə nə var ki, nədən də danışasan. Bu gün ölkədə pərakəndə müxalifət var. Ölkənin durumu belədir ki, səhər tezdən hansı nazir yuxudan tez durursa, elə bilir, ölkənin sahibi odur. Ölkədə xaotik bir vəziyyət və bundan çıxış yolu axtarmağa çalışan insanlar var.
- Konkret olaraq nəyi nəzərdə tutursunuz?
- Baxın görün, silsilə ölümlər haradan qaynaqlanır. Heç kimə sirr deyil ki, bütün bunlar Daxili İşlər Nazirliyinin şinelindən çıxır. Eynilə də silsiləli adam təqibləri məsələsində də bu qurumun adı hallanır. Əgər bu ölkə qanunlarla idarə olunursa, heç olmasa zahirən qanuna riayət olunsun. Ölkədə 99 faiz sosial problemlərdən əziyyət çəkən xalqla, yanaşı, 1 faiz harınlamış məmur ordusu var. Rayonlarda baş verən son proseslər, üsyanlar da bunun nəticəsidir. Bu inqilabları, üsyanları bu gün mənim, sabah dostlarımın üzərinə qoyacaqlar. Amma bütün bunlar xalqın təbii nifrətidir.
- 1992-ci ildə DİN-ə nazir təyin olunanda oranı “şeytan yuvası” adlandırmışdınız. Nəyə əsaslanırdınız?
- Oranı şeytan yuvası adlandırmağa haqqım vardı və nə dediyimi də bilirdim. Çünki məni “şeytan yuvası”na göndərmişdilər. 32 il orda işləyən şəxs kimi oranın nə demək olduğunu da yaxşı bilirdim. İndi həmin “şeytan yuvası” dönüb ilan yuvası olub, camaatı çalır.
- Bəs sizin nazir olduğunuz bir ildə “şeytan yuvası”nda nə dəyişdi?
- Ən azından, Azərbaycan polisinə məhəbbət yaranmışdı. DİN-də köklü islahatlara gəlincə, bütün istintaq təcridxanalarını ayırıb hamısını Ədliyyə Nazirliyinə verdik. Eyni zamanda da bütün islah əmək düşərgələrini ayırıb Ədliyyə Nazirliyinin tabeçiliyinə keçirdik, milisi polislə əvəzlədik, Bələdiyyə polisi yarandı. Bundan əlavə, ən uğurlu addımımız bütün istintaq idarələrinin birləşdirilərək Amerikada olduğu kimi Federal Büro tipli qurum yaratmaq idi. Milli Təhlükəsizlik, Daxili İşlər, Prokurorluqdan istintaqı ayırıb müstəqil idarə yaratmaq istəyirdik. Məqsədimiz Daxili İşlər Nazirliyini sırf cinayətkarlığa qarşı mübarizə idarəsi etmək idi. O dövrdə ən uğurlu nailiyyət Banditizm və Terrorizmə Qarşı İdarənin yaradılması oldu ki, biz bu məsələdə Amerikanı da qabaqlamışdıq. Bizim hakimiyyət dəyişdikdən sonra o idarənin adını dəyişib Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi qoydular və bir dənə də iqtisadiyyat şöbəsi yaradıb pul yığmağa başladılar.
- Azərbaycan müxalifətini bəzi dövlətlərin təsiri altına düşməkdə günahlandırırlar. Bu barədə nə deyə bilərsiz?
- Azərbaycan müxalifəti deyəndə siz kimi nəzərdə tutursunuz? “Cib müxalifəti” var, sağ, sol ciblər mövcuddur, sağ döşü əməni də, sol döşü əmənləri də görürük. İndi yerindən duran hamısı deyir mən müxalifətəm. Azərbaycan müxalifətində “ana müxalifət” varsa, deməli, “ata müxalifət” də olmalıdır. Ana müxalifət dediklərimiz səfirliklərlə əməkdaşlıq edirlər, özü də düz edirlər. Bir anlıq təsəvvür edin ki, özünü demokratik hesab edən dövlətlərlə əməkdaşlıq yoxdur. Onda görün nələr baş verə bilər. Biri var, ABŞ, Fransa, İngiltərəyə Azərbaycanın maraqlarını satasan, biri də var, sən onlarla söhbət aparırsan ki, mən də insan kimi yaşamaq istəyirəm, mənim də vətəndaşım insan kimi yaşamağa layiqlidir. Necə ki, Fransada söz sahibi olan gedib səs verir, səsinin sahibi olur və sən də onun səsi ilə hesablaşırsan, eləcə də mən Azərbaycanda bunu istəyirəm.
- Amma milli-mənəvi dəyərləri satanların olduğu da istisna deyil...
- Belələri bir deyil, yüzlərlədir. 10 milyona yaxın əhalisi olan Azərbaycanda 82 partiya var. Mən onu qəbul etmirəm ki, müxalifət mitinqə çıxır, iqtidarla üz-üzə durur. ABŞ səfiri də telefonu götürüb ona da deyir geri çəkil, buna da deyir geri çəkil, onlar da ona əməl edirlər. İki qardaşı niyə ABŞ səfiri bir-birilə barışdırmalıdır? Millətçilik nəzərindən yanaşanda mənim diktatorum Amerikanın demokrat prezidentindən yaxındır mənə.
- 20 faiz torpağımız işğal altındadır, ölkənin daxilində isə düşmənçilik atmosferi...
- Bu gün Azərbaycanın 57 faizi işğal altındadır. Dərbənd, İrəvan, Borçalı, Dağıstanı ala bilmirsən, bəs Dağlıq Qarabağın işğaldan azad olunmasına sözün nədir? Müdafiə naziri çıxıb deyir ki, lazım gəlsə Qarabağı azad edəcəyik. Deməli, lazım deyil də. “Lazım olsa” nə deməkdir, bu nə sözdür? Bu nazir, general sözü deyil. Müdafiə naziri, general deməlidir ki, gedirəm dağıdam, prezident isə deməlidir otur yerində. Bizdə 6 ay iqtidar deyir ki, torpağı müharibə yolu ilə azad edəcəyik, müxalifət deyir yox hələ danışıqlar yolu tükənməyib. 6 aydan sonra müxalifət müharibədən, iqtidar isə danışıqlardan danışır. Müharibə cəsarət istəyir, müharibə qan-qada, ölüm deməkdir. Amma müharibəsiz də mümkün deyil. Torpağın uğrunda ölməsən, o, sənin vətənin olmayacaq. Bu gün kürsü hesabına varlanmaq amili vətənpərvərlikdən də, hər şeydən də öndə gəlir.
- Necə düşünürsünüz, müharibə ehtimalı nə dərəcədə realdır?
- Yaxın illərdə Olimpiya, “Eurovision” və bu tipli şeylər gözləyin. Deməli, 2015 də belə getdi. “Eurovision”a iki milyard pul xərclədilər. Əgər ermənilərə bir milyard versəydilər, çoxdan Ağdam azad olunardı. Qarabağın azadlığına dörd milyard yarım pul lazımdır. Napaleondan soruşurlar ki, müharibə üçün nə lazımdır. Deyir ki, üç şey: üçü də pul.
- Ermənilərlə atəşkəs imzalamışıq, bəs daxildə gedən müharibədə “atəşkəs” nə zaman imzalanacaq?
- Kaş ki, Allah bizə içimizdə müharibənin başlandığı günü nəsib edəydi. İnsanın içərisində müharibənin başlaması şeytana qalib gəlmək olur. İçimizdə hələ yaltaqlıq, yarınmaq, əli pullulara yaxınlaşmaq, yalandan bəh-bəhlə yarış, kiməsə mesaj vermək gedir. Bu gün Azərbaycan müxalifətinin mübarizəsi bir-birinə qarşıdır. Əgər kimsə deyirsə ki, müxalifət birləşib iqtidara qarşı mübarizə aparır, inanmayın.
- Müharibə deyəndə mən də bunu nəzərdə tuturam…
- Mən nə müharibə, nə də vətəndaş müharibəsi çağırışları etmirəm. Amma vətəndaş müharibəsindən çıxan dövlət də, millət də güclü olur. Qarabağın azadlıq yolunu kimin necə gördüyünü müəyyənləşdirmək üçün 100 kişi və 100 qadın arasında sorğu keçirilib. 80 faiz kişi müharibə deyil, sülhün tərəfdarı olduğunu, 80 qadın isə “müharibə edib torpağı geri almalıyıq” deyib. Bu gün kişilər qadınların əlindən qeybəti, kiminsə arxasınca danışmağı da alıblar. Əvvəllər qeybəti qadınlara günah bilərdilər. Bu gün Azərbaycan kişisi qadının üzərində paltarı tutub “əyninə yaxşı olar” deyirsə, görün bu ölkə nə vəziyyətdədir. Görün, ölkədəki vəziyyət qadınla kişinin yerini necə dəyişib. Əgər bu gün kişi qadın paltarı satırsa, deməli, onun kişiliyi yoxdur.
- Bəlkə ona görə də Qarabağı almaq istəmirik?
- Biz Qarabağı almaq istəyirikmi, bu istiqamətdə hansısa təbliğat gedirmi? Səfər Əbiyevin rəhbərlik etdiyi nazirlik buna qadirdir? Hələ ki, televiziyalarımızda şou gedir, üzdəniraqlara, ayağı sürüşkən qadınlara xalq artisti adı verilir. Bütün bunların hamısı məqsədyönlüdür. Onları ona görə nümayiş etdirirlər ki, onların həyat tərzi nümunə seçilsin. Televiziyalar icazəsiz evlərimizə daxil olan silahdır. Bütün bunlar ona hesablanıb ki, heç gələcək nəsillər də Qarabağı almaq haqqında fikirləşməsin. Qarabağı almaq barədə hakimiyyət fikirləşməli, vətəndaşı da bu məsələdə özünə dayaq olmağa hazırlamalıdır. Başlarına kərpic vuranların televiziyalarda nümayiş etdirilməsi sizi çaşdırmasın. Onlar bizi döyməkdən ötəri hazırlanır. Kərpic vuranların müharibədə tülkü kimi qaçdıqlarını görmüşəm. Cəsarətlə qorxaqlığın arasında bir an var. Adam var ki, bir dəfə qorxaqlıqdan keçib cəsarətin əsirinə çevrilir. Adam da var bu sərhədi adlaya bilmir.
- Çoxları bu il hansısa dəyişikliyin olacağını iddia edir. Siz necə düşünürsünüz?
- Mən falabaxan deyiləm, reallığa, həqiqətə, praktiki əmələ inanıram. Ona görə də hesab edirəm ki, bu il mübarizə, təşkilatlanma ilidir. Biz təşkilatlanmasaq da xalq özü bizi təşkilatlandıracaq. Kimsə sinəsinə döyüb 1988-ci ildə mitinqləri təşkil etdiyini iddia edirsə, inanmayın. Kamran Bağırov Moskvadan zəng vurub dedi ki, Qarabağı ermənilərə verirlər. Bunu eşidən xalq ortaya çıxaraq, bizdən dövlətin müstəqilliyini, demokratiyanı, Qarabağın azadlığını tələb etdi. Xalq zamanı çatanda liderini seçib qabağa verəcək.
- Xalq indi yeni liderləri ortaya çıxaracaq, yoxsa, yenə əvvəlki simalar öndə olacaq?
- Allah eləsin ki, xalq yeni-yeni liderləri ortaya çıxarsın. Kim yeni liderlərin ortaya çıxmasından qorxursa, deməli, o heç Azərbaycan xalqını, dövlətini də istəmir. Allah eləsin bu millətin içərisindən 7 milyon lider çıxsın. Lider axtarmaq lazım deyil, xalqı lider etmək lazımdır. Türkiyədə xalq lider oldu, savaşa qatıldı, Atatürkü ortaya çıxardı. Ənvər Paşanın hörməti Atatürkdən on dəfə artıq idi, amma xalq mübarizəyə qalxanda Atatürk kimi bir lider üzə çıxdı. Onun yanındakılar heç də ondan geri qalan deyildilər.
- Müxalifət rayonlara səfərlərini hakimiyyətin əngəllədiyini iddia edir. Maneənin qarşısını almaq üçün liderlərin rayonlara birgə səfər etməsi mümkündürmü?
- Nə vaxt ki, müxalifət “mən”i bizlə əvəz edəcək, onda siz dediyiniz olacaq. Bu gün həmin “mən” sözü insanları birləşməyə qoymur. Bu gün biz hamıya ləkə ata-ata gedirik. Bu gün Azərbaycanda İslam dünyasına ləkə gətirənə “lider” deyirlər, Rusiya KQB-sinin agenti olanın prezidentliyə namizədliyini verirlər. Onlar bizim günahımızdır, biz arxivləri açsaydıq indi onların səsi çıxmazdı. Əfsuslar ki, açmadıq, çünki özümüzdən də 5-6 nəfər orda idi.
- “Ziyalılar Forumu”na və onların fəaliyyətinə münasibətinizi bilmək maraqlı olardı…
- Əvvəla, gəlin bu ifadəni aydınlaşdıraq. Mənim anlayışıma görə ziyalı xalqa zireh olmalı, ona dəyən zərbəni ilk əvvəl qarşılamalıdır. Əfsuslar olsun ki, Azərbaycanda ziyanlı ziyalıdan çoxdur. “Ziyalılar Forumu”nda böyük hörmətim olan adamlar da var. Əgər bu gün yüz nəfər gedib Əli Kərimlinin evinin qarşısında onun ailəsini fitə basırsa, İsa Qəmrərin Lənkəran səfəri əngəllənirsə və buna ziyalı susursa, mən onları ziyanlı sayıram. Ən azı ziyalı gedib onlara etiraz etməlidir. “Ziyalılar Forumu” toplaşır, müzakirələr aparırlar, Allah işlərinə xeyir versin. Ayrı-ayrılıqda şəxsiyyətlərin üzərində dayanmaq istəmirəm. Amma bir insan ki, 6 il Heydər Əliyevin katibi olub, biri “Basmaçılar Hərəkatı” rəhbərinin arvadını aparıb rusa baş arvad seçibsə, biri 5 il hakimiyyəti tərifləyib, əlindən obyekti alınandan sonra birdən birə bu qədər eybəcərliyi görürsə, biri Yazıçılar İttifaqına sədr seçilə bilmədiyi üçün müxalifətə keçirsə, mən belələrinə inanmıram. Mən ziyalının içərisindən gələn yanğısına inanıram.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|