Şənbə, 1 mart 2025, 17:21:47  
   İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir .....                     Qarın yaratdığı fəsadlar: .....                     Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? .....                     Zelenskiyə qarşı çevriliş planı hazırlanır? .....                     Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil .....                     Əmək müqaviləsinə xitam verilərkən .....                     Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi .....                     Norveç Ukraynaya maliyyə yardımını artıracaq .....                     Vens iki həftə əvvəl demişdi... .....                     Dehli bu siyasətini dəyişdirməyəcək .....                     Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan .....                     Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına .....                     Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində .....                     Fatimə Mövlamlı həbs edildi .....                     Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır .....                     Sərhədlərin delimitasiyası: .....                     Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib .....                     Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? .....                     Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi .....                     Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı .....                     Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     Vardanyanın məhkəmə hiyləgərliyi .....                     Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... .....                     Paytaxtda qarın təmizlənməsi davam edir .....                     Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək .....                     Azərbaycandan Öcalanın çağırışına REAKSİYA .....                     Özümü Trampın qarşısında günahkar saymıram .....                     Məktəblər nazirliyin nəzarətindən çıxır? .....                     Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər .....                     İki nəfəri güllələyərək öldürən şəxsə .....                     “Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” .....                     248 saylı orta məktəbdə nə baş verir? .....                     Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... .....                     "Belə bir fətva vermək əbəsdir" .....                     Qayıbov özünü toxunulmaz bilir .....                     AZERCELL müştərilərinin qəpiyinə möhtacdır .....                     Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir .....                     "EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu .....                     AYB üzvü ANAR-ı biabır etdi .....                 

FAZİL MUSTAFADAN İLGİNC AÇIQLAMALAR
Tarix: 6-02-2013, 10:39 | Çap et
FAZİL MUSTAFADAN İLGİNC AÇIQLAMALAR
"ÖLKƏ TƏHLÜKƏYƏ YÖN ALIR"

Böyük Quruluş Partiyasının sədri, Fazil Mustafa son günlərin aktual mövzularına dair AzNews.az-ın suallarını cavablandırıb.

- Fazil bəy, son günlər ölkədə hadisələr sürətlə bir-birini əvəz edir. Nə baş verir, baş verənləri nə dərərcədə təsadüfi saymaq mümkündür?

- İndiyə qədər nə baş verirdisə indi də həmin proseslər gedir. Müəyyən məsələlər köhnədən qalan problemlərin həll olunmamasının nəticəsidir. Müəyyən məsələlər isə laqeyd yanaşmanın təzahürü olaraq meydana çıxır. Eyni zamanda özümüzdən asılı olan və asılı olmayan obyektiv məqamları da nəzərdən qaçırmaq olmaz.

- Konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Məsələn, Rusiyanən Ermənistana açıq-aşkar dəstək verməsi və bu istiqamətdə fəaliyyəti intensivləşdirməsi bizdən asılı olmayan bir çox məqamlarla bağlıdır. Eyni zamanda hansısa bir yazıçının Azərbaycan xalqına qarşı özünün fikilərini belə bir təhqiramiz formada ifadə etməsi, aşağılaması obyektiv yanaşmadır, yəni bizdən, ümumi ab-ahavadan qaynaqlanan məsələ deyil. Bütövlükdə özümüzdən qaynaqlanan məsələlər odur ki, hüquqi sistemimiz xeyli zəiflədi, hüququn aliliyinə inam azalmağa başladı.

- Necə düşünürsünüz, bəs “Binə”, İsmayıllı hadisələri nədən qaynaqlanır?

- Bu hadisələrin hamısının bir səbəbi var: ölkədə hüquqi nihilizm artıq üstünlük tapmağa başlayıb, qanunların işləməməsi problemi mövcuddur, yerlərdə vətəndaşlarla münasibətlərin düzgün qurulmaması, işsizlik problemi çox ciddi məsələyə çevrilib. Bütün bunların üst-üstə yığılmasını nəzərə alanda isə tipli hadisələrin baş verməsini gözlənilən saymaq olar.

- Bütövlükdə cərəyan edən proseslərə verilən reaksiyalar, səsləndirilən fikirlər vəziyyətdən çıxış yolunun tapılması baxımından adekvatdırmı?

- Cəmiyyətdə müxtəlif təbəqələri var və müxtəlif əhval-ruhiyyədə, müxtəlif dini, müxtəlif əxlaqi səviyyədə, müxtəlif dünyagörüşündə olan insanlara rast gəlinir. Bütün bunların hamısı da davranışı özləri istədiyi, özləri seçdiyi biçimdə həyala keçirir. Bu da o deməkdir ki, müəyyən davranışların müəyyən dərəcədə tənzimlənməsi çox çətindir. Sadəcə, burada problem bir qədər siyasi yanaşma, siyasi hakimiyyətin mövqeyi ilə bağlı məsələlərdir. Bəzi məsələlər var ki, bunu həddən artıq siyasiləşdirmək yanlışdır. Bəzi məsələlər var ki, onu hüquq müstəvisində çözmək lazımdır.
Necə olur ki, bir rayonda etiraz edən insanları cəzalandırırsan, amma etirazın hədəfi olan insanların başını sığallayırsan? Bu artıq hüququn işləməməsinin göstəricisidir. Yaxud, qeyri-hüquqi vasitələrlə bir yazarın əsərinə münasibətin ortaya qoyulmasına rəvac verirsən. Qulaq kəsilmək, evinin qarşısında aksiya keçirmək, əsərini dəfn etmək kimi yanlışlıqlara yol verilir. Elə məsələlər var ki, o kütlənin iştirakı ilə çözülmür. Burada ictimai qınağın daha sivil formaları tapılmalıdır ki, müasir dövrdə həmin əsərdə göstərilən vəhşiliyin sübutunu ortaya qoymayasan. Ona görə də düşünürəm ki, bu kimi məsələlərdə davranışlar, emossiyalar, reaksiyalar müxtəlif ola bilər, amma bunun yönləndirilməsində rolu ola biləcək institutların doğru çalışması vacibdir. Biz bunu müşahidə etmədik.

- Bunu nəyin göstəricisi hesab edirsiniz?

- Bu göstərdi ki, ziyalı sözü lazım olan yerdə ziyalı tapılmır, hüququn işləməli olduğu yerdə hüquq işləmir, qanun yoxdur. Üçüncü bir məqam isə siyasətin müdaxiləsinə zərurət olmadığı yerdə siyasət müdaxilə edir. Bu faktorlar da xoş mənzərə yaratmır və ölkəni təhlükəli bir məcraya doğru sürükləyir.

- Sizcə, bütün bunları ictimai fikri yayındırmaq kimi başa düşmək, yoxsa götürülən siyasi xəttin naşılığı kimi qəbul etmək olar?

- Hər ikisi var. Təbii ki, əgər bir hadisə baş verirsə, ondan hər kəsin müxtəlif formada istifadə etməsi gözləniləndir. Yəni, hansısa hadisə baş versə hər kəs onu öz marağına uyğun olaraq yönləndirməyə çalışacaq. Bu bəlli məsələdir, amma burda məqsədyönlü olan müəyyən detallar da var. Ümumiyyətlə, götürdükdə isə cəmiyyətdə yığılıb qalan problemlər o qədər çoxdur ki, başqa formada ifadə olunan, qarşımıza çıxan hadisələri olduğu kimi qəbul etməyimiz doğru deyil. Onu hansısa səbəbin nəticəsi kimi qəbul etməyimiz lazımdır. Ola bilsin ki, nəticə səbəbi ilk baxışda göstərməyə bilər. Məsələn, kimsə adam öldürürsə, onu kriminal olaraq qiymətləndirmək olar ki, adam içib, bıçağı götürüb, gedib kimisə öldürüb. Amma bunun səbəbini araşdıranda səbəblərin çox olduğunu görürsən. İşsizlikdir, iş yerləri qapalıdır, insanın özünü təsdiq etməsi üçün heç bir fəaliyyət sferası qalmayıb və o da bu yolu seçib. Qeyd etdiyim kimi, səbəb artıq elə bir nüansda yatır ki, onu bəlkə də birbaşa açıq şəkildə bununla bağlamaq olmur. Amma ciddi araşdıranda görürsən ki, kökündə o yatır.

- Bir xaos, anlaşılmazlıq, izahı çətin olan ictimai-siyasi mənzərəylə üz-üzəyik...

- Bu ondan irəli gəlir ki, ölkədə müzakirə mühiti yoxdur. Milli Məclis səlahiyyətsiz, fəaliyyətsiz, imkanlara sahib, siyasət istehsal etməkdə çətinlik çəkən bir quruma çevrilib. Parlament ordu məsələsinə hər hansı bir şəkildə nəzarət edə, deputat funksiyasını layiqincə yerinə yetirə bilmir. Eyni zamanda da büdcə məsəsləsinə. Bütün bunların hamısını həyata keçirə bilmədiyindən formal səlahiyyətlərdən o yana keçə bilmir. Ona görə də bir neçə məmurun düşüncəsi bütün parlamentin düşüncəsini əvəz edir. Bu məsələlər müzakirə edilmədiyindən alınan qərarlar strateji xarakterli olmur və bir çox hallarda da bunun bədəlini ödəməli oluruq. Bilirsiniz bu nəyə oxşayır? Bir il əvvəl, Moskva prospektində binaların üzləri böyük xərclər çəkilərək bəzədildi, amma bir il sonra həmin binalar sökülməyə başladı. Bu artıq bir fəlakətdir və bu onu göstərir ki, bir il sonranı görən zehniyyət yoxdur. Bundan yapışmaq lazımdır və problemin kökünə vardıqca görürsən ki, bu proseslər çoxdan qaynamalı, üzə çıxmalı idi. Bəs, bunlar niyə, hansı səbəbdən gecikib, onun üzərində dayanmaq lazım gəlir.

- Yuxarıların idarəçiliyi itirdiyi, aşağıların isə belə idarəçiliyə etiraz etdiyi indiki sitiuasiyada bizi nə gözləyir?

-“Bu gəminin yolu hara” adlı yazımda bəzi məqamlara aydınlıq gətirmişəm. Müdriklərin bir sözü var: hara getdiyini bilməyən gəmiyə rüzgar da kömək etmir. Bu mənada, gün hara getdiyini bilməyən Azərbaycana nə neft gəlirlərindən gələn vəsait, nə əlverişli beynəlxalq şərait, nə müəyyən dərəcədə dünyanın mövcud demokratik standartları, nə də bəlkə də xeyrimizə olan bir sıra faktorlar kömək edir. Ona görə kömək etmir ki, hara getdiyimizi özümüz bilmirik, günü başa vurmaq üçün çalışırıq. Bundan xilas olmağın yolu ölkədə dialoq mühitinin yaradılmasıdır ki, müzakirələrdə ölkənin gələcəyi barədə daha aydın fikirlər ortaya çıxsın. Təəssüflər ki, bu yoxdur, problemin kökündə də bu dayanır. Azərbaycanda uzun illərdir azad iqtisadi zona yaradılması təmin olunmadı. Halbuki bu çoxlu sayda insanların işsizlik problemini aradan qaldıra bilərdi. Eynilə bir sıra başqa sahələrdə də problemlər həllini tapmadı.

- Bütün bunlar sonda ciddi sosial partlayışa gətirib çıxara bilərmi?

- Əlbəttə. Əgər bu siyasətin önlənməsi baxımından qəti, ağıllı formada yol seçilməsə, sosial partlayışa yönələn proseslə üz-üzə qalağaçıq. Mövcud proseslərlə bağlı çıxarılan qərarlar hər halda doğru olmadı, məsələn Binə hadisələrinə görə niyə bir nəfər məmur gedib onlarla görüşmədi. Baş nazirin hansısa bir müavini üçün gedib öz vətəndaşları ilə görüşməsi belə çətindir. Evinə çörək pulu aparmaq üçün bütün günü ayaq üstə qalan vətəndaş yazıq deyilmi? İsmayıllıda vətəndaş nəyəsə narazılıq edibsə, bunu bir dinləmək lazımdır, dalaşmaqla məsələ çözülmür ki. Seçilən belə üslublar da yaxşı istiqamətə aparmır.

- İndi İsmayıllı hadisələrinə görə Müsavat partiyası və REAL günahlandırılır, həbslər başlanıb...

- Bu o deməkdir ki, köhnə qaydalardan əl çəkilmir, baş verənlərin siyasi məsələyə çevirməyə üstünlük verilir. Halbuki, bu, hüquqi məsələ idi, ona hüquqi də yanaşılmalıydı. Əgər bu partiyalar camaatı küçələrə çıxara bilirlərsə, elə meydanlara çıxarıb mitinqlərini keçirsinlər də...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran parlamenti və dini rəhbərlik panfarsizmi təbliğ edir - ŞƏRH
Bu gün, 19:00
Qarın yaratdığı fəsadlar: - “Məmurların tamahı Bakını bu günə qoyub"
Bu gün, 18:58
Trampla Zelenskini üz-üzə qoyan KÖHNƏ SOLÇU kimdir? – Hədəfi prezident olmaqdır
Bu gün, 18:23
Zelenskiyə qarşı çevriliş planı hazırlanır? - “Ehtimallar kifayət qədər...”
Bu gün, 18:08
Azərbaycana kosmetik sülh müqaviləsi lazım deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 18:00
Əmək müqaviləsinə xitam verilərkən - Ekspert danışır...
Bu gün, 17:51
Kreditlərin həcmi də artır, faizi də: Zatən çox idi - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Norveç Ukraynaya maliyyə yardımını artıracaq - Baş nazir
Bu gün, 17:38
Vens iki həftə əvvəl demişdi... - cəmi 40 gün ərzində...
Bu gün, 17:36
Dehli bu siyasətini dəyişdirməyəcək - GƏLİŞMƏ
Bu gün, 17:34
Ramil Usubov dedi ki, qərar var, həbs olunmalısan - Nizami Qocayevdən sensasion açıqlamalar
Bu gün, 15:02
Ukrayna Fransaya Rusiyanın dondurulmuş aktivləri hesabına birgə silah istehsalını təklif edib
Bu gün, 14:58
Gürcüstanın işğal altındakı Abxaziya bölgəsində "prezident seçkiləri" keçirilir
Bu gün, 14:57
Fatimə Mövlamlı həbs edildi
Bu gün, 14:54
Kremlsayağı müttəfiqlik: günah həmişə başqasındadır - GƏLİŞMƏ
Bu gün, 14:00
Sərhədlərin delimitasiyası: - Hansı dövrün xəritəsinə uyğun aparılacaq?
Bu gün, 13:58
Azərbaycanla Türkiyə HHQ arasında 15-ci Qərargah danışıqları keçirilib
Bu gün, 12:09
Bakı "İslam Səkkizliyi"inə niyə qatıldı? - Görünəni odur ki...
Bu gün, 11:46
Bakını XARABA QOYURLAR: “Gold” MTK yüzlərlə ağacı məhv etdi - ÖZBAŞINALIQ!
Bu gün, 11:43
Bakıda dəhşətli olay: Ata 4 yaşlı qızına damğa basdı - TƏFƏRRÜAT
Bu gün, 11:26
Saleh Məmmədovun işçisinə 1 milyondan çox ödənişə görə qadağa
Bu gün, 11:23
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 11:20
Vardanyanın məhkəmə hiyləgərliyi - Hüquqşünas deyir ki...
Bu gün, 11:10
Abşeron təhsil sistemində MALİYYƏ DƏLƏDUZLUĞU... - İLGİNC FAKTLAR...
Bu gün, 11:02
Paytaxtda qarın təmizlənməsi davam edir - FOTO
Bu gün, 10:51
Azərbaycan Zəngəzur dəhlizindən imtina etməyəcək - İNCƏLƏMƏ
Bu gün, 10:47
Azərbaycandan Öcalanın çağırışına REAKSİYA - "Biz nəticəyə baxacağıq"
Bu gün, 10:45
Özümü Trampın qarşısında günahkar saymıram - Zelenski
Bu gün, 10:40
Məktəblər nazirliyin nəzarətindən çıxır? - AKTUAL
Bu gün, 10:39
Türkiyə də ABŞ və ya Çinin əsas rəqibi ola bilər - Sərdar Cəlaloğlu
Bu gün, 10:37
İki nəfəri güllələyərək öldürən şəxsə 20 il HƏBS CƏZASI
Bu gün, 10:33
“Mənə “nə olsun ki, atan Şəhiddir”, dedilər...” - GİLEY
Bu gün, 10:32
248 saylı orta məktəbdə nə baş verir? - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28
Bu tarixdə respublikaçıların özləri Trampa qarşı impiçment prosesi başlada bilər... - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:24
"Belə bir fətva vermək əbəsdir" - Elşad Miri Qazılar Şurasına qarşı
Bu gün, 10:22
Qayıbov özünü toxunulmaz bilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:17
AZERCELL müştərilərinin qəpiyinə möhtacdır - NARAZILIQ VAR...
Bu gün, 09:58
Möhnətovun işçiləri avtomobillərdən topladıqları pulu vergidən gizlədir - Sürücülərə niyə qəbz verilmir?
Bu gün, 09:49
"EAST RESİDENCE"-ın külli miqdarda vergi borcu - 3 milyondan çoxdur
Bu gün, 09:46
AYB üzvü ANAR-ı biabır etdi - “Mən bilsəydim…”
Bu gün, 09:43
"Zəyəm Texnologiyalar Parkı´ ASC-nin səhmdarlarının illik ümumi yığıncağı -KEÇİRİLƏCƏK
Bu gün, 09:41
ABŞ yeni səfiri Bakıya bu tarixdə göndərəcək: Yeri 2 aydır boşdur... - GƏLİŞMƏ
Bu gün, 09:34
Trampın abrını da gördük... həyasını da: EHTİYATLI OLMALIYIQ! - Bakı da dərsini çıxarmalıdır...
Bu gün, 09:30
Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının Yasamal rayonunda təqdimatı keçirildi - FOTO
Bu gün, 09:25
Geriyə, Vətənə: Xaricə beyin axınını necə beyin qazancına çevirək? - AKTUAL
Bu gün, 09:23
"Azəri canavar"ı güllələyən şəxsə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:21
Məmur oğlu 1 milyon 300 mini Alışana niyə veribmiş? - ŞOK DETALLAR
Bu gün, 09:19
Söküntüyə adekvat kompensasiya tələbi: Bakıda o qiymətə ev yoxdur - NƏ ETMƏLİ?
Bu gün, 09:18
Güney Qafqaz Rusiyaya “verilir”: Bakıdan reaksiya... - NƏ BAŞ VERİR?
Bu gün, 09:16
"Teleqraf"ın 13 yaşı tamam olur
Bu gün, 09:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru