DANA OĞRUSU YENİDƏN HƏBS EDİLDİ
Tarix: 21-09-2011, 16:26 | Çap et
BAŞÇININ MÜAVİNİ QOHUMUNU QORUYA BİLMİR
Biləsuvarda baş verən dana oğurluğu və bu hadisənin arxasında dayanan şəxslərlə bağlı məlumatlar artıq ölkə səviyyəsində rezonans doğurub. “Qafqazinfo” saytı rayonda baş verənlərlə bağlı xəbər yaydıqdan sonra ölkənin aparıcı qəzeti “Yeni Müsavat” bölgəyə müxbir ezam etmiş və hadisə haqqında maraqlı materiallar yaymışdılar.
Bu gün isə daha bir neçə maraqlı fakt redaksiyamıza daxil olub. Məlumata görə, dünən Biləsuvarda kütləvi şəkildə dana oğurluğunda ittiham edilən, icra başçısının birinci müavini Akif Kazımovun qardaşı oğlu Rauf Kazımov yenidən həbs edilib. Bu dəfə onu qonşu Salyan rayonunun polis əməkdaşları həbs edib. Məlumatlara görə həbsə səbəb qonşu Salyan rayonunda da oxşar halların baş verməsi və bu işdə sözügedən şəxslərin şübhəli olmasıdır. Hazırda Biləsuvarın İcra başçısının birinci müavininin qardaşı oğlu Rauf Kazımovun Salyan Polis Şöbəsində saxlandığı bildirilir.
Bu arada Biləsuvarda da sözügedən istiqamətdə vəziyyət gərginləşib. Belə ki, icra başçısının birinci müavinin qardaşı oğlunun zaminə buraxılması rayon prokurorluğu tərəfindən etirazla qarşılanıb. Rayonun prokurorluq işçiləri bu qərarın ədalətsizlik olduğunu deyərək məsələyə ciddi etiraz ediblər.
Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən Biləsuvar rayon prokurorunun böyük köməkçisi Vahid Məmmədov bildirib ki, Rauf Kazımov və Cavid Quliyevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı rayon məhkəməsinə təqdimat vermişdi. Lakin məhkəmə prokurorluğun təqdimatını rədd edərək onların barəsində həbsli olmayan qətiimkan tədbiri seçib.
V. Məmmədov bunun səbəbini açıqlamayıb: “Bunu məhkəmədən soruşmaq lazımdır” .
Böyük köməkçi prokurorluğun məhkəmə qərarında razı olmadığını deyərək apelyasiya protestinin verildiyini bildirib.
Görünən budur ki, artıq mətbuatın məsələ müdaxiləsi öz sözünü deyib və artıq rayon prokurorluğu apellyasiya şikayəti verərək həmin şəxslərin yenidən həbs edilməsini tələb edib. Xatırladaq ki, Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu kütləvi şəkildə dana oğurluğu ediblər. Onlar rayonda son bir ayda kütləvi şəkildə mal-qara oğurlayıblar. Biləsuvar rayonunda baş vermiş bu hadisənin miqyası getdikcə artıb və bir neçə gün ərzində bütün rayonu ayağa qaldırıb.
Hadisə haqqında rayon polis şöbəsinə şikayətlər olsa da, buna o qədər də ciddi önəm verilməyib. Hətta sakinlərə heç yerə şikayət etməmək tövsiyə edilib. Lakin sakinlər ölçü götürülmədiyini görərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. Nazirliyin məsələyə qarışması nəticəsində araşdırmalara başlanılıb. Həmin ərəfədə Biləsuvar sakinlərindən bir nəfər İrana gedib və hadisə haqqında İrandan Azərbaycanın hüquq-mühafizə orqanlarına teleqram vurub.
Məhz bundan sonra Biləsuvar polisi oğrular haqqında ölçü götürmək qərarına gəlib. Və oğrular elə həmin gün tutulublar. Məlum olub ki, hadisəni Biləsuvar rayonunun İcra Hakimiyyəti başçısının birinci müavini Akif Kazımovun qardaşı və bacısı oğlanları Kazımov Rauf Əlizadə oğlu ilə Quliyev Cavid Rza oğlu törədib. Rauf Kazımov Biləsuvar yanğınsöndürmə məntəqəsində çalışır.
Onlar Xırmandalı kəndində iş başında tutulublar. Hadisənin səhəri gün isə oğuluq baş verən digər yerlərdə çəkilişlər aparılıb və icra başçısının birinci müavininin qohumları oğurluqlarını etiraf ediblər. Onlar oğurladıqları danaları toylara verdiklərini, bazarda satdıqlarını, Bakıya ətliyə göndərdiklərini də ərizələrində yazıblar.
Bütün bunlardan daha sensasiyalısı isə Akif Kazımovun qohumları həbs ediləndən iki gün sonra məhkəmənin qərarı ilə zaminə buraxılıblar.
Hadisə haqqında davamlı məlumatlar verəcəyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|