İCRA BAŞÇISI SAHİBKARI BİTİRMƏK İSTƏYİR
Tarix: 28-03-2013, 10:38 | Çap et
"Yeni Xəbər" qəzetinin 16 mart tarixli sayında "İcra başçısı prezidentə qarşı" başlıqlı yazı dərc olunub. Yazıda Əfqan Piriyev adlı bir sahibkarın Abşeron rayon icra hakimiyyətinin başçısı Zakirt Fərəcova qarşı narazılıqlarından geniş bəhs olunur. Yazının DİA.AZ-ın oxucuları üçün də maraqlı olacağını nəzərə alıb, olduğu kimi dərc edirik. Ötən ayın 12-sində prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Tədbirdə giriş nitqi ilə çıxış edən prezident İlham Əliyev ötən 9 il ərzində “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla icra edildiyini bəyan edib. Prezident çıxışında bu müddətdə görülən işlərdən, açılan iş yerlərindən, istehsal olunan məhsullar haqqında geniş məlumat versə də, bu tədbirdə dövlət başçısının çıxışı başqa məqamlarla cəmiyyətin diqqətini çəkdi. Belə ki, prezident məmur övladlarının harınlığı və məmurların sahibkarları soymasının onu narahat etməsini dilə gətirdi və belə hallara son qoyulmasını tələb etdi. Mətbuata sızan məlumatda isə qeyd edilirdi ki, konfransda prezident bəzi məmurlara ciddi xəbərdalıq da edib. Bu tədbirdən sonra ictimaiyyətdə belə bir rəy yaranmışdı ki, məmurlar öz əməllərini müəyyən qədər yığışdıracaq. Ancaq təəssüf ki, prezident İlham Əliyevin sədrliyi ilə Bakı Biznes Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdan bir aydan artıq vaxt keçsə də, heç bir irəliləyiş müşahidə edilmir. Əksinə, sanki məmurlar prezidentin sözünün onlar üçün heç bir dəyəri olmadığını nümayiş etdirmək istəyirlər. Bununla onların niyyətinin nə olduğunu müəyyən etmək çətindir. Ancaq iki mülahizə irəli sürmək olar. Birinci mülahizə belədir ki, məmurlar bununla prezidentin ictimai rəydəki nüfuzunu daha da gözdən salmaqla özlərinin hakimiyyətlərini daha da artırırlar. Yəni, sadə vətəndaş məmurların prezidentin sözünə heç bir əhəmiyyət vermədiyini gördükdə, həmin məmurlarla hesablaşmağa daha çox meyillənirlər. Bir az da aydın desək, prezident hakimiyyətini itirdikcə, məmurların hakimiyyəti artır. İkinci mülahizə isə ondan ibarətdir ki, məmur bilərəkdən və ya bilməyərəkdən ölkəni inqilaba sürükləyir. Çünki, artıq ölkədə etiraz aksiyalarına ənənəvi müxalifət təmsilçiləri ilə yanaşı sahibkarlar da çıxmağa başlayıb. “Binə” Ticarət Mərkəzində baş verən aksiya bunun bariz nümunəsi idi. Bundan başqa artıq sahibkarların, xüsusilə də əlində müəyyən qədər kapital olan biznes adamlarının müxalifət partiyaları ilə yaxınlaşmağa başladığı müşahidə olunur. Bu isə həmin biznes adamlarını buna təhrik edən məmurların prezidentə göstərdikləri “ayı xidməti”nin nəticəsidir. Ümid sonda ölür İlham Əliyev prezident olduqdan sonra ilk bəyanatlarından biri özünün sahibkarların müdafiəçisi olması haqqında idi. Prezidentin bu sözləri ölkənin müxtlif yerlərində şüar kimi də reklam şitlərində yer alıb. İnsaf naminə qeyd etmək lazımdır ki, 2003-2008-ci illər arasında buna müəyyən qədər əməl olunurdu. Kiçik istisnalar olmaqla sahibkarlar prezidentin müdafiəsini hiss edirdilər. Lakin, 2009-cu ildən başlayaraq vəziyyət dəyişməyə başladı. Məmurlar sahibkarların mülkiyyətlərinə sahiblənməyə başladılar. Son iki ildə isə bu vəziyyət daha da kəskinləşməyə başladı. İndi isə artıq həmi məmurları prezident də durdura bilmir. Prezidentin və Ali Məhkəmənin durdura bilmədiyi məmurlardan biri də ötən ilin sonunda Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə prezident İlham Əliyevin imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif olunmuş Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərovdur. Prezident İlham Əliyevin məmurları sahibkarlara mane olmamağa, onların imkanlarını əllərindən almamağa yönəlik çıxışını yuxarıda qeyd etdik. Bu bütün məmurlar kimi, Zakir Fərəcova da aiddir. Ancaq, Zakir Fərəcov kimi az-az məmurlar var ki, onların qanunsuz əmmələri ölkənin ən yüksək məhkəmə instansiyası-Ali Məhkəmənin sənədləri ilə təsdiq olunub. Belə ki, Zakir Fərəcov Abşeron rayonu ərazisində və ümumiyyətlə ölkədəki ən böyük heyvandarlıq kompekslərindən biri olan “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin torpaqlarını qanunsuz olaraq başqa şirkətlərə və iş adamlarına verib. Bu məsələdə “Şöhrət” ordenli icra başçısının hansı məqsədlər güddüyünü bilməsək də, iki mülahizə eşitdik. Birinci iddia ondan ibarətdir ki, icra başçısının “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin torpaqlarını başqa şirkətlərə və sahibkarlara satmasının arxasında pul amili dayanır. Yəni, icra başçısı həmin torpaqları sadəcə olaraq yaxşı pul müqabilində başqa şəxslərə və şirkətlərə satıb. İkinci iddia isə ondan ibarətdir ki, Zakir Fərəcov Abşeron rayon icra hakimiyyətinin başçısı təyin olunduqdan sonra rayonun ərazisindəki ən gəlirli müəssisələrdən biri olan “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinə nəzarəti öz əlinə keçirmək istəyib. İcra başçısının bu təklifi“Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin sahibi, sahibkar Əfqan Piriyev tərəfindən rədd edilib. Sahibkar ömrünün bir hissəsini və külli miqdarda şəxsi vəsaitlərini sərf etdiyi müəssisəni icra başçısının nəzarətinə verməkdən imtina edib. Yeri gəlmişkən qeyd edək ki, Əfqan Piriyev bu müəssisəni özəlləşdirən zaman həmin ərazi xarabalığı xatırladırmış. Bunu həmin dövrü əks etdirən fotolar da təsdiq edir. İndi isə bu müəssisə xarici qonaqlara Azərbaycanda inkişafı göstərən nümunəyə çevrilib. Bir çox yüksək rütbəli xarici qonaqların baş çəkdiyi bu müəssisəni öz nəzarətinə almaq istəyən icra başçısı bunun əvəzində sahibkara Abşeron rayon icra hakimiyyəti başçısının müavini vəzifəsini də təklif edib. Lakin sahibkar bunlardan imtina edib, ancaq rayon ərazisində görülən abadlıq işlərinə dəstək ola biləcəyini qeyd edib. Lakin, bu icra başçısını qane etmədiyindən sahibkarla haqq-hesab çəkmək niyyətinə düşüb. İlk addım kimi Zakir Fərəcov 09 mart 2011-ci il tarixli, 358 saylı sərəncamı ilə “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olan 141 hektar torpaq sahəsinin 50 hektarını 99 il müddətinə “Azərsun Holdinq” MMC-yə icarəyə verib. Yeri gəlmişkən qeyd edək ki, bundan xəbər tutan Kənd Təsərrüfatı Nazirliyi sahibkarın müdafiəsinə qalxıb və yerli sahibkarların dəstəklənməsinin milli maraqlara daha uyğun olduğunu bildirib. “Azərsun Holdinq” MMC-nin sahibi Abdulbari Gözəllə Abşeron rayon icra başçısını isə bir çox məqamların birləşdirdiyi iddia olunur. İnzibati-İqtisadi Məhkəmə saxtakarlığı İcra başçısının bu sərəncamını qanunsuz hesab edən “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin sahibi Əfqan Piriyev Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Lakin bu instansiya məhkəməsinin hakimi Z.Piriverdiyev qanunu deyil, icra başçısının mövqeyini müdafiə edib. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 avqust 2011-ci il tarixli, 2-2 (85)-1067/2011 saylı qərarından narazı qalan sahibkar Əfqan Piriyev isə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına müraciət edib. Lakin bu instansiya məhkəməsinin hakimləri A.Hüseynov, G.Tağızadı və T.Quliyev də icra başçısının mövqeyini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 08 may 2012-ci il tarixli, 2-1 (105) -22/2012 saylı qərarı ilə razılaşmayan sahibkar Əfqan Piriyev Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına müraciət edir. Nəhayət ki, qanunları əsas götürən məhkəmə instansiyası tapılır və bu məhkəmə özünün 24 oktyabr 2012-ci il tarixli, 2-2 (102)-430/12 saylı qərarı ilə “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin kassasiya şikayətini təmin edərək, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 08 may 2012-ci tarixli, 2-1 (105)-22/2012 saylı qərarın ləğv edir. Ancaq çox qəribədir ki, bu da “Şöhrət” ordenli icra başçısın dayandıra bilmir. Əfqan Piriyevi nəyin bahasına olursa-olsun özü ilə hesablaşmağa məcbur etmək istəyən Zakir Fərəcov bu dəfə də “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olan torpağın 10 hektarını Rahib adlı digər bir sahibkara satıb. Həmin sahibkar isə hal-hazırda Əfqan Piyevin torpaqlarında tikinti aparır. Lakin bu da son deyil. İndi icra başçısı ümumiyyətlə bu müəssisəni sökdürmək istəyir. Bundan əvvəl isə müəssisənin balansında olan və heyvanların yem tədarükünü təşkil etmək üçün istifadə olunan ərazilərə su verilməsini dayandırmaq haqqında Abşeron Suvarma Sistemləri İdarəsinə göstəriş verib. Bu idarənin rəisi Yusif Ələsgərob isə icra başçısının qanunsuz əməlini icra edərək qanunsuz şəkildə əraziyə verilən suyu dayandırıb. Digər bir maraqlı məqam isə ondan ibarətdir ki, bu torpaqların “Abşeron” Kənd Təsərrüfatı Məhsulları İstehsalı Müəssisəsinin balansında olması haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun imzası ilə rəsmi sənəd olmasına baxmayaraq Zakir Fərəcov bununla da hesablaşmaq istəmir. Çox maraqlı məqam ondan ibarətdir ki, Sumqayıt Abellyasiya Məhkəməsinin hakimləri A.Hüseynov, G.Tağızadə və T.Quliyev üçlüyü də bu sənədi nəzərə almayıblar. Halbuki Qərib Məmmədovun imzası ilə verilən bu rəsmi sənəd məhz məhkəmənin sorğusu üzərinə verilib. Yeri gəlmişkən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bunu həmin hakimlərə irad tutub. Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qanunsuz əmmələrinin qarşısını nə prezidentin məmurlara xəbərdarlığı, nə də Ali Məhkəmənin qərarı ala bilmir. Sahibkarın qanunlara və hakimiyyətə olan inamı isə ölmək üzrədir. Necə deyərlər, ümid sonda ölür. Bundan sonra haqqı və hüququ tapdanan sahibkar Əfqan Piriyevin addımlarını isə kimsə proqnozlaşdıra bilməz. Məlumata görə sahibkar daha da radikal addımlar atmaq niyyətindədir. Yazıda adı çəkilən şəxslərin, xüsusilə də Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da mövqeyini dərc etməyə hazırıq. Əgər deməyə sözü varsa... Biz yazı çapa getməzdən öncə cənab Fərəcovun da mövqeyini öyrənmək istədik. Təəssüf ki, bu istiqamətdəki çabalarımız nəticəsiz oldu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46 |
|
|
|
• Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43 |
|
|
|
• Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37 |
|
|
|
• Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29 |
|
|
|
• Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27 |
|
|
|
• Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20 |
|
|
|
• Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12 |
|
|
|
• Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05 |
|
|
|
• “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54 |
|
|
|
• Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45 |
|
|
|
• Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05 |
|
|
|
• XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03 |
|
|
|
• Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38 |
|
|
|
• Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16 |
|
|
|
• Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
• Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47 |
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
• Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54 |
|
|
|
• İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49 |
|
|
|
• AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39 |
|
|
|
• AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32 |
|
|
|
|