"DÖVLƏTİN VERDİYİ PULA ANCAQ GİC-GİC SERİAL ÇƏKMƏK OLAR"
Tarix: 2-04-2013, 10:22 | Çap et
TANINMIŞ REJİSSOR SƏRT DANIŞDIANS rəhbərliyinin "Şah İsmayıl Xətai" adlı yeni serialın çəkilişinə başlayacaqlarına dair açıqlama verməsi əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovun narazılığına səbəb olub. Bu ideyanın ona məxsus olduğunu deyən tanınmış kinorejissor ANS-i onun layihəsini mənimsəməkdə ittiham edib. Amma deyəsən, tərəflər sonda razılığa gələ biliblər. Şeyx Əbdül Mahmudbəyov qəzetimizə müsahibəsində ANS-lə danışıqlar apardığını təsdiqləyib: - "Şah İsmayıl Xətai" serialı ilə bağlı Vahid Ќaxış və Mirşahinlə üç dəfə görüşümüşük. Mən ömrümün 33 ilini Şah İsmayıl Xətaiyə həsr etmişəm. Xətaiyə görə 33 ildir əzab çəkirəm. Xətaiyə olan sevgim üzündən döyülmüşəm, söyülmüşəm, işsiz qalmışam, amma mövqeyimi dəyişməmişəm. Bu işin içində məndən başqa ikinci bir adam yoxdur. Oqtay Əfəndiyev qocalıb, Mahmud İsmayılov ölüb, Ziya Bünyadovu isə öldürüblər. Azərbaycanda bir nəfər də olsun Xətaişünas qalmayıb. İran da bu mövzuya çox maraq göstərir. Bu, elə-belə maraq deyil. Ona görə də biz çalışmalıyıq ki, nə şiş yansın, nə kabab. Hazırda serialla bağlı iki ssenari mövcuddur. Onların birinin üstündə vaxtiylə mən işləmişəm. Danışıqlara da həmin ssenari ilə gedirəm. Düzdür, aradan xeyli vaxt keçib, bunu nəzərə alıb həmin ssenarinin üstündə müəyyən dəyişiklik etmişəm. - ANS-in bu mövzuya maraq göstərməsi nə ilə bağlıdır? - ANS-in Xətai mövzusuna marağı "Möhtəşəm yüz il" serialından sonra yaranıb. Türk serialında bizim dövlətçiliyə, Şah İsmayıl Xətaiyə təhqiramiz münasibət göstərildi. Vahid müəllim deyir ki, bu ideya onun ağlına həmin vaxt gəlib. Mən də dedim ki, bu ideya mənimdir. Əgər bu mövzuda serial çəkilsə, mən də bu işin içində olmalıyam. Bundan sonra Mirşahin müəllim məni dəvət etdi, görüşüb söhbətləşdik. Bu ideya ilə bağlı məndə çoxlu fakt var. Heç kəsə məlum olmayan faktları bir-bir ortaya qoydum. Tarixi mövzuda hər adam film çəkə bilməz. Folklor, etnoqrafiya elə sahələrdir ki, həvəskarları qətiyyən yaxın buraxmaq olmaz. Bu işi yüksək peşəkarlara, mənəviyyatı, əxlaqı uca olan insanlara etibar etmək olar. Şah İsmayıl Xətai Bakı şəhəri deyil ki, Hacıbalaya etibar edəsən. Bu adam harda 5 metr boş torpaq sahəsi gördü, oranı ələ keçirir. Həmin ərazidə ya göydələn, ya da ticarət köşkləri tikirlər. Nə isə, ANS-də apardığımız müzakirələr faydalı oldu. İnşallah, bu günlərdə filmin çəkilişinə start verəcəyik. Filmlə bağlı ilk səfərimiz İran İslam Respublikasına olacaq. - Niyə məhz İrana? - Çəkiliş İrandan başlamalıdır. Çünki "Çaldıran" savaşı indiki İran ərazisində baş verib. İrana ANS şirkətlər qrupunun prezidenti Vahid Naxışla birlikdə gedəcəyik. Orada danışıq aparacağıq. Ssenaridə tüfəng, qılınc, qalxan, kütləvi döyüş səhnələri var ki, bunlar əvvəlcədən əldə olunmalıdır. Mən İranı yaxşı tanıyıram. Ərdəbili, İsfahanı gəzib, çəkiliş aparacağımız məkanları müəyyənləşdirəcəyik. - Tarixi filmlər həddən artıq maliyyə vəsaiti tələb edir. Bu serial üçün təxminən nə qədər vəsait xərclənəcək? - Maliyyə ikinci sırada dayanır. Birinci mərhələdə ssenari yazılır və qəbul olunur. Rejissor ssenarini istehsalata buraxandan sonra film üçün nə qədər maliyyə vəsaiti xərclənəcəyi məlum olacaq. "Şah İsmayıl Xətai" üçün nə qədər maliyyənin xərclənəcəyi serialın smeta dəyəri hesablanandan sonra bilinəcək. - Yəqin ki, "Şah İsmayıl Xətai" serialı dövlət vəsaiti hesabına çəkiləcək... - Xeyr, film ANS-in öz vəsaiti hesabına "Bakı studiyası"nda çəkiləcək. Maliyyə problemini ANS-in rəhbərliyi həll edəcək. Arzuma o vaxt çatacam ki, serial hazır olacaq və mən "prokat"a götürdüyüm kostyumla tamaşaçı qarşısına çıxacam. Tamaşaçı da kənardan bizə "əla" deyib əl çalacaq. - Şeyx Əbdül Mahmudbəyov bu qədər kasıblayıb ki, "prokat" paltara möhtac qalıb? - Biz kasıb adamlarıq. Məmur deyilik ki, rüşvət alaq. Fırıldaqçılığı da bacarmırıq ki, qarşımıza çıxan adamları aldadaq. Mən maaşla dolanıram. Amma buna görə nə utanıram, nə də kiminsə yanında xəcalət çəkirəm. Mənim geyimimin 90 faizini dost-tanış alır. Hələ paltar alan adamların boynuna minnət də qoyuram... - Kino mütəxəssisləri yeni çəkilən serialları sərt tənqid edirlər. Qorxmursunuz ki, "Şah İsmayıl Xətai" də tənqidə tuş gələr? - Bu gün Azərbaycan ictimaiyyətini çaşdıran məhz həmin seriallardır. Onlar serial deyil, televerilişlərdir. Kim kamera qarşısına çıxırsa, özündən hoqqa çıxarır. Mən istəyirəm kinonu, ələlxüsus da "Şah İsmayıl Xətai"ni həmin televerilişlərlə qarışdırmayaq. Burada söhbət peşəkarlıqdan, inzibati təşkilatçılıqdan və texnoloji çəkiliş mədəniyyətindən gedir. Bütün gücümüzü səfərbər etməliyik ki, bu serial Azərbaycanın klassik filmləri kimi əzəmətli olsun. - Serailda əcnəbi aktyorlar yer alacaq? - Çox güman ki, əcnəbi aktyorların da potensialından istifadə olunacaq. Bu ideyanın uğurlu alınması üçün nə lazımdırsa, edəcəyik. Serailda Şah İsmayılın yetişdiyi ictimai mühit, fəaliyyəti və dövlətçiliyin güclənməsində göstərdiyi xidmətlər əsas süjet xəttini təşkil edəcək. Şah İsmayıl serialda 3 yaş dövründə təqdim olunacaq. Onun uşaqlıq, gənclik və həyatının sonrakı dövrü lentə alınacaq. Məşhur italiya rəssamı Xətainin naturadan portretini çəkib. Həmin portret artıq əlimizdədir, bu, serial üçün çox mühüm vasitədir. Həmin portretdə göstərilir ki, Şah İsmayılın çox iri, nəhəng, ala gözləri olub. Gözləri işıq saçırmış, saçının rəngi isə qızılı imiş. Rəssam bu əlamətdən məharətlə istifadə edib. Həmin əlamətlər bizə əsas verir ki, biz onun üç yaş dövrünü rahatca müəyyənləşdirək. - Bəs baş rolun ifaçısı kim olacaq? - Hələ konkret namizəd yoxdur. Aktyorlar hazırlıq dövründə müəyyənləşəcək. Serialın rejissoru cavan, enerjili bir adam olmalıdır. Elə Vahid müəllimin özü də bu işi bacara bilər. Peşəkar kimi nə kömək lazımdırsa, mən edəcəyəm. Əlimizdə olan ssenari insandan güc, səbir tələb edir. Serialda kütləvi döyüş səhnələri, dekorasiyalar olacaq. - Sizcə, son illər çəkilən serialların zəif olmasının səbəbi nədir? - Beş il əvvəl Məkkədə olanda əlimi müqəddəs qara daşın üstünə qoydum və tövbə elədim. Dedim ki, Şeyx Əbdül olaraq, mən bir daha siyasətə qarışmayacam. Siyasət mənlik deyil. - Bu, siyasət deyil, kinodur... - Kinonun özü də bir siyasətdir. Söhbət seriala ayrılan maliyyə vəsaitindən gedirsə, pul, var-dövlət işin yalnız bir tərəfidir. Əgər dövlət bu pulu peşəkar, qabiliyyəti olan insanlara verməsə, belə də davam edəcək. Yəni, heç nə düzəlməyəcək. Təsəvvür edin ki, narkoman bir insanın müalicəsi üçün pul xərcləyirsən. İstəyirsən lap evini sat, yenə o, narkomanlığından əl çəkməyəcək. Hazırda dövlətin seriallara ayırdığı pul da belədir, göz görə-görə havaya sovrulur. Ən qəribəsi isə odur ki, ayrılan maliyyə vəsaiti 6-7 studiya arasında bölünür. Hərəsinə 200-300 min manat verirlər. Ona görə də kino çəkməyə nə maraq var, nə də həvəs qalıb. Azərbaycanın çox güclü aktyor məktəbi var. Amma onlar bu sənətdə öz yerlərini tapa bilmədikləri üçün məhv olub gedirlər. Hamı film çəkmək istəyir. Ќeyləyək ki, dövlətin verdiyi pulla hazırda nümayiş olunan gic-gic seriallardan başqa heç nə çəkmək mümkün deyil. Cavan, istedadlı uşaqlar özlərini təsdiq etmək istəyirlər. Onların maddi-texniki bazası, maliyyə vəsaiti yüksək olsa, inanıram ki, ortaya normal filmlər qoya bilərlər. Hamısı da olmasa, aralarında istedadlı, bu addımı ata biləcək gənclər var. 50 ildir ki, kino sahəsindəyəm. Cavanlıqda aktyor olmuşam, Azərbaycanın ən yaxşı filmlərində rol almışam. Aktyorlarla rəhbərlik arasında maliyyə məsələsində həmişə problem olub. Bu sahədə az-çox rəhmətlik Ədil İsgəndərov yaxşı nümunə göstərdi. Maliyyə məsələsi aktyorun ən yaralı yeridir. Mən əlaqədar təşkilatlara müraciət etdim ki, bu məsələyə yenidən baxsınlar. Bu gün dünyanın tələbi başqadır, aktyor da yaşamalıdır. Nə qədər böyük rejissor olsan da, tamaşaçı ilə sən yox, aktyor üz-üzə qalır. - Aktyor bir filmdən nə qədər qonorar ala bilir? - Bu, müqavilədən asılıdır. Müqavilədə aktyorun böyüyü, kiçiyi, məşhuru, tanınanı nəzərə alınır. Bu, sovet dövründə belə nizamlanmışdı. 20 gün çəkiliş vardısa, 10 gün də məşq olurdu. Akyor 30 gün çəkdiyi zəhmətin haqqını alırdı. İndi isə maliyyə fərdi qaydada ödənilir. Mən istərdim ki, konkret bir tarif olsun, aktyor da öz işini bilsin. Dəxli yoxdur, qocadır və ya cavandır, hər kəs çəkdiyi zəhmətin bəhrəsini görməlidir. Çox təəssüf ki, bu məsələdə ortaq məxrəc əldə etmək mümkün olmayıb. - Sizcə, kino sahəsinə ayrılan maliyyə vəsaiti Kinostudiyaya verilməlidir, yoxsa studiyalara və televiziyalara? - Kinostudiya nə üçündür? Kino işləri ilə Kinostudiya məşğul olur. Çox yaxşı olar ki, bu iş müştərək həyata keçirilsin. Kinostudiyanın tarixi, ənənəsi, çəkiliş mədəniyyəti, pavilyonu, laboratoriyası, dekorasiyaları və sexləri var. Bəzi telekanal rəhbərləri isə deyir ki, burada bizik, Bağdadda kor xəlifə. Amma hər halda, çörəyi çörəkçiyə vermək daha yaxşı olar. Mən belə düşünürəm. Çünki Kinostudiyada azdan-çoxdan peşəkarlar qalıb. Müstəqillik olduğu üçün hər kəs sərbəst hərəkət edir. Amma bir həqiqət var ki, onu heç kim dilinə gətirmir. - Nədir o həqiqət? - Tədris prosesində ciddi problemlər var. Hesab edirəm ki, Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsində tədris məsələsinə yenidən baxılmalıdır. Biri Tibb Universitetinə sənəd verir, qəbul ola bilməyəndə, onu oxumaq üçün Mədəniyyət və İncəsənət Universitetinə göndərirlər. Deyirsən, ay qızım, sənin burada nə işin? Deyir ki, balım aşağı olduğu üçün məcburam burda oxuyum. \ reytinq \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
|