KOMİTƏ SƏDRİ ABŞERONDA AT OYNADIR
Tarix: 3-12-2011, 14:24 | Çap et
KƏRƏM HƏSƏNOVUN QOHUMLARI SAKINLƏRƏ DIVAN TUTUR
DİA.AZ: - Ötən gün redaksiyamıza Daşınmaz Əmlakın Dövlət Reystiri Xidmətinin Abşeron Ərazi İdarəsində baş verən özbaşınalıqlarla bağlı ilginc məlumatlar daxil olub. Adıçəkilən qurumda insanların hədsiz süründürməçiliyə məruz qaldığını və vətəndaşlara göstərilən hər bir xidmətin müqabilində onlardan qeyri-qanuni ödəniş tələb edildiyini vurğulayan mənbə, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun qohumlarının adıçəkilən idarədə sözün həqiqi mənasında at oynatdığını qeyd edib. Mənbə Mirəkrəm Ağayev və Adəm Quliyev adlı şəxslərin K.Həsənovla olan qohumluq əlaqələrindən istifadə edərək vətəndaşlarla istədikləri şəkildə davrandıqlarını bildirib: “Adıçəkilən şəxslərin hər ikisi komitə sədrinin yaxın qohumları hesab edilir. Xüsusilə də Adəm adlı şəxs özünü komitə sədrinin Abşeron rayonundakı valisi kimi aparır. Onun işi həm vətəndaşlardan qeyri-qanuni ödənişləri yığmaq, həm də idarə rəisinin fəaliyyətinə göz qoymaqdan ibarətdir”.
Mənbənin sözlərinə görə, Abşeron Ərazi İdarəsində sənəd qəbulu üçün hər bir vətəndaşdan 100 manat məbləğində pul tələb olunur ki, bu da insanların narazılığına səbəb olur: “Vətəndaşların qəbulu çox zaman A.Quliyev tərəfindən aparılır ki, bu qəbul da insanlara 100 manata başa gəlir. Lakin vətəndaşın öz işi xətrinə ödədiyi bu pul heç də qəbul edilən sənədin təsdiqlənəcəyi anlamına gəlmir. Belə ki, qəbul şöbəsinə 100 manat verən vətəndaş sənəddə göstərilən hər sot torpaq üçün 100-150 manat arasında əlavə pul ödəməlidir ki, bu ödənişlərin də heç birinin qanuni əsası yoxdur”.
Mənbənin bildirdiyinə görə, puldan başqa heç nə düşünmək qabiliyyətində olmayan bu insanlar adi vətəndaşlar kimi şəhid ailələri, müharibə veteranlarına da heç bir güzəşt etmir, onları da digər şəxslərlə eyni səviyyədə haqsızlığa məruz qoyur: “Şəhid ailələri, müharibə iştirakçıları da mütəmadi surətdə Abşeron Rayon Ərazisində baş verən özbaşınalıqların qurbanına çevrilir, haqsızlıqlarla üzləşirlər. Onların da probleminin həlli hər kəs kimi puldan keçdiyi üçün bu insanların bəzisi öz qanuni haqlarını təmin edə bilmir və gəldikləri kimi də geri qayıdırlar. Vətəndaşların qayğısına qalan, onlara öz hüquqlarını başa salan, insanlara həqiqətən də təmənnasız xidmət edən məmurlar isə komitə sədrinin qohumları və rəhbərlik tərəfindən sıxışdırılır, son nəticədə işdən azad edilirlər. Təxminən iki-üç həftə bundan öncə hüquqşünas Camal Hümbətovun işdən uzaqlaşdırılması buna nümunədir”.
Mənbə sözügedən idarədə baş mühəndis işləyən Fazil Allahverdiyevin də proseslərdən kənarda qalmadığını qeyd edibi: “F.Allahverdiyev proseslərdə baş mühəndis deyil, baş vəzir rolunu oynayır. Qanuni sənədlərə “imtina” sözünün yazılmasında bu şəxsin rolu əvəzsizdir. Komitə sədrinin qohumlarına yarlımaq üçün əksər hallarda qanunun tələblərini qulaqardına vuran bu şəxs, insanların qınaq obyektinə çevrilən məmurlar sırasındadır”.
Mənbənin bildirdiyinə görə, adıçəkilən məmurlar tərəfindən vətəndaşlara olan ögey münasibət xeyli sayda insanı məlum qurumdan narazı vəziyyətə salıb: “Mehdiabad, Coradil, Fatmai, Digah, Məhəmmədli, Novxanı, Saray, Qobu, Güzdək sakinləri Abşeron Ərazi İdarəsində baş verən haqsızlıqlarla bağlı polis və prokurorluq orqanlarına yüzlərlə şikayət ünvanlayıb ki, bu şikayətlərin hər birində üzləşdikləri problemlər öz əksini tapıb. Lakin vətəndaşlarla münasibətdə qanunun sərhədlərini aşan məmurlar bilavasitə komitə sədri tərəfindən himayə edilir ki, bu da hüquq-mühafizə orqanlarının işini çətinləşdirir. Odur ki, son günlər narazı insanlar öz etirazlarını Prezident Aparatı qarşısında ifadə etməyi planlaşdır. Onlar belə güman edirlər ki, bu addım ölkə başçısının diqqətini cəlb edəcək və prezidentin göstərişi əsasında onların problemləri həll ediləcəkdir”.
Vəziyyətin son dərəcə dözülməz həddə çatdığını vurğulayan mənbə, proseslərin Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da narahatlığına səbəb olduğunu qeyd edib: “Baş verənlər hər kəs kimi Abşeron rayonunun icra başçısı Z.Fərəcovun da narahatlığına səbəb olub. Başçısı olduğu rayonda insanların kütləvi surətdə haqsızlığa məruz qaldığını və proseslərin ciddi etirazlara səbəb olacağını görən başçı dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reystiri Xidmətinin Abşeron Ərazi İdarəsinin rəhbərliyinə öz iradlarını çatdırsa da, bu tövsiyyələrin heç bir nəticəsi olmayıb. Qolları yalnız Azərbaycan daxilində deyil, ölkə xaricində də yetərincə uzun olan K.Həsənovla mübarizə aparmaq qabiliyyətində olmayan Z.Fərəcov bu məsələdə tövsiyyə və irad səviyyəsindən uzağa gedə bilmir”.
Mənbənin bildirdiyinə görə, vəziyyətin hədsiz kritikliyi Abşeronda güclü sosial partlayışların baş verməsini qaçılmaz edir: “Rayon ərazisindəki vətəndaşların Abşeron Ərazi İdarəsi ilə bağlı hədsiz narazılığı yaxın günlərdə güclü sosial partlayışların baş verməsi ilə müşahidə oluna bilər ki, bu da vəziyyətə əl qoyulmayacağı təqdirdə hökmən reallaşacaq. Kütləvi narazılığın qarşısını almaq, bu narazılığın sosial partlayışa çevrilməməsi üçün sözügedən idarənin fəaliyyəti ciddi şəkildə təftiş olunmalı, qanunun tələblərini pozan şəxslər cəzalandırılmalı və vətəndaşların tapdanan hüquqları bərpa edilməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məhkəmə İrana casusluq edən gəmi kapitanı ilə bağlı qərarı elan edib
Bu gün, 18:32 |
|
|
|
• Ermənistan bu il Rusiya və İrana qarşı sanksiyalara görə iqtisadi risklərlə üzləşəcək
Bu gün, 18:10 |
|
|
|
• “Turan Bank”a sığorta agenti fəaliyyəti üçün lisenziya verilib
Bu gün, 18:07 |
|
|
|
• Ali Məhkəmədə təmizlik işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 18:01 |
|
|
|
• Universitet vergilərini vaxtında ödəməyib
Bu gün, 17:58 |
|
|
|
• Azərbaycalılarla deputat arasında İNSİDENT: atəş açıldı - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
• Abşeronda polis hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirib - VİDEO
Bu gün, 17:53 |
|
|
|
• Mərasim evlərində ölünü "dirildən" qiymətlər - 4000 manata menyu
Bu gün, 17:49 |
|
|
|
• “Meridian”ı təmir edən şəxs pulunu ala bilmədi, başına iş gəldi - TƏFƏRRÜAT
Bu gün, 17:44 |
|
|
|
• Məscidi təmizləyən azyaşlıya əxlaqsızlıq edən molla HƏBS OLUNDU - VİDEO
Bu gün, 17:41 |
|
|
|
• Əməkdar artist oğlunun ölüm səbəbini açıqladı – “Bir anın içində canını tapşırdı”
Bu gün, 17:32 |
|
|
|
• Bakıda məzar yeri biznesi: Ölülərə hörmətsizlik etməyin -İlahiyyatçıdan ETİRAZ
Bu gün, 17:29 |
|
|
|
• “İCRA BAŞÇISI MƏNİ TƏHQİR ETDİ...” - Kəlbəcər sakini HARAY ÇƏKDİ
Bu gün, 17:23 |
|
|
|
• Sülh sazişinin maddələrinin əksəriyyəti razılaşdırılıb – Simonyan
Bu gün, 17:11 |
|
|
|
• Bakıda məkəb direktoru valideyni təhqir edib? – ŞOK İDDİA + SƏS YAZISI
Bu gün, 17:01 |
|
|
|
• Masaj salonlarında işləyən qadınları şantaj edən KİŞİYƏ CƏZA VERİLDİ
Bu gün, 16:46 |
|
|
|
• “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” - Dələduzluq işi
Bu gün, 16:38 |
|
|
|
• Bayden heç unudularmı?.. - ŞƏRH
Bu gün, 16:36 |
|
|
|
• Narkotik satışında ittiham edilən "TikTok"erə hökm oxunub
Bu gün, 16:34 |
|
|
|
• "Bu ölkədə `AZƏRİQAZ`ı durduracaq bir kimsə varmı?" - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 16:30 |
|
|
|
• "Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18 |
|
|
|
• Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16 |
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
|