Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                     Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                 

AZƏRBAYCAN SİYASƏTİNDƏ «BEYSBOL» FENOMENİ
Tarix: 23-09-2011, 11:33 | Çap et
AZƏRBAYCAN SİYASƏTİNDƏ «BEYSBOL» FENOMENİ

DÖVLƏTİ NECƏ İDARƏ ETMƏK LAZIMDIR?

Azərbaycan siyasəti ilə maraqlananlar üçün «WikiLeaks»dən öyrəniləsi çox şey var. Mənim öyrəndiyim məqam bu oldu: Azərbaycan siyasi elitasında ictimai mövzularda polemika getmir. Sadə dildə desək, siyasi elitanı «dövləti necə idarə etmək lazımdır» sualı ya az maraqlandırır, ya da heç maraqlandırmır.

Fikrimi əsaslandırım. Əksər siyasi elitalar - avtoritar, yaxud demokratik olmalarından asılı olmayaraq – «necə idarə etmək lazımdır» sualı ətrafında qütbləşirlər. Ortada iri siyasi intriqalar gedir, fikirlər toqquşur və bu dinamika cəmiyyətin idarə olunmasını tənzimləyir. Məsələn, totalitar SSRİ-nin Brejnev dönəmində belə Leonid Brejnev və Aleksey Kosıqin arasında ideoloji bir rəqabət var idi. Ondan əvvəl isə «liberal» Xruşşov «mühafizəkar» Malenkovla toqquşurdu. Ərəb diktaturalarında müxtəlif dövrlərdə millətçilər, dinçilər, solçular, qərbpərəstlər bir-biri ilə toqquşublar. Hətta Heydər Əliyev Azərbaycanında da şərti olaraq liberallar və mühafizəkarlar qrupları iqtidar elitasının öz içində çarpışırdılar. «WikiLeaks» göstərir ki, İlham Əliyev hökumətində belə bir fikir mübarizəsi yoxdur. «WikiLeaks»dəki sənədlərdə Azərbaycan hökumətindəki qruplaşmalar onların təmsil etdikləri dəyərlərə, ideyalara yox, iqtisadi və inzibati güclərinə görə qruplaşdırılıblar. Ortada elə bir ciddi sübut yoxdur ki, Azərbaycan siyasi elitasında iki fərqli ideya/dəyər/əqidə daşıyıcıları hansısa bir məsələ üzərində mükalimə/mübahisə/rəqabət aparırlar. Ramiz Mehdiyevin qruplaşması ilə Kəmaləddin Heydərovun qruplaşması arasında, yaxud sonuncu ilə Paşayevlər qrupu arasında heç bir ideya mübarizəsi yoxdur. Görünəni odur ki, bu adamlar «dövləti necə idarə etmək lazımdır» sualı üzərində çox baş sındırmadan iqtisadi və inzibati güc uğrunda maskasız-filansız vuruşurlar.

BU NƏ DEMƏKDİR?

Ölkə üçün belə bir vəziyyət o deməkdir ki, siyasi elita öz işini görmür - cəmiyyətin planlı idarə edilməsi ilə məşğul deyil. Yəni, dərəbəyilikdir. Avtoritar cəmiyyətlərdə siyasi elita təmsilçiləri adətən güclü ideya adamlarından ibarət olmurlar və bu başa düşüləndir.

Amma ortada demaqogiya səviyyəsində belə olsa, bir ictimai mükalimə gedəndə, tərəflər dedikləri sözlərə görə müəyyən siyasi mövqelərə bərkidilirlər və hansısa bir müsbət ictimai funksiyanı yerinə yetirməyə məcbur olurlar. Məsələn, Sirus Təbrizlinin vaxtaşırı kükrəmələri Heydər Əliyev dövrünün məmurlarını tam özbaşınalıqdan çəkindirən bir faktor idi, nə qədər zəif olsa belə.

İlham Əliyev hakimiyyətinin ilk dövrlərində ən parlaq fiqurunun Anar Məmmədxanlı olduğu «liberallar» qruplaşması hakimiyyətin avtoritar mahiyyətinə az təsir etsə də, belə bir ümid yeri qoyurdu ki, bu hökumətə yaxın hansısa bir kəsim müəyyən siyasi islahatlar ideyasına ilıq yanaşır. Yəni, ölkədəki iqtidar ölü bir orqanizm deyil, ətrafdakı siyasi hadisələrə reaksiya verə biləcək, dəyişə biləcək bir qurumdur. İndiki siyasi elitada isə «cəmiyyəti necə idarə etmək lazımdır» sualı ətrafında fikir dartışmaları getmir. Söhbət heç fikir yekdilliyindən də getmir (ərz etdim ki, hətta totalitar rejimlərdə də ideoloji qütbləşmələr olur və labüddür). Söhbət ondan gedir ki, hakim elitanı sanki ölkə idarəçiliyi maraqlandırmır. Bunun cəmiyyət üçün törədə biləcəyi fəsadları təxmin etmək çətin deyil. Təsəvvür edin ki, maşın yüksək sürətli şosedə hərəkət edir, maşının içində dörd-beş nəfər oturub, amma maşının hara və necə getdiyi onlardan heç kimi maraqlandırmır.

Azərbaycanın daxili siyasətini təhlil edənlər üçün buradan müəyyən nəticələr çıxarmağa dəyər. Belə görünür ki, iqtidarda hakim elitanın ən güclü fiqurları belə post-Əliyev dövründə öz gələcəklərini görmürlər, belə bir ehtimala hazırlaşmırlar və bu səbəbdən də müstəqil ictimai ideya sahibi deyillər. Müxalifət üçün də bəzi nəticələr çıxarmaq olar. Belə görünür ki, hazırkı siyasi elitanın içində elə bir adam yoxdur ki, Azərbaycan müxalifəti onunla hər hansı bir siyasi islahatın zəruriliyi mövzusunda ciddi danışıqlara gedə bilsin. «Necə idarə etmək» sualı ilə maraqlanmayan birilərini məhz həmin mövzuda dialoqa çəkmək cəhdləri xoş niyyətli amerikalıların ara-sıra məni beysbol barədə söhbətə tutmaq cəhdlərinə bənzəyir. Əzizlərim, axı məni o mövzu qəti maraqlandırmır…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru