"ÇILPAQ MÜĞƏNNİLƏRİ EFİRƏ BURAXMAQ OLMAZ"
Tarix: 29-04-2013, 09:00 | Çap et
"MƏN DÜNYANI GƏZMİŞƏM"İranın ali dini lideri Ayətullah Əli Xamneyinin təmsilçisi Seyid Həsən Amili Azərbaycanın açıq-saçıq geyinən xanım müğənnilərini aşağılayıb. Müğənnilərin yüngül əxlaqlı olduğunu, soyunaraq efirlərdə şou göstərdiklərini vurğulayan İran təmsilçisi Azərbaycan rəsmilərinə və millət vəkillərinə bununla bağlı müraciət də ünvanlayıb. O, Azərbaycan tərəfdən xahiş edib ki, efirə yarıçılpaq çıxan xanım müğənnilərə qarşı məhdudiyyətlər tətbiq olunsun. Tanınmış rejissor Arif Qazıyevlə söhbətə bu mövzu ilə başladıq:
- Bu problemi iranlı din xadimindən əvvəl mən qaldırmışam. Neçə illərdir deyirəm ki, Azərbaycan teleməkanını təmizləmək, efiri abıra salmaq lazımdır. Təəssüf ki, kim oxumağa başlayırsa, öncə paltarını soyunur. Sənət yada düşmür, istəyirlər ki, ayaqlarını, bədənlərini, sinələrini, arxalarını göstərsinlər. Həmin müğənnilər üçün oxumaq ikinci plana keçir. Bizim qədim atət-ənənələrimiz var. Müğənni geyimini deyil, sənətini səliqəyə salmalıdır. Onun geyimi tamaşaçını qıcıqlandırmamalıdır. Mənə elə gəlir ki, bu məsələni müzakirəyə çıxaracaqlar. Hər bir işdə ürək yanğısı olmalıdır. Bura Azərbaycandır. Bizim İran kimi qonşumuz var. İranda belə geyinən müğənniləri efirə buraxmırlar. Biz bu açıq-saçıqlığı Tükiyədən öyrəndik. Amma İranla neçə əsrdir qonşuyuq. İran rejimi istəmir ki, bu ölkədə yaşayan əhali Azərbaycan telekanallarındakı açıq-saçıqlığı görsün. İranda belə şeylərə pis baxırlar. Mən demirəm ki, müğənnilərimiz efirə çarşabda çıxsınlar. Amma onlar çalışmalıdırlar ki, geyimləri çox açıq-saçıq olmasın. - Şou əhlinə necə qadağa qoymaq olar? - Bu, o qədər də çətin deyil. Sadəcə, bir sərəncam vermək lazımdır. Deyilməlidir ki, açıq-saçıq geyinən müğənnilər efirə buraxılmayacaq. Bununla bağlı telekanallara göstəriş verilməlidir. Soyunub gələn olanda desinlər ki, get əyninə paltar geyin, sonra bu qapıdan gir. Tamaşaçıya geyim, düşük hərəkətlər yox, sənət lazımdır. Döşünü, arxasını çöldə qoyan müğənnilərə baxanda adam utanır. - Amma telekanal rəhbərləri bunu tələbatla əlaqələndirirlər... - Reytinq xatirinə bu cür ucuz işlərə getmək olmaz. Niyə açıq-saçıq geyinən adamlar bizim vaxtımızda efirə çıxa bilmirdilər? Əvvəllər qolu açıq olan qadın televiziyaya gələndə, 5-6 ay onu efirə buraxmırdılar. İndi isə senzura yoxdur, hamını saxta reytinq maraqlandırır. Məni verilişə çağıranda deyirlər, elə et ki, qalmaqal olsun. Deyirəm ki, mən sizin suallarınıza cavab verməyə gəlmişəm. Utanmırsınız, mənə belə şey təklif edirsiniz? Bunlar ancaq dava-dalaş axtarırlar. Verilişdə normal müzakirə gedəndə narazı qalırlar. Reytinq xatirinə dava salır, şou çıxarırlar. Amma insanlara belə verilişlər lazım deyil. Həmin verilişlərin aparıcıları məni başqaları ilə dəyişik salırlar. Axı mən şou adamı deyiləm... - Demək istəyirsiniz ki, Əli Mirəliyevə ünvanladığımız sualları Sizə verməyək... - Mən dünyanı gəzmişəm, böyük sənətkarlarla oturub durmuşam. Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Ќiyazi, Zeynəb Xanlarova kimi böyük sənətkarlarla ünsiyyətdə olmuşam. Mən bu adamlardan bircə dəfə yersiz hərəkət görmədim. Əsl sənətkar öz imicini qorumalıdır. - Azərbaycan müğənnilərinin açıq-saçıq geyiminə İranın din xadimi etiraz etsə də, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu mövzuda danışmır... - Alahşükür Paşazadənin vecinə deyil ki, kim nə geyinir. Onlar öz işlər ilə məşğuldurlar. Bəlkə də deyib. Amma qarşı tərəf də deyir ki, pul qazanmaq lazımdır. Pul da soyunmaqdan çıxır. Milli Teleradio Şurası hara baxır? Onlar hansı işlə məşğul olurlar? Deyəndə də inciyirlər ki, Arif Qazıyev arxamızca danışır. Mən bu sözləri onların üzünə də deyirəm. Deyirəm ki, çılpaq müğənniləri efirə buraxmaq olmaz. Ayıbdır! Biz müsəlmanıq. Efirdə nə qədər yemək bişirmək olar? Axı, camaatın evində həmin yeməklərdən yoxdur. Hamı sənin kimi yemir axı. Əti, toyuğu reklam eləyirsən, yazıq kasıb da baxa-baxa qalır. Ќiyə camaatı qıcıqlandırırlar? Sən camaata kartof bişirməyi öyrət! Səhər açılan kimi həkimlər ekranı zəbt edirlər. Başlayırlar bunu elə, onu elə... Bütün telekanallar xarici həkimləri və dərmanları reklam edir, xəstə olmayanı da xəstə edirlər. - Təranə Qumralla Musa Musayev arasında baş verən insidentə münasibətiniz necədir? - Bu mövzuda danışmağa utanıram. O qızın Cabbarla münasibəti hamının gözü qarşısında olub. Musa bunu bilə-bilə gedib Təranəni aldı. Axı, sən onun kim olduğunu bilirdin. Bu işin sonu hamıya bəlli idi. Baş verənlərin hamısı şoudur. Gördülər ki, yada düşmürlər, başladılar özlərini reklam etməyə. İndi hamı onlardan danışır. Fərqi yoxdur, pis ya yaxşı. Əsas odur ki, onlar gündəmdədir. - Arif müəllim, hazırda hansı işlə məşğulsunuz? - Uzun zamandır "Vağzalı" sənədli filmi üzərində işləyirəm. Filmin ssenarisi hazırdır. Maliyyə problemi üzündən işlər yarımçıq qalmışdı. İndi həmin filmi tamamlamaq istəyirəm. Filmin çəkilişləri bir neçə rayonda nəzərdə tutulub. İlk öncə Şəki və Lənkərana getməliyəm. İstəyirəm, tezliklə bu filmi tamamlayım. Hər şey pulun başındadır. Ќəhayət, axtarışlarım nəticə verdi. Sponsor tapdım. Yaxın günlərdə filmin çəkilişlərinə başlayacağıq. - Muğam teatrının rəhbərliyindən uzaqlaşdırılandan sonra Sizə yeni iş təklif olunubmu? - Məni müqavilə əsasında Muğam teatrına rejissor vəzifəsinə götürmək istəyirlər. Mədəniyyət və Turizm Nazirliyindən isə deyirlər ki, müqavilə əsasında işə başla, sonrasına baxarıq. Açığı, Muğama teatrına qayıtmaq istəmirəm. - Ömrünüzü verdiyiniz, böyük zəhmət hesabına yaratdığınız Muğam teatrına niyə getmək istəmirsiniz? - Qəlbimi qırıblar. Həm də bir deyil, bir neçə dəfə. Teatra bir şərtlə qayıdaram ki, gərək Muğam teatrının binasını mənə versinlər. Mən o binada çox əziyyət çəkmişəm. Ya da neytral bir iş versinlər başımı qatım. Bu da daşa dirənib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyir ki, bir az fikirləşməliyəm. Ќə fikirləşdiyini bilmirəm, başım çıxmır... Görün neçə aydır ki, fikirləşir. Adımı Prezident təqaüdü siyahısına salıb, yuxarılara təqdim ediblər. Amma mən hələ çox iş görə bilərəm. Mənim əlimdən gəlməyən iş yoxdur. Kadram, hamı mənə yalvarır. Yarımçıq muğamlar var, onların hamısı çəkilməlidir. Altı muğam zarafat deyil. Hazırda onların ekran versiyası üzərində hazırlıq gedir. - Azərbaycanın qədim adət-ənənəsini özündə yaşadan "Vağzalı"nın süjet xətti necə? - "Vağzalı" yarım saatlıq sənədli filmdir. "Vağzalı"nın yaranma tarixi üzərində daha çox dayanacağıq. Məsələ qaldırmışam ki, Azərbaycan toylarının böyük əksəriyyətində niyə "Vağzalı" rəqsi çalınmır? Hansı toyxanadan içəri girsən, görürsən ki, "Mendelson" çalırlar. Azərbaycan qızları "Mendelson" sədaları altında köçürülür. "Vağzalı" ilk dəfə Azərbaycanda dəmir yolu inşa olunanda çalınıb. "Vağzalı" xoşbəxtlik rəmzidir. Dəmir yolu bəylə gəlini xatırladır. Ömürlərinin axırına kimi əl-ələ tutub bir yerdə irəliləyirlər. Polad kimi möhkəm ailə qurulur. "Vağzalı" ifa olunanda valideynlərin gözü yaşarır, gəlin evdən çıxanda hamı ağlayır. Filmdə belə bir epizod olacaq: toy günü baxırlar ki, gəlinin yanında balaca bir oğlan uşağı var. Atası deyir ki, ay qızım, ağlama, bizim evə də gəlin gələcək. Bizim evdə də "Vağzalı" çalınacaq. Sonra yeni körpələr dünyaya gəlir: bir qız, bir oğlan. Təəssüf ki, "Vağzalı" kimi gözəl bir melodiya indi yada düşmür. "Mendelson"la evlənən ailələrin çoxu isə bir aydan sonra boşanır. - Belə filmlərlə keçmişimizi geri qaytara biləcəyik? - Filmə 1000 nəfər baxsa, bu da böyük nailiyyətdir. Bunun ardınca da başqa layihələri gerçəkləşdirsək, adət-ənənlərimizi xatırlayacaq, özümüzə qayıdacağıq. Vaxtilə Avropa mədəniyyəti bizdən öyrənib. Biz də indi deyirik ki, Avropadan öyrənəcəyik. Mendelson marş yazıb, amma bizim üçün yox, öz xalqı üçün. Onun Azərbaycan mədəniyyətinə, adət-ənənəsinə nə dəxli var? - Son illər digər sahələrə diqqət artsa da, rəqs sənəti tənəzzülə doğru gedir... - Bəli, elədir. Hanı bizim qədim rəqslərimiz? Hanı bizim milli oyunlarımız? İndi hamı toyda əcnəbi rəqslərə əl qaldırır. Diskoteka gəncləri Azərbaycan musiqisindən uzaqlaşdırıb. Deyirəm, bu cavanların evini siz yıxırsınız. Valideynlərdən soruşuram ki, siz öz toyunuzda diskoteka mahnılarına oynamısınız? Bəylə gəlin diskoteka oynayar? Toyda bəylə gəlin atlanıb-düşür. Biz teatrda bu cür hərəkətlərə qarşı mübarizə aparırdıq. Amma bir gün qolumuzdan tutub bayıra atdılar ki, bizə adət-ənənə deyil, "Mendelson" lazımdır. Ќə konsert verə bilirik, nə də bizə salon verirlər. Biz itirdiklərimizi geri qayıtmağa çalışmalıyıq. Əgər teatra qayıda bilsək, yerimiz-yurdumuz olsa, nəyəsə nail olacayıq. Qarşıdan da seçki gəlir. Baş qarışıb, deyirlər ki, biz az gözləyin. İndi böyük tədbirlə bağlı hazırlığa başlamışıq. Rayonlara səfərlərimiz və çoxlu konsertlərimiz olacaq. May ayında 75 illik yubileyimdir. O qədər toya, ad gününə getmişəm ki... Hamısını başıma yığıb, məclis düzəldəcəm. Xalq artisti Şəfiqə Məmmədovaya da müraciət olunub. Açığını deyim ki, Arifin adı olan yerdə qapılar taybatay açıqdır. Amma imkan vermirlər. O qədər paxıl adamlar var ki... - Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Respublika Kinematoqrafçılar İttifaqına üzv oldunuz? - Əlbəttə. Mən bu ittifaqdan çox şey gözləyirəm. Aqibəti yaxşı olmalıdır. Gənclərdə, yaşlılarda bir ruh yüksəkliyi var. Dövlət tərəfindən bir dəstək olanda həvəs də artır. Bu, dövlətin özünün qurduğu bir təşkilatdır. Şəfiqə xanım tanınmış adamdır. İnanıram ki, nəticə yaxşı olacaq. \ reytinq \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
|