“Azinşaat Servis” ASC səhmdarlarının .....                     "Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" .....                     “35-40 faizlə kredit verilməsi biabırçılıqdır” .....                     Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək .....                     "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                 

"O, bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır..." - Sahil Babayevdən daha bir NARAZILIQ...
Tarix: 12-07-2021, 10:16 | Çap et
"O, bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır..."
Söhbət yenə döndü-dolandı, gəldi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üstünə.

Açıq desək artıq bu qurum haqqında yazmağa söz tapmırıq. Çünki, hər gün, gündə dəfələrlə vətəndaş şikayətləri əsasında bu mövzuya toxunmaq məcburiyyətində qalırıq. O qədər demişik, o qədər yazmışıq ki, deyiləcək söz də tapmırıq. Amma, bizdə söz tükənsə də, Sahil Babayevin rəhbərlik etdiyi bu qurumun əməkdaşlarında əhaliyə tətbiq olunan "işgəncə üsulları" tükənmək bilmir ki, bilmir.

Elə bir bölgə yoxdur ki, oranın sakinləri yerli DSMF və Məşğulluq idarələrindən gileylənməsin.

Giley nə ki?

Hətta camaat bu qurumun əlindən zara gəlib desək, daha doğru olar.

"Balıq başdan iylənər" deyiblər.

Qurum əməkdaşları özbaşına deyil ki. Başları üzərində onlara "bəsdir" deməyi bacarmayan, daha doğrusu demək istəməyən rəhbərlərini gördükcə daha da "ürəklənir", vətəndaşların "başlarına dayadıqları pilləkənlər" ilə üzü yuxarı, başlarına çıxmağa doğru iri və sürətli addımlar ilə hərəkət etməkdə davam edirlər.

Bu gün qazi və şəhid ailələri, müharibə iştirakçıları müharibədə düşmənlə üz-üzə çəkmədikləri zülmü, DSMF-larında, Məşğulluq idarələrində, ƏƏSMN-nin önündə çəkirlər.

Bu qədər insanları özündən narazı salmaq görəsən sözügedən nazirliyin hansı işinə yarayır?

DogruXeber.az informasiya agentliyinin redaksiyasına hər gün Sosial Müdafiə Nazirliyi və nazirliyin tərkibində olan idarələr barəsində vətəndaş şikayətləri daxil olur.

Ötən həftə ərazi üzrə məşğulluq idarəsindən özünüməşğulluq proqramına qoşulmaq, iribuynuzlu mal-qara əldə etmək üçün illərdir yollarda qalan aztəminatlı İsmayıllı rayon sakini Kamil Rəcəbalıyevin də şikayətini dərc etmişdik.

Hələ bir çox dərc etmədiyimiz şikayətlər də var ki, onları da problemləri həll edilmədikcə ardıcıl yayımlayacağıq.

İndi, o şikayətlərdən daha birini - Şamaxı rayon, Dağ bağırlı kənd sakini Abdurreyimov Faiq Fazil oğluna sözügedən qurumun əməkdaşlarının yaratdığı problemləri diqqətinizə çatdırmaq istəyirik.

Qısa olaraq bildiririk ki, Abdurreyimov Faiq Fazil oğlunun övladı, Abdurreyimov Cabar Faiq oğlu anadangəlmə ürək qüsurludur.

Tanrı əhalinin səbrini sanki Sahil Babayevlə sınağa çəkir - VİDEO//VİDEO

Tək mədəciklə doğulub. İllərdir ki, aztəminatlı ailənin başçısı Faiq Abdurreyimovun qazandığı 3-5 manat çörəkpulu da övladının iynə-dərmanlarına xərclənir.

Doğrudur Cabar ikinci qrup əlillik dərəcəsi ilə 135 azn təqaüd alır. Amma, qiymətlərin hər yerdə, eləcə də əczaxanalarda "ulduzun dibi"ndə olduğu bir vaxtda 135 AZN heç onun ağrıkəsici dərmanlarına belə yetmir, o ki, qaldı ümumi müalicəsi.

Faiq Abdurreyimovun sözlərinə görə övladının düçar olduğu sağalması mümkünsüz bu xəstəlik sürətlə irəliləyir. Övladı Cabar artıq yataq xəstəsidir. Əmək qabiliyyətini tamamilə itirib. Hansı ki, bunu həkimlər özləri təsdiq edir. Özünün bioloji ehtiyaclarını belə ödəyə bilməyən 21 yaşlı Cabar Abdurrahmanova ikinci qrup əlillik verilən zaman komissiya sənədində yazılıb ki, "yüngül, oturaq işlərdə çalışa bilər". Lakin, qeyd kimi etdiyimiz kimi keçən müddət ərzində Cabarın xəstəliyi o qədər irəliləyib ki, indi otura da bilmir. Odur ki, otura bilməyən insan, oturaq işdə də təbii ki, işləyə bilməz.

Cabar Abdurreyimovun vəziyyəti günü-gündən ağırlaşaraq, onu yataq şəraitində yaşamağa məhkum edib. Onu müayinə və müalicə edən müxtəlif həkimlərin də dediyinə görə Cabar artıq birinci qrup əlil sayılır.

Odur ki, əlillik dərəcəsinin dəyişdirilməsi üçün atası Faiq Abdurreyimovun uzun müddətdir ki, "döymədiyi qapı qalmayıb". Lakin, hər dəfəsində ona cavab olaraq göndərilən sənədlərdə "yanlış, yaxud natamam doldurulma" sözləri qeyd olunur.

Tanrı əhalinin səbrini sanki Sahil Babayevlə sınağa çəkir - VİDEO//VİDEO

Yeri gəlmişkən redaksiyamıza bu cür problemlə üzləşən onlarla vətəndaş şikayətləri vardır. Bunun bağlı biz xəstəxananın baş həkimi ilə də əlaqə saxladıq. Baş həkim bildirdi ki, "o bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır. Ölkədə müraciət edənlərin hamısına Nazirlik o cavabı göndərib, vətəndaşları başından edir."

Biz də öz növbəmizdə yaranmış suallarımıza aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin qaynar xəttinə zəng etdik.

Sıra növbəsində on yeddinci idik!

Mobil telefonla zəng etməyimizə baxmayaraq, bir saatdan artıq müddətdə xəttə növbəmizi gözlədikdən sonra, nəhayət Bəsti adlı xanım operator zəngimizi cavablandırdı.

Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı yaranmış suallarımızı Bəsti xanıma ünvanladığımızda, Bəsti xanım cavablandırmaqda çətinlik çəkdi və bildirdi ki, "mən sadəcə operatoram". O zaman xanımdan bizi bir məsul şəxsə yönləndirməsini, yaxud aidiyyəti üzrə agentlikdəki ekspert həkim komissiyasının sədri Mətanət xanımın və ya ümumi rəhbər Anar Bayramovun telefon nömrəsini verməsini xahiş etdik.

Xanım belə bir səlahiyyətinin olmadığını bildirdi.

Əslində bizim suallarımızı cavablandıra bilməməyin özü də operator Bəsti xanımın deyil, birbaşa sözügedən nazirliyin günahıdır.

Əgər qurumun qaynar xətt xidməti fəaliyyət göstərirsə, qaynar xətt nömrələrinə cavab verən şəxslər işi bilən mütəxəssislər olmalıdır ki, o qədər xəttə gözlətdikləri insanların heç olmasa suallarına aydınlıq gətirə və aidiyyəti üzrə yönləndirə bilsinlər.

Bəsti xanım bizi biraz da xəttə gözlədib dəstəyi Cahid adlı həkimə verdi. Biz xanıma ünvanladığımız sualları təkrar Cahid həkimdən də soruşduq. Lakin, telefona niyə çağırıldığını bilmədiyimiz Cahid həkim də suallarımıza cavab verə bilmədi.

Cahid həkim bizim yanımızda əyləşib, əməkdaşımızla bərabər telefonla onlarla danışan Faiq Abdurreyimova (xəstənin atası) istehza ilə deyir ki, "siz getmisiniz, komissiyada olmusuz, heç nə etməyiblərsə, indi getdiyiniz yer (yəni redaksiya) sizin üçün edəcək?!
Siz ekspertizanın göbəyində olmusuz orda bir şey etməyiblər, mən neyniyə bilərəm telefonda sizə?!"

Bəli, haqlısınız Cahid bəy.
Ola bilər ki, biz əlillik dərəcəsi ilə bağlı heç bir şey edə bilmirik. Amma, bizim də öz işimiz var. Biz də məsuliyyətsiz nazır Sahil Babayevin və onun rəhbərliyi altında fəaliyyət göstərən, sizin çalışdığınız qurumun məsuliyyətsiz əməkdaşlarının necə çalışdıqlarını içtimailəşdirib, aidiyyəti üzrə ünvanına yönləndirməsini bacarırıq və icra edirik.

Cahid həkimin də bizə son sözü o oldu ki, "bizlik deyil. Mənim o səlahiyyətim yoxdur".

Mətbuat ilə bu cür danışan, hər bir zəng edən şəxsi saatlarla telefon xəttində gözlədib, sonunda suallarını normal cavablandırmağı belə bacarmayan əməkdaşları olan bu qurumun yaratdığı problemlər yeni deyil.

Hər gün Sahil Babayev və onun yarıtmaz fəaliyyəti, məsuliyyətsiz, özbaşına komandası barəsində media gündəmində yayımlanan vətəndaş şikayətləri yəqin ki, artıq Prezidentin də diqqətindən yayınmış deyil. Ümid edirik yaxın günlərdə sözügedən qurum və rəhbəri barəsində saysız narazı vətəndaşları razı salan, ən azından Sahil Babayevə olan övkələrini sakitləşdirəcək bir qərar imzalanacaqdır.

Yəqin ki, o gün çox da uzaqda deyil.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az//












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azinşaat Servis” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 00:02
"Məktəblərdə kişi müəllim yoxdur, acınacaqlı vəziyyətdir" - ETİRAZ
Dünən, 23:53
“35-40 faizlə kredit verilməsi biabırçılıqdır” - HƏQİQƏTƏN DƏ...
Dünən, 23:51
Çörəyin qiyməti artmayacaq, yeni çeşiddə məhsul istehsal ediləcək - DİQQƏT
Dünən, 23:40
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Dünən, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Dünən, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Dünən, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Dünən, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Dünən, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Dünən, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Dünən, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Dünən, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Dünən, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Dünən, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Dünən, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Dünən, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Dünən, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Dünən, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Dünən, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Dünən, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Dünən, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Dünən, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Dünən, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Dünən, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Dünən, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Dünən, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Dünən, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Dünən, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Dünən, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Dünən, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Dünən, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Dünən, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Dünən, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Dünən, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Dünən, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Dünən, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Dünən, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Dünən, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Dünən, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Dünən, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Dünən, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Dünən, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Dünən, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Dünən, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Dünən, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Dünən, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Dünən, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Dünən, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Dünən, 15:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru