Qarayevi istənilən vaxt qandallaya bilərlər... - sabiq MTN rəhbəri ilə bağlı məsələ isə bir qədər qəlizdir
Tarix: 8-02-2022, 10:22 | Çap et
İllər öncə vəzifəsindən çıxarılan nazirlər Eldar Mahmudovla Əbülfəs Qarayevin adları yenidən medianın gündəmindədir. Ə.Qarayevin müavini, uzun illər Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi olmuş Zakir Sultanov məhkəməsində Qarayevə 2 milyon 500 min manat rüşvət verdiyini açıqlayıb. Onun sözlərinə görə, aldığı pulları keçmiş nazirin xidməti otağında ona şəxsən təqdim edib.
Eldar Mahmudovun adı keçən məhkəmələrdə onun rüşvət alması ilə bağlı belə ifadələr yoxdur. Amma belə ifadələrin olmayacağını istisna etmək də mümkünsüzdür.
Hazırda Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Prosesdə Mövlam Şıxəliyev birbaşa olaraq Eldar Mahmudovun adını çəkməsə də, “mən kim olmuşam” şəklində ifadələr verməkdən çəkinmir. Demək istəyir ki, o, verilən göstərişləri icra edib. İstintaq Baş İdarəsinin rəisinə vəzifəcə özündən aşağıda dayanan kimsə göstəriş verə bilməzdi. Mövlam Şıxəliyev konkretləşdirməsə də, Eldar Mahmudova işarə etdiyi göz qabağındadır. Bu iki sabiq nazirlə bağlı baş verənlərin arxasında, mahiyyətində nə dayanır?
DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, 2004-cü ildən 2015-ci ilin oktyabrına qədər Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Eldar Mahmudov qurumu mahiyyətindən, təyinatından çox uzaq bir şəklə salıb. Dövlətin, millətin təhlükəsizliyinə cavabdeh olan təşkilat faktiki olaraq dövlət üçün də, millət üçün də təhlükə mənbəyinə çevrilib: “Aydın oldu ki, qanunsuz dinləmələr, şantaj, nazirlərin ”verbovkası", nazirliklərin qeyri-rəsmi Eldar Mahmudova tabe etdirilməsi, onlardan aylıq, illik xərac toplanması, sahibkarlara qan uddurulması, qanunsuz həbslər həyata keçirilməsi, saxta, uydurma cinayət işləri üzərindən şəxsi ambisiyaların gerçəkləşməsi, ölkədən milyardlarla pul çıxarılması sabiq nazirin mütəşəkkil cinayətkar qruplaşmasının gündəlik işi olub. Vəzifədən çıxarılandan sonra hakimiyyətin Eldar Mahmudovla bağlı qərarları da maraq doğurur. Məlumdur ki, Baş Prokurorluq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan hökmdən 2 il sonra apelyasiya protesti verib. Bununla bağlı dövlət ittihamçısı Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Belə ki, Baş Prokurorluq birinci instansiya məhkəməsinin Vüqar Mahmudovun əmlakları ilə bağlı çıxardığı hökmdən narazı qalıb. Məlumata görə, apelyasiya protestinin verilmə müddəti başa çatıb. Prokurorluq isə müddətin bərpası üçün Bakı Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə müraciəti təmin edib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və sabiq nazir Eldar Mahmudovun köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudova Cinayət Məcəlləsinin xeyli ağır maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib. Vüqar Mahmudov istintaq dövründə cəza müddətini çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdə, həmçinin, qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müsadirə olunub. Məhkəmə hökmündən narazı qalan sabiq MTN əməkdaşı apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra o, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə Vüqar Mahmudovun əmlaklara münasibətdə şikayətini qismən təmin edib. 2 il sonra bu məsələyə yenidən baxılması Eldar Mahmudovla bağlı da oxşar addımların atılacağı ehtimalını yaradır. Bilirsiniz ki, hazırda Bakı Hərbi Məhkəməsində Eldar Mahmudov nazir olarkən ən yaxın ətrafına daxil olan, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevin cinayət işi üzrə proses keçirilir. Eldar Mahmudovun ən yaxın ətrafı ilə bağlı çıxarılacaq məhkəmə qərarları və hökmlərinin sabiq nazirin taleyinə də birbaşa təsiri olacağı şübhəsizdir".
Hüquqşünas deyir ki, bu günə qədər “MTN işi” üzrə həbsə alınan “mahmudovçu”ların barəsində çıxarılan hökmlər əsasında Eldar Mahmudova ittiham elan ediləcəyini istisna etmir.
Natiq Ələsgərov Əbülfəs Qarayevin azadlıqda qalmasını isə onun o qədər də “yırtıcı” nazir olmaması ilə izah edir: “Əbülfəs Qarayevlə Eldar Mahmudovun müqayisə olunması doğru deyil. Bu gün Eldar Mahmudovun ailəsinin 100 milyonluq biznesindən söhbət açılırsa, Əbülfəs Qarayevin uzağı 3-5 milyonluq varidatından danışıla bilər. Yəni Əbülfəs Qarayevi istənilən vaxt həbs edə bilərlər. Eldar Mahmudova gəldikdə isə məsələ bir qədər qəlizdir. Onun həbsi üçün çox ciddi şəkildə iş aparılmalı, əlində olan resurslar neytrallaşdırılmalıdır. O, hakimiyyət üçün hələ də təhlükə mənbəyi olaraq qalmaqdadır. Nazir işlədiyi dövrdə ələ keçirdiyi məlumatları paylaşmaqla təhdidlər də səsləndirib. Buna baxmayaraq, gec-tez Mahmudovun həbsə alınacağını da istisna etmirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
|