Sahil Babayevin nəyin bahasına olursa-olsun QƏNAƏT REJİMİ... - Hədəfdə XALQDIR!
Tarix: 23-02-2022, 10:44 | Çap et
Ölkədə bütün sahələrdə müşahidə olunan bahalaşma fonunda ötən ilin sonunda Prezident İlham Əliyev büdcədən maliyyələşən müəssisə və təşkilatlar başda olmaqla, əhalinin dövlət təminatındakı bütün təbəqələrindən olan hissəsinin pensiya və maaşlarında 20 faizə qədər artımla bağlı sənədlər imzaladı. Həmin sənədlərin biri də bu il yanvarın 1-dən hərbçilərin aylıq vəzifə (tarif) maaşlarının orta hesabla 20 faiz artırılması barədə idi. Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı dövlət başçısının imzaladığı sənəd Azərbaycan Ordusunda xidmət edənlərlə bərabər, ehtiyatda və təqaüddə olan hərbçiləri də sevindirmişdi. Çünki bir qayda olaraq, hərbçilərin maaşları və aylıq pul təminatındakı artım, adətən, vaxtilə pensiyaya çıxan və ehtiyata buraxılan hərbçilərin təqaüdlərində də özünü göstərirdi.
Lakin cari ilin yanvar ayının sonunda məlum olub ki,
BU DƏFƏ ARTIM EHTİYATDA VƏ TƏQAÜDDƏ OLAN HƏRBÇİLƏRİN PENSİYALARINA ŞAMİL EDİLMƏYƏCƏK.
Bu məsələ ilə bağlı son vaxtlar mediada ehtiyatda olan hərbçilərin çoxsaylı çıxış və müraciətləri yer alıb. Əslində qanunvericiliyə görə, maaş artımı ehtiyatda və təqaüddə olan hərbçilərin də pensiyasına təsir etməlidir. Çünki bu halda pensiyaçı alan hərbçilərin aylıq təqaüdlərinin artırılması ölkənin müvafiq qanunvericiliyində öz əksini tapıb. Ona görə də hərbçilərin maaş artımı, əlavələr baş verdikdə, bu, ehtiyatda və pensiyada olan hərbiçilərə də şamil olunmaldır. Buna baxmayaraq, heç bir səbəb göstərilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ehtiyatda olan hərbçilərin pensiyalarını artırmaqdan imtina edir. Buna görə də bir müddətdir ehtiyatda olan hərbi qulluqçularla ƏƏSMN arasında “açıqlama savaşı” gedir.
Ehtiyatda olan və təqaüddə olan keçmiş hərbçilər qanunla nəzərdə tutulan hüquqlarının pozulduğunu əsas gətirərək pensiyalarının artırılmasını tələb edirlər. Lakin Sahil Babayevin rəhbərlik etdiyi ƏƏSMN bu tələbləri özünəməxsus şəkildə yozumlayır.
Beləliklə, son vaxtlar dövlət vəsaitinə qənaət etmək adı altında xəstə, əlil, əmək qabiliyyəti olmayan minlərlə insanı sosial təminatdan məhrum edən və sondərəcə arzuolunmaz məmur imicinə malik olan Sahil Babayevin növbəti “hoqqası” ehtiyatda və təqaüddə olan hərbçilərin başında çatlayıb.
Vətəndaşları narazı salaraq, o cümlədən vaxtilə Vətənin keşiyində dayanan şəxsləri dövlətə qarşı ayağa qaldırmağa çalışan
S.BABAYEV NƏYİN BAHASINA OLUR OLSUN DÖVLƏTİN PULUNA QƏNAƏT ETMƏK İSTƏYİR.
Bütün bunların qanun pozuntusu olduğu, dövlət başçısının addımlarının əhalinin sosial rifahına hesablandığını dərk etməkdə çətinlik çəkən S.Babayev təqaüddə və ehtiyatda olan hərbçilərin narazılığına baxmayaraq, geri addım atmaq istəmir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı açıqlamalarında da olduqca anlaşılmaz cümlələr yer alıb. Yəni həmin bəyanatlardan başa düşmək olmur ki, dövlət başçısının 23 dekabr 2021-ci il tarixli Fərmanında ehtiyatda və təqaüddə olan hərbçilərin artımdan kənarda qalması barədə bir söz belə olmadığı halda, həmin şəxslər niyə artım ala bilmirlər?
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun da media orqanlarına açıqlamasını başa düşmək üçün ali təhsilli olmaq yetərli deyil. Gərək hüquq və sosial elmlər üzrə ən azı elmlər doktoru olasan. Görün, özünü çoxbilmiş kimi göstərən bu adam nə deyir: “Pensiya sahəsində aparılan islahatlar zamanı da ilk növbədə hərbi qulluqçuların fəaliyyətinin, göstərmiş olduqları xidmətlərinin xüsusi önəmi diqqətdə saxlanaraq, onların maraq və mənafeləri xüsusi nəzərə alınır”. Bu nə deməkdir? Nazirlik rəsmisinin problemin həllinə dair cavabı?.. O zaman Vətənə xidmət göstərən hərbi qulluqçuların pensiyalarının onların təminat xərcliyinin artımı əsasında artırılması qaydası dəyişməyibsə, pensiya təminatına dair qanunvericilikdə hərbi qulluqçuların pensiya gəlirlərinə mənfi təsir edə biləcək hər hansı bir dəyişiklik olunmayıbsa, artım niyə verilmir?
Məsələ ondadır ki, bu günə qədər ənənəvi olaraq maaşlar artanda pensiyaların artması baş verdiyi halda, bu dəfə bunun qarşısını alan səbəbi söyləmək əvəzinə Sahil Babayevin rəhbərlik etdiyi
NAZİRLİK BOŞ-BOŞ SÖZLƏRLƏ VƏTƏNDAŞLARIN BAŞINI ALDATMAQLA MƏŞĞUL OLUR.
Ona görə də anlaşılmaz cümlələrlə dolu bəyanatlar məsuliyyətdən yayınmaqdan başqa bir şey deyil.
Qeyd edək ki, bu məsələ ilə bağlı Milli Məclisdə komitə iclası da keçirilib. Lakin komitədə aparılan müzakirə hərbçiləri qane etməyib. Milli Məclisin komitə iclasında məsələ haqqında danışmaqdansa, gələcəkdə hərbi qulluqçuların maaşı artırılarsa, yalnız hərbi rütbəyə görə artımı nəzərdə tutan absurd və yerində olmayan təkliflər irəli sürülüb. Qalib Azərbaycan Ordusunda xidmət edən hərbçilərə diqqət və qayğının artırılmasından tez-tez ağızdolusu danışdıqları halda, Sahil Babayevi dəstəkləyən deputatlar da yanlış mövqe tutublar.
Nazirlikdən dəqiq açıqlama almayan ehtiyatda və təqaüddə olan hərbçilər əlacsızlıqdan pensiya qalmaqalını məhkəmədə həll etmək yolunu seçiblər. Məhkəməyə təqdim etmək üçün iddia ərizələri də hazırlayırlar. Çünki hüquqi müstəvidə məsələnin həlli çox sadədir.
Yəni, kimin nə deməyindən asılı olmayaraq qanun hərbi qulluqçuların pensiyalarının artırılmalı olduğunu tələb edir. Sahil Babayevin cəhdləri isə hərbçilərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə maneə yaratmaqdan başqa bir şey deyil. Aztoday.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
|