"Azkontrakt"ı satıb-sovurduqları BƏS DEYİLMİŞ KİMİ... - İLGİNC FAKTLAR
Tarix: 2-12-2022, 09:25 | Çap et
Əvvəllər Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsi, sonralar Material Ehtiyatları Nazirliyi, 1997-ci ildən isə mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə "Azkontrakt" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaranan gündən başının üstündən qara buludlar əskik olmur. Yarandığı vaxtdan qurumun rəhbərliyinə isə sabiq deputat və nazir, rəhmətlik Miri Qəmbərov təyin edilmışdi. "Azkontrakt" ASC-nin tabeliyinə isə Bakıda, Lənkəranda, Sumqayıtda, Gəncədə onlarla müəssisələr, anbarlar, torpaq sahələri və s. miras qaldı. Daha doğrusu, dövlət bu əmlakları Miri Qənbərovla onun köməkçisi Güləddin Dadaşova əmanət etmişdi. Düzdür, atalar deyib ki, əmanətə xəyanət eləmək olmaz! Amma faktlar sübut edir ki, burda əmanətə hər şey edilib-satılıb, paylanıb…
Saxta Akt tərtib etməkdə məqsəd nədir???
"Azərmetal" Topdansatış Ticarət Birliyi də «Azkontrakt»a əmanət qalan dövlət müəssisəsi olub. Maraqlıdır ki, Prezident Fərmanında Miri Qənbərova tapşırılmış əmlakların hamısı pay baxımından dövlətə məxsus olub. Amma bu əmlaklarla şəxsi mal kimi rəftar edilib. Bu günlərdə isə Birliyin Baş mühasibini hədələyərək akta imza atdırıblar (Baş mühasibin bu barədə ərizəsinin surətini təqdim edirik). Bu barədə sonra bəhs ediləcək. Hələlik isə bir vacib məqam: "Azərmetal"ın isə həm Sumqayıtda, həm də Bakıda- Heydər Əliyev prospekti- 98 ünvanında böyük ərazisi, yükdaşıma və qəbul məntəqəsi və s. var idi. Ona görə «var idi» deyirəm ki, indi demək olar onların heç biri yoxdur, xarabalıq qalıb. "Azərmetal"ın Sumqayıtda, Bakıda olan tabe bazalarının ümumi ərazisi 12.75 hektar olub. İndi cəmi 87 sot torpaq ərazisi qalıb…
***
"Azkontrakt"ın əsas işi qonşu dövlətlərlə kontrakt, yəni müqavilələr bağlayıb mal-material gətirmək və onu istehlakçılara satmaq idi. Bu işin bir hissəsi də "Azərmetal" Topdansatış Ticarət Birliyinə həvalə olunmuşdur. Bu müəssisənin rəhbəri elə ilk vaxtlardan Bakı şəhər sakini, bu sahənin mütəxəssisi kimi tanınan Şahin Abbbasov olmuşdur. Onun rəhbərliyi ilə 2014-cü ilə qədər Topdan Satış Birliyi öz funksiyasını yerinə yetirmiş və yüzdən yuxarı olan işçilər vaxtı-vaxtında əmək haqqı almışlar. Amma 2014-cü ildən sonra müəssisənin işində “tormoz”lanma yaranır. Rəhmətlik Miri Qəmbərovun yumşaqlığı və bir az da zəifliyi nəticəsində müəssisənin əraziləri ayrı-ayrı iş adamları tərəfindən zəbt olunmağa başlayır. Bu işdə isə başlıca rolu hansı yollasa Miri Qəmbərovun rəğbəti və etibarını qazanmış Güləddin Dadaşov adlı şəxs oynayır. M.Qənbərovun yaşlaşmasından və xəstəliyindən sui-istifadə edərək, müəssisənin əmlaklarının və yerinin satılmasını özünün başlıca funksiyası hesab edib bu şəxs. Bunu mən yox, müəssisənin işçiləri deyirlər.
«Azərmetal» Topdansatış Ticarət Birliyinin baş mütəxəssisi Tamara İbrahimova bizimlə söhbətində öz haqqını tələb etdiyi halda, ona Güləddin Dadaşov tərəfindən çox kobud cavab verilib. Bu haqda gəlin T. İbrahimovanın redaksiyamıza ünvanladığı şikayət məktubundan bir hissəyə nəzər salaq:
-Dəfələrlə rəhbərliyə ("Azkontrakt" ASC) telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, onlar tərəfindən, şəxsən özünü müavin kimi qələmə verən Dadaşov Güləddin (hansı ki, onun vəzifəsi prezident tərəfindən təsdiqlənməyib) kobudcasına "get kimə istəyirsən şikayət et" demişdir. Mən bir Azərbaycan vətəndaşı kimi sizə müraciət edib bildirmək istəyirəm ki, birliyə rəhbərlik etmiş "Azkontrakt" ASC rəhbərliyinin çox zəif və vecsiz olması üzündən uzun illərdir ki, əmək haqqı ala bilmirik. Belə çıxırdı ki, bu vəziyyət rəhbərliyi qane edirmiş. Təşkilatlarla heç bir kontrakt bağlamayan, lakin uzun müddət ancaq bütün dövlət qanunlarımızı pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12,75 hektar sahəsini satmaqla məşğul olan çox hörmətli mərhum sədrimiz Miri Qəmbərov və onun «müavini» Dadaşov Güləddin cənabları, sanki böyük bir işçi kollektivinin qəsdinə durmuşlar. Prezidentin 1997-ci ildə qəbul etdiyi 607 saylı Fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin bənddə deyilir: "2. "Azərkontrakt" ASC-yə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyə edilsin". Rəhbərliyin çox zəif və işə vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri indiyə qədər öz əksini tapmamışdır. Birliyimizin 12.75 hektar torpaq sahəsi bütün irad və təkliflərə baxmayaraq ayrı-ayrı şəxs və təşkilatlara qeyri-qanuni şəkildə satılmışdır. Məsələn: Sumqayıt bazası 6.1 hektar, Sabunçu sexi 0.7 ha, Nizami TSTB - 2.0 ha, Abşeron TSTB - 1.14 ha və cəmi 11.41 hektar birlik işçilərinə böyük ziyan vurmuşlar. Sonuncu bu iki təşkilatın nə vaxt yarandığını biz heç bilməmişik. Nəticədə işçilər işdən ayrılmış və bu günə kimi uzun müddətdir işlədikləri birlikdən nə maaş, nə də özəl pay ala bilməyiblər. Belə ki, yerdə qalan 1.34 hektar ərazi anbar və təsərrüfatları ilə birlikdə artıq özəlləşdirmə haqqında Dövlət qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən dövlət qanunlarına zidd olaraq, hansısa yollarla 0.5 hektar sahə anbar və tikililərlə birlikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə verilmişdir. Bu zaman heç bir təhvil-təslim aktı olmamışdır. Hazırda "Azərmetal" Topdansatış Birliyinin işığı, suyu kəsilmiş, kommunal xidmətlər dayandırılmış, otaqlar dağınıq, qapılar sınıq vəziyyətə gətirilmişdir. Ümumiyyətlə, bizim şikayətlərimizə qulaq asan yoxdur. Anbar daxilinə gələn bütün dəmir yolları, dirəklər, qaldırıcı kranlar və bütün metal məmulatları müxtəlif yollarla satılıb və işçilər buna görə çörəksiz qalıb. 2014-cü ildən bəri maaş almayan insanlar necə yaşasın? Amma debitor pullarımız çoxdur. Məsələn, Sumqayıt SAM zavodu 11 min manat, Azneft İB-dən 182 min manat pulu "Azkontrakt ASC"-nin hesabına köçürmüşdür. Amma bu pulların hara xərcləndiyi bilinmir. Yenə də işçilər maaşsız qalmışlar. Magistral Neft Kəmərləri tərəfindən bizə olan 587 min manat pulun taleyi, bir neçə məhkəmə mərhələsindən sonra nəhayət, Ali Məhkəminin qərarı ilə bizim xeyrimizə həll olundu. O qədər pulun da hara xərcləndiyini heç kim bilmir".
Göründüyü kimi, "Azərmetal" Topdansatış-Ticarət Birliyinin baş mütəxəssisi Tamara İbrahimova bütün qanunsuz faktları bir-bir sadaladı. Bundan əlavə, T.İbrahimova Güləddin Dadaşovun daha bir qanunsuz əməlini sübut edən sənədi bizə təqdim etdi. Deməli, işçilərə əmək haqqı kimi nəzərdə tutulan 84 min manat pulun yalnız 34 min manatı paylanıb. Yerdə qalan 50 min manat pulun taleyi məlum deyil. Özü də G.Dadaşov bu pulu içşilərə iş yerində yox, "Azərkontrakt ASC"-də olan öz kabinetində qol çəkdirib verib. Bizə təqdim olunan cədvəldə G.Dadaşov T.İbrahimovaya 9226 manat 70 qəpik əmək haqqı yazsa da, ona cəmi 3.000 manata qədər pul verib. Ona görə də, T.İbrahimova əmək haqqı cədvəlinə qol çəkməyib. Bu gün də T.İbrahimova haqlı olaraq bildirir ki, G.Dadaşovun nəinki yol verdiyi əməllər, hətta onun müavin kimi fəaliyyəti də qanunsuzdur.
"Azərmetal" Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovu da dinlədik. Ş.Abbasov bunları dedi:
-Mən dəfələrlə rəhmətlik Miri Qəmbərova baş verən qanunsuzluqlar barədə sual verəndə, o belə deyirdi: "Mənim bir prezidentim var, o da Kərəm Həsənovdur!». O vaxt Əmlak Komitəsinin sədri Kərəm Həsənov olduğundan Miri Qəmbərov və qanunsuz fəaliyyət göstərən, həmçinin heç bir səlahiyyəti olmayan Güləddin Dadaşov bütün qanunsuzluqlara gedə bilirdilər. Bu işlərin arxasında Kərəm Həsənov dayanırdı. Bu gün Miri Qəmbərov bu dünyada yoxdur, amma Kərəm Həsənov yaşayır və özü də prezidentin müşaviridir. Bu şəxsdən sorğu-sual edilməlidir ki, Əmlak Komitəsinin sədri işləyəndə dövlətə məxsus torpaqların, mal-materialların və avadanlıqların qeyri-rəsmi satılmasına niyə yardım edib? Axı bu müəssisələrdə orada işləyən işçilərin səhmləri var ki, bu satışlardan onlara da pay düşməli idi. Amma çox təəssüf ki, Kərəm Həsənov, Miri Qəmbərov və Güləddin Dadaşov üçlüyü dövlətə məxsus "Azərkontrakt"ın bütün ərazisini sataraq, darmadağın ediblər. Hazırda eşidirik ki, Naxçıvanda bir çox dövlət vəzifəsi daşıyan məmurları milyonlarla manat dövlətə ziyan vurduqlarına görə həbs edib, Bakıya gətirirlər. Yoxlasalar onlardan da çox dövlətə ziyan vuran Kərəm Həsənov və Güləddin Dadaşov Bakıdadır, amma onları heç bir sorğu-sual edən yoxdur. 2021-ci ildə Prezident Cənab İlham Əliyev "Azkontrakt"ın bazası əsasında Azərbaycan Dövlət Material Ehtiyatları Agenliyinin yaradılması haqqında fərman verdi. Lakin buna baxmayaraq, bu gün də "Azərkontrakt"ın Güləddin Dadaşovu at oynadır, amma qapıları bağlıdır və heç bir fəaliyyət göstərmir. Agentlik isə gözə dəymir… Yenə də Güləddin Dadaşov heç bir səlahiyyət sahibi olmadan Agentliyin adından işlər görür. Təzəlikcə hissə-hissə satılaraq "Azərmetal Topdansatış Birliyi"nin 0.87 hektar qalmış ərazisini də Güləddin Dadaşov kiməsə artıq satıb. Bundan ötrü akt tərtib edib ki, o akta mən və digər müavinlərin heç biri qol çəkməmişik. Hüquq mühafizə orqanları, həmçinin Baş Prokorluq inanıram ki, bu məsələni araşdıracaqlar. Onda məlum olacaq ki, Güləddin Dadaşov qeyri-rəsmi şəxs olaraq dövlətə necə milyonlarla manat ziyan vurub".
Bütün bu deyilən ittihamlara aydınlıq gətirmək üçün, həmçinin əks tərəf kimi Güləddin Dadaşovla da əlaqə saxladıq və bu məsələlərə münasibətini soruşduq. Telefonda G.Dadaşovla aramızda belə bir dialoq alındı:
-Güləddin müəllim, "Azərmetal Topdansatış Birliyi"nin baş direktoru Şahin Abbasovun və baş mütəxəssis Tamara İbrahimovanın ittihamlarına münasibətinizi bilmək istərdik.
G.Dadaşov:
-Mən prezidentin 2021-ci ildə imzaladığı fərmanın həyata keçirilməsini təmin edirəm və heç bir qanunsuz fəaliyyətlə məşğul olmuram.
-Güləddin müəllim, bilmək olarmı siz prezidentin fərmanını hansı səlahiyyət sahibi kimi icra edirsiniz?
-Xahiş edirəm, mövzudan kənar sual verməyin. Prezidentin fərmanında açıq göstərilib ki, bu fərmandan irəli gələn vəzifələri "Azərkontrakt"ın bazasında yaradılmış Dövlət Agentliyi həyata keçirir.
-Çox gözəl, Güləddin müəllim, deyə bilərsinizmi siz bu Agentlikdə hansı səlahiyyətin sahibisiniz ki, prezidentin fərmanından irəli ələn vəzifələri yerinə yetirirsiniz?
-Hər şey fərmanda açıq-aydın yazılıb.
-Axı orada sizin müavin kimi və ya hər hansı səlahiyyətli şəxs kimi vəzifənizin təsdiq olunması barədə heç nə yoxdur.
-Siz yenə də mövzudan kənara çıxırsınız və Şahin Abbasovun mövqeyindən çıxış edirsiniz.
-Mən Şahin Abbasovun mövqeyindən çıxış etsəydim heç sizinlə əlaqə saxlamazdım. Əgər siz, Şahin Abbasovun və Tamara İbrahimovanın səsləndirdiyi ittihamlara cavab vermək istəyirsinizsə, buyurun redaksiyamıza gəlin. Təzadlar TV-nin canlı efirinə çıxaq və sözünüzü deyin, mövqeyinizi bildirin.
-Mənim ora gəlməyə vaxtım yoxdur. Sizinlə də danışmaq istəmirəm. İstəyirəm daha sual verməyəsiniz, çünki "otboy" verib, mədəniyyətsizlik etmək istəmirəm.
-Güləddin müəllim, siz bizim bircə sualımıza cavab verin, ondan sonra sizə heç bir sual verməyəcəyəm. Siz əvvəl "Azərkontakt"ASC olmuş, indi isə "Azərkontrakt Dövlət Agentliyi" adlanan dövlət qurumunda hansı səlahiyət sahibisiniz?
Bu sualdan sonra Güləddin Dadaşov qulağımıza "otboy" verib telefonu qapatdı... İndi özünüz nəticə çıxarın…
***
Əlbəttə, Miri Qəmbərov dünyasını dəyişdiyindən baş vermiş bütün qanunsuzluqlara, rəhmətliyin yanında qeyri-qanuni müavin kimi fəaliyyət göstərən Güləddin Dadaşov çox suallara cavab verə bilərdi. Amma görünür səlahiyyətsiz Güləddin Dadaşov səlahiyyətli orqanlar qarşısında cavab vermək niyyətindədir. Respublikanın Baş Prokorluğu, Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətli nümayəndələri Güləddin Dadaşovu sorğu-sual etməyə borcludurlar. Çünki söhbət dövlətə vurulan milyonlarla manat ziyandan gedir.
Mövzunu diqqətdə saxlayacağıq.
P.S Bu yazıdan sonra Güləddin Dadaşov hər hansı münasibət bildirmək istəsə, onu dinləyib, mövqeyini olduğu kimi dərc etməyə hazırıq… //tezadlar.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02 |
|
|
|
|