40 ildə yaradılan 4 ilə dağıdılıb - Kardiologiya İnstitutu Rentgensiz qalıb
Tarix: 14-01-2023, 09:49 | Çap et
Bu o deməkdir ki, Gülnaz Dadaşova Elmli-Tədqiqat İnstitutunu hansısa ucqar dağ kəndindəki “medpunkt”a çevirib.
Azərbayda Respublikasında bir neçə vacib sahə var ki, onlardan biri təhsil, diğəri də səhiyyədir. Uzun illərdir hər iki sahənin abıra salınması üçün layihələrə milyonlar xərclənsə də, daha müasir yeni sistemlər yaradılsa da ciddi nəticə hasil olmur.
Ümumi anlayışda sözügedən sistemlərdə baş verən yeniliklər biri-birini sözün əsl mənasında udur. Müstəqil sahə ekspertləri qalaqlanmış problemlərin həllini bu sistemlərin yenidən qurulmasında görür.
Eyni zamanda hökümət yeni sistemlər yaradaraq, köhnə problemlərin həllini yeni naşı məmurlara tapşırır. Məhz bunun nəticəsidir ki, yenilər oturuşmuş köhnə sistemə, qurulmuş korrupsiya modelinə qalib gələ bilmir.
Səhiyyə sisteminin formalaşdırılması üçün yaradılan TƏBİB adlı qurumun qalanlqanmış problemlərin, dərin korrupsiyaya bulaşmış bu sahə məmurlarının əlində oyuncağa çevrilməsini hər birimiz gördük. Nəticə olaraq TƏBİB rəhbəri gənc Ramin Bayramlı davam gətirə bilməyib istefa verdi.
Ardınca Teymur Musayev adlı şəxs nazir təyin edildi və bir neçə il əvvəl nazirlikdən ayrılaraq TƏBİB-ə verilmiş strukturlar yenidən nazirliyə qaytarılır. Bu o deməkdir ki, TƏBİB tapşırıqların öhdəsindən gələ bilmədi.
Bu gün səhiyyə sisteminun yaxşı mənada nəzarətə götürülməsi, hələlik əsas müsbət göstəricilər sayıla bilər.
Nazir Teymur Musayevin TƏBİB-ə verilmiş qurumların yenidən səhiyyə nazirliyinə qaytarması cəhdlərini, İnstitut direktorlarının ardıcıl olaraq dəyişdirilməsinin şahidi oluruq. Bu dəyişikliklərin müsbət və ya mənvi nəticələrini gələcəkdə görəcəyik. Hələliksə kadrlar dəyişdirilir, yeni sistem qurulması üçün cəhdlər edilir. Əsas vəzifələrdən biri də budur ki, Elmi Mərkəzlərdə, İnstitutlarda sahə üzrə daha peşəkar mütəxəsisslər, əsl alimlər, əsl professorlar rəhbər vəzifələrə gətirilsin və köçmüş sistem işləh hala salınsın.
Amma unudulanlar var, daha ciddi qurumlarda daha böyük problemləri olan şəxslər hələ də bu vəzifələri bölüşürlər. Təbii ki, bu şəxslərin bu sahələrdəki fəaliyyətinin qiymətləndirilməsi həkimlərin və xəstlərin rəyi ilə nəzərə alınır. Bu hal texniki sahələrdən daha çox elmi naliyyətlərə söykənməlidir. Təbii ki, xəstəxana təmiz olmalıdır, xəstəxanalarda dərman olmalıdır, çarpayı olmalıdır və savadlı, təcrübəli həkim olmalıdır.
Səhiyyə sisteminin daha vacib hissəsi olan elmi araşdırmaların aparılması, müasir xəstəkliklərin öyrənilməsi və onlarla mübarizədə əsas rolu oynayan Elmi İnstitutların fəaliyyəti isə xüsusilə nəzarətə götürülməlidir. Bu elm ocaqlarının fəaliyyətinin səmərəliliyinin qaldırılması üçün yalnız peşəkarlardan istifadə edilməlidir. Bu gün Azərbaycanda səhiyyə sisteminin məlum vəziyyəti, adi dərmanların xarici ölkələrdən gətirilməsi, adi bir xəstəliyin diaqnozu üçün xarici ölkə mütəxəsisslərinə müraciət hər birimizi narahat edir. Lakin bu o demək deyil ki, ölkəmizdə yaxşı mütəxəsiss, alim yoxdur.
Bu o deməkdir ki, Elmi Təhqiqat İnstitutlarının naşı rəhbərləri elmi araşdırma işlərləri ilə hansısa Poliklinika fəaliyyətini ayırd edə bilmir. Bu direktorların fəaliyyəti daha çox hansısa kənddə “medpunkt” üçün yararlıdır. Elm ocağının, səhiyyədə daha böyük araşdırma naliyyətlərinin həyata keçirilməsi üçün belə İnstitutların rəhbərləri alimlərdən ibarət olmalıdır və onlara ən böyük texniki, maddi, mənəvi və psixoloji imkanlar yaradılmalıdır.
Reallıqda isə elm ocaqlarının, İnstitutların rəhbərləri öz kreslolarını qorumaq üçün səhiyyə mafiyasının hansısa qanadına yarınaraq vaxt qazanır.
Bu günlərdə Bizimxeber.az-a daxil olan məlumat sözün əsl mənasında şokedicidir.
Sən demə Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı yoxdur... Təsəvvürə gələ bilməyəcək bir hal – elm ocağında Rentgen aparatı yoxdur.
Bildiyimiz kimi, bütün dünya hələ də koronavirus pandemiyası ilə mübarizə aparır. Bu xəstəliyin müayinəsi üçün ən vacib avadanlıq Rentgen aparatıdır. Üstəlik ürək qüsurulu insanlarda yaranan tənginəfəslik ilk olaraq koronavirus əlamətlərinin oxşarıdır. Odur ki, bu xəstəxanaya müraciət edən xəstə ilk növbədə Rentgen müayinəsindən keçməlidir ki, o da yoxdur.
Hörmətli, Səhiyyə naziri Teymur Musayev - Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunda rentgen aparatı yoxdur... Bu o deməkdir ki, bura Elmli-Tədqiqat İnstitutu deyil, hansısa ucqar dağ kəndində “medpunkt”dur.
Xray Brain Money Us Dollars And Skeleton Stock Photo - Download Image Now - Currency, X-ray Image, US Paper Currency - iStock
Google sistemində Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutu yazılsa görərsiz ki, uzun illərdir bu elm, səhiyyə, elmi araşdırmalar ocağı ilə bağlı nələr yazılıb. Bu elm ocağının direktoru Gülnaz Dadaşovanın adı hansı əməllərdə hallanıb... Hər birinə də gənc direktor Gülnaz Dadaşovanın özünəməxsus açıqlaması ya olub, ya da olmayıb.
Oxuyuruq ki, məqalələrdən sonra direktor Gülnaz xanım Elmli-Tədqiqat Kardiologiya İnstitutunda məlum problemləri həll etmək əvəzinə “agent”i axtarır ki, cəzalandırsın. Elmli-Tədqiqat Kardiologiya İnstitutu “agent» axtarmaq yeri olmamalıdır, elmi araşdırmaların aparılması, alimlərin savad və təcrübələrindən istifadə edilərək yeni-yeni müalicə üsullarının tapılması üçün bir elm ocağı olmalıdır ki, deyil.
Bir də Elmli-Tədqiqat Kardiologiya İnstitutu necə elmi araşdırma yeri olsun ki, bu ocaqda adi Rentgen aparatı yoxdur.
Yəqin ki, həkimlər, elm adamları, səhiyyə sistemini dərindən bilənlər, professorlar bilər ki, adında Elmli-Tədqiqat sözü olan İnstitutda Rentgen aparatının olmaması nə deməkdir. Qısa araşdırmalarımız zamanı bəlli oldu ki, Elmli-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olub. Amma sabiq nazir Şirəliyevin kadrı, daha sonra TƏBİB şefinə yol tapıb kreslosunu qoruyan Gülnaz Dadaşova direktor təyin edildikdən sonra aparat “buxarlanıb”. Daha doğrusu, baxımsızlıq üzündən yararsız vəziyyətə düşüb.
Qısa arayış! Dünyanın bütün ölkələrində Rentgen aparatları xəstəxananın insanlardan kənar olan yerlərində, divarları xüsusi qurğuşun tozu ilə izoləedilmiş otaqlarda quraşdırılır. Xüsusi təsiredici şua təbəqəsinə malik olan Rentgen aparatlarının olduğu otaqlar xüsusi qapılarla bağlanır.
Nəticə olaraq Gülnaz Dadaşova rentgen aparatını təmir etdirmək əvəzinə İnstitutdan çıxartdırıb. Bunlar azmış kimi, rentgen aparatının olduğu otağı da adi həkim ambulator otağına çevirib. Bir neçə həkim öz vəsaitləri hesabına bu otağı təmir etdirərək iş otağı edib.
Bir sözlə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Gülnaz Dadaşovanın səyi nəticəsində Rentgensiz qalıb. Ən ağır xəstələr belə Rentgendən keçməsi üçün 5 saylı Xəstəxanaya göndərilib ki, orda da növbə yaranıb və xəstələr daha da çətin vəziyyətə düşüblər.
Daha sonra direktor xanım “Modul” xəstəxanada istifadə olunan portativ Rentgen aparatını gətizdirərək 2-ci mərtəbədə sanitary normalara uygun gəlməyən, rentgen şüasından qorunmayan adi Exokardioqrafiya otağında yerləşdirib.
Bir müddət sonra həkimlər şöbədə yerləşdirilən Rentgen aparatının təhlükəli olduğunu, şüalanma əleyhinə heç bir tədbir görülmədiyindən narazılıq ediblər. Uzun müzakirələrdən sonra bu aparat da şöbədən yığışdırılıb. Bir sözlə, hazırda bu yekəlikdə Elmli-Tədqiqat Kardiologiya İnstitutu Rentgen aparatsız qalıb. Elə isə maraqlıdır, əgər İnstitutda Rentgen aparatı yoxdursa, bəs dövlətdən əmək haqqı alan, uzun illər bu sadəhə çalışan rentgenoloq hansı işi görür?
İnstitutdan aldığımız məlumata görə, xəstəxananın Rentgenoloqu Lalə Fərəcova adlı xanımdır. Bu xanım səhər işə vaxtında gəlir, axşam da vaxtında gedir. Amma rentgen aparatı olmadığı üçün heç bir iş görmür. Həkimlər rentgenoloq xanımı təcrübəli və işinə sədaqətlə yanaşan biri kimi xarakterizə edirlər. Təəssüflər olsun ki, Gülnaz Dadaşovanın rəhbərlik etdiyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Rentgen aparatı olmadığı üçün rentgenoloq da işsiz qalıb.
Daha bir araşdırılmalı məqam ondan ibarətdir ki, İcbari Tibbi Sığortanın fəaliyyəti bu İnstitutda özünəməxsus şəkildə həyata keçirilir. Bu barədə daha ətraflı araşdırma yazımızda söhbət açacağıq.
Səhiyyə naziri Teymur Musayevin diqqətinə daha bir məqamı da xatırladaq ki, vəziyyətdən tam agah olsun.
Elmli-Tədqiqat Kardiologiya İnstitutunda həkim və alimlərin köçü davam edir. Alimlər, professorlar, elmi işçilər əsasən xəstəxanadakı bezdirici vəziyyətdən baş götürüb gedirlər. Bu gedişlə orada bir Gülnaz xanım Dadaşova qalacaq bir də yaxın dostları – Kadrlar Şöbəsinin müdürü Fatma Alxasova, və 2-ci kardiologiya şöbəsinin müdürü Nailə Fərəcova…
Hələlik son olaraq bildirək ki, hazırda İnstitutdakı struktur quruluşu nəinki dünya standartlarına, hətta geridə qalmış 3-cu dövlətlərdəki kliniki xəstəxanaların strukturuna uyğun deyil. Biz sözlə 40 ildə yaradılan 4 ıl ərzində dağıdılıb... //bizimxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|