SALYAN İSTEHLAK CƏMİYYƏTİNİ KİMLƏR TALAN EDİR?
Tarix: 16-05-2013, 10:06 | Çap et
CƏMİYYƏTİN ÜZVLƏRİ MALİYYƏ MAXİNASİYALARINDAN NARAHATDIRHələ sovetlər dönəmindən Salyan Rayon İstehlak Cəmiyyətləri İttifaqı (RİCİ) rayonda, necə deyərlər, “bal tutanların barmaq yaladığı” idarə olub. Təsadüfi deyil ki, RİC -nin o zamankı sədri, rayonda hamının “Mirzəyev” deyə çağırdığı mərhum Böyükağa Mirzəyev Azərbaycanın ən varlı adamlarından sayılırdı. B. Mirzəyevdən sonra cəmiyyətin rəhbəri bir neçə dəfə dəyişsə də, sonuncu sədr Elşad İsmayılov talançılığına görə rekord qıraraq, hamını geridə qoymaqla sələflərinin atasına rəhmət oxutdurub. O, bu vəzifəyə 2010-cu ildə o zamankı icra başçısı, sabiq hərbi komissar Əliağa Hüseynovun təşəbbüsü ilə təyin olunub. Əslində Salyan ictimaiyyəti Ə. Hüseynovun bu təyinatını onun ən uğursuz addımlarından hesab edir. E. İsmayılov buna qədər Salyan tədarük kontorunun müdiri olub və dövlət əmlakının “pripiska” yolu ilə mənimsənilməsində ad çıxarıb. İş o yerə çatıb ki, kontorun anbarları, təsərrüfatı və çörək sexi onun tərəfindən su qiymətinə özəlləşdirilib. Hazırda həmin anbarlar ayı 5 min manata iranlı iş adamlarına icarəyə verildiyi halda, ona görə vergi ödənilmir. E. İsmayılovun RİC -də ilk addımı idarəsini cəmiyyətdən təcrid ertmək olub. Belə ki, o, idarənin küçədən olan qapısını qapadaraq, kabinetinə həyətdə açdığı toyuq saxlanan sexdən girir və buradan da çıxır. Cəmiyyətin kollektiv mülkiyyətdə olan əmlakını sənəddə su, əslində isə bazar qiymətinə satır. Payçılardan xəlvət aparılan bu talanlara göz yumduğu, daha doğrusu, baş verənləri icra başçısı Tahir Kərimovdan gizlətdiyi üçün RİC sədri Salyan RİH başçısının müavini Hüseynqulu Mənsimova şəhərin mərkəzindən mağaza bağışlayıb. H. Mənsimov da həmin obyekti sökdürərək, yerində ikimərtəbəli supermarket inşa etdirib. E.İsmayılova iştah necə güc gəlibsə, idarəyə gələn, Mirzəyevin çəkdirdiyi 500 metrlik qaz borusunu və Azərbaycan bayrağı asılan dəmir borunu da kəsib satıb və balansdan çıxarıb. İdarənin həyətində olan 25 metrlik qazanxana borusunun satış məqsədilə sökülməsi isə tragikokomediya mövzusu olub. Belə ki, metal alıcılarının kəsdiyi nəhəng boru aşaraq “Qonaq evi”nin damını dağıdıb. Artıq idarənin həyətində ayaq qoymağa yer tapmaq müşkülə çevrilib. Ətrafdakı sakinlərə radiasiya saçmasına baxmayaraq, “Azərcell”ə ötürücü antenna quraşdırmaq üçün idarənin həyətindən yer verib. Aylıq icarə haqqı 250 manata razılaşılsa da, sənədlərdə 25 manat göstərilib. Cəmiyyətə məxsus 52AA 076 dövlət nömrə nişanlı “QAZ-24” markalı avtomaşınla sürücüsü Elşada məxsus çörək sexindən satış nöqtələrinə çörək daşınır. Sürücünün əmək haqqı və yanacağı isə idarənin hesabına ödənilir. Qısa vaxtda Salyan İstehlak Cəmiyyətini talan edən E. İsmayılov rayonun kölgədə gizlənmiş ən varlı adamına çevrilib. O hətta adı bizə bəlli olan deputatla və arxalı bir biznsmenlə şərikliyə girərək, Salyan şəhərində, Bakı-Astara yolunun üstündə çoxmərtəbəli bina inşa etdirir . Onun saysız-hesabsız obyektlərində isə dövlətə qanuni vergi və sosial ödəmələr çox aşağı səviyyədədir. Qızıl rus sikkəsi- “imperial” yığmaq həvəskarı olan E. İsmayılov Salyanda gəlirinə görə ən az vergi ödəyən şəxsdir. Cənabın rayonda gördüyü ən böyük “xeyriyyəçilik” aksiyası isə onu bu vəzifəyə gətirmiş deputat Əliağa Hüseynovun fermasındakı toyuqlara təmənnasız dən daşımasıdır. Bu hesaba E. İsmayılov özünü rayondakı hüquq-mühafizə orqanlarına deputatın “sağ əli” kimi təqdim etməklə toxunulmazlıq qazanıb. Cəmiyətin səhimdarları neçə ildir iclaslara dəvət olunmadıqlarından, heç bir məsələdə onların fikirlərinin öyrənilmədiyindən, gəlirlərdən səhm payı almadıqlarından şikayətçidir. Onlar bildirir ki, bu deyilənlər hələ “jurnaldı”, yaxın zamanlarda RİC -də baş verən talançılıqla bağlı ortaya müdhiş faktlar qoyacaqlar. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədil ilə Elşad ismayılova telfon açdıq və bizə daxil olan məktubun məzmunu ilə onu tanış edib, fikirlərini öyrənmək istədik. O, bəzi məqamları dolayı yolla təsdiqləsə də, maliyyə maxinasiyaları barədə deyilənləri yalanladı və müraciət müəlliflərini qərəzlilikdə ittiham etdi: “İndiyə qədər müəssisənin səhmdarlarına divident ödənilməyib, səbəbi də odur ki, cəmiyyət gəlirlə işləmir. Əgər ortada fəaliyyət yoxdursa, gəlir əldə edilməyibsə, kimi çağırmalıyam, nəyi müzakirə edə bilərik? Mənimsəmə, vergidən yayınma və digər qanunsuz əməllər barədə deyilənlər isə doğru deyil.” infom.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
|