"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." .....                     Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                     Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                 

HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ
Tarix: 26-09-2011, 11:49 | Çap et
HAKİMİYYƏT İÇİNDƏ YENİ ÇƏKİŞMƏ

RAMİZ MEHDİYEV ZEYNAL NAĞDƏLİYEVƏ QARŞI

DİA.AZ: - Nə hakimiyyətin yaş senzi «açılımı» nə də hansısa bir hadisə bu gün YAP hakimiyyətinin ağır toplarından biri, elə həm də birincisi hesab olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin görəvdən alınması üçün bir səbəb rolunu oynaya bilmir. Mərhum prezident HeydərƏliyevin idarəetmə prinsiplərini tamamilə əxz etmiş kimi görünən PA rəhbərini elə bu gün iqtidar düşərgəsinin əsas siması kimi təqdim edənlər də var.

Ona görə də mətbuatda «boz kardinal» kimi təqdim olunan Ramiz Mehdiyev bir zamanlar ANS-çi Mirşahinin təbirində «ölkənin səlahiyyətlisindən də səlahiyyətli» qiymətini almağa müvəffəq olmuşdu. Doğrudur, bu ifadənin səslənməsindən indiyinə qədər Ramiz Mehdiyevin əksinə işləyə biləcək elə bir ciddi hadisə baş verməyib. Yəni onun nüfuzunun aşağı düşmədiyi, hələ də ictimai-siyasi həyatda ən vacib fiqurlardan biri olduğu göz önündədir.

Və elə diqqət yetidrikdə görə bilərik ki, Ramiz Mehdiyevlə yanaşı, onun çevrəsi də tam olaraq irəliləməkdədir. Məsələn, bu gün PA-da Ramiz Mehdiyevin əsas adamlarından birincisi hesab olunan PA-nın şöbə müdiri Əli Həsənov media müstəvisində çox ciddi mövqeləri ələ keçirməyə müvəffəq olub. Əli Həsənov onlarla qəzeti öz nəzarəti altında saxlayır. Bundan əlavə PA-nın şöbə müdiri «Araz» radiosuna, «Xəzər»TV-yə, Beynəlxalq Mətbuat Mərkəzinə, «Kaspi» yayım firmasına, «Bakıpress» yayım firmasına, yeni qurulmaqda olan «Kaspi» mətbəəsinə və daha neçə media strukturuna sahiblənib. Ki, bütün bunlar da əslində Ramiz Mehdiyevin media ilə bağlı planlarının icrası kimi təqdim oluna bilər.

Bundan əlavə, Ramiz Mehdiyev hakimiyyətiçi münasibətlərdə də çox ciddi mövqelərə malikdir. Bu gün tikinti sektorunda, ərzaq-qida sənayesində və bir sıra mühüm strateji iqtisadi sahələrdə Ramiz Mehdiyevin favoritliyini görməmək mümkün deyil.

Uzun müddətdən bəri ölkənin siyasi yükünü də «çəkməli olan» Ramiz Mehdiyev eləcə də müxalif cinahla bağlı proseslərdə də əsas fiqur kimi diqqətə gəldiyindən, əslində, onun malik olduğu gücü təsəvvür etmək belə çətindir.

Amma bu çətinliyə baxmayaraq, bütün fövqəllərin sonu olduğu kimi, Ramiz Mehdiyevin də erasının bitəcəyi tarix var. Və artıq bu tarixə indidən tədarük görülməkdədir. Bu barədə redaksiyamıza çox ciddi çevrələrdən məlumatlar daxil olub.

Belə ki, hakimiyyət içindəki mötəbər qaynaqların «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) verdiyi xəbərlərə görə, artıq prezident İlham Əliyev onun «şəriki» kimi təqdim olunan və bəzi hallarda bu şərikliyi qabarıq şəkildə hiss olunan Ramiz Mehdiyevlə yollarını ayırmaq qərarını verib.

Mötəbər mənbənin söyləntilərindən bəlli olur ki, hal-hazırda Ramiz Mehdiyevin yerinə alternativ qüvvələrin gücləndirilməsi prosesinə start verilib. Xatırladaq ki, bu vaxta qədər Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna ən şanslı namizəd kimi PA-nın şöbə müdirləri Əli Əsədovla Zeynal Nağdəliyevin adları çəkilməkdədir. Və son olaraq yayılan məlumatlarda bildirilir ki, artıq Əli Əsədov Zeynal Nağdəliyevlə eyni qrupda təmsil olunur və onlar çəkici bir zindana vurma barədə qərara gəliblər. Hətta onların mövqelərinə həm PA daxilindən və həm də kənardan kifayət qədər ciddi dəstəyin verildiyi də söylənilir.

Etibarlı mənbənin bildirdiklərində isə qeyd olunur ki, elə prezident İlham Əliyev də Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA rəhbəri postuna əsas olaraq Zeynal Nağdəliyevin gətirilməsində maraqlıdır: «Yəni Zeynal Nağdəliyev sırf olaraq İlham Əliyevin kadrıdır və onun komandasının üzvüdür. Ramiz Mehdiyev isə köhnə eşalondan qalan ən qabarıq fiqur kimi mütləq şəkildə istefaya göndərilməlidir».

Mənbəmiz bildirir ki, Ramiz Mehdiyevlə bağlı planların icrasına yaxın günlərdə start verilə bilər. Çünki Ramiz Mehdiyev istənilən halda həm hakimiyyətin monolitliyini və həm də elə İlham Əliyevin birnciliyini şübhəyə alan br faktor kimi qabarmaqdadır. Belə olan təqdirdə prezidentin onunla vidalaşması artıq qaçılmaz bir prosesə çevrilib.

Redaksiyamıza çatdırılan bir başqa məlumatda isə bildirilir ki, Zeynal Nağdəliyevin onun yerinə hazırlanması xəbərindən hali olan PA rəhbəri artıq əsas rəqibinə qarşı indidən hərəkətə keçib: «Bütün istiqamətlərdə Zeynal Nağdəliyevin adamları, ona yaxın olan şəxslər, hətta onun həmyerliləri belə sıxışdırılır. Vəziyyət o həddə çatıb ki, hətta bu günlərdə orta ranqlı bir vəzifəyə təyinat zamanı bir şəxs məhz Zeynal Nağdəliyevin həmyerliyi olması səbəbindən Ramiz Mehdiyevin müdaxiləsi ilə vəzifəyə təyin edilməyib. Yəni vəziyyət bu həddədir».

Təbii ki, bu prosesin bir sonu olmalıdır. Və olacaq da. Mənbəmiz bildirir ki, Ramiz Mehdiyev əslində hazırda özünümüdafiə ilə məşğuldur: «Bunlar hücum xarakterli deyil. Çünki hücum edən cinah əks tərəfdir».

Xatırladaq ki, bu vaxta qədər mətbuatda Ramiz Mehdiyevin PA rəhbərliyindən sonrakı dönəm üçün yeni iş yeri ilə bağlı da müəyyən informasiyalar verilib. Və bu xəbərlər içində ən populyarı Mehdiyevin hələ binasının inşası başa çatmayan HeydərƏliyev Mərkəzinə rəhbər gətirilməsidir. Qeyd edək ki, mətbuatda bu mərkəzin SSRİ zamanında mövcud olan keçmiş «politbüro» ilə eyni statusda olacağı söylənilir. Yəni Ramiz Mehdiyev PA-dan gedəcəyi təqdirdə belə, ona ölkənin idarə olunması yönündə müəyyən şansların tanınacağı söylənilir. Amma nə qədər şans tanınsa da, yeni post PA rəhbəri postu qədərində əhəmiyyətli ola bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vasif Talıbov güldü və qolumdan tutub dedi ki..." - MÜSAHİBƏ
Bu gün, 16:18
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru