Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                     BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir .....                 

PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR
Tarix: 16-12-2011, 12:57 | Çap et
PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR

SUMQAYITDA KORRUPSİYA TÜĞYAN EDİR

DİA.AZ: - Redaksiyamıza müraciət edən şikayətçilərdən biri Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 7a, mənzil 44 ünvanında müvəqqəti məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Tümən Əhmədovadır. Şikayətçi yazır ki, həyat yoldaşı 1993-cü ildə Qubadlının işğal edilməsindən sonra ağır stress keçirib və vəfat edib. Hazırda o, oğlu, qızı, gəlini və nəvəsi ilə birlikdə yaşayır: "Həyat yoldaşım dünyasını dəyişəndən çətin, ağrılı günlərin dəhşətlərini yaşamağa məhkum oldum. Ailəni dolandıra bilmədiyim üçün 2005-ci ildə ölkə prezidenti İlham Əliyevə rəsmi olaraq müraciət etdim. Bu müraciətdən sonra dolanışığımızın ağır olduğunu nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti qeyri-rəsmi olaraq mənə "Yaşıl dərə" adlanan yerdə torpaq sahəsi verdi".

Tümən Əhmədova min bir əziyyətlə həmin torpaq sahəsini yararlı hala salıb və o vaxtdan orada tərəvəz məhsulları yetişdirib satmaqla ailəsini dolandırıb. Lakin bir müddət sonra həmin torpaq sahəsi Tümən Əhmədovanın əlindən alınıb: "Yerli məmurlar neçə illərdir ki, bizim hüquqlarımızı pozur, başımıza olmazın müsibətlər açırlar. Sizə şikayət etməyimə səbəb də elə onların özbaşınalıqlarının görünməmiş həddə çatmasıdır".

Qeyd edək ki, Tümən Əhmədova bu özbaşınalıqlarla bağlı prezident İlham Əliyevə də müraciət edib. O, həmin müraciətində yazır ki, şəhər bələdiyyəsinin üzvləri - Fətulla, Kamran və Bilal Sumqayıt sakinləri - Paşayev Cəfər Mikayıl oğlu, Cəbiyev Nizami Xanqulu oğlu, Məmmədov Malik Əziz oğlundan pul alaraq ona məxsus torpaq sahəsini həmin şəxslərə satıblar. Tümən Əhmədova torpaq sahəsinin məcburi köçkün ailəsi kimi ona İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsə də, buna məhəl qoyulmayıb. Həmin torpaq sahəsi zorla onun əlində alınıb. Tümən Əhmədovanın sözlərinə görə, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovun əlində torpağın onlara vrilməsi barədə heç bir sənəd yoxdur, onlar özbaşına olaraq torpağı zəbt edib və orada tikinti işləri aparıblar.

Ailənin dolanışıq mənbəyi olan torpaq zorla əlindən alınandan sonra Tümən Əhmədova məcburiyyət qarşısında qalıb 11-ci mikrorayondakı çayxanalardan birində işə düzəlib. Lakin o, bu ədalətsizliklə barışmayıb və torpağın əlindən alınması ilə əlaqədar müxtəlif instansiyalara müraciət edib. Tümən Əhmədova yazır ki, saysız-hesabsız müraciətlərinə baxmayaraq, icra hakimiyyəti, bələdiyyə, polis və məhkəmə orqanları onun şikayəti ilə bağlı tədbir görməyib: "Əksinə bütün yerli qurumlar birləşib torpağımı əlimdən alan pullu adamların tərəfini tutur, onların mövqeyini müdafiə edirlər. Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov torpağı əlimdən almaqla kifayətlənməyib, Bələdiyyəyə verdikləri pulu məndən almaq üçün polis orqanları və məhkəmələrdə mənə qarşı iş qaldırıblar. Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 1-ci polis bölməsində işləyən Sahib adlı şəxs isə mənimlə bağlı işi xətm edəcəyinə söz verib, məndən və mənimlə birlikdə olan Qubadlı rayonundan məcburi köçkün, 11-ci mikrorayon, bina 2b, mənzil 22 ünvanında məskunlaşmış Mütəllibova Ayna Saleh qızından 3500 ABŞ dolları aldı. Sahib dələduzluq yolu ilə bizi aldadıb aradan çıxdı".

Tümən Əhmədova yazır ki, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov Sumqayıt Şəhər Polis İdarəsi və məhkəmələrə müraciət edərək ona qarşı yalançı və böhtançı ittihamlarla iddia qaldırmaqda davam ediblər: "Onların şikayətinə baxan Sumqayıt Şəhər Polis Şöbəsinin müstəntiqi Emin Bədəlov isə hansı müəmmalı səbəbdənsə şikayəti təmin edərək mənə qarşı heç bir əsas olmadan cinayət işi açıb və məni axtarışa verib. Hansı ki, mən daim 11-ci mikrorayonda çayxanada olmuşam, məni tanıyanlardan soruşsaydılar çayxanada olduğumu deyərdilər. Emin Bədəlov hədə-qorxu gəlməklə, həbs edəcəyi ilə qorxutmaqla məndən vəkilim Abbasov Tahir Əhməd oğlunun yanında 1800 manat rüşvət alıb və 26 aprel 2010-cu ildə işi məhkəməyə göndərib".

Həmin işə 11 iyun 2010-cu ildə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Tümən Əhmədovaya 3500 manat cərimə kəsilib: "Bu səbəbdən də mənim ümumvətəndaşlıq pasportum Miqrasiya İdarəsində saxlanılır". Lakin şikayətçi polis idarəsində ona hansı maddə ilə iş açıldığı, eyni zamanda məhkəmənin ona nə səbəbdən cərimə kəsdiyi barədə konkret bilgi vermir. O, yalnız bütün bunların qanusuzluq yolu ilə edildiyini bildirir. Tümən Əhmədovanın məktubundan aydın olur ki, ona kəsilmiş 3500 manatlıq cərimə hökmü Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Kollegiyası tərəfindən də qüvvədə saxlanılıb: "Mənə qarşı qaldırılmış iddialar tamimilə əsassız, quraşdırma və böhtan xarakterli idi, cərimə tələbi də qanundankənar və saxta tələbdir".

Tümən Əhmədova prezident İlham Əliyevə ünvanladığı mətubunda daha sonra yazır: "Cənab prezident, sizdən xahişim odur ki, sözügedən məsələni nəzarətə götürüb diqqətdə saxlamaqla kimsəsiz, düşmən tərəfindən öz doğma torpağından qovulmuş məcburi köçkün kimi mənə, atasız böyütdüyüm uşaqlarıma yardımçı olasınız və bizə zülm edənlərin cəzalandırılması üçün tədbirlər görəsiniz".

Şikayətçi ölkə başçısından həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin polis mayoru Sahibdən 3500 ABŞ dollarının, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Emin Bədəlovdan 1800 manat pulunun alınıb qaytarılmasında, heç bir əsas olmadan ona 3500 manat məbləğində kəsilmiş cərimənin ləğv edilməsində, ona qarşı torpaq və 11920 manat pul iddiası qaldıran şəxslərin tələbinin əsassız sayılmasında, zorla zəbt edilmiş torpaq payının və ümumvətəndaşlıq pasportunun qaytarılmasında yardımçı olmağı xahiş edir.

Sonda onu da qeyd edək ki, məcburi köçkün Tümən Əhmədova öz məktubunda bir sıra konkret şəxsləri, o cümlədən polis mayoru olan Sahib adlı şəxsi, müstəntiq Emin Bədəlovu rüşvət almaqda, onun torpağını əlindən alan Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovu isə digər cinayətlərdə ittiham edir. Biz həmin şəxslərlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Bununla belə, Tümən Əhmədovanın ittiham etdiyi şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Qarabağdakı bandanın keçmiş liderlərini nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 01:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru