İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında uzun müddətdir ictimaiyyətdə müzakirə edilən məsələ - icra hakimiyyətlərinin ləğvi gündəmə gətirilib. Komitənin sədri, millət vəkili Zahid Oruc işğaldan azad edilmiş ərazilərdə, həmçinin Naxçıvanda xüsusi nümayəndəlik institutunun - Prezidentin təyin etdiyi xüsusi nümayəndənin fəaliyyət göstərdiyini vurğulamaqla icra hakimiyyəti sisteminin ləğvinin labüd hal aldığına eyham vurub. Z.Oruc bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində müxtəlif yerli və beynəlxalq təşkilatlarla ardıcıl görüşlər keçiriləcək və müzakirələr təşkil ediləcək. Artıq prosesə start verilib. Zahid Oruc yeni referendumun keçirilməsi və Zəfər Konstitusiyasının qəbuluna hazırlıq getdiyi fikrini də önə çəkib. Görünən budur ki, idarəetmə formasında dəyişiklik edilməsi məqsədilə bu il böyük ehtimalla referendum keçiriləcək, yeni Konstitusiya qəbul ediləcək. İcra hakimiyyəti institutunun ləğvi Prezidentin xüsusi nümayəndəlikləri institutunun təsis edilməsindən öncə də müzakirə predmeti idi. Bələdiyyə institutlarının yaranmasıyla faktiki, idarəetmədə ikihakimiyyətlilik hökm sürməyə başladı və hələ də belə davam etməkdədir. Bələdiyyələr yerli özünüidarəetmə institut olduqları halda, icra hakimiyyətlərinin yedək şöbəsi kimi fəaliyyət göstərirlər. Bələdiyyələrin işi torpaq, əmlak vergilərini toplayıb icra hakimiyyətlərinə təslim etməkdən o yana keçmir. Sakinlərin hər hansı şikayəti, tələbi, istəyi, hətta xahişini də bələdiyyə sədri və üzvləri “icra hakimiyyətinə müraciət edin”, deyə yönləndirirlər. Bələdiyyələr yerlərdə icra hakimiyyətlərinin iş icraçısına çevrilib. İcra hakimiyyətləri arasında isə son illərdə korrupsiya, yeyinti, dövlət büdcəsinə ziyan vurduqlarına görə cənab Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan, məhkəmə qərarları ilə azadlıqdan məhrum edilən icra başçıları da olub. İdarəetmənin icra hakimiyyəti formasının özünü doğrultmadığı aydın görünür. Ölkədə idarəetmənin daha modern, daha şəffaf və daha faydalı modelinə keçid labüd xarakter alıb. Böyük ehtimalla məhz bu amil nəzərə alınaraq Konstitusiyaya dəyişiklik edilməsi və icra hakimiyyəti strukturunun ləğvi gündəmə gəlib. Həm də Prezidentin xüsusi nümayəndəliyi institutunun müsbət təcrübəsi var artıq ölkədə. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvandakı modelə uyğun olaraq, Azərbaycanın 14 iqtisadi rayonunda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı, nəticədə onlarla İH-lərin ləğv ediləcəyi, yerli özünüidarəetmə strukturunun inkişafı nəzərdə tutulur. Qeyd edilir ki, icra hakimiyyətləri struktur olaraq Konstitusiyada nəzərdə tutulduğundan, idarəetmə formasının dəyişməsi üçün konstitusional islahata ehtiyac var. Milli Məclisin Hüquq komitəsinin müavini Qüdrət Həsənquliyev də bundan öncəki açıqlamasında İH-lərin ləğvi və yeni idarəetmə forması üçün yeni Konstitusiyaya ehtiyac olduğunu bildirmişdi.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev "Sherg.az"a açıqlamasında qeyd etdi ki, icra hakimiyyəti institutunun ləğvi üçün Konstitusiyada dəyişikliyə ehtiyac var, çünki hazırkı Konstitusiyamızda icra hakimiyyəti idarəetmə forması kimi təsbit edilib:
- Azərbaycan Konstitusiyasında dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir. İcra hakimiyyətləri də yerlərdə idarəetmə orqanı statusuna malikdir. Lakin bəllidir ki, icra hakimiyyəti institutu heç də hər zaman və hər yerdə özünü doğrultmur. Strukturda dəyişiklik olmalıdır. İdarəetmə formasında geniş islahatlara ehtiyac yaranıb. Çünki hazırda paralellik var. Bir tərəfdə icra hakimiyyəti, bir tərəfdə bələdiyyələr. İcra hakimiyyətləri bələdiyyələri faktiki sıxışdıraraq, fəaliyyətsiz hala gətirib. Bütün maliyyə resurslarını öz əllərində cəmləyiblər, söz və əmr sahibidirlər. İndiyədək icra hakimiyyətlərində dəfələrlə korrupsiya əməlləri ifşa olunub, dövlət büdcəsinin təyinatdan kənar xərcləndiyi müəyyənləşib. Bunlar göstərir ki, icra hakimiyyəti strukturu artıq özünü doğrultmur, idarəetməni şəxsi maraqlar, şəxsi ambisiyalar üzərində qururlar. Hesab edirəm ki, yerlərdə idarəetmənin digər formalarını təcrübədən keçirmək olar. Məsələn, Prezidentin xüsusi nümayəndəliyi institutu var, bundan başqa, vilayət idarəetmə forması var. Deyilə bilər ki, Prezidentin xüsusi nümayəndəliyi xüsusi, əlahiddə hallar üçün uyğundur. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq, bərpa işləri, məskunlaşma aparıldığından buna ehtiyac vardı. Lakin uzun illərdir sosial-iqtisadi inkişaf mərhələsi keçən rayonlarımız var. Hesab edirəm ki, yerlərdə icra hakimiyyətlərindən narazılıqlar nəzərə alınaraq bu idarəetmə formasının dəyişdirilməsinə, vətəndaşların fəal iştirak edə biləcəyi idarəetmə forması tətbiq edilməlidir. Bu baxımdan dövlət strukturları yanında ictimai şuraların fəaliyyət təcrübəsindən bəhrələnmək olar. Həmçinin yerli bələdiyyələrin səlahiyyətləri mütləq artırılmalı, müstəqil fəaliyyət göstərmələrinə şərait yaradılmalıdır. İcra hakimiyyətləri idarəetmədə çevikliyə mane olur, eyni zamanda büdcənin izafi yüklənməsinə şərait yaradırlar. Bu da yerli özünüidarəetmə strukturlarının – bələdiyyələrin fəaliyyətinə böyük maneədir və “ikihakimiyyətliliyə” səbəb olur. Daha çevik, şəffaf və vətəndaş nəzarətinə söykənən idarəetmə forması olmalıdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
|