BU DA ÖLÜLƏRİN PROBLEMİ
Tarix: 1-07-2013, 16:14 | Çap et
QƏBİRSTANLIQ BİZNESİNİN ARXASINDA KİM DAYANIR?Bakıda hamı üçün çoxdan aktual olan bir sual var: ölümü harada basdırım? Hər il Bakı məzarlıqlarının rüşvət mənbəyinə çevrilməsi, məzarlıqlar üçün boş ərazilərin getdikcə daha da azalması barədə həyəcan təbili çalınır. Müsbətə doğru dəyişiklik isə müşahidə olunmur. İnsan beşikdən məzara qədər rüşvət paylamağa vadar edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun paytaxtda yeni məzarlıq salınması haqda sərəncamı isə bir qədər əhalidə ümid yaratmışdı. Amma sərəncamın icrası ləngiyir.
Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov qəbiristanlığın nə vaxt və harada yerləşəcəyi barədə bu günlərdə açıqlama verib. O deyib ki, məzarlıq üçün konkret bir yer ayrılmayıb: “Qəbiristanlığın harada yerləşəcəyini Bakı Şəhər İcra Hakimiyyəti müəyyənləşdirəcək. Harada və nə vaxt salınacağı barədə dəqiq heç bir məlumat yoxdur”.
S.Həsənov bildirib ki, hazırda qəbiristanlıqlarda boş yerlər olduqca məhdud saydadır: “Hazırda trestin balansında 28 qəbiristanlıq olsa da onlar tam doludur. Boş yer çox azdır. Yəqin ki, Bakının kənarında bir sahə ayrılar. Hövsanda belə bir sahə ayrılmışdı. Nərimanov rayonunda olan qəbiristanlığın bir hissəsi Hövsana köçürüldü. 7-ci mikrorayonda metro inşası məsələsi ilə bağlı oradakı məzarların da bir hissəsi Sulutəpəyə köçürüldü”.
Göründüyü kimi, artıq rəsmilər də Bakı məzarlıqlarında torpaqların qalmadığını etiraf edirlər. Merin mövcud qəbiristanlıqlarda səliqə-sahman yaradılması, yeni məzarlıqların milli-estetik tələblərə uyğun təmin edilməsi barədə də sərəncamı var. Bu gün Bakıda bir qəbir yerinin qiyməti 500 dollardan tutmuş yerindən asılı olaraq 5-10 min dollara qədər dəyişir. Bəzən isə mərhumun qohumları qəbrin yaxınlığında bir neçə kvadratmetr ərazini də alırlar. Bu da başqalarının narazılığına səbəb olur”.
Dəhşətlisi budur ki, sərəncamın imzalanmasından artıq 5 il keçsə də o, elə boş söz, quru vəd olaraq qalır. Paytaxt qəbiristanlıqlarında addım atmağa yer qalmayıb, ölü basdırmaq müşkülə dönüb, qiymətlər isə günbəgün qalxır. Xülasə, mərhumla bərabər yaxınları da “ölüb-dirilir”. Çünki qəbiristanlıqda yer almaq, qəbir qazdırmaq, cənazəni məscidə aparıb kəfn-dəfn eləmək - hamısı puldur.
H.Abutalıbovun sərəncamının reallaşmaması isə Bakıda məzarlıq böhranı yaradıb. Beş ildir icra olunmayan məzarlıq sərəncamının elə Abutalıbov tərəfindən “dəfn edildiyini” hesab etmək olar. Beləcə, vətəndaşlar rəhmətə gedən yaxınlarını dəfn etmək məsələsində çıxılmaz vəziyyətə düşürlər.
Günəşli qəbiristanlığına baş çəkib real vəziyyəti öyrənməyə çalışdıq. Daha dolğun bilgi almaq üçün özümüzü qohumu vəfat etmiş şəxs kimi təqdim etdik. Ölən yaxınının dəfn edilməsi üçün müraciət edən şəxs qəbiristanlığın müdirinə öz şəxsiyyət vəsiqəsini və ölüm haqqında şəhadətnamə, ya da 106 saylı forma təqdim etməlidir. Yalnız bu sənədlər təqdim olunandan sonra vəfat edən şəxsin qəbiristanlıq ərazisində basdırılmasına icazə verilir. İş bununla bitirmi? Xeyr. Məzarlıqlara getməzdən öncə vətəndaş qismində trestə zəng etdik və dedilər ki, qəbir yeri pulsuzdur. Ancaq deyilənlə qarşılaşdığımız səhnə üst-üstə düşmədi.
Qeyd edək ki, Günəşli qəbiristanlığında məhdud sayda yer qalıb. Onlar da pulsuz deyil. Öyrəndik ki, bir qəbiri hazırlamaq üçün bir kisə sement və təxminən 60 mişar daşı tələb olunur. Əgər ölü sahibi materialı özü gətirməyə boyun olsa, bu zaman qəbrin qazılması, mişar daşı ilə hörülməsi və dəfn ona təxminən 50-60 manata başa gələcək.
Amma yaxını dünyadan köçən insanın həmin məqamda sement, daş dalınca qaçması bir qədər yaxşı qarşılanmır. Ona görə də bu vəzifəni trest işçilərinə həvalə edir. Əvəzində 150 manat ödəməli olur. Bakıda qazılan müsəlman qəbirlərinin standart ölçüləri belədir: 2,4x1,0x1,4. Amma tabutda dəfn olunan xristian və başqa dinlərdən olan şəxslər üçün nisbətən böyükdür. Bu zaman 2,6x1,2x1,6 ölçülü qəbir qazılır ki, bu da ölü yiyəsinə haradasa 100 manata başa gəlir. Əlbəttə, əgər materialın qiyməti nəzərə alınmasa. Əgər qəbir üçün material trest tərəfindən sərf olunacaqsa, onda tabutlu qəbirə görə burada qiymət 200 manatadək artır.
Günəşli qəbiristanlığında ən bahalı yer 1500, ən ucuzu 400 manatdır.
Qəbiristanlığın müdiri Fərzalı bəy yeri satdıqdan sonra elə yaxınlıqda yerləşən və özünə məxsus olan baş daşı sexindəki qiymətlərlə də hamını tanış edir. Deyilənə görə onun hətta Gədəbəy rayonunda da belə sexi var. Günəşli qəbiristanlığında olanda onu da öyrəndik ki, bir neçə il öncə Fərzalı bəyin bir mötəbər şəxslə baş daşı üstündə ciddi problemləri də olubmuş. Bu başqa bir söhbətin mövzusu olduğundan daha geniş məqaləni növbəti sayımızda oxuya bilərsiniz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
|