KƏRƏM HƏSƏNOVU OFSAYTA ATIRLAR
Tarix: 3-07-2013, 13:48 | Çap et
ONUN ŞİRKƏTLƏRİ TENDERLƏRƏ TAMARZI QALACAQƏmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsus "Azinko" şirkəti bir müddət əvvəldən başlayaraq dövlət investisiya layihələrinin icrasından tədricən uzaqlaşdırılmağa başlayıb. Hazırda şirkətin əlində çox cüzi dövlət sifarişləri var. Bu isə Kərəm Həsənovun şirkətini maliyyə sıxıntısı ilə üz-üzə qoyub. Məlumatı redaksiyamıza etibarlı mənbə verib.GUNDEMİNFO.AZ yazır ki, 2006-cı ildən fəaliyyətə başlayan "Azinko Holdinq" MMC şirkətinin tərkibinə əsasən tikinti üzrə fəaliyyət göstərən 5 müstəqil MMC - "Klass Az Ko " MTK, "Xəzər Az Ko" MTK, "Sahil Az Ko" MTK, "Az-İn-Ko " MMC və "Regional İnşaat" MMC daxildir. "Yarandığı vaxtdan "Azinko Holdinq " MMC otel binalarının, yüksək mərtəbəli yaşayış binalarının, qısamüddətli istirahət evlərinin, biznes mərkəzlərinin və digər mülki tikinti işləri ilə məşğuldur. 2010-cu ildən isə Bakıda çeşidli söküntü və tikinti işləri "Azinko" vasitəsilə həyata keçirilib. Həmin dövrdən keçən iki il ərzində Kərəm Həsənovun şirkəti bir çox dövlət layihələrinin icrasını həyata keçirib və bu zaman fantastik məbləğlərlə müşahidə olunan vəsait əldə edib".
Mənbə deyib ki, əslində "Azinko" şirkətinin tədricən dövlət investisiya layihələrindən uzaqlaşdırılması ilə bağlı qərar da son 2 ildə Kərəm Həsənovun holdinqinin Bakıda həyata keçirdiyi layihələrlə bağlı vətəndaşlardan kütləvi narazılıqların daxil olması və projelərin icrası zamanı ayrılan vəsaitlərin bir hissəsinin mənimsənildiyinə dair şübhələrin yaranmasından irəli gəlib: "Kərəm Həsənovun eyni zamanda deputat olan qardaşı Malik Həsənovun faktiki rəhbərliyi altında fəaliyyət göstərən "Azinko" xüsusilə Bakının mərkəzindəki söküntülər zamanı vətəndaşlarda ciddi narazılıq yaradıb. Məsələn, "Neftçilər" prospekti-61 ünvanında vətəndaşlara heç bir sənəd təqdim edilmədən onlara məxsus evlər başına uçurulub. Hətta həmin vaxt sözügedən ünvandakı sakinlər dəyəri 300 min manatdan çox əşyanın "Azinko" əməkdaşları tərəfindən gecə vaxtı evlərdən oğurlandığını iddia edirdilər. Paytaxtın mərkəzindəki Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçələrində olan 100-dən artıq evin sahibləri onlara gəlinən hədə-qorxu nəticəsində çölə atılıb. Qalan 110 evin sakinləri isə evlərində ola-ola onların mənzilləri sökülüb. Hətta "Azinko"nun işçilərinin mənzillərindən çıxara bilmədikləri sakinlərin evlərini yandırdıqlarına dair də o dövrün mətbuatında ilginc iddialar vardı.
Mənbəmiz qeyd edir ki, müşahidələr tam əminliklə deməyə əsas verir ki, Bakı şəhərində bir neçə yerdə "Azinko" şirkəti zorakı formada söküntü və ya tikinti işləri aparıb. Bu zorakılıq aşağıdakılardan ibarət olub: şirkətin işçiləri heç nəyə əhəmiyyət vermədən mənzillərdə əhali otura-otura evlərini onların başına uçurublar, şirkətin işçiləri evlərdən oğurluq etməklə və sakinlərə məxsus külli miqdarda əşyaları oğurlamaqla onlara maddi-mənəvi zərər yetirir və s. zorakılıqlar həyata keçiriblər. Bütün bunlarla bağlı ölkə rəhbərliyinə saysız-hesabsız şikayətlər, foto və video görüntülər ünvanlanıb. Komitə sədrinin şirkətindən narazılıqların, incikliklərin kütləviliyi, həmçinin ayrılan dövlət vəsaitlərinin mənimsənildiyinə dair iddialar (vətəndaşlara müəyyənləşdirilən kompensasiyaların ya az verilməsi, ya da ümumiyyətlə verilməməsi və s.) Kərəm Həsənovun iqtidar içindəki rəqiblərinə "Azinko"nu "vurmaq" üçün ciddi bəhanə verib".
Mənbənin sözlərinə görə, "Azinko"nun dövlət investisiya layihələrindən kənarda qalması Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin maddi kapital baxımından zəiflədilməsinin bir halqası hesab oluna bilər. Başqa bir iddiaya görə, sözügedən şirkətin Kərəm Həsənovun nəzarətindən çıxarılması da mümkündür.
Belə ki, Həsənovun hökumət kulislərindəki opponentlərinin adıçəkilən şirkəti dövlət investisiya layihələrindən kənarda saxlamaqla "Azinko"nu ciddi maliyyə problemləri ilə baş-başa qoymaq istəməsi realdır: "Bununla da komitə sədri şirkəti satmaq məcburiyyətində qala bilər. Ən pis halda təzyiqlər qarşısında geri çəkilən Kərəm Həsənov hakimiyyət içində daha ciddi siyasi problemlər qarşısında qalmamaq üçün "Azinko"dan könüllü imtina edə də bilər".
Hər bir halda, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin şirkətinin ciddi problemlərlə, maliyyə sıxıntıları ilə baş-başa qaldığı reallıqdır. "Azinko" şirkəti ətrafında proseslərin isə Kərəm Həsənovun ən önəmli biznes quruluşuna başqa güc və ya güclərin əl qoyması ilə yekunlaşıb-yekunlaşmayacağını isə zaman göstərəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
|