Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş .....                     Abbas Əliyevə yeni vəzifə verildi .....                     Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? .....                     Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir .....                     İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA .....                     İrəvanı qorxuya salan üç ssenari: .....                     Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir .....                     Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... .....                     Əhməd Əliyev həbsdə öldü .....                     İran İrəvan və Bakıdan təhdid istəmir .....                     Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... .....                     Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü .....                     Ermənistanın addımı Çini qəzəbləndirdi .....                     “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” .....                     Ötən gün həlak olan əsgər barədə DETALLAR .....                     Muxtar Babayev direktoru vəzifəsindən azad etdi .....                     “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” .....                     Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... .....                     Həbs olunan tiktokerlər azadlığa buraxıldılar .....                     QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib .....                     İcra hakimiyyətlərinin dövrü çoxdan bitib .....                     Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı .....                     Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... .....                     Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... .....                     Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir .....                     Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? .....                     Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... .....                     Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… .....                     Referendum keçiriləcəyi xəbəri təsdiqlənir .....                     Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb .....                     “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... .....                     Rusiya Ermənistanı buna məcbur etdi .....                     Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? .....                     Elektron imtahana keçid: Test üsulu ləğv edilir? .....                     3 minə yaxın şikayət məktubu yazıb... .....                     Tramp praqmatik və rasional siyasətçidir .....                     Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? .....                     "Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... .....                     “İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” .....                 

ZAKİR QARALOV RAFİQ TAĞIDAN DANIŞDI
Tarix: 22-12-2011, 13:08 | Çap et
ZAKİR QARALOV RAFİQ TAĞIDAN DANIŞDI

“TƏRƏFİMDƏN KONKRET GÖSTƏRİŞLƏR VERİLİB”

Tağıyev Rafiq Nəzir oğlunun qəsdən öldürülməsinə dair Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli qətnaməsi ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Trend-in suallarını cavablandırıb.

- Hörmətli Zakir müəllim, Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli Qətnaməsində həmin qurum Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin araşdırılması məqsədilə xüsusi işçi qrupu yaratmasını təqdir edir. Bununla belə, Azərbaycan hakimiyyətini hərtərəfli və effektiv araşdırma aparılmasını təmin etməyə, həmçinin cinayəti törətmiş şəxslər barəsində cinayət təqibi və mühakimə icraatının ədalət mühakiməsinin beynəlxalq standartlarına uyğun şəkildə aparmağa çağırır. Bu barədə mövqeyinizi öyrənmək istərdik.

- İlk növbədə qeyd etmək istərdim ki, Avropa İttifaqının ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə yaxından diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm. Bununla yanaşı, biz həmişə ədalətli fikir və yanaşmanın tərəfdarı olmuşuq. Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin istintaqı ilə bağlı Avropa İttifaqının tövsiyələri ilə tanışıq.

Tərəfimizdən ictimaiyyətə məlumat verildiyi kimi, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağıyevə noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsinə görə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanmış və noyabrın 21-də iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir. Həmin gün əməlin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd), Rafiq Tağıyevin ölümündən sonra noyabrın 24-də isə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla, cinayətdə iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə 22 noyabr 2011-ci il tarixli birgə əmrlə iş üzrə prokurorluq, daxili işlər, milli təhlükəsizlik və ədliyyə orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl edilməklə hadisənin baş verdiyi yerdən Rafiq Tağıyevin yaşadığı evədək olan əraziyə kriminalistik texnika və avadanlıqlardan istifadə edilməklə müfəssəl baxış keçirilmiş, qətlin törədilməsi ilə bağlı bütün mümkün fərziyyələrin yoxlanılması istiqamətində zərərçəkmiş şəxs Rafiq Tağıyev və çoxsaylı şahidlər dindirilmiş, müayinə, götürmə, istintaq eksperimentləri aparılmış, zərərçəkmiş şəxsin hərəkət marşrutu üzrə quraşdırılmış müşahidə kameraları müəyyənləşdirilərək mütəxəssislərin iştirakı ilə təxirəsalınmaz istintaq hərəkətləri keçirilmiş, zəruri ekspertizalar təyin edilmiş, habelə sair prosessual tədbirlər görülmüşdür.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə cinayət işinin istintaqını Baş prokuror olaraq xüsusi nəzarətimdə saxlamaqla, mütəmadi olaraq istintaq-əməliyyat qrupunun hesabatları dinlənilir və cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tərəfimdən konkret göstərişlər verilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat planına müvafiq olaraq digər dövlət qurumları və ictimaiyyətlə səmərəli qarşılıqlı əməkdaşlıq şəraitində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

- Qətnamədə Avropa Parlamenti həmçinin Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Samir Sədaqətoğlunun təhlükəsizliyinə dair narahatlığını ifadə edir, eyni zamanda, Azərbaycan hakimiyyəti tərəfindən Rafiq Tağının qətlinin açıq şəkildə mühakimə olunmaması və istintaqın gedişi barədə ictimaiyyətə məlumat verilməməsindən məyus olduğunu bildirir.

- Təbii ki, istənilən qanunazidd hərəkət, o cümlədən bu və ya digər şəxsin qəsdən həyatdan məhrum edilməsi yolverilməzdir. Rafiq Tağının qəsdən öldürülməsi faktı da nəinki ictimaiyyət, eyni zamanda hakimiyyət nümayəndələri tərəfindən də qəti surətdə pislənilir. Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri tərəfindən 30 noyabr və 2 dekabr 2011-ci il tarixlərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən isə dekabrın 1-də Rafiq Tağının qəsdən öldürülməsini pisləyən bəyanatlar verilməklə, həmin cinayət açıq şəkildə mühakimə olunmuş, ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə bu barədə kütləvi informasiya vasitələrində müvafiq açıqlamalar yayımlanmışdır.

Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə istintaq fərziyyələrindən birinin onun öldürülməsinin islam dini ilə bağlı məqaləsinə görə olmasını nəzərə alaraq, həmin məqalənin dərc olunduğu "Sənət" qəzetinin baş redaktoru Hüseynov Samir Sədaqət oğluna qarşı yarana biləcək təhlükə üzrə adekvat tədbirlərin həyata keçirilməsi məqsədilə rəsmi olaraq Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Bununla bağlı müvafiq rayon polis idarələri tərəfindən Rafiq Tağının ailə üzvlərinin yaşadıqları binanın və şəhər qəbiristanlığının ətrafında əlavə naryadlar ayrılaraq təhlükəsizlik tədbirləri həyata keçirilir. Eyni zamanda, Samir Hüseynovun təhlükəsizliyi aidiyyəti polis şöbəsi tərəfindən təmin olunur.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25
Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19
Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15
Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10
İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04
İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54
Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52
Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45
İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41
Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35
Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32
Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29
“Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20
Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18
Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16
“5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15
Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02
Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55
QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53
İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30
Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25
Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19
Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16
İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08
Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56
Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54
Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52
Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45
Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37
“Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35
Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31
Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29
Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27
3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25
Tramp praqmatik və rasional siyasətçidir - BUNA GÖRƏ DƏ...
Bu gün, 07:29
Gizli danışıqlar gedir: Trampla Putin nədə razılaşmır? - İNCƏLƏMƏ
Bu gün, 07:27
"Saloğlu Fərdi Firması" məhkəmə çəkişməsində... - FOTO
Bu gün, 07:05
“İrəvan hökuməti əvvəl-axır dəhliz məsələsinə razılıq verməlidir” - Başqa cür ola da bilməz...
Bu gün, 07:00
BU NƏDİ BELƏ: Aqrar Universitet türkiyəli müəllimlərə yüzminlərlə vəsait ödəyir - İcazə verin şübhələnək...
Bu gün, 06:50
“Cəmi 2 ay ünvanlı sosial yardım verildi...” - AXI NİYƏ?..
Bu gün, 06:46
Ermənistanda keçmiş komitə sədri saxlanılıb
Bu gün, 06:40
Su Ehtiyatları Agentliyində 4.3 milyonluq tender... - Zaur Mikayılov kimi seçdi?
Bu gün, 06:36
Səfirliyimizə hücum edən terrorçu nə vaxt edam olunacaq? - AKTUAL
Bu gün, 06:32
“Ölənin arxasınca danışmayın, Rəşid Mahmudov kimi sözü üzə deyin”
Bu gün, 06:29
Azərbaycan-Ermənistan sərhədində nə baş verir? – Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 06:25
Şəhidin haqqında sərəncam niyə icra olunmur? - Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə təltif etdiyi şəhidə aid məhkəmə qərarı HAVADA QALIB
Bu gün, 06:21
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib
Bu gün, 06:14
“Əmək Müfəttişliyində yarıtmaz xidmət...” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 01:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru