ŞOK: RAUF HƏBİBOVUN MÜLKLƏRİ ÖZÜNƏ QAYTARILDI
Tarix: 3-08-2013, 11:55 | Çap et
Qubada xalq üsyanına səbəb olan keçmiş icra başçısı Rauf Həbibov Qubaya qayıdır. Bu dəfə itirdiyi postuna yox, qaytarılan mal-mülkünə sahib çıxmaq üçün. Aldığımız bu məlumatı dəqiqləşdirmək üçün ötən gün yolumuzu Qubaya saldıq.
“Qubanın yeni icra başçısı Mübariz Ağayev rayonun bir neçə küçəsində abadlıq işlərinin aparılması ilə bağlı göstəriş verib. Ancaq Quba yalnız bir-iki küçədən ibarət deyil. Yarım saat Qubanın mərkəzini gəzmək kifayətdir ki, bu rayonun hansı vəziyyətdə olduğunu biləsən”. Bunu bizə Quba avtovağzalında rastlaşdığımız taksi sürücüsü Məmmədli İsmayılov dedi. Onun sözlərinə görə, yeni icra başçısı “üstü bəzək, altı təzək” prinsipi ilə guya abadlıq-quruculuq işləri görür: “Bütün bunlar keçmiş icra başçısı Rauf Həbibovun vaxtında olmalı idi. Qubalıların çörəyini yeyib, sonra onları təhqir edən Rauf Həbibov rayona ayrılan milyonları dədə malı kimi mənimsəmişdi. Açığı, biz məlum hadisədən sonra onun həbs olunmasını gözləyirdik. Tam tərsinə oldu. Haqq səsini deyən, Qubanın namuslu, vicdanlı oğullarını şərləyərək həbsə atdılar. Bu hadisəyə elə don geyindirdilər ki, guya olay bir neçə nəfər arasında yaranmış münaqişə zəminində alovlanıb. Telekanallarda Rauf Həbibovun adı belə hallanmadı”.
Bir başqa Quba sakini isə rayonda heç nəyin dəyişmədiyini, turizm və kənd təsərrüfatı cəhətdən kifayət qədər potensialı olan bir rayonun əhalisinin faktiki olaraq süründüyünü söylədi: “Bütün sahələri inhisara alıblar. Bu gün gedin Qubanın kəndlərinə, camaat bir kilo alma çıxarıb sata bilmir. Səbəbi odur ki, məmurlar özünə bir soyuducu anbar açıb, kəndlidən məcburi şəkildə ucuz qiymətə almanı alaraq monopolistdə çevrilir. Elə bu səbəbdəndir ki, bu il meyvə-tərəvəz baha oldu”. Quba sakinləri bildirdilər ki, yeni icra başçısının da nəqliyyat naziri Ziya Məmmədovun adamı olması dəyişiklik istəyən rayon əhalisinin ümidlərini öldürüb: “Mübariz Ağayev də Rauf Həbibovun yolunu davam etdirir. Rayon faktiki olaraq Ziya Məmmədovun yaxınları arasında bölünüb. Kimi kəndlinin əkin sahəsində villa tikir, kimisi də kasıbın evini başına uçurub obyekt açır”.
Rauf Həbibov Qubaya qayıdır
Qubada olarkən olduqca maraqlı bir məlumat əldə etdik. Rayon icra hakimiyyətində çalışan mənbəmiz keçmiş icra başçısı Rauf Həbibovun Qubaya qayıtdığını söylədi. Onun sözlərinə görə, bir müddət əvvəl sabiq icra başçısının Qubada olan bütün mal-mülkü özünə qaytarılıb. Nəqliyyat naziri Ziya Məmmədovla rayona gələn Rauf Həbibovu yandırılan villasının yanında işçilərə göstəriş verərkən görüblər. Qeyd edək ki, Quba olaylarından sonra Rauf Həbibovun mülkləri yeni icra başçısına verilmişdi. Sabiq icra başçısının qaytarılan mülkləri isə bunlardır:
M.Qorki küçəsində 3 mərtəbəli bina; R.Həbibovun 4 mərtəbəli yarımçıq binası; Qələduz kəndində Qudyalçay üzərində 1,5 milyon manatlıq villa və qarşısında 4 hektar sahə; Olimpiya-idman kompleksinin qarşısında villa; 2 saylı konserv zavodunun arxasında 1 hektar torpaq sahəsi; Bestujev-Marlinskinin büstünün yerində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının adına tikilmiş bina; Quba liseyinin arxasındakı 8 sot torpaq sahəsi; Quba texnikumunun arxasında 20 sot torpaq sahəsi; Keçmiş kənd-kimya binaları və 2 hektar torpaq sahəsi; Şəhərin mərkəzində yerləşən parkın sahəsi və Beynəlxalq Banka illik 250 min manata icarəyə verilən bina.
Rauf Həbibovun qonşuları evlərini satıb köçür
Quba üsyanının səbəbkarı, sabiq icra başçısının yandırılan villasına baş çəkdik. Ərazidə olarkən yandırılan villada təmir-tikinti işləri gedirdi. Tikintiyə rəhbərlik edən şəxs bir neçə gün öncə təmir işlərinə başladıqlarını söylədi. Yanan villa ilə bərabər yaxınlıqdakı yarımtikilidə də işlər aparılırdı. Rauf Həbibovun qonşuluğunda olan evlərdən bir neçəsinin qapısında isə “satılır” elanı ilə qarşılaşdıq. Evini satışa çıxaranlardan Əli adlı Quba sakini bildirdi ki, evini satmaqda məqsədi var: “Mən özümə sığışdıra bilmərəm ki, bizi təhqir edən biri ilə qonşuluq edim. Bu biz qubalılara yaraşan hərəkət deyil. Evimi satışa çıxarmışam. Rauf Həbibovun gəlib burada yaşaması ilə qubalılar heç cürə barışa bilməz”.
“Mübariz Ağayev işçilərin pulunu vermir” Quba bazarında olarkən bir qrup fəhlə jurnalist olduğumuzu bilib, yeni icra başçısından şikayətləndi və problemlərini qəzetdə yazmağımızı xahiş etdilər. Onların sözlərinə görə, təxminən 50-yə yaxın fəhlə icra hakimiyyəti tərəfindən həyata keçirilən təmir-tikinti işində çalışıb. Əsasən yol kənarındakı hasarların çəkilişində çalışan fəhlələr dörd aydır maaş ala bilmədiklərini söylədilər. Onların sözlərinə görə, bir neçə dəfə icra başçısının müavini ilə görüşdə olublar, pullarını tələb ediblər. M.Ağayevin müavini hər dəfə vəd verərək bir neçə günə pullarının veriləcəyi ilə başlarını aldadıb. Pullarını ala bilməyən fəhlələr bildirdilər ki, bu həftə ərzində pulları ödənməsə, Bakıya gələrək Prezident Administrasiyası qarşısında oturaq aksiya keçirəcəklər: “Dörd aydır ki, bizi get-gələ salıblar. Başçı Mübariz Ağayev bizi qəbul etmir. Müavini də bu gün, sabah deyərək aldadır. Ölkə başçısına məktub yazdıq, baxılması üzrə icra başçısına göndərildi. Seçki qabağı Qubadakı bütün sahibkarlardan pul yığan başçı nəyə görə 50 nəfər fəhlənin 300 manatlıq aylıq məvacibini verə bilmir?” Məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə üz tutduq. İcra başçısı Mübariz Ağayevlə görüşmək istədiyimizi bildirsək də, başçının bizi birinci gün qəbul edə biləcəyini söylədilər. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq. \ Qaynar.info \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
|