ŞƏKİ SAKİNİ “ACCESBANK”LA PROBLEM YAŞAYIR
Tarix: 13-08-2013, 10:10 | Çap et
VƏTƏNDAŞ GÖSTƏRİLƏN XİDMƏTDƏN NARAZIDIR: TƏDBİR GÖRƏN YOXDUR
DİA.AZ: - Şəki şəhəri, Çexov küçəsi ev 23-də yaşayan İbrahimov Xəyal Rahim oğlu “AccesBank” QSC-nin Şəki Filialındakı özbaşınalıqdan, müştərilərə sayğısızlıqdan giley-güzar edir. Bununla bağlı narazı vətəndaş müxtəlif aidiyyatı qurumlara müraciət etsə də, bir nəticəsi olmayıb. DİA.AZ olaraq Xəyal İbrahimovun Mərkəzi Bankın rəhbərliyinə, Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova ünvanladığı məktubu olduğu kimi diqqətinizə təqdim edirik:
“Bildirirəm ki, mən “AccesBank” QSC-nin Şəki Filialının müştərisiyəm. Müxtəlif dövlərdə filialdan kreditlər almış və vaxtı-vaxtında öhdəliklərimi icra etmişəm. Sonuncu dəfə 2012-ci ilin oktyabr ayının 10-da filialdan 2000 AZN kredit almışam. Həmin kredit aldıqdan sonra da ödənişlərimi mütəmadi olaraq həyata keçirirəm. Lakin son iki ayda mən ödənişləri kassa vasitəsi ilə həyata keçirə bilməmişəm. Belə ki, filialın xəzinədarları ödənişi qəbul etməkdən imtina edirlər. 2013-cü ilin iyun ayında mən bununla bağlı bankın rəsmi saytına və 151 məlumat mərkəzinə şikayət etsəm də, şikayətimə heç bir münasibət bildirilməmişdir.
2013-cü ilin avqust ayının 10-da növbəti ödənişi etmək üçün Şəki filialın yaxınlaşdım.Həmin vaxt xəzinənin qarşısında məndən başqa müştəri yox idi. Ödənişi həyata keçirmək üçün xəzinədara yaxınlaşdım. Lakin o, ödənişi terminal vasitəsilə həyata keçirməli olduğumu bildirdi. Mən bunun məcburi olmadığını bildirdim və ödənişi qəbul etməsini xahiş etdim. Buna baxmayaraq o, təkidlə ödənişi qəbul etməkdən imtina etdi. Mən də ödəniş etməyərək filialı tərk etdim və 151 məlumat mərkəzinə zəng vurub şikayət etməyim üçün aidiyyəti şəxsə yönəltməsini xahiş etdim. Həmin şəxs-(Səadət xanım) şikayətimin nədən ibarət olduğunu soruşdu. Mən şikayətimi bildirdikdə o, mənə hüquq və vəzifələrimi izah etməyə başladı və ödənişi terminal vasitəsilə ödəməyin məcburi olduğunu bildirdi. Böyük ehtimal həmin şəxs ixtisasca hüquqşünas deyildi və onun vəzifəsi mənim şikayətimə cavab vermək deyil, şikayəti qeydə alaraq aidiyyəti bölməyə ünvanlamaqdır. Mən həmin şəxslə müəyyən vaxt danışdıqdan sonra hər hansı bir nəticə əldə edə bilməyəcəyimi görüb telefon danışığını bitirdim.
Bildirirəm ki, mənimlə bank arasında bağlanan müqavilədə mənim üzərimə ödənişləri terminal vasitəsilə həyata keçirmək vəzifəsi qoyulmamışdır. Terminallar və onlayn ödəniş sistemləri ödəniş zamanı xoşagəlməz halların aradan qaldırılması və müştərilərə göstərilən xidmətin səviyyəsinin artırılması üçün tətbiq edilmişdir və bu ödəniş seçimləri müştərinin iradəsindən asılıdır. Əgər bu qayda məcburi xarakter daşıyırsa, onda müqavilə şərtlərinə dəyişiklik getməli və ya müştərilərə rəsmi qaydada məlumat verilməli idi. Hər bir halda xəzinədarın ödənişi qəbul etməkdən imtina etməsi qanunsuzdur və müqavilə şərtlərinə ziddir. Mən heç vaxt bankla aramda olan müqavilə şərtlərini pozmamışam və intizamlı müştəriyəm.
Lakin bütün bu hallar Şəki filialında nəzərə alınmır və bir müştəri olaraq mənim əsaslı narahatçılığıma səbəb olur. Mən bununla əlaqədar Accessbank QSC-yə və bankın Şəki filialına rəsmi qaydada müraciət etmişəm. Şəki filialı qanuni əsaslarla olmasa da, şikayətimə cavab yazaraq ödənişi qəbul edəcəklərini dolayısıyla etiraf etmişdir. Lakin Accessbank QSC hal-hazıradək şikayətimi cavablandırmamışdır. Mən növbəti dəfə Accessbank QSC-nin Şəki filialının məktubuna rəsmi etiraz edərək onları xəbərdar edib bildirmişəm ki, növbəti ayın ödənişi zamanı belə halla qarşılaşsam ödənişi ümumiyyətlə ödəməyərək, bu barədə ilk növbədə Mərkəzi Banka, daha sonra vəzifəli şəxslərin hərəkətləri(hərəkətsizliyi) barədə məhkəməyə müraciət edəcəyəm.
Lakin bu məktubuma da cavab verilməmiş və bu gün yəni, 12 avqust 2013-cü il tarixdə ödənişi həyata keçirmək üçün Şəki filialının xəzinəsinə yaxınlaşdım. Xəzinədar əvvəlki ödənişi qəbul etməkdən imtina edən şəxs idi. Ondan ödənişi qəbul etməsini xahiş etdikdə məni tanıyaraq qərəzli olaraq ödənişi yan tərəfdə oturan xəzinədara verməyimi tələb etdi. Mən də etiraz edərək məni incitməməsini və ödənişi qəbul etməsini xahiş edim. O da xəzinənin digər bölməsindən "işləmir" yazılan birkasını xəzinənin önünə qoyaraq mənə hörmətsizlik etdi. Mən onun bu qanunsuz əməlləri barədə qaynar xəttə məluma vermək istəyərkən xəzinənin jalüzünü endirdi və dedi yan tərəfə keç. Bütün bunlar xəzinədəki təhlükəsizlik kamerasında qeydə alınıb. Mən yenidən 151 məlumat mərkəzinə zəng edərək baş verənləri bildirdim və ciddi araşdırma aparılmasına köməklik göstərilməsini xahiş etdim. Təbii ki, müraciət etsəm də, onların işə obyektiv yanaşmalarına inanmıram. Artıq 3-cü dəfədir heç bir reaksiya verilmədiyindən hazırkı şikayətimlə Mərkəzi Banka müraciət etməli olmuşam. Çünki bank fəaliyyətinə nəzarəti həyata keçirmək, ödəniş sistemlərinin fəaliyyətini təşkil etmək, əlaqələndirmək, tənzimləmək və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirmək Mərkəzi Bankın Funksiyalarına aiddir.
Eyni zamanda Mərkəzi Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, «Banklar haqqında» «Poçt haqqında», «Bank olmayan kredit təşkilatları haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir.
Odur ki, qeyd etdiyim halları nəzərə alaraq obyektiv araşdırılma aparılmasını və aidiyyəti şəxslərin cəzalandırılmasını xahiş edirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|