GÖRÜNÜR, TƏHSİLİMİZDƏ “GÜMÜŞ”Ə TƏLƏBAT AZDIR!..
Tarix: 20-08-2013, 11:16 | Çap et
Yaxud Fərzəli Qədirovun oğlunun qızıl medalı haqqında esse
Dünən Təhsil Nazirliyi 2012-2013-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin XI sinifini medalla bitirmiş məzunların siyahısını açıqladı. Bəlli oldu ki, 238 şagird qızıl, 10 şagird isə gümüş medal alıb. Burada ilk öncə üzdə olan iki məqam diqqətimi çəkdi... Birinci məqam: nədən qızıl medalçıların sayı gümüş medalçıların sayından bu qədər (24 dəfə) çoxdur?! Biz görmüşük ki, qızıl medal alanlar sayca gümüş medal alanlardan az olur (bu, normal məntiqə görə də belədir!). Doğrusu, say nisbətinin bu dərəcədə tərsinə dəyişməsinin məntiqi hələ də mənim üçün qaranlıq qalır. İkinci məqam: niyə medalçıların siyahısı buraxılış imtahanlarından dərhal sonra yox, qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra ortaya çıxdı?! İndi ictimaiyyət neçə düşünməsin ki, bunu nazirlik qəbul imtahanında aşağı bal toplayıb qurumu biabır edəcək “medalçı”lardan sığortalanmaq üçün edib? Mənə görə, bu əməlin bircə adı var: “toydan sonra nağara”, yəni TQDK nəticələri elan etsin, “vacib korrektələr” aparaq və bundan sonra siyahını üzərə çıxaraq. Gözləyək, görək nazirlik buna necə izah verəcək. Nə isə, keçək əsas mətləbə... Builki medalçılar nazirliyin onlara verdiyi “qızıl”a layiq olduqlarını təsdiq edə biliblərmi? Yəqin ki, bununla bağlı rəsmi məlumatı, hər il olduğu kimi, yenə də TQDK verməli olacaq. Halbuki nazirlik bu məlumatı medalçıların siyahısı ilə eyni vaxtda elan edə də bilərdi, amma etmədi! Belə çıxır, qurum buna maraqlı deyil. Ona görə də digər “medal” iddiaçılarının haqqı var ki, desinlər: bütün çabalara rəğmən siyahıda “qızıl”a layiq olmayanlar da var, məsələn, Bakıdakı 164 saylı məktəbin məzunu Qədirli Fərid. II qrupda imtahan verən bu şagird cəmi-cümlətanı 473 bal toplayıb. 473 – klassik “5” ballıq sistemə görə, 3,8 deməkdir. Deməli, nazirliyin təntənəli surətdə “qızıl”a layiq gördüyü Fərid qəbul imtahanında etimadı doğrultmayıb. Kimsə deyə bilər: medalçılar arasında bundan da aşağı nəticə göstərənlər var. Varsa, bu daha pis! Yəqin ki, yaxın gələcəkdə onlar haqqında da danışmaq imkanımız olacaq. İndi gəlin, düşünək: insafdırmı 473 bal toplayan Fəridə “qızıl” medal verilsin, amma 700 bal toplayaraq maksimum nəticə göstərən Sumqayıt məktəblisi Qafarova Flora, Bakı məktəbliləri Paşazadə Aytən və Müslümov Osmana nəinki “gızıl”, heç “gümüş” medal da verilməsin?! Kimdir Qədirli Fərid? – Təhsil Nazirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirovun oğlu. Fəridin anası isə məzunu olduğu 164 saylı orta məktəbin direktoru Kəmalə Qədirovadır. Belə görünür, adama güclü əllər himayədarlıq göstərib. Bunun niyəsini soruşsan, yəqin ki, Fərzəli Qədirov min bir arqument gətirəcək – bu məsələlərin fərqli şeylər olduğunu bildirəcək. İndi necə olacaq: onun 473 bal toplayan oğlunun adı “Şərəf kitabı”na yazılacaq, amma 700 bal toplayanlarınkı yox?! Bu “fərqliliyi” yaradıb illərlə dəyişmək istəməyən nazirlik məmurları görəsən, əməllərinə görə vicdan əzabı çəkəcəklərmi?.. Bir tərəfdən də bu “medal haqsızlığını” təbii hesab edirəm. Məgər bilmirlərmi, Fərzəli Qədirov nazirlik aparatına gəldikdən sonra nə işlər görüb? Doğrudanmı, onun ibtidai sinif müəllimi olan həyat yoldaşını 164 saylı məktəbə direktor təyin elə(tdir)məsindən heç kəsin xəbəri yoxdur? Həmin məktəbin “İlin ən yaxşı məktəbi” adı almasının, bu “münasibətlə” verilmiş 10000 manatın başqa istiqamətlərə xərclənməsinin, yaxud məktəbin 10 müəlliminə “İlin ən yaxşı müəllimi” adı verilməsinin səbəbi indiyidək niyə araşdırılmır?.. Builki “qızıl” siyahısı bir daha onu göstərir ki, Təhsil Nazirliyində dörd aydır əsən ruzigar Fərzəli Qədirovun saçlarının tumarına da təsir etməyib. Etsəydi, siyahıda fərqli adlar görərdik. Mənə elə gəlir, bütün bunlar Fərzəli müəllimin bacarığını yox, onun əməllərini görüb susanların bacarıqsızlığını nümayiş etdirir...
P.S. Qızıl medalların gümüş medallardan kəskin surətdə çox olmasını bir dostum yarızarafat, yarıgerçək belə izah etdi: Yəqin cəmiyyət arasında “gümüş”ə tələbat çox azdır...
Nadir İsrafilov, təhsil eksperti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|