SEÇKİ SONRASININ DAHA BİR QURBANI BƏLLİ OLDU
Tarix: 22-08-2013, 12:20 | Çap et
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri Əli Həsənova qarşı tənqid və etirazlar get-gedə intensivləşir. Bəzi müşahidəçilər seçki ərəfəsində Həsənova qarşı bu artan tənqid və narazılıqları heç də təsadüfi saymırlar.
Xatırladaq ki, "Qaçqınkom" rəhbərinə qarşı sonuncu sərt etiraz srağagün yaşanıb. Belə ki, bir qrup məcburi köçkün Mirəli Qaşqay küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsindəki yolu bağlayıblar. Məlumata görə, məcburi köçkünlərin onlara verilən mənzillərin ədalətsiz şəkildə bölüşdürülməsinə etiraz edirlər. Yol polislərinin səylərinə baxmayaraq, aksiya iştirakçıları yolu açmayıblar. "Qaçqınkom" isə bu narazılıqları həmişəki kimi haqsız sayıb. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. O, Dövlət Neft Akademiyasının yataqxanasında yerləşən bir qrup məcburi köçkünün etiraz aksiyası keçirərək, onlara verilən mənzillərin həddən artıq kiçik olması məsələsinə münasibət bildirərkən belə qeyd edib: "Həmin binalar ən böyük kvadrat metrlərlə hesablanmış layihələrdir. Bina müasir standartlar səviyyəsində tikilib. Daimi olaraq 24 saat isti və soyuq su ilə təchiz olunub. Narazılığın heç bir əsası yoxdur". Əli Həsənovun sözçüsü bildirib ki, evlər qanunvericilik çərçivəsində püşkatma yolu ilə verilir. "Kimsə artıq mənzil istəyir, amma mənzillər ailə tərkibinin sayına uyğun verilir. 2 nəfərə 1 otaqlı, 3-4 nəfərə 2 otaqlı, 5-6 nəfərə 3 otaqlı, 7-dən çox üzvü olan ailəyə 4 otaqlı mənzil verilir. Bunlar hamısı qanunvericiliklə tənzimlənən işlərdir. Komissiya püşkatma yolu ilə mənzilləri, binaları, mərtəbələri müəyyənləşdirir". Hazırda orada komissiyanın işlədiyini deyən mətbuat xidməti rəhbəri bildirib ki, onlara edilən müraciətlər yerindəcə araşdırılır. "Kiminsə nədənsə narazılığı varsa komissiyaya yerində müraciət edir, baxılır və qanunvericilik çərçivəsində tədbir görülür". Bəzi ekspertlərə görə isə, qaçqın və məcburi köçkünlər üçün binaların paylanması zamanı hər dəfə oxşar narazılıqların meydana çıxması şübhələnməkdən ötrü əsas yaradır: "Axı mümkün deyil ki, hamı haqsız olsun, amma Həsənovun komitəsi haqlı. Əgər bu qədər insan hər dəfə həm binaların tikintisi zamanı korrupsiyadan bəhs edir, həm də mənzillərin paylanması zamanı ayrı-seçkiliyə yol verildiyini deyirsə, deməli, ortada həqiqətən də hansısa problem var". Ekspertlərə görə, ən maraqlı məqamlardan biri xüsusilə seçkiyə aylar qala belə etiraz və narazılıqların intensivləşməsidir. Ölkə rəhbərliyinin indiki həssas siyasi dönəmdə vətəndaşları narazı salmamaq və onların etirazlarının sərt forma almasına yol verməmək barədə göstərişi olmasına rəğmən, "Qaçqınkom" rəhbərliyi ilə bağlı son üç ay da ard-arası kəsilməyən şikayətlər və etiraz aksiyaları Əli Həsənov üçün sonradan ciddi baş ağrısı yarada bilər. Komitə sədrinin iqtidar içində ciddi rəqiblərinin olduğuna dair KİV-dəki məlumatları xatırladan bəzi qaynaqlar seçki ərəfəsində yaşanan bu halların sonradan Əli Həsənova qarşı kompromatlara çevriləcəyinə şübhə etmir. "Həsənovun həm baş nazir müavini, həm də Komitə sədri kimi hökumətdə xüsusi ağırlığı var. Rəqibləri seçkidən sonra formalaşacaq yeni hökumətdə "Qaçqınkom" sədrinin yer almasını önləmək üçün indi bir-birini əvəz edən etiraz aksiyalarını kompromat vasitəsinə çevirə və onun "Vurulmasına" zəmin hazırlaya bilərlər. Ən azı Əli Həsənovun baş nazir müavinliyindən kənarlaşdırılmasını istəyən qüvvələr üçün hazırda "Qaçqınkom"dan artan, şiddətlənən şikayətlər və narazılıqlar mühüm əhəmiyyət kəsb edir" deyə hakimiyyətdaxili proseslər barədə məlumatlı qaynağımız öz ehtimalını irəli sürüb. Seçkidən sonra istər baş nazirlik, istərsə də vitse-premyerlik postları uğrunda ciddi iqtidariçi mübarizə gedəcəyinə diqqət çəkən bəzi mənbələr Əli Həsənovdan fərqli olaraq baş nazirin digər iki müavini - Abid Şərifovla Elçin Əfəndiyevin karyera perspektivinin böyük ölçüdə həll edildiyini düşünürlər. "Onların hər ikisinin yeni hökumətin tərkibində yer almayacağı qətiləşib. Əli Həsənov isə hələlik müqavimət göstərir və ən azı indiki mövqelərini seçkidən sonra qorumaqda da israrlıdır. Məhz bu səbəbdən onun tez-tez etiraz hədəfinə çevrilməsi maraq doğurur. Hesab etmək olar ki, bu cür narazılıqlarla, şikayətlərlə "Qaçqınkom" rəhbərinə qarşı kompromat dosyesi zənginləşdirilir, onun hökumət daxilindəki nüfuzu zəiflədilir ki, bununla da "vurulması" xeyli asanlaşsın" deyə mənbələrdən biri proqnozunu söyləyib. Hər halda deyilənlərin nə qədər doğru olub-olmadığını zaman göstərəcək. Amma bəri başdan qeyd etməyi unutmayaq ki, istənilən halda son bir neçə ayda davamlı şəkildə "Qaçqınkom"dan narazı qalanların Bakıda etiraz aksiyaları keçirməsinin Əli Həsənovun gələcək karyerası baxımından təsirsiz ötüşəcəyinə inanmaq çətindir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
|