FƏRHAD QƏRİBOV ELDAR HƏSƏNOVUN QURBANINA ÇEVRİLİR
Tarix: 20-09-2013, 11:17 | Çap et
Seçki günü yaxınlaşdıqca ölkədə siyasi atmosfera tündləşir, siyasətin tempraturu isə hər gün daha da yüksəlir. Bir müddət əvvəl vaxtilə Prezident Administrasiyasının (PA) Işlər Idarəsinin müdiri işləmiş Akif Muradverdiyevin, keçmiş nazir Nicat Quliyevin həbsi, iki gün əvvəl isə «Bizim Yol» qəzetinin əməkdaşı, «moderator.az» saytının rəhbəri Pərviz Həşimlinin həbsi beyinlərdə bir çox suallar doğurur. 2005-ci ildə parlament seçkiləri öncəsi hökümət üzvlərinin gurultulu həbsindən 8 il sonra, 2013-cü il prezident seçkiləri öncəsində bu tip həbslərin keçirilməsi hakimiyyət daxilində hansısa prosseslərin getməsindən xəbər verir. Son olaraq jurnalist Pərviz Həşimlinin həbs olunması və onun adının bir çox hökümət üzvləri ilə birlikdə hallanması hökümət daxilində yeni həbslərin keçirilməsi ehtimalını gücləndirir.
Bu barədə AZƏRİNFO.ORG-a daxil olan məlumatda bildirilir ki, artıq hökümət daxilində bir çoxları qara siyahıya alınıblar və onların taleyinin necə olacağı hələ ki, bəlli deyil. Məlumata əsasən yaxın günlərdə hakimiyyətin tanınmış bir neçə üzvünün gurultulu həbsi istisna olunmur. Həbs olunacaq sabiqlərin içərisində daha çox keçmiş maliyyə naziri Fikrət Yusifovun və «Azərkimya» Dövlət Şirkətinin keçmiş prezidenti Fikrət Sadıqovun adı hallanmaqla yanaşı, hazırda hakimiyyətdə müəyyən nüfuz sahibləri olan ölkəmizi Serbiya, Bosniya-Herseqovina və Çernoqoriyada təmsil edən sabiq Baş Prokuror Eldar Həsənovun və onun Azərbaycandakı əsas təmsilçisi, millət vəkili Fərhad Qəribovun adı hallanır.
Məlumatlı mənbənin AZƏRİNFO.ORG-a bildirdiyinə görə Eldar Həsənova qarşı artıq uzun müddətdir ki, kompromat məlumatlar toplanıb. Sabiq baş prokurorun rəqibləri son bir ildə səfirin Azərbaycanda siyasi təxribat planlarını reallaşdırdığını sübut etməyə cəhd edirlər. Reallaşdırılan həbslərində məhz bu məqsədə xidmət etdiyi qeyd olunur. Qeyd edək ki, bir müddət əvvəl tanınmış jurnalist Eynulla Fətullayev öz saytında Eldar Həsənovu dövlət çevrilişində ittham etmişdi və qarşılığında Eldar Həsənov qəzəbli bir şəkildə jurnalisi müəyyən deskrutiv qüvvələrə çalışmaqda ittiham etmişdi.
Mənbəninin bildirdiyinə əsasən Eldar Həsənovu sıradan çıxarmaq istəyən hakimiyyət qruplaşmaları bütün diqqətlərini qüdrətli səfirin ölkədəki əsas köməkçisi millət vəkili Fərhad Qəribovun üzərinə cəmləşdiriblər. Çünki Fərhad Qəribov Eldar Həsənovun ölkədəki və ölkədən kənar biznesini idarə edən şəxs olduğu kimi, həmçinin bütün siyasi planlarını reallaşdıran şəxsdir. Bildirilir ki, artıq Kürdəmirdən millət vəkili seçilən Fərhad Qəribovun Kürdəmirdəki və Bakıdakı biznesi nəzarətə götürülür. Kürdəmirin icra başçısı İrşad Əliyev Fərhad Qəribovun bu rayondakı 1000 hektardan artıq torpaq sahəsini əlindən alır. Həmin torpaq sahəsi Dövlət Fonduna aiddir və millət vəkili həmin ərazilərdə bitkiçilik və hevandarlıq təsərrüfatları yaradıb. Hazırda isə millət vəkilinin icarə müqavilələrinin ləğv olunma prossesinin başlandığı qeyd olunur.
Məlumata əsasən Eldar Həsənov və Fərhad Qəribov bir neçə ay əvvəl Rüstəm İbrahimbəyovun kölgə kabinetini yaratmaqda ittiham olunurlar. Həmin siyahını saytımıza təqdim edə biləcəyini bildirən mənbə qeyd edir ki, hazırlanan siyahıda müxalifət nümayəndələri ilə yanaşı hazırda hakimiyyətdə olan, həmçinin bir çox sabiqlərin adı var. Mənbə həmin siyahının dərc olunmasını siyasi zəlzələ kimi xarakterizə edir və bildirir ki, bütün bu siyahını hazırlayan, bunun üçün danışıqlar aparan şəxsin isə məhz Fərhad Qəribovdur. Qeyd olunur ki Fərhad Qəribov 2003-cü ildə də Eldar Həsənovun tapşırığı ilə məmurlarla müxalifətin bazarlığını özünə məxsus olan “Büllur” restoranında həyata keçirirmiş. Xüsusi cihazlarla dinlənilmənin qarşısının alındığı həmin görüşlərdə post-Əliyev dönəminin kölgə kabineti formalaşdırılırdı və bu görüşlərdə müxalifətin ünlü simaları iştirak edirdi.
Yenidən Eldar Həsənovun təlimatı ilə fəaliyyətə keçən Fərhad Qəribov bu dəfə də müxalifətlə hakimiyyətdəki adamları arasında koordinator rolunu oynayıb. Elə həbs olunan jurnalist Pərviz Həşimliyə müxtəlif məlumatları da onun vasitəsi ilə ötürüldüyü qeyd olnur. Həmçinin Fərhad Qəribovun müxalifətə pul ötürdüyü də bildirilir. Bütün bunlara görə isə hazırda millət vəkilinin həbsi üçün hazırlıq aparıldığı qeyd olunur.
Fərhad Qəribovun ərəblərlə ortaq olduğu bildirilir və müxtəlif zamanlarda deputat Dubayda terror təşkilatlarını maliyyələşdirməkdə ittiham olunan ərəb milyonerlərin çirkli pullarını yumaqda da ittiham olunub.
Kürdəmirli biznesmenin əslində Eldar Həsənovun biznesini idarə etdiyi bildirilir. Məlumatda həmçinin o da bildirilir ki, Fərhad Qəribov tək Azərbaycanda deyil, İstanbul və Dubayda Həsənovun biznesini idarə edir. 2005-ci ildə Eldar Həsənovla aralarında problem yaşasalar da, sonradan yenidən birlikdə hərəkət ediblər. Məlumatda o da qeyd olunur ki, Rusiyada müxalifətə yaxın biznesmenlərin əksəriyyəti Eldar Həsənovun çətiri altındadır. Moskva meri Lujkovun biznesini işlədən Mirəşrəf Fətiyev də bir müddət əvvələ qədər Eldar Həsənovun biznesini işlədib. Hazırda isə həmin biznesə müxtəlif adamlar, həmçinin Fərhad Qəribov nəzarət edir.
Fərhad Qəribovun bir oğlu millət vəkili Ərəstun Cavadovun sabiq kürəkənidir. Cəlal Əliyevin “kruq”unda olduğu üçün Ə.Cavadovla yaxınlıq quran Qəribov akademikin çöküşündən sonra o zaman Cəlal Əliyevin adamı kimi tanınan adamdan məsafəli davranmaq istəyib və buna görə də iki millət vəkili arasında düşmənçilik yaranıb.
F.Qəribov deputat olmadan öncə maliyyə qaynaqları qaranlıq olan “Azəri-Holdinq” maliyyə-sənaye qrupunun prezidenti olub.
Bir neçə il əvvəl bağlanan “Debütbank”da Fərhad Qəribovun olub. Müşahidə Şurasının sədri olan oğlu Rəşad Qəribovun adı müğənni Xumar Qədimovanın da adının hallandığı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Bakı sakini, iş adamı Emin Əmirovun cinayət işi üzrə məhkəmə prosesində hallanıb. Bankın 14 milyon manatını mənimsədiyi halda günahı E.Əmirovun üzərinə atırdı. E.Əmirov isə R.Qəribovun özünün bu pulları mənimsədiyini bildirirdi. O zaman R.Qəribov məhkəməyə polis yolu ilə məcburi şəkildə gətirilib.
Dövlət ittihamına görə, E.Əmirov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən telefon gətirərək, burada satışı ilə məşğul olub. E.Əmirov Azərbaycanın Milli Məclisinin deputatı Fərhad Qəribovun oğlu, “Debüt” Bankın Müşahidə Şurasının sədri Rəşad Qəribov və iş adamı İlqar Məmmədovun etibarından sui-istifadə edərək, onların müştərək olaraq 14 milyon manat pul mənimsəyib.
Fərhad Qəribovun mobil telefon monopoliyasında da ciddi payı olduğu bildirilir və Emin Əmirovun məhkəmə işi buna misal kimi göstərilir.
“Debütbank”ın lisenziyasının ləğv olunmasında bankın yol verdiyi maxinasiyaların rolu böyük olub. Öncə Sumqayıt filialı qapadıldı, sonra əsas bank. Rəsmi məlumata görə, “Debütbank” minimum məcmu kapital tələbinə əməl etmədiyinə, bank qanunvericiliyinin tələblərini pozduğuna, o cümlədən idarəetməni və cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə riayət etmədiyinə görə, bağlanıb.
Mənbə onu da bildirir ki, müxtəlif maliyyə maxinasiyalarında və siyasi avantüralarda həmçinin Eldar Həsənovun qardaşı Şahin Həsənovun da adı hallanır. Bu barədə isə daha ətraflı növbəti yazımızda…
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq…
P.S. Eldar Həsənov- Fərhad Qəribov biznes imperiyası ilə bağlı araşdırmalarımız davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|