"BAKI TAXIL" ASC-DƏN İQTİSADİ SABOTAJ
Tarix: 8-10-2013, 15:43 | Çap et
Nadir Quliyev adına “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə bağlı maraqlı məlumatlar dolaşır. İddialara görə, adıçəkilən səhmdar cəmiyyət fermerlərdən yüksək keyfiyyətli taxıl məhsulu alır.
Amma bu zaman qiymətlər fermerlər üçün ürəkaçan səviyyədə olmur. Bununla bağlı dəfələrlə ASC sədri Bəsirət Quliyevə edilən müraciətlərin də faydası olmayıb. Qiymətlər sözügedən səhmdar cəmiyyətin maraqlarına uyğun müəyyənləşdirilir. Məsələ burasındadır ki, bu ASC Dövlət Taxıl Fondunun elan etdiyi tədarük məntəqələrindən biri olduğundan son qərarı da fermerlər deyir, məhz “Bakı-Taxıl”ın rəhbərliyi müəyyənləşdirir.
“Bakı Taxıl” fermerlərə qarşı
Səhmdar cəmiyyətin bu cür münasibəti isə heç şübhəsiz, fermerləri stimullaşdırmaq məqsədi güdmür. Əgər belə olsaydı, sahibkarların istehsal etdikləri məhsulu daha yüksək qiymətə qəbul edərdilər. O zaman fermelər arasında stimul yaranardı ki, daha keyfiyyətli buğda istehsal edib, normal qiymətə sata bilsinlər. Doğrudur, ASC rəhbərliyi həmin tənqidləri qəbul etmir və bildirirlər ki, fermerlərdən dənli məhsullar məhz Dövlət Taxıl Fondunun müəyyənləşdirdiyi qiymətlər əsasında alınır. Amma unutmayaq ki, taxıl qəbulunu birbaşa özü aparması üçün Dövlət Taxıl Fondunun imkanları zəifdir. Belə ki, qurumun məhsulun keyfiyyətini müəyyənləşdirə və tədarük edə biləcək mütəxəssisləri azdır. Ona görə də, birbaşa fermerlərin özləri ilə deyil, taxıl emalı ilə məşğul olan şirkətlərlə, o cümlədən də, Nadir Quliyev adına “Bakı-Taxıl” ASC ilə işləməyə üstünlük verir. Həmin şirkətlərin mütəxəssisləri yerli fermerlərin təqdim etdikləri məhsulu yoxlayırlar, bu zaman isə məhz başda da adıçəkilən səhmdar cəmiyyət olmaqla, özəl müəssisələrin maraqlarına cavab verən mənzərə çıxır. Qeyd edək ki, haqqında danışılan səhmdar cəmiyyətə adı verilən mərhum Nadir Quliyev uzun illər Bakı 2 saylı çörək kombinatının direktoru olub. Hazırda onun adını daşıyan səhmdar cəmiyyətin sədri Bəsirət Quliyev məhz mərhum direktorun oğludur.
Bəsirət Quliyevin səhmdar cəmiyyətinin məhkəmələrdən keçən yolu
“Bakı Taxıl”la bağlı maraqlı məqamlardan biri də səhmdar cəmiyyətin müxtəlif vaxtlarda məhkəmə iddialarının subyektlərindən birinə çevrilməsi ilə bağlıdır. Bu məhkəmə qalmaqalları arasında Nadir Quliyev adına “Bakı-Taxıl” ASC-nin “Xəyal-Holdinq”lə hüquqi çəkişməsi xüsusi maraq doğurur. İki şirkət arasındakı borc mübahisəsi sonradan məhkəməyədək uzandı. Məhkəmənin ilk instansiyasındakı qərarından narazı qalan ASC rəhbərliyi sonradan Appelyasiya Məhkəməsinə müraciət etsə də, təxminən bir il əvvəlki qərarda da ilk instansiya məhkəməsinin qərardaşı dəyişilmədən saxlanıldı. Ümumiyyətlə, adıçəkilən səhmdar cəmiyyətin əksər məhkəmə proseslərində uduzması və ya istədiyi qərarların çıxarılmasına nail olmaması diqqət çəkir və maraq doğurur. Problemin şirkətin hüquqşünaslarında, yoxsa iş prinsiplərində olduğunu demək çətindir. Müəssisədə işçilərin kifayət qədər olmasına baxmayaraq onların əksəriyyətinin əmək müqaviləsi olmadan çalışdığı, “ikili mühasibatlıq” hökm sürdüyü, yəni maaşların reallıqda olduğundan az göstərildiyi və beləliklə vergidən yayınma hallarına yol verildiyi də səslənən iddialar arasındadır. Bundan başqa səhmdar cəmiyyətin Dövlət Sosial Müdfiə Fonduna köçürmələri ilə bağlı da şübhəli məqamların olduğu deyilir, iddia olunur ki, məhz işçilərin maaşlarının az göstərilməsi və əmək müqavilələrinin olmamasına dair hallar həmin köçürmələrin məbləğinin də reallıqdan az olmasına gətirib çıxarıb.
“Bakı Taxıl”ın Buzovnadakı yardımçı təsərrüfatında qanunsuzluq
Səhmdar Cəmiyyətin yardımçı təsərrüfatları ilə bağlı da qalmaqallar az yaşanmayıb və bu rəsmi təsdiqini tapıb. Belə ki, ötən ilin oktyabrında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Buzovna broyler”də dövlət nəzarəti aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin Komitənin Təcrübə- Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur. Müəssisədə istehsal edilən məhsulların isə “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda “halal” məhsul kimi təqdim edildiyi aydınlaşdırılmışdır. Bununla da müəssisə tərəfindən “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddələrinin tələbləri pozulmuşdur. Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilmişdir. Toyuq yeminə qatılan enzimin, lizinin, metianinin, müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməmişdir. Bütün bunları nəzərə alaraq, Dövlət Komitəsi orada broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışını qadağan etmişdir. Bu məqamda başqa maraqlı bir məsələni diqqətə çatdırmaq mümkün deyil. İddiaya görə, bir müddət əvvəl Nadir Quliyev adına “Bakı-Taxıl” ASC-nin Buzovnadakı yardımçı təsərrüfatında ilginc bir hadisə yaşansa da, sonradan səhmdar cəmiyyət sədri bu olayın “unutdurulmasına” nail olub. Maraq doğuran isə onun buna necə nail olduğudur. Adıçəkilən ASC-nin ünvanına səslənən irad və iddialarla bağlı dəqiqləşdirmələr aparıb əlavə məlumat verməyə çalışacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|