Cavid Qurbanov onu hansı keyffiyyətinə görə Kəlbəcərə yollayıb? - HƏQİQƏTƏN DƏ...
Tarix: 9-12-2021, 11:21 | Çap et
Kəlbəcərin bir icra başçısı var idi, Aqil Məmmədov. Daha dəqiq desək, 2013-cü ildə Kəlbəcərə icra başçısı təyin olunmuşdu. Fəaliyyəti ilə bağlı heç nə yazmadan təkcə onu qeyd edəcəyik ki, Prezident Administrasiyasının yaydığı rəsmi məlumatlardan bəlli olurdu ki, Kəlbəcər sakinlərindən PA-a daxil olan şikayət məktublarının ardı kəsilmir. Hətta şikayət məktublarının statistikasında Kəlbəcər rayonu ölkə üzrə 1-ci yerdə gedirdi. Buna kimin şübhəsi varsa, buyurub həmin dövrün rəsmi xəbərlərinə baxa bilər. Sözün düzü, bu adam Kəlbəcərdən deputat seçiləndə məəttəl qaldıq ki, ay qardaş, 2 ay əvvəl rəsmi olaraq deyirdiniz ki, Kəlbəcər sakinləri səhər-axşam icra başçısı Aqil Məmmədovdan PA-a şikayət məktubları yazır. Bəs, necə oldu, 2 ay sonra 2020-ci ilin fevralında bu adam Kəlbəcərdən Milli Məclisə deputat seçildi? Bəs bəh-bəhlə dediyiniz 75 faiz kəlbəcərli (guya 75 faiz səslə seçilib) bu adama necə səs verdi? Digər tərəfdən, Aqil Məmmədov icra başçısı ola-ola necə deputatlığa namizəd oldu, deputat seçildi və seçkidən 1 ay sonra mart ayında icra başçısı vəzifəsindən getdi. Dünyada hələ belə əndrəbadi hal olmayıb, vallahi. Bu adam kresloda oturubsa, necə deputat ola bilərdi? Gərək zəhmət çəkib seçkidən öncə icra başçısı vəzifəsindən istefa verəydi, seçkiyə qatılaydı və... Deməli, Kəlbəcərin icra başçısı “tutar qatıq, tutmaz ayran” yolunu tutub... Nə isə, Aqil Məmmədov icra başçısı krelosundan düşüb, mindi deputat kreslosuna. Və onun boş qalan icra başçısı kreslosunu kim tutsa yaxşıdır ? Cənab deputatın əmisi nəvəsi, ixtisasca mantyor-energetik olan Azər Qocayev. Daha konkret desək, Azər Qocayev 2020-ci ilin may ayının 13-dən Kəlbəcərin icra başçısıdır, yəni 2 il olmağa az qalıb. Özü də Ağdabanlı Aşıq Qurbanın nəvəsidir. Lap gözəl. Görək, Aşıq Qurbanın nəvəsi 2 ildə nə iş görüb, ona etimad göstərən Prezidentin etimadını doğrulda bilibmi ? Öncə onu qeyd edək ki, bizim bir media olaraq Azər Qocayevə qarşı nə müsbət, nə də mənfi münasibətimiz yoxdur, ancaq Kəlbəcər camaatının sosial şəbəkələrdə yazdıqlarını qeyd edəcəyik. Kəlbəcər sakinləri yazır ki, 2 il tamam olmağa az qalsa da, hələ bu günə kimi Ayaz Qocayevin sifətini görməmişik... Ay Ayaz Qocayev, bu da barama-zad deyil ki, deyəsən, mən hara, barama hara, Kəlbəcər hara...? Get, bir bu camaat sənin sifətini görsün dəə...Səndən iş yeri istəmir, çörək istəmir, su istəmir, səni görmək istəyirlər... Bu da problemdir ? Axı, dəfələrlə yazmışıq ki, vətəndaşlarımız məmurlardan heç nə ummur, sadəcə onu dinləmək, dərdinə şərik olmaq yetər. Dəfələrlə yazmışıq ki, məmurun sehrli çubuğu-zadı yoxdur, amma ağzında dili var, vətəndaşı dinləyə bilər... Axı, bunlar problem deyil, niyə bunları etmirsiniz..? Necə olur ki, ölkə başçısı bütün bölgələri, hətta ucqar kəndləri gəzib vətəndaşların problemini dinləyir, həll edir... Siz icra başçıları isə oturmusuz kresloda, kabinetdən bayıra çıxmaq istəmirsiniz... Cənab Azər Qocayev, kəlbəcərlilər yazır ki, hələ bu günədək 1 şəhid ailəsini ziyarət etməmisən... Niyə ? Axı, şəhid gedib sənin baban Aşıq Qurbanın qəbrini erməninin....işğalından azad edib. Sən də hazıra nazir kimi icra başçısı olmusan. Sən hətta Kəlbəcəri qanunla ziyarət etməyə gedən, əslində əsgərlər üçün çörək bişirən sexin təmiri üçün Kəlbəcərə gedən məmuru işdən qovmusan. Kəlbəcərlilər yazır ki, biz icra başçımızı ancaq kabinetindən çəkdirdiyi şəkilləri paylaşanda görürük... Ay adam, sən maniken, modelyer-zad deyilsən ee, icra başçısısan, rayonun rəhbərisən... Səni qınamalı deyil vallah, sən haradan biləsən ki, rəhbər nədir..? Deməli, Azər Qocayevin icra başçısı olaraq ilk işi özünə təzə köməkçi və sürücü və katibə götürmək olub. Guya rəhmətlik Aşıq Qurbanın nəvəsi işləməkdən qan-tərə batıbmış, buna təcili köməkçi, sürücü, katibə lazım idi.. Bütün bunlar azmış kimi icra başçısı Azər Qocayev Kəlbəcər məktəblərinin direktorlarını çağırıb danlayıb, hədə-qorxu gəlib ki, bilirəm məktəblərdə nə qədər “ölü canlar” var... Yəqin ki, Azər Qocayev məktəb direktorlarını “aylığa” otuzdurmaq istəyir... Hətta məlumat var ki, məktəb direktorlarından 500 manat yığılır. Hətta mediada yayılan məlumatlara görə, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir. Və məktəb direktorları yazılı izahat veriblər. Hələ bu harasıdır ? Mediada yayılan məlumata görə, Azər Qocayev icra başçısının fondunda olan ianə pullarını elə mənimsəyib ki, izi-tozu da qalmayıb. Kəlbəcərlilər deyir ki, bu 35 yaşlı oğlan sanki əjdahadır, hər şeyi udur. Bunu biz demirik e, Azər Qocayev, sakinlər deyir. Ona görə də, nə qədər gec deyil, get mantyorluğunu elə, səndən Kəlbəcərə icra başçısı olmaz. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
|