«AZAL»ın tenderində hamını "ofsayt"da saxlayan 3 ŞİRKƏT ŞƏRTİ - İLGİNC FAKTLAR
Tarix: 15-12-2021, 10:58 | Çap et
Xəbər verildiyi kimi, "Azərbaycan Hava Yolları” QSC öz əməkdaşlarının 2022-ci il ərzində müəyyən olunmuş istiqamətlər üzrə avtobuslarla gündəlik işə/işdən daşınması xidmətlərinin satınalınması üzrə tender elan edib.
DİA.AZ FED.az-a istinadən xatırladır ki, tender elanı üzrə təkliflərin verilməsi üçün ayrılan müddəti bu gün, dekabrın 15-də, saat 11-də başa çatıb.
Bununla yanaşı, «AZAL» tender elanında elə şərtlər tətbiq edib ki, bu elan 1 il müddətində qüvvədə olsa da, onlara cavab verən şirkət tapmaq asan olmayacaq.
Qeyd edək ki, əməkdaşların daşınması ilə bağlı tender kifayət qədər iri həcmdə işləri əhatə edir – təklif ekdilən işlər qarşıdakı 1 il ərzində işçilərin Bakının müxtəlif ərazilərinə 48 istiqamətdə daşınmasını nəzərdə tutur. Bu mənada nəqliyyat şirkətlərinin tenderə marağı böyük olmalı idi. Amma məqsədli şəkildə qoyulan bəzi şərtlər əksər daşıma şirkətlərini tenderdən kənarda saxlayır.
Belə ki, tender şərtlərinə əsasən, təkliflərin qiymətləndirilməsi zamanı şirkətlərin fəaliyyət müddəti nəzərə alınacaq. İllik təcrübə 10 ilәdәk olduqda şirkət 2 bal, 10-15 il olduqda 4 bal, 15-ildәn artıq olduqda isə 5 bal qazanacaq.
Sual olunur: şirkətin 10 illik təcrübəsi ilə 15 il və ya daha artıq təcrübəsinin olması arasında hansı fərq var. Hətta 5 il əvvəl yaradılan sərnişin daşıma ilə aktiv məşğul olan şirkətlər də bu sahədə kifayət qədər təcrübəli sayıla bilər. Eləcə də 15 il əvvəl yaradılan şirkətlərin də bu sahədə keyfiyyətsiz xidmət göstərməyəcəyinə heç bir qarant yoxdur. Bu mənada AZAL-ın şirkət təcrübəsi ilə bağlı 10, 15 və daha artıq müddətlə bağlı şərtləri digər oyunçuları diqqətdən kənarda saxlamaq məqsədi daşıyır.
Digər əsas şərt hansı ki, bütün iştirakçıların qarşısını kəsir və tenderə yalnız «köhnə dostlar»ı buraxır: tender elanında ixtisars göstəriciləri ilə bağlı hissədə bildirilir ki, tenderə qatılmaq istəyən iddiaçıların digər hava yolları ilə iş təcrübəsi olmalıdır. Belə ki, tenderə o şirkət qatıla bilər ki, indiyədək azı 3 aviaşirkətlə iş təcrübəsi olsun.
Əgər bu şərt aeroport xidmətləri və ya hava nəqliyyatı üçün digər spesifik xidmətlərə aid olsaydı, tenderdəki bu şərti anlamaq olardı. Amma sadəcə Bakı ərazisində göstərilən və sərnişinlərin normal avtobuslarda daşınmasını nəzərdə tutan bu xidmətlərdə sözügedən şərtin qoyulması məntiqi cəhətdən anlaşılmazdır.
Əgər AZAL-ın daşınacaq əməkdaşları xüsusi geyimdə, məsələn kosmonatvlar kimi skafandırlarda olsaydı və onlar üçün avtobuslarda xüsusi yerlər tələb olunsaydı və ya onların daşınması üçün hermetik avtobuslar tələb olunsaydı bu şərtlərin vacibliyini anlamaq olardı.
Burada isə gündü bir neçə dəfə işçilərin əvvəlcədən nəzərdə tutalan iki nöqtə arasında daşınması planlaşdırılır. Buna görə, nəqliyyat şirkətinə indiyədək azı 3 avia şirkətlə əməkdaşlıq barədə şərtin qoyulması məntiqsizdir.
Amma əsas məsələ qabaqdadır: hazırda Azərbğaycanda aktiv fəaliyyətdə olan cəmi 4-5 aviaşirkət mövcuddur. AZAL-ın apardığı siyasəti və hökumətin buna açıq-aşkar göz yumması səbəbindən ölkədə real özəl avişirkət demək olarp ki, mövcud deyil. Mövcud olanlar «AZAL», «Buta» və «Silk vey» şirkətləridir. Belə çıxır ki, AZAL-ın tenderində 3 şirkət şərtinə əməl edən şirkət hökmən indiyədək bu şirkətlərlə əməkdaşlıq etməli idi.
Ya da, bu tenderdə xarici ölkədən gələn və xaricdə başqa şirkətlərlə (azı 3 şirkətlə) əməkdaşlıq etmiş daşıma şirkət iştirak etməlidir (bu da inandırıcı deyil).
Bu şərtin qoyulması o deməkdir ki, «AZAL» bu tenderdə yalnız indiyədək onunla əməkdaşlıq etmiş şirkətlərin qalib gəlməsində maraqlıdır, tenderdə həmin şirktlərin qalib gəllməsinə çalışır və tenderdə iddiaçılara qarşı nəzərdə tutulan tələblər də məhz həmin şirkətlərin göstəriciləri əsasında tətbiq edilib. Təbii ki, həmin göstəricilərə digər şirkətlərin cvab verməsi ehtimalı aşağıdır.
FED.az xatırladır ki, AZAL təkcə dövlət qurumları deyil, hətta özəl qurumlar arasında da ən qapalı, maliyyə məlumatlarını ictimaiyyətə açıqlamayan, hətta nümayişkəranə şəkildə gizlədən dövlət qurumudur. Fəaliyyət göstərdiyi 30 ilə yaxın müddətdə şirkətin illik hesabatı heç vaxt dərc edilməyib. Hətta dövlət qurumlarında islahatlarınr aparılması məqsədilə yaradılan İnvestisiya Holdinqinə daxil edilməsi də AZAL-da bu məsələ ilə bağlı şəffaflığı artırmayıb.
Azərbaycanda dövlət satınalmaları sahəsində son illər ciddi işlər aparıldığı bir vaxtda AZAL-ın tenderində belə məqsədli şərtlərin tətbiqi dövlət satınalmalarına cəlb olunan şirkətlərin əhatə dairəsini məhdudlaşdırmağın növbəti göstəricisidir.
Bu sahəyə nəzarət edən Antiinhisar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məsələni araşdırmalı, tenderin indiki şərtlərlə keçirilməsinin qarşısını almalı və daha normal və məntiqli şərtlərlə keçirilməmini təmin etməlidir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
• Samir Şərifovun yerinə təyinat yubanır - səbəb
Bu gün, 10:06 |
|
|
|
• Polisi zəhərləyib öldürən azərbaycanlı taksi sürücüsü HƏBS OLUNDU
Bu gün, 09:58 |
|
|
|
• Bu dəfə onun özündən Prezidentə ŞİKAYƏT OLUNDU - Mürsəl İbrahimov qanunsuzluğu HİMAYƏ EDİR?
Bu gün, 09:54 |
|
|
|
• Qatillərin azad olunmasını istəyən AŞ PA... - terrora, terrorçulara stimul verir
Bu gün, 09:50 |
|
|
|
• "İrəvan həm Rusiyanı, həm də Qərbi aldatmağa çalışır" - deputat
Bu gün, 09:46 |
|
|
|
• İlyas İsmayılovun son vəziyyəti açıqlanıb - "...ağır-stabil olaraq qalır"
Bu gün, 09:44 |
|
|
|
• Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:38 |
|
|
|
• "Əli Qurbanov söz verdi, amma..." - ETİRAZ
Bu gün, 09:31 |
|
|
|
• Bu şəxslərə avtobus və metroda güzəşt oluna bilər – Azərbaycanda İLK
Bu gün, 09:16 |
|
|
|
• Tehran sürətlə müharibəyə hazırlaşır: zərbə qərarı… - Melkonyan
Bu gün, 09:13 |
|
|
|
• TIXAC DƏRDİ: Problemi AYNA-nın yerə çəkdiyi `ƏSƏRLƏR` yaradır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:02 |
|
|
|
• Yenə o aktual sual: Rusiyadan böyük köçə hazırıqmı? - Görünəni odur ki...
Bu gün, 08:52 |
|
|
|
• Sabiq nazir AQTA-nı ifşa etdi – Vəziyyət ciddidir, dövlətin təhlükəsizliyi…
Bu gün, 08:51 |
|
|
|
• Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub - ŞOK FAKTLAR
Bu gün, 08:46 |
|
|
|
• Azərbaycanda da bu cərimələr silinə bilərmi? - AKTUAL
Bu gün, 08:44 |
|
|
|
• Məktəblərimizdən FRANSAYA axan milyonlar... - “KENQURU” Olimpiadasının mübhəmləri...
Bu gün, 08:43 |
|
|
|
• "Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...
Bu gün, 08:38 |
|
|
|
• "Biz seyrə balonlarla çıxmaq istəmirik..." - GİLEY
Bu gün, 08:30 |
|
|
|
• Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır... - Ekspert danışır...
Bu gün, 08:18 |
|
|
|
• Səkini zəbt edən piştaxtalar tez aradan qaldırılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:29 |
|
|
|
• "Rəsmi İrəvan çox dəqiq anlayır ki..." - GƏLİŞMƏ
Bu gün, 07:23 |
|
|
|
|