Azərbaycanda müəllimlərin müqavilələri özlərindən xəbərsiz ləğv edilir? - BU NƏDİ BELƏ?
Tarix: 7-11-2022, 09:36 | Çap et
“Mil-Muğan Regional Təhsil İdarəsi öz tabeliyində olan ümumtəhsil müəssisələrindəki müəllimlərdən xəbərsiz onların müddətsiz əmək müqavilələrini birtərəfli ləğv edib”. DİA.AZ xəbər verir ki, bunu Meydan TV-yə işini itirmək qorxusu ilə adını açıqlamayan müəllim deyir. Onun sözlərinə görə, əmək müqavilələri ləğv edilən müəllimlərdən xəbərsiz 2022-ci il sentyabrın 28-də müqavilələri yenilənib. Otuz illik iş təcrübəsi olduğunu deyən müəllim müqaviləsinin sıfırlandığını təsadüfən öyrənib: “Rayondakı banklardan birinə kredit götürməyə getmişdim. Sistemdə baxıb, dedilər ki, iş stajınız uyğun deyil. Əlavə etdilər ki, sizinlə 2022-ci il sentyabrın 28-də əmək müqaviləsi bağlanıb. Digər bir banka müraciət etdim, eyni cavabı aldım. Bankda olanda, mənə kifayət qədər çox ərizə göstərildi. Bildirildi ki, hazırda Elm və Təhsil Nazirliyi ilə danışıqlar aparılır. Əgər razılığa gəlinsə, müəllimləri dəvət edib, kredit veriləcək”. Zərərçəkən məsələ ilə bağlı Regional Təhsil İdarəsinə müraciət edib. İddia edir ki, ona qaydanın belə olduğu və məsələ ilə bağlı aidiyyəti instansiyalara müraciət etməmək tapşırılıb: “Regional Təhsil İdarəsindən sərt formada bildirildi ki, bundan sonra belədir, bunu bütün müəllim və direktorlar bilir. Regiondan direktorların hər birinə konkret şəkildə tapşırılıb ki, hər hansı bir məktəbdən “Qaynar xətt”ə zəng edilsə, həmin məktəbin direktoru ilə ayrıca haqq-hesab çəkəcəyik. Bizə hələ də cavab verilməyib ki, niyə bizim müqaviləmiz sıfırlanıb”. Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı sorğunu cavablandırmayıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, heç bir regional idarə tərəfindən müəllimlərə və məktəb direktorlarına Nazirliyin “Qaynar xətti”nə məlumat verməməklə bağlı tapşırıq verilə bilməz. Əlavə edib ki, Nazirlik tərəfindən müəllimlərin müqaviləsinin sıfırlanması ilə bağlı tapşırığın verilməsi mümkün deyil: “Belə bir qadağa təbii ki, ola bilməz. Regional idarələrin yaradılması məqsədi də odur ki, müraciətlər ilk öncə onlara edilsin. Müəllimin, valideynin, məktəb direktorunun problemini yerində həll etmək mümkün deyilsə, bununla bağlı nazirliyə müraciət edə bilərlər. Belə bir məlumat yoxdur və hesab edirəm ki, belə bir tapşırıq da ola bilməz”. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə müddətsiz əmək müqaviləsinə hansı hallarda xitam verilməsi və bu zaman işçinin hansı hüquqlarının əsas götürülməsini şərh edib. Onun sözlərinə görə, müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilər. Bu, işçinin işə götürənə maddi və mənəvi ziyan vurduğu, yaxud da uzun müddət işə gəlmədiyi hallarda baş verə bilər: “Həmçinin, müəllim sertifikasiya və attestasiyadan keçmədiyi hallarda da işinə xitam verilə bilər. Amma burada vacib məqam odur ki, işçiyə əvvəlcədən xəbərdarlıq olunmalıdır. Hətta Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq olunmazdan öncə işçi çağırılmalı, izahatı alınmalıdır. Ondan sonra onun əmək müqaviləsinə xitam verilə bilər. Əmək şəraitinin şərtləri dəyişdiyi halda da kompensasiyalar verilməlidir. Elə hallar var ki, ixtisara düşəndə, əmək şəraitinin şərtləri dəyişəndə, işçiyə qabaqcadan xəbərdarlıq edilir. Başqa işlər təklif olunur”. Sahib Məmmədov tövsiyə edir ki, zərəçəkən müəllimlər məsələ ilə əlaqədar vaxt itirmədən məhkəməyə müraciət etsinlər: “Təhsil sistemində məni təəccübləndirən heç nə yoxdur. Nə desən baş verə bilər, özbaşınalıq və tam saxtakarlıqdır. Həmin müəllimlər dərhal əvvəl mediasiyaya, sonra da məhkəməyə müraciət etməlidirlər. Elm və Təhsil Nazirliyi adlı bir qurum yoxdur. Yerlərdə özbaşınalıqdır. Nazirin özünə sınaq müddəti təyin etmək lazımdır”. Təhsil eksperti Nabatəli Qulamoğlu da hesab edir ki, müəllimlərin müddətsiz müqaviləsinin pozulması məhkəmə predmetidir: “Təcrübədə belə hallar çox olub. 2012-ci ildə keçmiş təhsil naziri Mikayıl Cabbarov dedi ki, əyalətlərdə iki mindən artıq müəllim saxta diplomlarla fəaliyyət göstərir. Nazirlik həmin müəllimləri işdən çıxardı. Saxta diplomlu müəllimlər də məhkəməyə müraciət edib, yenidən işə bərpa olundular. Güman edirəm ki, məhkəmə o işi həll edəcək. Belə məsələlər yuxarıdan həll olunur. Yuxarıdan göstəriş verirlər ki, bunu belə edin. Sertifikasiya ilə bağlı belə bir qayda, sanksiya yoxdur. Üstəlik, sertifikasiya başa çatmayıb. Yalnız ibtidai sinif müəllimlərinin bir hissəsi üçün sertifikasiya aparılıb”. Müəllimlərin sertifikatlaşdırılması üzrə test imtahanları 2022-ci il avqustun sonunda başlayıb. Bu müddət ərzində 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak edib. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, onların 78 faizi sertifikatlaşdırmadan uğurla keçsə də, 22 faizi yaxşı nəticələr göstərməyiblər. Nazir əlavə edib ki, sertifikatlaşma imtahanlarında iştirak edən 11 min müəllimdən iki mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir. Sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikasiya üçün tələb olunan minimum balı toplamayan şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Şəhid qızıyam çarəsiz qalmışam, SƏSİMİ EŞİDƏN YOXDUR" - MÜRACİƏT
Bu gün, 10:09 |
|
|
|
• Əvəzçilik üzrə işləyən işçilərin... - Ekspert danışır...
Bu gün, 10:02 |
|
|
|
• “Kəsilmək” sırası plastik cərrahların özünə çatdı - son iki gün...
Bu gün, 09:58 |
|
|
|
• “Oğlum xəstə idisə, klinikada necə video çəkirdi?” - VİDEO
Bu gün, 09:57 |
|
|
|
• “İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46 |
|
|
|
• Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43 |
|
|
|
• Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37 |
|
|
|
• Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35 |
|
|
|
• Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29 |
|
|
|
• Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27 |
|
|
|
• Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20 |
|
|
|
• Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12 |
|
|
|
• Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11 |
|
|
|
• Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05 |
|
|
|
• “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55 |
|
|
|
• SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54 |
|
|
|
• Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45 |
|
|
|
• Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05 |
|
|
|
• XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03 |
|
|
|
• Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38 |
|
|
|
• Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16 |
|
|
|
• Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
• Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47 |
|
|
|
• "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43 |
|
|
|
• Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39 |
|
|
|
• "Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26 |
|
|
|
• Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21 |
|
|
|
• Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19 |
|
|
|
• Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27 |
|
|
|
• Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23 |
|
|
|
• Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17 |
|
|
|
• Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15 |
|
|
|
• BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45 |
|
|
|
• Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36 |
|
|
|
• "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32 |
|
|
|
• Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28 |
|
|
|
• Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25 |
|
|
|
• Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16 |
|
|
|
• Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14 |
|
|
|
• "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12 |
|
|
|
• Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03 |
|
|
|
• Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00 |
|
|
|
• “Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17 |
|
|
|
• Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14 |
|
|
|
• Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13 |
|
|
|
• Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09 |
|
|
|
• Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06 |
|
|
|
• Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55 |
|
|
|
|