Vasif Talıbov evləri BELƏ YIXIB... - Prezidentə müraciət olundu
Tarix: 2-12-2022, 10:32 | Çap et
DİA.AZ: - Elə dünən DİA.AZ olaraq Vasif Talıbovun `SIFIR CİNAYƏT` siyasəti... haqda ilkin faktları təqdim etmişdik. Bildirək ki, artıq bu yöndən yeni informasiyalar daxil olmaqdadır.
Gələn xəbərlərdə deyilir ki, təkcə bu il ərzində Şərur rayonunda 60-dan çox "intihar" hadisəsi baş verib və onların heç birinə "ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılmayıb. İstintaqı aparılmadığından 60-dan çox "intihar"dan neçəsinin həqiqi intihar olduğu da bilinmir.
Bununla bağlı məlumat paylaşan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun “0 cinayət” qanununun qurbanı olan Şərur sakininin valideynlərinin Prezidentə müraciətini də paylaşıb. DİA.AZ olaraq həmin materialı təqdim edirik:
"Naxçıvan Muxtar Respublikası Prorkurorunun birinci müavini Məhərrəm Talıbov barəsində yayılan xəbərləri təkzib edərək deyib: “Bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Allah cənab Prezidentimizi qorusun!” O, həmçinin qeyd edib ki, “qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz." İlham Əliyevə “məhəbbət”in arxasında gizlənib əslində Vasif Talıbovun “0 cinayət” kimi misli-bərabəri görünməmiş siyasətini həyata keçirən Məhərrəm Talıbovun qanunlara nə qədər bağlı olduğunu Şərur rayonundan redaksiyamıza göndərilən bir video bütün çılpaqlığı ilə ortaya qoyur. Videoda ötən ilin oktyabr ayında baş vermiş bir cinayət hadisəsindən bəhs olunur. Şərur rayon sakini Həsənov Füzuli Allahverdi oğlu və onun həyat yoldaşı Həsənova Raziyə xanımın Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya ünvanladıqları müraciətlərində övladları Orxan Həsənovun müəmmalı ölümünün düzgün araşdırılması xahiş edilir. Müəmmalı ölümün qısa tarixçəsi 12.10.2021-ci ildə Naxçıvan MR Şərur rayonunda Naxçıvan bankın yerli filialının Orxan adlı əməkdaşı Gümüşlü kəndi yaxınlığında asılmış vəziyyətdə tapılıb. Valideynlərin iddiasına görə, bu ölüm hadisəsi müəmmalıdır və ona intihar görüntüsü verilib. Ölüm hadisəsinin əsas motivi Naxçıvan Bankın Şərur rayon filialında aşkar edilmiş yeyinti ilə əlaqədardır. Bildirilir ki, yoxlamalar nəticəsində aşkarlanan külli miqdarda yeyinti Naxçıvan Bankın baş xəzinədarı işləyən Orxan Həsənovun boynuna qoyulur. Üzərindən az keçməmiş o yoxa çıxır. Xeyli axtarışdan sonra isə onu Gümüşlü kəndi yaxınlığında asılmış vəziyyətdə tapırlar. “Halbuki mən şəxsən Orxanı tanıyırdım. Orxan 10 qəpik tapsaydı, onu əlinə alıb soruşardı bu kimin puludur. Özü də namaz qılan imanlı uşaq idi”, - etibarlı mənbəmiz mərhumu belə xatırlayır və onun intihar edə biləcəyinə inanmır: “Təbii ki, Orxanın özünü asması heç kimə inandırıcı gəlmədi”. Buna baxmayaraq, Məhərrəm Talıbovun faktiki rəhbərlik etdiyi Naxçıvan prokurorluğunda sözügedən müəmmalı ölüm hadisəsi intihar kimi sənədləşdirilib və heç bir qanuni tədbir görülməyib. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, Orxan Həsənov intihar etmiş olsa belə, bu işlə bağlı ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılmalı idi. Di gəl ki, qanunun bu tələbi Azərbaycanda keçərlidir. Özünün muxtar hüquqlarını dalına şələləyib istədiyi kimi hərəkət edən Naxçıvanda isə ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılması ənənəsi yoxdur. Çünki bu diyarda “xan” həzrətlərinin “0 cinayət” qanunu keçərlidir və bir çox hallarda qətl hadisələrinə intihar süsü verilərək onlar ört-basdır edilir. Qaynağımızın iddiasına görə, təkcə bu il ərzində Şərur rayonunda 60-dan çox “intihar” hadisəsi qeydə alınıb və onların heç birinə cinayət işi açılmayıb. Görünür, Məhərrəm Talıbovun “biz qanun nəyi deyirsə, onu da eləmişik” deyərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsini yox, Vasif Talıbovun “0 cinayət” qanununu nəzərdə tutur. Məhərrəm müəllimin nəyi nəzərdə tutduğunu müəyyənləşdirməyi Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin öhdəsinə buraxırıq. Biz isə Şərur rayon sakinləri Həsənov Füzuli Allahverdi oğlu və onun həyat yoldaşı Həsənova Raziyə xanımın Prezident seçkilərində səs verib seçdikləri Cənab İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanıma ünvanladıqları müraciətlərini yayımlayırıq".
Gileyin videosuna buradan baxın...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
• Ermənistanda yeni 20 min dramlıq əskinas tədavülə buraxılıb
Bu gün, 13:02 |
|
|
|
• Bakıda fantastik qiymətlərə mənzillər: - Son bir ildə daşınmaz əmlak nə qədər bahalaşıb?
Bu gün, 13:00 |
|
|
|
• Rusiyanın məcburi müharibəyə apardığı azərbaycanlı haradadır? - AÇIQLAMA
Bu gün, 12:53 |
|
|
|
|