Vasif Talıbovun qudası həbs oluna bilər – Nazir olanda görün, nələr edib...
Tarix: 12-01-2023, 10:32 | Çap et
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun “vurulması” onun özünün və yaxın ətrafının fəaliyyətindəki qaranlıq məqamların gün işığına çıxmasına səbəb oldu. Talıbovların xanədanı çökəndən sonra məlum oldu ki, onlar Naxçıvanda hakimi-mütləq olduqları təxminən 27 il ərzində ağlasığmaz qanunsuzluqlara, hətta ağır cinayətlərə yol veriblər.
DİA.AZ Yenisabah.az-a istinadla xəbər verir ki, Vasif Talıbovun könüllü istefaya getməsindən sonra onun ən yaxın adamlarından biri - qudası Fazil Ələkbərovun da başının üstünü qara buludlar alıb. Qızını Seymur Talıbova verəndən sonra bu ailə ilə qohum olan Fazil Ələkbərov qısa müddət ərzində Naxçıvanda əsas söz sahiblərindən birinə çevrilmişdi.
1992-ci ildə sıravi polis çavuşu olan F.Ələkbərov Talıbovlarla qohumluğu sayəsində general-leytenant rütbəsinə yüksələ bilib.
Maraqlıdır ki, F.Ələkbərov V.Talıbovun xalası oğlu olsa da, karyerasındakı irəliləyiş ikinci dəfə qohum olandan sonra baş verib. O, Vasif Talıbovun sərəncamı ilə 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub. 5 il bu vəzifədə çalışan F.Ələkbərov qudasının “mübarək imza”sı ilə 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.
Perspektivli qudanın karyera nərdivanlarında sıçrayışı bununla da yekunlaşmayıb. V.Talıbov 25 avqust 2017-ci ildə 80 - VFR nömrəli fərmanı ilə F.Ələkbərovu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edib.
Vasif Talıbovun himayəsi ilə 2016-cı ildə general-mayor rütbəsinə yiyələnən qudası 2018-ci ildən etibarən general-leytenant ali-hərbi rütbəsi ilə təltif edilib.
DİA.AZ bildirir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, general F.Ələkbərovun fəaliyyəti həmişə Naxçıvanda ciddi narazılıq doğurub. Onunla bağlı Bakıya yüzlərlə şikayət məktubu, teleqram göndərilib. Narazılığın pik həddə çatması Ali Məclis Sədrini öz qudası ilə bağlı ciddi tədbir görmək məcburiyyəti qarşısında qoyub. Nazirin fəaliyyətindən narazı qalanların sırasının genişləndiyini görən V.Talıbov 2021-ci il noyabr ayının 4-də onu istefaya göndərib.
Qeyd edək ki, Talıbovların zərərsizləşdirilməsi vaxtilə bu ailənin özbaşınalıqlarından əziyyət çəkən insanların öz hüquqları uğrunda mübarizəyə başlamasına səbəb olub. Sahibkarlardan tutmuş, ən müxtəlif peşə sahiblərinə kimi hüquqları pozulan naxçıvanlılar qanuni yollarla öz haqlarını geri almağa çalışırlar. Bu sırada vaxtilə F.Ələkbərov tərəfindən haqsızlığa düçar olmuş, incidilmiş, qeyri-qanuni işdən çıxarılmış, əmlakı əlindən alınmış adamlar da var.
Naxçıvan sakinlərindən birinin saytımıza bildirdiyinə görə, bu günə kimi 100-dən çox insan F.Ələkbərovun qanunsuz əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Hazırda Bakıda yaşayan generalın bir neçə dəfə ifadəsinin alındığı bildirilir. Hüquqi müstəvidə aparılan araşdırma nəticəsində onun həm Bakıda, həm də Naxçıvanda dindirildiyinə dair məlumatlar var. Naxçıvanda baş verən qanunsuzluqlarla bağlı aparılan istintaq tədbirlərinin F.Ələkbərovu həbs təhlükəsi ilə üz-üzə qoyduğu vurğulanıb.
Hazırda təqaüddə olan general-leytnant F.Ələkbərovun gələcək taleyi daha çox qudası V.Talıbovun aqibətindən asılı olacaq. V.Talıbovun aqibətinin necə olacağı isə indi ən çox maraq doğuran məsələlərdən biridir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|