Vətən müharibəsində döyüşsə də... - SÜBUT EDƏ BİLMİR...
Tarix: 23-01-2023, 10:01 | Çap et
Elə, başlıqdakı sualın cavabı da, Göyçay rayonunun Şəkili kəndindən olan Ruslan Ceyhun oğlu Ömərovun ölkə rəhbərliyinə ünvanladığı şikayət xarakterli Müraciətində əksini tapıb. Halal veteran statusunu almaqda hədsiz çətinliklərlə üzləşən və əli hər yerdən üzülən şikayətçi döyüşçümüz, üzləşdiyi bu probleminin içtimailəşdirilməsinə kömək xahişi ilə, öz Müraciətini ölkənin media vasitələrinə də göndərib.
Bir nüsxəsi də, "Araz" Media Qrupundakı araz.az xəbər portalının redaksiyasına daxil olan bu Müraciətdə, əlaqədar dövlət strukturlarında vəzifə tutanların daha bir döyüşçümüzə qarşı xoşagəlməz münasibəti barədə yazılanlardır və adamı hədsiz dərəcədə narahat etməyə bilmir.
Şikayətçi müəllifin hörmətsizlik və sayğısızlıq ifadəsi olan sözlərlə başlayıb, bitirdiyi bu Müraciətinin, nöqtə-vergülünə toxunmadan dərc etdiyimiz tam mətni aşağıdakı kimidir:
"Çox hörmətli möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Mən, 2020-ci ilin sentyabr ayının 27-də, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışam. 703 saylı Hərbi Hissənin tərkibində Tərtər -- Ağdərə istiqamətində, Xoruzlu və İsmayılbəyli meşələrində gedən gərgin döyüşlərin fəal iştirakçısı olmuşam. 2020-ci ilin dekabr ayının 30-da, 3 aylıq maaşım ödənildikdən sonra, hərbi xidmətdən tərxis olunmuşam. Lakin indiyədək veteran adı və vəsiqəsi ala bilməmişəm. Buna səbəb kimi, əlaqədar dövlət strukturlarında, hərbi biletimdə hərbi xidmətdən təxris olunmağımla bağlı qeydlərdən sonra, möhürün vurulmaması göstərilir.
Hərbi biletimdə yazılanların surətini də, bu Müraciətimə əlavə edirəm. Hərbi biletimin 6-cı səhifəsində qeyd olunub ki, 29.09.2020-ci il tarixində, 279 nömrəli əmrlə, tuşlayıcı minaatan kimi, 703 saylı Hərbi Hissənin tərkibinə daxil olmuşam. Hərbi biletimin digər səhifəsində göstərilib ki, 703 saylı Hərbi Hissənin tərkibində, Tərtər -- Ağdərə istiqamətində gedən döyüş əməliyyatlarında tuşlayıcı minaatan kimi iştirak etmişəm.
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizin haqq mübarizəsinə başlamaq əmrinizi qürurla qarşılayaraq, 44 günlük Vətən Müharibəsinə xüsusi bir coşquyla və sonsuz inamdan doğan sevinclə qatılmışam. Sizin alqışalayiq Ali Baş Komandan bacarığınız sayəsində, elə ilk gündən, gərgin keçən savaşlarda, şəhid Vətən övladlarının qanları və canları bahasına, tapdağında 30 il inləyən torpaqlarımızı qarış-qarış işğaldan azad edərək, mənfur düşmən üzərində möhtəşəm və inamlı qələbə qazanan, müqəddəs üçrəngli Dövlət Bayrağımızı yenidən dədə-baba yurdlarımızda ucaldan Milli Ordumuzun döyüşçülərindən biri olmuşam. Bir sözlə, 2020-ci ilin noyabr ayının 10-u gecəsi, Sizin xalqımıza verdiyiniz möhtəşəm zəfər müjdəsində payı olanlardan biri də, mənəm.
Bəli, elə həmin gün, 30 illik Dağlıq Qarabağ münaqişəsinə, xalqımızın möhtəşəm qələbəsi ilə, son qoyuldu. Bütün bunlara, Sizin Ali Baş Komandanlığınız altında vuruşan döyüşçülərimizin cəsurluğu və şücaəti ilə nail olundu. Onlardan biri olduğum üçün, özümü xoşbəxt sayıram. Lakin əlaqədar dövlət strukturlarında, rahat vəzifə kreslolarında oturanlar tərəfindən gördüyüm hörmətsiz, sayğısız və qeyri-səmimi münasibətlər, məni, hədsiz dərəcədə ruhdan salır və rahat ola bilmirəm. Bir sözlə, gərgin bir durumdayam.
Bir daha qeyd etmək istəyirəm ki, 44 günlük Vətən Müharibəsinin ilk günündən, yəni, 27.09.2022-ci il tarixindən Möhtəşəm Qələbə gününədək döyüşlərdə fəal iştirak etmişəm. Bununla bağlı, lazımi məlumatlar mənim hərbi biletimdə də qeyd olunub. Axı, düşmən tapdağında inləyən bu Vətən torpaqları uğrunda mən döyüşmüşəm, hər an olümlə üz-üzə olmuşam. Həyatıma risk etmiş, doğma Vətən naminə ölümün gözünə dik baxmışam. Hərbi xidmətdən tərxis olunmağımla bağlı, hərbi biletimdə möhürün olmaması 703 saylı Hərbi Hissə rəhbərliyinin səhvidir. Nəyə görə, onların bu səhvinə görə, mən, veteran adı və vəsiqəsi ala bilməməliyəm?! Niyə, başqalarının günah və səhvlərinin bədəlini mən ödəməliyəm?! Nəyə görə, müharibə veteranı adı alanların siyahısında mənim adım olmasın?!
Çox hörmətli möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizdən çox xahiş edirəm ki, məni hədsiz narahat edib, şoka salan bu suallarımın cavablandırılması üçün, Müdafiə Nazirliyinə öz ciddi tapşırıqlarınızı verəsiniz! Edəcəyiniz köməyə görə, Sizə, qabaqcadan öz dərin minnətdarlığımı da çatdırıram!
Dərin hörmət, rəğbət və ehtiramla, böyük inam və ümidlərlə, Ruslan Ceyhun oğlu Ömərov.
Əlaqə telefonum: (051) 952 62-32". //araz.az// DİA.AZ-dan: Həm yuxarıda şikayətçi olan Ruslan Ömərov və həm də bu kimi digər şikayətçiləri narahat edən məsələ ilə bağlı Müdafiə Nazirliyindən DİA.AZ-a bildirilən açıqlamada qeyd olunur ki, Nazirlər Kabinetinin 216 saylı qərarına uyğun olaraq 4300-ə yaxın Vətən Müharibəsi iştirakçısının sənədləri araşdırılır və onların veteraan statusu ilə bağlı müvafiq komissiya tərəfindən qərar veriləcək. Konkret olaraq Ruslan Ömrəova gəlincə isə onun müraciəti keçən ilin avqust ayından edilib və bununla bağlı komissiya qərarını elan edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• `Azərpoçt` vətəndaşı çətin duruma salıb - AXI NİYƏ?..
Bu gün, 08:49 |
|
|
|
• Adı DÖVLƏTİNDİR... dadı isə... - GİLEY
Bu gün, 08:42 |
|
|
|
• Lukaşenko Belarusda keçirilən seçkilərdə 86,82% səslə qalib gəlib
Bu gün, 08:33 |
|
|
|
• "Mənim çəkim qədər pulunuz var..." - ETİRAZ
Bu gün, 08:30 |
|
|
|
• Trampın 1 həftədə etdikləri... - HƏR ŞEY AYDINDIR...
Bu gün, 08:24 |
|
|
|
• Paşinyan çarəsizdir, ABŞ-a buna görə gedir - Simonov
Bu gün, 07:17 |
|
|
|
• “TikTok”u idarə edəcək yeni şirkət yarana bilər - KİV
Bu gün, 07:15 |
|
|
|
• Məhkəmədəki etiraf aranı qarışdırdı – Araik dedi, Vardanyanı “tutdular”…
Bu gün, 06:35 |
|
|
|
• İşdən çıxarılan müəllimə məhkəməni uduzdu - TƏFƏRRÜAT
Bu gün, 06:32 |
|
|
|
• Paşinyan Türkiyə ilə bağlı sözünə görə həbs oluna bilər - DETALLAR
Bu gün, 06:28 |
|
|
|
• Tramp ABŞ-nin Qrenlandiyaya nəzarəti ələ keçirəcəyinə inandığını bildirib
Bu gün, 06:22 |
|
|
|
• "Bu, Lukaşenkonun apardığı "xüsusi seçki əməliyyatı"dır" - Svetlana Tixanovskaya
Bu gün, 02:00 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisi KİMİN ÇƏTİRİ ALTINDADIR? - İcazə verin şübhələnək...
Bu gün, 01:56 |
|
|
|
• Tramp Qrenlandiyanı satın almaq istəyirsə... - "The Sunday Times"
Bu gün, 01:42 |
|
|
|
• Stomatoloq Anar Ağayev pasiyentdən 5500 manat pul aldı - "Qızıllarımın pulunu da qaytarmır…"
Bu gün, 01:35 |
|
|
|
• Belarus MSK seçkilərin nəticələrini fevralın 3-də elan etmək niyyətindədir
Bu gün, 01:24 |
|
|
|
• Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan iki il ötür - UNUTMARIQ!
Bu gün, 01:21 |
|
|
|
• Söz bitdi, iş zamanıdır... - İNCƏLƏMƏ
Bu gün, 00:19 |
|
|
|
• Türkiyə PUA-sı Ermənistana daxil olub? - AÇIQLAMA
Bu gün, 00:15 |
|
|
|
• “Musiqimiz şikəstdir, xəstəliyə düçar olub, küçə mahnıları yazılır” -Nadir Qafarzadə
Bu gün, 00:12 |
|
|
|
• Moskva üçün strateji itki: Rusiya Yaxın Şərqdən qovulur - NƏ BAŞ VERİR?
Bu gün, 00:07 |
|
|
|
• COVID-19 qalmaqalı alovlanır - Tramp Çini virusla “vuracaq”
Dünən, 23:30 |
|
|
|
• Ermənilər Kəlbəcər istiqamətində xəndəklər qazır - VİDEO
Dünən, 23:26 |
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Dünən, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Dünən, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Dünən, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Dünən, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Dünən, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Dünən, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Dünən, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Dünən, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Dünən, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Dünən, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Dünən, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Dünən, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Dünən, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Dünən, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Dünən, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Dünən, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Dünən, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Dünən, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Dünən, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Dünən, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Dünən, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Dünən, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Dünən, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Dünən, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Dünən, 06:24 |
|
|
|
|