Yüzlərlə sakinin məsələsi AYNA-nın ümidinə qalıb... - AXI NİYƏ?
Tarix: 7-11-2023, 10:25 | Çap et
Binə qəsəbəsində "Hövsan yolu" adlanan yolun ətrafında yaşayan sakinlərin həyatı təhlükə qarşısında qalıb. Bu barədə Sputnik Azərbaycan-a qəsəbə sakinləri şikayət ediblər. Onların sözlərinə görə, yolun hər iki tərəfində yaşayış evləri olsa da, yolda sürəti tənzimləyən lövhələr və digər zəruri yol nişanları qoyulmayıb. Onlar yaşadıqları ərazidəki küçələrə ad verilmədiyindən rəsmi şəkildə heç bir quruma şikayət edə bilmədiklərindən gileylənirlər. Sakinlər bildiriblər ki, yolda avtomobillər sürətlə hərəkət etdiyindən, piyadavurma hadisələri də tez-tez baş verir. Bundan əlavə yolun heç bir yerində piyada keçidi də quraşdırılmayıb. "Bizim küçəmizə nə ad verilir, nədəki piyada keçidi, yol nişanları quraşdırılır. Buranı camaat "Hövsan yolu", "Gürcüstanlılar məhləsi", "Bağça yolu" kimi tanıyır. Ərazidə evlərin tikilməsinə icazə verilib, amma küçələrə ad verilmir. Yolu asfaltlayandan sonra avtomobillər sürətlə hərəkət edir. Avtomobillər 110-120 sürətlə sürürlər. Yaşayış olan ərazidən keçən bu yolda dəfələrlə döngələrdə qəza hadisələri, piyadavurmalar olub. Amma yenə də yolda sürəti tənzimləyən yol nişanı yoxdur. Heç yola piyada zolağı belə çəkməyiblər. Bu uzunluqda yolu camaat necə gəldi keçir. Bir sözlə, həyatımız təhlükədədir" - sakinlər bildiriblər.
Xəzər Rayon İcra Hakimiyyətinin Binə Qəsəbə İcra Nümayəndəliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, hələlik sözügedən ərazidə torpaqların hansı rayona aid olması mübahisəlidir. Çünki, bu ərazidə torpaqların bir hissəsi Abşeronun köhnə Südçülük sovxozuna, bir hissəsi Suraxanı rayonunun Hövsan qəsəbəsinə, bir hissəsi isə Xəzər rayonuna düşür. İcra nümayəndəliyindən o da bildirilib ki, ərazidə evlərin çoxu qanunsuz tikili olduğundan, küçələrə ad verilməyib. Amma portalda həmin küçələr nömrələnib. Nümayəndəlikdən yola yol nişanlarının qoyulması, eləcə də sürətin tənzimlənməsi üçün aidiyyatı qurumlara müraciət edildiyi də bildirilib. Sakinlər isə torpaq sərəncamlarında ərazinin Xəzər rayonu Binə qəsəbəsi olduğunun göstərildiyini söyləyiblər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhəri ərazisində yol nişanlarının qoyulması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətindədir. Yaşayış massivlərindəki yollarda sürət həddini məhdudlaşdıran nişan yoxdursa, belə yollarda maksimal hərəkət sürəti saatda 60 km-dir. Bu isə "Yol Hərəkəti Haqqında" qanunun 50-ci maddəsinin tələbidir. Əsgərli ətraf qəsəbələrdə əsas yollarda sürət həddini tənzimləyən yol nişanlarının qoyulmasının, piyada zolaqlarının çəkilməsinin ciddi problem olduğunu da söyləyib. Bildirib ki, belə müraciət olduqca, onlar bunu AYNA-a yönəldirlər. AYNA-dan isə Sputnik Azərbaycan-a problemin araşdırılacağını bildiriblər. //Sputnik Azərbaycan// Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
• Abbas Əliyevə yeni vəzifə verildi - ƏMR
Bu gün, 11:19 |
|
|
|
• Ordubadda müəllimlərin pulların KİM VƏ NİYƏ KƏSİB? - NARAZILIQ VAR...
Bu gün, 11:15 |
|
|
|
• Finlandiya parlamentinin sədri Ermənistanın “dərdini” çəkir - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:10 |
|
|
|
• İcra hakimiyyətlərinin ləğvi ilə bağlı İLGİNC İDDİA - dövlətin belə bir planı yoxdur...
Bu gün, 11:04 |
|
|
|
• İrəvanı qorxuya salan üç ssenari: - Mehridən Göyçəyə qədər...
Bu gün, 11:00 |
|
|
|
• Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir - VİDEO
Bu gün, 10:54 |
|
|
|
• Nazirlik “Laser Beauty Estetik Klinikası”nı YOXLADI: Etirazla qarşılandı və... - BAĞLANMA QƏRARI VERİLDİ...
Bu gün, 10:52 |
|
|
|
• Əhməd Əliyev həbsdə öldü
Bu gün, 10:45 |
|
|
|
• İran İrəvan və Bakıdan təhdid istəmir - erməni politoloq
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı model yarılçılpaq VƏZİYYƏTDƏ... - FOTO
Bu gün, 10:35 |
|
|
|
• Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşı şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• Ermənistanın addımı Çini qəzəbləndirdi – “Buna dözməyəcəklər”
Bu gün, 10:29 |
|
|
|
• “Artıq Rusiyaya etibar etməyə mənəvi haqqımız yoxdur” - Svyatoslav Boqdanov
Bu gün, 10:20 |
|
|
|
• Ötən gün həlak olan əsgər barədə DETALLAR - Atası rəhmətə gedib, bir bacısı var
Bu gün, 10:18 |
|
|
|
• Muxtar Babayev direktoru vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 10:16 |
|
|
|
• “5 il həbsi tələb edilirdi, ən yüngül cəzanı verdilər” - İş adamı şikayətçidir
Bu gün, 10:15 |
|
|
|
• Ermənilər hesab edir ki, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərməsə də... - gələcəkdə “faydalı ola bilər”
Bu gün, 10:02 |
|
|
|
• Həbs olunan tiktokerlər azadlığa buraxıldılar
Bu gün, 09:55 |
|
|
|
• QİÇS-lə Mübarizə Mərkəzinin satın aldığı mallara ayırdığı vəsait nə qədər şişirdilib -Göz qabağındadı
Bu gün, 09:53 |
|
|
|
• İcra hakimiyyətlərinin dövrü çoxdan bitib - NƏ BAŞ VERİR?
Bu gün, 09:50 |
|
|
|
• Tovuzda yeniyetmə qızı qaçıran mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:30 |
|
|
|
• Xəstəlik vərəqəsi verən həkimlər də diqqətli olmalıdır... - Ekspert danışır...
Bu gün, 09:25 |
|
|
|
• Zurabişvili Amerikada Saakaşvilini niyə əfv etməməsinə aydınlıq gətirdi... - "Newsgeorgia"
Bu gün, 09:19 |
|
|
|
• Ucar Su Meliorasiya Sistemləri Birliyində NƏ İŞLƏR ÇEVRİLİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• İran və Ermənistan çətin vəziyyətdə: şərtləri Bakı diktə edir - GƏLİŞMƏ
Bu gün, 09:08 |
|
|
|
• Fars-molla rejimi bizə münasibətində SƏMİMİDİRMİ? - ÇARƏSİZDİR, HƏM DƏ...
Bu gün, 08:56 |
|
|
|
• Azərbaycan İran üçün SON QURTULUŞ ŞANSIDIR... - AKTUAL
Bu gün, 08:54 |
|
|
|
• Paşinyan axır ki, ABŞ-a gedir, amma rəsmi görüşə yox… - KİV
Bu gün, 08:52 |
|
|
|
• Referendum keçiriləcəyi xəbəri təsdiqlənir - konstitusiyada dəyişməsi gözlənilən məsələlər hansılardır?
Bu gün, 08:45 |
|
|
|
• Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxsi polis saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 08:37 |
|
|
|
• “Xətai Park Servis”in NÖVBƏTİ NAŞILIĞI... - "Heç sənədləri əməlli-başlı saxtalaşdıra da bilmirlər..."
Bu gün, 08:35 |
|
|
|
• Rusiya Ermənistanı buna məcbur etdi - Simonyan
Bu gün, 08:31 |
|
|
|
• Bölgədə yeni təhdidlərə qarşı Azərbaycan-İsrail müttəfiqliyi? - NƏ ETMƏLİ?
Bu gün, 08:29 |
|
|
|
• Elektron imtahana keçid: Test üsulu ləğv edilir? - ARAŞDIRMA
Bu gün, 08:27 |
|
|
|
• 3 minə yaxın şikayət məktubu yazıb... - AMMA...
Bu gün, 08:25 |
|
|
|
|