Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                     36 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi .....                     Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, .....                     Şəmsi Səmədzadə azadlığa buraxılıb .....                     Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB .....                     Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... .....                     Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU .....                     Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB .....                     Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... .....                     Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... .....                     Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır .....                     Ekstrasensdən qorxunc proqnoz: .....                     Ermənistan-Azərbaycan sərhədində son durum: .....                     Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? .....                     Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib .....                     “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” .....                     "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi .....                     Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub .....                     Əyalət mollasının XƏYALƏT İDEYASI... .....                     Deputatlar nə fikirləşir, hara baxırlar? .....                 

"Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur..." - NARAZILIQ VAR...
Tarix: 16-08-2024, 11:33 | Çap et
"Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur..."
Bakı şəhəri sakini Əsgərov Kamil Balay oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu gəlib. Vətəndaş şikayət edir ki, Pirallahı rayonunda məcburi köçkünlər üçün nəzərdə tutulan yaşayış məhəlləsindəki mənzil xəbər verilmədən əlindən alınıb. O vurğulayır ki, Mənzil İstismar İdarəsi əlaqə yaratmadan, bildiriş göndərmədən evi boşaldır.

Ailə fərdlərinin hərəsi müxtəlif səbəblərə görə, qısa müddətlik fərqli yerlərdə məskunlaşıb. İcraçılar sözügedən ünvanda yaşayışın olmamasını arqument gətirib. Şikayətçi deyir ki, onu və yaxınlarını məhkəmə iclasına çağırmadan, iştirakları olmadan, qərar verilib ki, ev boşaldılsın:

“Mən, Əsgərov Kamil Balay oğlu, yazaraq diqqətinizə çatdırmaq istəyirəm ki, Ağdam rayonundan olan məcburi köçkünəm. 2019-cu ilin 14 avqust tarixində mənə dövlət tərəfindən Pirallahı rayonunda məcburi köçkünlər üçün tikilmiş binalardan birindən 3 otaqlı mənzil verildi. 4 nəfər ailə üzvlərimlə birlikdə orada yaşayırdıq.

İşim olmadığından, hamı kimi, mən də tikinti işlərində işləmək üçün Rusiyaya gedirəm, iki qızıma çörəkpulu qazanıram. Hazırda Moskva şəhərində fəhlə olaraq fəaliyyət göstərirəm. Mənzil Kommunal İstismar Sahəsinin, yəni “JEK”in rəhbəri, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri ilə əlbir olub ailəmi evdən çıxardı, mənzilə də həbs qoyublar.

Mən hər il işləmək üçün ölkə xaricinə çıxanda uşaqlarım orada tək qalmasın deyə müvəqqəti rayona göndərirdim. Qızımın biri təzəlikcə ailə qurub, digəri də Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinə qəbul olub deyə ora getdi. Yoldaşımın anası xərçəng xəstəsidir deyə, o da valideyninə tez-tez baş çəkir, ona baxır. Bunları bəhanə etdilər ki, bəs evdə yaşayış yoxdur.

İndi oranı satmaq istəyirlər. Sizdən çox çox xahiş edirəm, ailəmə kömək edin. İşimlə əlaqədar olaraq hələ ki, gələ ölkəyə bilmirəm. 2 ay sonra Azərbaycana qayıdacağam. Ailəm çöllərdə qalıb. Bizə heç bir xəbərdarlıq edilməmişdi. Özəri məhkəmə iclası keçirib, özləri də ailəmi evdən qovdular”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinin Pirallahı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Maniyev Feyzulla Hurriyyet.az saytına verdiyi açıqlamada bildirir ki, Əsgərov Kamil Balay oğlu mənzildən uzaqlaşdırılması ilə bağlı əvvəlcədən xəbərdar edilib. O, vətəndaşın irəli sürdüyü bütün iddiaların əsassız olduğunu bildirir:

“Bura məcburi köçkünlər üçün salınan kompleksdir. Onlara müvəqqəti məskunlaşmaq üçün mənzil verilib. Daimi qeydiyyatları və evləri yoxdur. Ancaq Nazirlər Kabinetinin konkret müqavilə forması var. Orada da qeyd olunub ki, 3 aydan artıq üzrsüz səbəbdən mənzildə yaşayış olmasa, məhkəmə qaydasında həmin mənzil boşaldılır. Mən mənzili boşaltmıram. Bizim rəhbərimiz olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə bu haqda məlumat verirəm. Qərarı onlar qəbul edirlər deyə məhkəməyə müraciət edirlər-etmirlər, onların işidir.

Vətəndaş iddia edir ki, onları xəbərdar etməmişik. Yalandır. Məhkəmə qərar verib, elə özü qəbul edib. Biz prosesə heç bir müdaxilə edə bilmirik. Həmin departamentdən də yəqin ki, məhkəməyə müraciət ediblər, iddia qaldırıblar, sübut olunub ki, o mənzildə yaşayış yoxdur. Mən özüm Mənzil Kommunal İstismar Sahəsinin rəisiyəm, daim mənzilləri nəzarətdə saxlayıram ki, hansında yaşayış var, ya yoxdur, bilim. Yaşayış yoxdursa, belə çıxır ki, həmin məcburi köçkünün yaşayış yeri var, mənzilə ehtiyacı yoxdur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Mənzil İstismar Departamentinə hər gün mənzil üçün müraciət edənlər olur. Bəzisi var, pis vəziyyətdə yaşayır, qaldığı yataqxana yanıb və s. Komitədə hazırda mənzil tikintisi yoxdur. Çünki işğal olunan torpaqlarımız geri alınandan sonra məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərin hamısı Əmək və Əhalinn Sosial Müdafi Nazirliyinin öhdəliyinə keçdi. O şərtlə ki, şəhid ailələri və qazilərə təhvil verilsin”.

Məsələ ilə bağlı Hurriyyet.az-a açıqlama verən hüquqşünas, “Əkrəm Həsənov və Partnyorları Vəkil Bürosu”nun müdiri Əkrəm Həsənov izah edir ki, mənzil vətəndaşa icarəyə verilibsə, müqaviləyə əsasən, alına bilər:

“Belə başa düşürəm ki, həmin mənzil ailənin mükiyyətində deyil, sadəcə istifadəsindədir, icarəsindədir. Buna görə də icarə müqaviləsinə baxmaq lazımdır. Oradakı şərtlərdən asılı olan bir məsələdir. 3 aydan çox bir müddət ərzində sözügedən mənzildə yaşayışın olmadığı yazılıbsa, boşaltmalısan. Belə məqamda vətəndaş haqlı deyil. Bu təfərrüatları bilmədən fikir yürütmək çətindir.

Ümumilikdə, baş verənlər icarə müqavilələrinə xas olan ünsürdür. Özü də vətəndaş pul da vermirsə, prinsipcə qarşı tərəf evi onun əlindən ala bilər. Misal olaraq, torpaq məsəlsində belə bir şey var. Dövlət torpağı verir, istifadə etmirsənsə, geri alır. Yəni dövlət haqlıdır.

Əkrəm Həsənov deyir ki, vətəndaşın onunla bağlı məhkəmə iclasında iştirak etməsi mütləqdir:

“Məhkəməyə çağırılmaması düzgün deyil. Çünki vətəndaşa dair məhkəmə prosesi varsa, ora dəvət edilməlidir. Bəlkə də həmin mənzilə bildiriş göndərilib, o da orada yaşamayıb. Ona görə, xəbəri olmayıb.

Məhkəmə qərarı alınan gündən vətəndaşın 1 ay vaxtı var ki, Bakı Apellyasiya Məhkəməsinə şikayət üçün müraciət ünvanlasın. Haqlıdırsa, bu zaman sübut edə bilər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30
Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25
“USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19
"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10
Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06
Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05
Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru