“HATTUŞA TATİL"in, yoxsa “APAYDIN TATİL"in YALANÇI vədləri - NƏZARƏTSİZ QALIBLAR...
Tarix: 23-08-2024, 11:24 | Çap et
Mətbuatda yazıldığına görə, Doğan Jeotermal Şirkətlər Qrupunun əsas firması olan Doğan Jeotermal 1990-cı ildən fəaliyyət göstərir və əsasən infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi ilə məşğul olur. Şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan adlı bir şəxsdir. Deyilənə görə, şirkətin Türkiyədə təxminən 5000 işçisi var. Bildiyimizə görə, Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə də əl qoyub və klubun termal sağlamlıq turizmi üzrə brendi Hattuşa Vacation Thermal Club layihəsidir. Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa Tatil Klubu" həm də “Hattuşa Azərbaycan” adlı bir layihə həyata keçirir. Bizi daha çox bu layihə maraqlandırdığı üçün onun üzərində dayanacağıq. Bəri başdan onu deyək ki, "Hattuşa Tatil Klubu" Azərbaycana çox böyük vədlərlə gəlmişdi… Böyük investisiya qoymaq, tikinti işləri aparmaq, yeni iş yerləri açmaq, ölkə əhalisinin maddi durumuna dəstək olmaq və s. və i.a. Amma sonda bəlli olur ki, Hattuşa nəinki Azərbaycana heç bir investisiya gətirməyib, əksinə Azərbaycan əhalisinin "cibinə girmək"lə, kimi necə gəldi aldatmaqla məşğuldur. Özü də Bakı şəhərinin düz mərkəzində - Nərimonov metrosunun üstündəki “Çinar park” biznes mərkəzində… Bu barədə irəlidə… Mətbuatda yazılana görə, Hattuşa Vacation Thermal Clubu təxminən 10.000-dən çox yataq tutumu olan mehmanxanalara malikdir, lakin onların Türkiyənin hansı yerlərində yerləşdiyini öyrənə bilmədik. Ümumiyyətlə, "Hattuşa Tatil Klubu" barədə Azərbaycan mətbuatında informasiya yox dərəcəsindədir. Yalnız bir dəfə saytlar informasiya verib, bu da Mehmet Ali Doğanın Bakıda fevralın 17-də “Four Seasons” hotelində Azərbaycandakı layihəsi ilə bağlı olub. Saytlarda həmin tədbiri çox gurultulu başlıqlar altında təqdim edib: “Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!” (https://azertag.az/xeber/__ vetendaslari_isle_temin_edecek_layihe___turkiye_sirketi_azerbaycanda-2931523, https://fed.az/az/biznes/vetendaslari-isle-temin-edecek-layihe-turkiye-sirketi-azerbaycanda-fotolar-vi%CC%87deo-192324). Bundan sonrakı dövrdə yalnız Samira Səfərəliyeva adlı şəxsin Apaydın MMC-yə işçi dəvəti ilə bağlı elanları dərc olunub. Elana inanıb gedənlər indi qapılarda qalıblar. MMC-nin işə qəbul etdiyi adamların əksəriyyəti maaşlarını ala bilməmələrindən şikayətçi olmuşlar. Yalnız onların “Gündəm Xəbər Qəzeti Redaksiyası"na müraciətindən və redaksiya əməkdaşının şirkətə göndərdiyi rəsmi sorğudan sonra onların bəzilərinin əmək haqları ödənilib. Şirkətin Ziya Quliyev adlı işçisi isə indiyə qədər əmək haqqını ala bilməyib, Maaşını tələb edərkən ona vəkillə görüşmək şərti qoyulub, niyə vəkillə? Dünyanın harasında əmək haqqını vəkil verir və ya vəkillə görüşdən sonra verirlər? Bu da Mehmet Ali Doğanın Azərbaycan vətəndaşlarını işlə təmin etmək vədi!!! Şirkətin İdarə Heyətinin sədrinin 23.02.2024 tarixində "Azərtac"a verdiyi müsahibədə Hattuşa Azərbaycan Tatil Klubunun Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana qısa müddətdə çox böyük turist ordusu gətirəcəyini və Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyini bildirmişdi. Yarım ildən çox keçməsinə baxmayaraq, Hattuşanın Azərbaycana turist gətirməsi vəddən o yana keçməyib. İrəlidə Hattuşanın Azərbaycanda nə ilə məşğul olması barədə ətraflı məlumat verəcəyimizə görə hələlik bu barədə geniş danışmırıq. Hattuşanın iş elanına baxaq. Elanda deyilir: Şirkət 20-30 yaş arası qadınlar axtarıır. Və namizələrdən yüksək inandırma qabiliyyəti, Azərbaycan dilində səlis danışıq bacarığı, Microsoft Office proqramları üzrə bilik və bacarıqlar tələb olunur. İnternet və dil bilgiləri ilə bağlı qoyulan tələblərlə işimiz yoxdur. (Tələblər yüksək, maaş isə cəmi 450 manat) (https://tr.linkedin.com/posts/samira-safaraliyeva-7a16991a1). Amma elanla bağlı məndə iki sual doğur: birincisi, niyə 20-30 yaş arası qadınlar, ikincisi, niyə inandırmaq qabiliyyəti? Bu iki şərt, bizcə, şirkətin niyyəti barədə əvvəlcədən məlumat verir. Təbii ki, ölkədə işsizlik var və həmin elandan sonra neçə-neçə gənc MMC-yə (?) üz tutub. Və bu gün də onlar qapılarda qalıblar, əmək haqlarını ala bilmirlər... Onların şikayət ərizələri qarşımdadır... Müxtəlif bəhanələrlə “sabah gəlin” deyə süründürməçiliyə məruz qalıblar. Şirkət Azərbaycana gələndə böyük investisiyalar qoymağı vəd eləmişdi. Sən demə, bu sözlər hamısı mətbuat üçün imiş. Bəs Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına töhfə gətirməyi vəd edən şirkət nə ilə məşğul olur? Şirkətdə bir aydan bir qədər az müddətdə çalışmış, adının anonim saxlanılmasını istəyən şəxs yuxarıda qoyulan sualları cavablandırarkən dedi: Şirkət ümumi tanıtımını "Hattuşa Tatil Klubu" MMC kimi həyata keçirdiyi halda, işçilərlə və müştərilərlə müqavilələri “Apaydın Tatil” MMC adı ilə bağlayır. Bu, ikiləşdirmə nəyə xidmət edir? İşçilər və müştərilərlə müqavilə bağlayan “Apaydın Tatil” MMC özü barədə məlumatları niyə gizli saxlayır? Niyə özünü daha çox "Hattuşa Tatil Klubu" kimi təqdim edir? Bizcə bu, sabahkı problemdən yaxa qurtarmaq məqsədi daşıyır. Sabah problem yaranarsa, müştəri və işçilər kimin yaxasından tutacaq? "Hattuşa Tatil Klubu"nun, yoxsa “Apaydın Tatil” MMC-nin? İndi keçək “Apaydın Tatil” MMC-nin konkret fəaliyyət sahəsinə! Yuxarıda qeyd etmişdik ki, şirkətin sədri Azərbaycana böyük investisiya ilə gəldiyini və yeni iş yerləri açacağını bəyan etmişdi. Lakin çox qısa zamanda məlum oldu ki, şirkət nəinki Azərbaycana heç bir investisiya gətirmək fikrində deyil, əksinə, Azərbaycan vətəndaşlarınıın əlində olanı tutub alıb, xaricə daşımaqdır. Proses necə gedir? işçilər nə ilə məşğul olur? Yuxarıda inandırmaq tələbindən danışdıq. Bəli, məsələ insanları inandırıb əlindəkini tutub almaqdır. Özü də bütün vasitələrlə! Yəni şirkətin əməkdaşları istənilən formada - pul, qızıl, telefon, saat, torpaq mülkiyyəti və s. şəkildə ödənişləri qəbul etməyə hazır olduqlarını bildirirlər. Bu nə ödənişdir və nəyə görə ödənişdir? Keçək əsas məsələyə! Baxmayaraq ki, şirkətin sədri ilk müsahibəsində Azərbaycana turist cəlb edəcəyini bəyan etmişdi, sonda belə çıxır ki, turistləri Azərbaycana gətirmək yox, Azərbaycandan aparmaq niyyəti varmış. Şirkət əməkdaşları bildirirlər ki, onlar Türkiyənin müxtəlif yerlərində insanların istirahətini təşkil etmək işi ilə məşğul olurlar. Amma bunun üçün gərək adamlar bir neçə ilin istirahət pulunu qabaqcadan ödəsinlər. Yəni Hattuşa Tatil Klubu ilə 5 və ya 10 illik müddətə müqavilə bağlayıb klubun üzvü olsunlar. Müqavilənin qiyməti isə nə az - nə çox 10-15 min manat arasında nağd vəsait olmalıdır. 2 min - 3 min manat ilkin ödəniş etməklə kredit də götürmək olar. Bu pulu ödəyən şəxs, gedib Türkiyədə Hattuşanın hansısa jeotermal düşərgəsində pulsuz bir həftə dincələ bilər. Amma şirkət elə birinci addımda müştərilərini aldadır, pulsuz deyilən həftəlik istirahətə görə 250 dollar komendant pulu tələb edir. Üstəlik, hər bir adam özü və aliəsi üçün də ayrıca bilet almalıdır. Bunlar aydın! Bəs müqavilə ilə bağlı hər hansı mübahisə yaranarsa, bu necə öz həllini tapmalıdır? Şirkətin müqaviləsində problemin məhkəmə həlli variantı istisna təşkil edir. Ən əsası isə alınan pul üzərində nəzarət mexanizmi yoxdur.
P.S. “APAYDIN TATİL” MMC-nin və “HATTUŞA TATİL KLUBU”n xanım əməkdaşının bizə təqdim etdiyi [email protected] ünvanına 01 avqust 2024-cü il tarixində, saat 13:04-də sorğu göndərsək də, bu günə qədər sorğumuza cavab ala bilməmişik. Ona görə də, məqaləni birtərəfli dərc etmək məcburiyyətində qaldıq. GundemXeber.az redaksiyası olaraq yenə də qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Ardı var...
gundemxeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
• Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28 |
|
|
|
• Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25 |
|
|
|
• “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19 |
|
|
|
• "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10 |
|
|
|
• Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06 |
|
|
|
• Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05 |
|
|
|
• Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55 |
|
|
|
• “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44 |
|
|
|
• “Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42 |
|
|
|
• Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37 |
|
|
|
• MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29 |
|
|
|
• Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24 |
|
|
|
• Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17 |
|
|
|
• Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09 |
|
|
|
• Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07 |
|
|
|
• İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00 |
|
|
|
|