Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib .....                     Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb .....                     Saxta həkimləri tanımaq üçün ən asan yol... .....                     Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək .....                     YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi .....                     Kreml Trampın hədəsinə cavab verib .....                     Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi .....                     Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans .....                     Hikmət Mirzəyevə yeni müavin təyin olunub .....                     İmişli olayı: güdükdə duranlar kimdir? .....                     Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb .....                     “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” .....                     Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır .....                     “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” .....                     Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı .....                     Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... .....                     Samir Şərifova yeni vəzifə həvalə edilib .....                     Qəbələdə zibilliyə çevrilən yol kənarı: .....                     İran Azərbaycana "sevgisində" səmimi olmalıdır .....                     “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? .....                     Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: .....                     Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb .....                     Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq .....                     DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var .....                     "Balalarımız təcrübə dovşanı deyil..." .....                     ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır .....                     “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” .....                     "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam" .....                     "Qarabağ"da ən bahalı futbolçu kimdir? .....                     Qaradağın rəisi Suraxanıya təyinat aldı .....                     Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar .....                     Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... .....                     “Ferrum Kapital”ın departamentinin rəhbəri .....                     Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? .....                     Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? .....                     "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? .....                     Biz o terrorçunun edamını istəyirik .....                     Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... .....                     Zelenski Trampla görüşə razı deyil .....                     İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? .....                 

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi - İLGİNC FAKTLAR
Tarix: 26-08-2024, 09:54 | Çap et
Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat 15.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.

Aktualinfo.org bir həftə ərzində Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “İNŞAATÇI 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2006-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 20, QAPI 1,2,3, qanuni təmsilçisi kimi isə Siraclı Qeys Məmməd oğlu qeyd olunub.

Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin adı ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SADIXOV AKİF ƏNVƏR OĞLUNUN TAM ORTAQLI İNŞAATÇI ŞİRKƏTİ olub. 2011-2013-cü illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ƏLİYEV YAŞAR ŞAMİL OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SİRACLI QEYS MƏMMƏD OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2015-2016-cı illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ORTAQLARININ TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2016-cı ildən bu günə kimi “İNŞAATÇI 3” MMC-kimi fəaliyyətini davam etdirir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu olub. 2014-cü ildən qanuni təmsilçilik Siraclı Qeys Məmməd oğluna keçib.
MMC-nin ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu prezident İlham Əliyevin 09 aprel 2015-ci il tarixli Sərəncəmı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında 3 iyun 2019-cu il tarixli Sərəncamı ilə Siraclı Qeys Məmməd oğlu da “Tərəqqi” medalı ilə təltif edilib.
MMC haqqında rəsmi mənbələrdə olan məlumat bu qədərdir. Bəs qeyri rəsmi mənbələrdə MMC və onun qanuni təmsilçiləri haqqında nə kimi məlumatlar var. Elektron medianın yazdıqlarına görə MMC-nin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu həm də “DDLAR Group” MMC-nin qanuni təmsilçisidir. Məlumatlara görə MMC Əliyev Şamil Əli oğlu ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri “Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC və “Yeni İnşaat” MMC daxildir. “DDLAR Group” şirkətinin əsl sahibinin mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir.
“DDLAR Group” şirkətinin bir sıra rayonlarda da tikinti işləri apardığı haqda məlumatlar var. Məsələn, Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.
Meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun biznes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.
Daha maraqlı məlumatlar isə MMC-nin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlılığıdır. Mediada yazılanlara görə “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.
Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur. Bu dövr ərzində onun başçılıq etdiyi Gəncədə nə kimi yeniliklər olub, göz qabağındadır. Təkcə Gəncədə yeni İdman Sarayının tikintisinə 5o milyon manatdan çox dövlət vəsaitinin ayrılması barədə məlumatlar var. Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin 4-5 ilə başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin mənimsənildiyi barədə də geniş məlumatlar var. Hətta sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olduğu yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.
Məlum olduğu kimi Azad Rəhimov artıq bir neçə ildir ki dünyasını dəyişib. Görsənən odur ki, onun oğlu Arif Rəhimov Gənclər və İdman Nazirliyinə təsir etmək gücünü hələ özündə saxlayır. Burada onun 2021-ci ildən Gənclər və İdman naziri vəzifəsinə gətirilmiş Fərid Qayıbovla köhnə ilişkiləri də rol oynaya bilər. Amma Gənclər və İdman Nazirliyinin Gəncə şəhər stadionunun yenidən qurulması işlərini “İnşaatçı 3” MMC-yə həvale etməsində də şübhəsiz Niyazi Bayramov faktoru da mühüm rol oynayıb.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransada keçmiş baş nazirlərin və prezidentlərin imtiyazları ləğv edilib
Bu gün, 16:16
Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13
Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11
Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08
YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06
Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03
Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01
Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00
Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57
İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38
Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33
“Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32
Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28
“Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27
Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22
Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20
Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18
Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42
İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00
“Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58
Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07
Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05
Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03
DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55
"Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52
ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49
“Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44
"Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38
"Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37
Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36
Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34
Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31
“Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28
Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26
Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18
"Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15
Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05
Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01
Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38
36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35
Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32
Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30
Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27
Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24
Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru