ŞOK FAKT: YEQOR ŞERBAKOV ÖLMƏYİB...
Tarix: 24-10-2013, 10:55 | Çap et
Azərbaycan vətəndaşı Orxan Zeynalovun “öldürdüyü” Yeqor Şerbakov Rusiyanın Vnukovo hava limanında Varşavaya getmək istərkən gömrükdə saxlanıb. Ötən gün bu xəbər Moskvada ildırım sürətilə yayılmağa başlayıb. İddialarda bildirilir ki, iki gün öncə ictimaiyyətə Yeqor Şerbakovun sevgilisi kimi təqdim olunan xanım da Moskva-Paris uçağı ilə Rusiya paytaxtını tərk edib. Xəbəri “Yeni Müsavat”a verən qaynağın iddialarına görə, Rusiyada bu məsələ ilə bağlı gərginlik hələlik davam etdiyindən qondarma ölüm olayının təşkilatçıları Yeqor Şerbakov və onun sevgilisinin təhlükəsizliyini bu yolla təmin etmək qərarına gəlib. Yeqor Şerbakovun Vnukovo hava limanının gömrük məntəqəsində hansı səbəbdən saxlanması aydın deyil. Hələlik deyilənlərlə bağlı rəsmi versiya əldə etmək mümkün olmayıb.
Vurğulayaq ki, Orxan Zeynalovun Yeqor Şerbakovu öldürməsi haqda iddialar Rusiyada yaşayan soydaşlarımızın böyük çoxluğu şübhə ilə yanaşır. “Fakt”la bağlı geniş reportajlar verən telekanallarda, qəzetlərdə nə meyidin şəkili, nə onun yaxınlarının morqda görüntüləri, nə də dəfn mərasimi görünməyib. Bütün bunlar da sözügedən olayın qurama olması haqda iddialara yol açıb. Uzun müddət Rusiyada yaşayan və bu topluma yaxşı bələd olanların sözlərinə görə, əgər Yeqor gerçəkdən də ölsəydi, onun dəfn mərasimindən şou yaratmaq istəyən qüvvələr mütləq ortaya çıxacaqdı. Orxan Zeynalovun istintaqa ilkin ifadəsində heç bir cinayət törətmədiyini deməsi bu arqumenti bir qədər də gücləndirib.
Soydaşlarımızın fikrincə, bu, üçüncü qüvvənin işidir və məqsəd bütün Rusiya ərazisində milli zəmində qarşıdurmalar yaratmaqdır. Əgər demokratik düşüncəli insanlar bu prosesi ifşa etməklə qarşıdurma meyllərinin qarşısını ala bilməsə, Rusiya kimi nəhəng dövlətin həm daxilində, həm də xaricində milli zəmində ciddi problemləri yaranacaq. Çünki Rusiyaya keçmiş Sovet İttifaqəndan xeyli şəxs miqrasiya etdiyi kimi bu ölkələrin, demək olar ki, hamısında ruslar yaşayır. Xırda bir qığılcım böyük bir alovun yaranmasına səbəb ola bilər.
Hələlik saxta bir iddiaya dayansa belə plan sürətlə həyata keçməkdədir. “Qətl”dən sonra Rusiyada yerli əhali ilə gəlmələr arasında az qala hər gün toqquşmalar baş verir. Moskva rəhbərliyinin bu məsələdə birtərəfli mövqe tutaraq Rusiyanın rus olmayan vətəndaşlarına qarşı ikili standartlar tətbiq etməsi gərginliyi getdikcə artırır. Əldə etdiyimiz xəbərlərə görə, paytaxt Moskvadan son günlər Azərbaycana köç başlayıb. Uzun müddət Rusiyada yaşayıb normal qazanc sahibi olanlar arasında da Vətənə dönənlər var. Apardığımız müşahidələrdən aydın olur ki, geri dönənlərin çoxu Moskvada ailələri ilə bərabər yaşayan şəxslərdir. Əsas səbəblər sırasında son bir həftədə Moskva məktəblərində ksenofobiya meyllərinin çoxalması da var. Əgər öncələrdə yerli sakinlərlə miqrantlar arasında münasibətlər bütün paytaxtlara xas özəlliklər daşıyırdısa, indi bu ayrı-seçkilik gəlmələrə basqı formasında üzə çıxır. Gəlmələr yersiz hədələrlə üzləşir, bu səbəbdən də tez-tez müxtəlif etdiyyimiz bilgiyə görə, həm müəllimlər, həm də şagirdlər arasında qeyri-ruslara qarşı ayrı-seçkilik çoxalıb. Əldə psixoloji sarsıntı keçirməsini istəməyən valideynlər durumdan çıxış yolunu öz ölkələrinə qayıtmaqda görür.
Rahatsızlıq yaradan məqamlardan biri də Moskvada təhsil alan tələbələrlə bağlıdır. İki gün öncə Moskva metrostansiyalardan birində bir neçə rus gəncin Azərbaycan vətəndaşı olan xanım tələbəyə qarşı aqressiv davranışı paytaxt sakinlərinin müdaxiləsi ilə böyüməyib. Moskva ali məktəblərindən birində təhsil alan tələbə xanım polis idarəsinə gələrək faktla bağlı şikayət yazaraq olayın araşdırılmasını istəyib. Hələlik şikayət əsasında saxlanan olmayıb.
Soydaşlarmız onu da deyir ki, metro çıxışlarını xüsusi təhlükəli hesab edirlər. Özəlliklə axşam saat 8-dən sonra. Bir çox iri meqapolislərdə saat 8 erkən zaman sayılsa da Moskvada bu saatda artıq əl-ayaq çəkilməyə başlayır. Hətta mərkəzi küçələrdə belə xeyli az insan gözə deyir. Bu durum kriminal elementlər üçün yetərincə cəlbedici olduğundan həyatı təhlükə hiss edən şəxslər saat 8-dən sonra küçələrdə görünməyə meylli deyil. Çünki heç kim “Rusiya ruslar üçündür” təfəkkürlü millətçilərin hücumundan sığortalanmayıb. Görünən odur ki, Moskvada milli zəmində həyəcan getdikcə artmaqdadır. \ musavat \
Aygün Muradxanlı, Moskva
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
• ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29 |
|
|
|
• "Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22 |
|
|
|
• Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19 |
|
|
|
• “Sumqayıt İcra idarəsinin bəzi məmurları mənə qarşı “vuruşur” - Keçmiş diplomat
Bu gün, 15:17 |
|
|
|
• Həyat yoldaşı Niyazi Mehdidən danışdı - Ayağı kəsilə bilər
Bu gün, 15:16 |
|
|
|
• Sabiq deputatın şirkətinin özbaşınalığı: Gecə saat 12-də beşinci mərtəbəyə traktor qaldırdılar - BU NƏDİ BELƏ?..
Bu gün, 15:09 |
|
|
|
• Rusiyanın xəritə təklifini qəbul etmək olmaz - ÇÜNKİ...
Bu gün, 14:00 |
|
|
|
• Müəllimlər narazıdır: - "Elə nazirlikdə də qəribə proseslər baş verir"
Bu gün, 13:58 |
|
|
|
• Rusiyanın müttəfiqliyə zidd addımları: - Yaxud baltanı “öz ayağına vuranlar"
Bu gün, 13:12 |
|
|
|
• Aybəniz İsmayılova vəzifəsindən fəaliyyətindəki nöqsanlara görə azad edilib? - RƏSMİ AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• Bakıda iranlı qızların toruna düşən məşhurlar: aralarında deputat, səfirlər də var - ŞOK DETALLAR
Bu gün, 12:56 |
|
|
|
• Sürücü infarkt keçirir, AYNA "Klas-klas" oynayır - Samir Əli yazır...
Bu gün, 12:51 |
|
|
|
• Ağcabədidə evdə əl qumbarası partlayıb, ölən və xəsarət alanlar var - TƏFƏRRÜAT
Bu gün, 12:50 |
|
|
|
• Keçmiş kollec direktoru yeyintidə ittiham olunurdu, amma indi... - İLGİNC İDDİALAR
Bu gün, 12:33 |
|
|
|
• "Fransa erməni revanşizmini dəstəkləyir" - İLGİNC DETALLAR
Bu gün, 12:29 |
|
|
|
• Nazilə Səfərli qalmaqallı fotosundan danışdı: - "Dənizdə şuba geyinim?"
Bu gün, 12:28 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:26 |
|
|
|
• Tramp BRİKS-i hədələdi - KİV
Bu gün, 12:21 |
|
|
|
• Ermənistanı “ukraynalaşdırmaq” planı AKTİVLƏŞDİRİLDİ – NATO bölgəyə qoşun göndərməyə hazırlaşır
Bu gün, 12:08 |
|
|
|
• Ekspertlər təyyarə qəzası barədə xəbərdarlıq ediblərmiş - "Associated Press"
Bu gün, 12:02 |
|
|
|
• Faytonçu Nazim küçədə yıxılaraq qapalı kəllə beyin travması alıb - xəstəxanaya yerləşdirildi
Bu gün, 12:00 |
|
|
|
• Paşinyan Trampla “səhər yeməyinə” qaçır - Korotçenko
Bu gün, 11:56 |
|
|
|
• Şahin Bağırov onların rütbəsini artırdı - SİYAHI
Bu gün, 11:52 |
|
|
|
• Azərbaycanın Yunanıstandakı səfirliyinin keçmiş birinci katibi saxlanılıb, məhkəmə tərəfindən cərimələnib
Bu gün, 11:46 |
|
|
|
• DİN kibertalama halları ilə bağlı vətəndaşlara çağırış edib - VİDEO
Bu gün, 11:41 |
|
|
|
• Hərbi qulluqçularımız “Qış təlimi - 2025”də yüksək peşəkarlıq nümayiş etdirirlər
Bu gün, 11:30 |
|
|
|
• Səhiyyə sistemində İKİTİRƏLİK: Bəlasını vətəndaş çəkir... - AXI NİYƏ?..
Bu gün, 11:26 |
|
|
|
• Deputatın şirkəti Xırdalan sakinlərini TÜSTÜDƏN BOĞUR... - "Hara şikayət edəcəyimizi bilmirik"
Bu gün, 11:18 |
|
|
|
• Sevgilisini "kislota" ilə yandıran qadın məhkəmə zalından həbs edildi - AĞIR CƏZA
Bu gün, 11:12 |
|
|
|
• AŞPA özünü dərin böhrana sürükləyir - ŞƏRH
Bu gün, 11:11 |
|
|
|
• Nazirlik narazı valideynləri eşitdi, amma QURU VƏD VERDİ... - "İnanırıq ki..."
Bu gün, 11:08 |
|
|
|
• Daha iki il sərhədimizdə - bu dəfə top-tüfənglə...
Bu gün, 11:02 |
|
|
|
• AŞPA-da meydan ermənilərə qalıb - ŞƏRH
Bu gün, 10:54 |
|
|
|
• "Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat
Bu gün, 10:52 |
|
|
|
• Hicabsız İran: hələlik başınızı aça bilərsiniz, sonrasına baxarıq... - NƏ BAŞ VERİR?
Bu gün, 10:50 |
|
|
|
• Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO
Bu gün, 10:48 |
|
|
|
• Tonoyan Gülayın ifasını paylaşdı: İrəvanda “Qarabağ”... - VİDEO
Bu gün, 10:42 |
|
|
|
• Paşinyanın həyat yoldaşının iştirakı ilə baş verən insidentlə bağlı 30 şahidə bildiriş göndərilib
Bu gün, 10:39 |
|
|
|
• "Bizdə internet niyə bu qədər bahadır?"
Bu gün, 10:29 |
|
|
|
• “Təzyiqdən sonra Zelenski Azərbaycandan Avropaya tranziti mümkün sayır” - KİV
Bu gün, 10:28 |
|
|
|
• Nərimanov sakinləri Elgin Həbibullayevi məhkəməyə VERDİ
Bu gün, 10:24 |
|
|
|
• Binnət Əli Qasımovun rəhbərlik etdiyi qurum hakim qarşısında: - Ölkədən pul çıxarılıb
Bu gün, 10:16 |
|
|
|
|