Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                 

ETİBAR PİRVERDİYEVİN ŞÜBHƏLİ MİLYONLARI
Tarix: 11-12-2013, 12:43 | Çap et
ETİBAR PİRVERDİYEVİN ŞÜBHƏLİ MİLYONLARI
Prezident seçkiləri sona çatandan sonra cəmiyyətdə belə bir inam yaranmışdı ki, ciddi kadr dəyişiklikləri aparılacaq və prezidentin dediyi kimi korrupsiyaya qarşı mübarizə daha da ciddiləşəcək. Və artıq bu istiqamətdə bir sıra addımlar atlılıb və heç kimdə şühə qalmayıb ki, oliqarxlaşmış məmurlar ardıcıllıqla postlarından uzaqlaşdırılacaq. Belə oliqarxlardan biri də Etibar Pirverdiyevdr. Uzun illərdi ki,"Azərenerji" ASC-in prezidenti postunu tutan Etibar Pirverdiyev dəfələrlə vəzifəsini itirməyə çox yaxın olsada son anda xilas ola bilib. “Unikal”ın araşdırmalarına görə Etibar Pirverdiyev xilas olmanın yolunu hər zaman himayədarlarını dəyişməklə və daha güclülərin yanında durmaqla tapıb. Baş nazirin müavini Yaqub Eyyubovun himayəsində olan Etibar Pirverdiyev daha sonra xəttini dəyişərək prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun himayəsinə sığındı. Nəticədə həm postunu qoruya bildi, həm də biznes şəbəkəsini. Gəlin indi də Pirverdiyevin biznes şəbəkəsinə diqqət yetirək. Araşdırmalara görə Etibar Pirverdiyev ölkə kənarında da ciddi biznesi olan simalardan biridir. Onun əsas biznesi isə Rusiyada, daha dəqiqliyi ilə desək Dağıstandadır.

Dağıstanda tikinti biznesi

Məlum olub ki, Etibar Pirverdiyevin bu ölkə ilə bağlılığı illər öncə olub. İlk zamanlarda o və qardaşı Rusiyadan maşın hissələri gətizdirib satdırmaqla məşğul olub. Amma imkanları qaydaya düşəndən sonra daha ciddi biznesə girişiblər. Söhbət Dağıstanda tikinti sektoruna qoşulmaqdan gedir. Xatırladaq ki, tikinti bumu yaranan zaman Etibar Pirverdiyev də ciddi şəkildə bu sahədə fəaliyyət göstərirdi. Amma məlum olaylardan sonra o, bu fəaliyyətini Dərbənd də davam etdirməyə başladı. Bir müddət öncə isə bir hündürmərtəbəli binanı yaşayış üçün təhvil verib. Bundan sonra isə o daha böyük layihəyə sahiblənə bilib. Bunu da qeyd edək ki, Etibar Pirverdiyevin Dağıstandakı əsas rəqibləri də elə azərbaycanlı oliqarxlardır. Hələ ötən il Etibar Pirverdiyev Dağıstanla yanaşı, Çeçenistanda da tikinti işlərinə girişməyə çalışdı. Amma Çeçenistanda ciddi nüfuza sahib olan QMİ-in rəhbəri Şeyxülislam Allahşükür Paşazadənin sərt təpkisi ilə üzləşdiyindən geri çəkilmişdi.Sual oluna bilər, Etibar Pirverdiyev bu milyonları necə əldə edib? Gəlin adi bir əməliyyata diqqət yetirək.

Etibar Pirverdiyevin 2,5 milyard dollarlıq sirri

Məlum olduğu kimi Azərbaycan bir sıra layihələrin həyata keçirilməsi üçün xarici ölkə və təşkilatlardan kreditlər götürür. Təkcə bunu demək kifayətdir ki, 2004-2012-ci illərdə Azərbaycan 71 layihə üzrə 9 milyard 545,9 milyon dollar cəlb edib. Həmin kreditlərin ən böyük "payçılarından" biri və bəlkə də birincisi "Azərenerji" olub: 24,09%. Yəni xaricdən alınan kreditlərin beşdə birindən çoxu Etibar Pirverdiyevin nəzarətinə yönəlib. Bu isə o deməkdir ki, söhbət kifayət qədər fantastik rəqəmlərdən gedir, bir az da konkretləşdirsək, nə az, nə çox düz 2,3 milyard dollardan!
"Azərenerji" iddia edir ki, qurum həmin vəsaitlə 10 layihə icra edib. Amma nəzərə alsaq ki, nəinki media, hətta hökumətə yaxın millət vəkilləri zaman-zaman Etibar Pirverdiyevin başında dayandığı səhmdar cəmiyyətdə korrupsiya ehtimallarını qabardırlar, alınan külli miqdarda xarici kreditin təyinatı üzrə xərcləndiyinə dair əhəmiyyətli şübhələr yaranır.Çünki bu günün özünə qədər “Azərenerji”nin regional idarələri yarıtmaz durumdadır. Bildirilir ki, bu pulların böyük əksəriyyətinin,yarımötürücülərin alınmasına və bərpasına sərf olunub. Amma reallıqda bunlar yoxdur. Çünki köhnə avadanlıqlar təmir edilir və rənglənəndən sonra yeni avadanlıq adı ilə sənədləşdirilir. Bunun səbəbidir ki, bu günün özündə belə Azərbaycan tam elektriklə təmin edilməmiş durumdadır. Bunun isə səbəbi “Azərenerji”nin standartlara cavab verəcək avadanlıqlara, peşəkar iş sisteminə sahib olmamasıdır. Yəqin ki, indi Etibar Pirverdiyevin hansı pullarla biznes qurduğunun şahidi oldunuz. Elə gəlin, onun ölkədə ki, biznes şəbəkəsinə də diqqət ayıraq. Elə onun yalnız Qusardakı biznesinə baxmaq tam təsəvvür yarada bilər.

Etibar Pirverdiyev şimal bölgəsini necə "işğal" etdi

Demək olar ki, Xaçmaz, Qusar rayonlarında bütün torpaq sahələri Etibar Pirverdiyevin yaxın adamları vasitəsi ilə ələ keçirilib. Məlum rayonlarda fermer təsərrüfatları, əkin sahələri yalnız Pirverdiyev qardaşlarına məxsusdur. Məsələn, Xaçmazın məşhur Həsənqala gölü də zəbt edilib. Həsənqala kəndindəki bu göl, balıq vətəgəsinə çevrilib. Gölü kəndlilərin əlindən alıb, əkinlərini susuz buraxan isə “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir.Bunu da aydınlaşdırdıq ki, Etibar Pirverdiyev həmçinin restoran şəbəkələrinin yaradılması ilə də məşğuldur və məlum rayonlardakı istirahət mərkəzlərinin əksəriyyəti Etibar Pirverdiyevə məxsusdur. Yeri gəlmişkən, Etibar Pirverdiyev həm də əyləncəyə çox maraq göstərən məmur kimi tanınır. Elə bir müddət öncə "Anonymous” haker qrupu "Azerenerji” ASC-nin saytını dağıdaraq 80 vacib sənədi ələ keçirərək mətbuata yayanda məlum oldu. Sənədlərdə göstərilən xərclər cədvəlindən də görünür ki, "Azərenerji”dən olan məmurlar dövlət vəsaiti hesabına krallar kimi yaşamağı çox sevirlər. Ələ keçən sənəddən görünür ki:
- Dubaydakı lüks "Jumeirah Dubay” hotelində nömrənin (otağın) bir sutkalıq xərci Azərbaycanın dövlət büdcəsinə 327 dollara başa gəlib;
- Elitar "Salmontini Dubai - Restaurant” restoranında Azərbaycan dövlətini 1127 dollar ziyana salıb;
- Həmin azərbaycanlı məmur yaxşıca yeyib-içəndən sonra saunaya getmək eşqinə düşüb və "Azərbaycan xalqının işıqlı gələcəyi yolundakı ağır və gərgin zəhmət”dən sonra "Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında 487 dollara dincəlib;
- "Louis VUITTON", "İF boutique”, "Harvey NİCHOLS”, "FALCON Gallery”, "HOME CENTRE” və digər dəbdəbəli butiklərdən alış-veriş edərək buna da 20000 dollaradək dövlət pulunu xərcləyib;
- Biznes-klass sinfindən olan avtomobilin icarəsi isə ana vətənimizə nisbətən ucuz başa gəlib - "cəmisi” 780 dollara...

Enerji imperiyasının milyardlıq sirri

Etibar Pirverdiyevin biznes imperiyasının milyardlıq bir qolu isə tutduğu vəzifə ilə şəxsi biznesini bir araya gətirməsidir. Araşdırmalar göstərir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi “İnter Enerji” MMC-ni “Azenco” ASC-nin 97,5 faiz səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edib.Bunun üçün isə dövlət büdcəsinə 6,4 milyon manat ödəməyi öhdəsinə götürüb.
Qeyd edək ki, “İnter Enerji” MMC “Azərenerji” ASC-nin idarə heyətinin sədri Etibar Pirverdiyevə məxsusdur. Gerçək idarəetməni o, formal idarəetməni isə onun qaynı həyata keçirir. Həmçinin 7 min nəfərin çalışdığı nəhəng müəssisənin real bazar dəyəri ən azı 500 milyon manatdır. Yəni Etibar Pirverdiyev 500 milyon manatlıq “Azenco”-nu cəmi 6,4 milyon manata - real qiymətindən 78 dəfə ucuz qiymətə əldə edib. “İnter Enerji” Sumqayıtdakı Texnologiya Parkını da ələ keçirib. E.Pirverdiyev orada müxtəlif istehsal və xidmət sahələri (polikarbonat şüşələrin istehsalı, paylayıcı transformatorlar, sinkləmə, hidrogenerator, texniki qazların, sayğacların, yüksək gərginlikli avadanlıqların, 110-55 kV-lik kabellərin istehsalı sahələri, habelə dəmir məhsulları, hidroturbinlər və misəritmə istehsalat sahələri və s.) yaradır ki, “Azərenerji”nin təchizatını tam inhisarda saxlasın. Yəni “Azərenerji”yə qoyulan investisiyaların əhəmiyyətli kəsimi onun öz cibinə axsın. Buna nail də olub. Formal keçirilən tenderlərin qalibi istisnasız olaraq “İnter Enerji” MMC olur. Burada qiymət və xidmət tarifləri fantastik həddə şişirdilir.
“İnter Enerji” MMC investisiya müsabiqəsində daha bir müəssisəni - Balakən kiçik su elektrik stansiyasını özəlləşdirib. Şirkət “Azerenerji”nin sayğac quraşdırılması sifarişini də yerinə yetirir. Bir sözlə, sifarişçi də Pirverdiyevdir, təchizatçı da, podratçı da. Daha sadə dillə desək, Pirverdiyev nəhəng investisiya və büdcə pullarını “İnter-Enerji” MMC vasitəsi ilə “silir”.

Etibar Pirverdiyevin qohumbazlığı

Etibar Pirverdiyev rəhbəri olduğu qurumda özünə komanda yaratması, peşəkar kadrları işdən uzaqlaşdıraraq, onların yerinə qohum-əqrəbalarını vəzifəyə təyin etməsidə adi hala çevrilib. "Azərenerji"də daha çox Etibar Pirverdiyevin qaynı Kərim Xammətov üstün mövqeyə malikdir. Bu adam əvvəlcə Etibar Pirverdiyevlə birgə Dövlət Əmlak Komitəsində işləyib. O zaman Etibar Pirverdiyev, Kərim Xammətov və onun əkiz qardaşı ölkəyə elektrik kabelləri gətirməklə məşğul olub. Etibar Pirverdiyev "Azərenerji"yə prezident təyin olunandan sonra isə Kərim Xammətovu "Bakelektrikşəbəkə"nin rayon şöbələrindən birinə rəis təyin edib. Bir müddət keçəndən sonra onu "Azərenerji"yə yüksək vəzifəyə gətirib.
Bundan başqa, Etibar Pirverdiyev 4 il əvvəl qardaşı Vüqar Pirverdiyevə qohum olan Namiq Orucov adlı şəxsi Sabirabad Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Namiq Orucov da qurumu viran qoyub. İş o yerə çatıb ki, Etibar Pirverdiyev Namiq Orucovu həmin vəzifədən çıxararaq Enerji Təchizat İdarəsinə gətirib. Lakin bir müddət keçəndən sonra onu Göyçay Paylayıcı Elektrik Şəbəkəsinə rəis təyin edib. Ümumiyyətlə "Azərenerji"də vəzifələrə təyinat Etibar Pirverdiyevin qardaşı Vüqar Pirverdiyevin məsləhəti ilə həyata keçirilir. Vüqar Pirverdiyev kimi istəyirsə, vəzifəyə təyin etdirir, kimi istəyirsə, işdən çıxartdırır. Həmçinin "Azərenerji"nin bütün transformatorlar, kabellər, ümumiyyətlə bu sahəyə aid bütün aksesuarlar Vüqar Pirverdiyevə məxsus şirkətdən alınır. Özü də bu mallar çox baha qiymətə rəsmiləşdirilir."
Bundan başqa Pirverdiyevin hər kəsdən gizlətdiyi və digər bir yaxınının adı ilə təqdim etdiyi regionlardakı kənd təssərrüfatı biznesi haqqında da məlumatlar daxil olub. Belə ki, Şabran rayonunun Udulu kəndindəki dəvə fermaları "Azərenerji"-nin prezidentinə məxsusdur. Xaçmazda isə o, iri buynuzlu heyvan təsərrüfatını genişləndirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru