Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                     Ermənistan Aİİ-də özünü yaxşı hiss edir .....                     “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” .....                     Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü .....                 

ZİYA MƏMMƏDOV ÜÇÜN ARZUOLUNMAZ DÖNƏM
Tarix: 13-12-2013, 12:42 | Çap et
ZİYA MƏMMƏDOV ÜÇÜN ARZUOLUNMAZ DÖNƏM
Prezident seçkilərindən sonra ölkədə ciddi kadr dəyişikliyinin olacağı gözlənilirdi və artıq bu proses baş verib. Belə ki, prezident cəmiyyətdə arzuolunmayan təhsil naziri Misir Mərdanovla, kənd təsərüfatı naziri İsmət Abbasovla, müdafiə naziri Səfər Əbiyevlə və əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova yollarını ayırdı. Amma bunlar hələ son deyil. Çünki islahatların olması qaçılmazdır. Nəyə görə? İlk növbədə ona görə ki, on illərlə bir kürsüdə oturan məmurda istər istəməz bir ətalət və bürokratiya yaranır.

Nəticədə cəmiyyətlə ünsiyyət sıfırlaşır. Bundan başqa insanlarda bunlara qarşı bir biganəlik formalaşır. Digər amil isə bəzi oliqarx-məmurların korrupsiyaya bulaşması ümumilikdə komandanın adına ziyan gətirir. Məhz bu faktorları nəzərə alaraq prezident islahatları davam etdirəcək. Bu arada məlum olur ki, növbə deyəsən nəqliyyat naziri Ziya Məmmədova çatıb. Nəyə görə? Birinci növbədə bu gün Ziya Məmmədovun reputasiyası o qədər də yaxşı deyil və zaman-zaman dövrü mətbuatda onun adı korrupsiya qalmaqallarında hallanır. Bu isə ümumilikdə komandanın adı üçün xoş bir şey vəd etmir. İkinci tərəfdən Ziya Məmmədovda illərdi ki, nazir kürsüsündədir və onunda cəmiyyətlə ünsiyyəti bərbad haldadır. Elə bunun da nəticəsidir ki, bu gün nəqliyyat müfəttişləri insanlarla az qala faşist kimi davranırlar. Bütün bunlar isə ona qarşı olan narazılığı daha da ciddiləşdirir. Ziya Məmmədovun yola salınmasını sürətləndirən faktorlardan biri də müəyyən sahələrdə monopoliya yaratmasıdır. Hazırki zamanda monopolist nazirlərin mövcudluğu isə hakimiyyət üçün xoş heç nə vəd etmir. Bunlarla yanaşı Ziya Məmmədovun adı artıq ölkə kənarında da yaxşı hallanmır. Belə ki, bu günlərdə onun şəriki Hafiz Məmmədov haqqında qərb mətbuatında yazılanlar Ziya Məmmədovun imicinə ağır zərbə vurdu. Hətta iddia olunur ki, qərb ölkələrində Ziya Məmmədovla, Hafiz Məmmədovun biznesi,sərmayə qoyduqları sahələrdə yoxlamalara başlanılıb və bu hətta həmin sərvətin onların əlindən çıxması ilə də nəticələnə bilər. Beləliklə aydın olur ki, qərb dünyasında qaranlıq əlaqələri ilə ad çıxaran hansısa məmurun komanda da qalması hakimiyyətin maraqlarına cavab vermir. Buna görə də Ziya Məmmədovun yola salınması artıq reallaşır. Elə son bir neçə günün içində APA,ANS başda olmaqla ölkədə ki, telekanalların Ziya Məmmədovu hədəfə alması təsadüfü deyil. Bu hamıya bəllidir ki, kanallar bunu özbaşına etmir və burda mərkəzləşdirilmiş bir idarəetmə prosesi gedir. Xatırlayırsınızsa bundan öncələrdə istefaya göndərilən nazirlərlə bağlı belə kompaniyalar aparılırdı və bundan sonra vidalaşma baş tuturdu. Ekspertlər hesab edir ki, bununla həm də cəmiyyətin rəyi nəzərə alınır. Bu günkü cəmiyyət isə sözsüz ki, Ziya Məmmədovun istefaya getməsinə çox normal yanaşacaqlar. Elə ekspertlərdə bu fikirdədir.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "Unikal"a açıqlamasında bildirdi ki, "İndiki Azərbaycan hökumətinin iş metodu sovet dövrünün iş üsullarına çox bənzəyir. O zamanlar tanınmış bir siyasi simanı məhv etmək üçün əvvəlcə mətbuatda onun barəsində haqlı və yaxud haqsız olaraq kampaniyaya başlayırdılar. Bu qayda ilə ictimai rəyi tam hazırlayandan sonra həmin şəxsi ya vəzifəsindən götürür, ya partiya sıralarından xaric edir, ardınca isə həbs edirdilər. Görünür, nəqliyyat naziri Ziya Məmmədovun da barəsində hakimiyyət dəhlizlərində hansısa bir plan hazırlanıb"
Partiya sədri hesab edir ki, "Nəqliyyat naziri Ziya Məmmədovun sözün pis mənasında daim mətbuatın gündəmində olmasının onun üçün həm yaxşı, həm də pis tərəfləri var. Yaxşı tərəfi ondan ibarətdir ki, tez-tez tənqid edilməsi onun iqtidara sadiqliyinin göstəricisi kimi dəyərləndirilə bilər. Yəni "Görürsünüzmü, hökumətə yanan da mənəm, yaman da mənəm". Başlıca səbəblərdən biri də budur ki, hökumət müxalifət mətbuatında hansı məmurun daha çox tənqid edilməsini görərkən düşünür ki, bu məmur bizə son dərəcə sadiqdir".
Siyasətçinin sözlərinə görə, "Ziya Məmmədovun mətbuatın gündəminə tez-tez çıxardılmasının başqa bir səbəbi də bu ola bilər ki, hakimiyyət daxilindəki qruplardan hansısa onun barəsində mətbuata sistemli şəkildə məlumatlar ötürsün. Bu variant mənə daha ağlabatan görünür. Bu qruplar hakimiyyət və sərvət uğrunda amansız mübarizə apararkən bir-birləri barədə azad hesab edilən qəzetlərə və saytlara gizlincə və yaxud dolayı yollarla ifşaedici materiallar və faktlar ötürmək şanslarını əldən vermirlər. Unutmayaq ki, həmin məlumatları alıb öz səhiflərində yayımlayan qəzetlər və saytların "xidmətləri" də unudulmur". Partiya sədrinin sözlərinə görə, "Digər tərəfdən isə hökumətin əksər üzvləri kimi Ziya Məmmədovun iş üslubu da mətbuata maraqlı mövzular verir. Onun başçılıq etdiyi nazirliyin əməkdaşları artıq mətbuatda "qoçu" adını alıblar və təkcə bu etiketin özü çox şeydən xəbər verir. Mətbuatda məlum kampaniyanın başlanması Ziya Məmmədova və onun biznesinə yaxşı perspektiv vəd etmir".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi Zöhrab Abdullayevin "Unikal"a verdiyi açıqlamaya görə, o, hər hansı nazirin şəxsiyyətinə və nüfuzuna toxunacaq mövzuların gündəmə gətirlməsinin əleyhinədir: "Amma mən dəfələrlə mətbuatda bildirmişəm ki, istənilən nazirin öz postundakı fəaliyyətini müzakirə predmetinə çevirmək olar və bu, son dərəcə zəruridir. Düşünürəm ki, Azərbaycandakı nazirlərin işində müşahidə edilən neqativ hallar daha çox onların öz postlarında uzun müddət qalmaları ilə bağlıdır. Dünyanın heç bir ölkəsində bu qədər "uzunömürlü" nazirlər yoxdur. Buna təkcə Azərbaycanda rast gəlmək olur. Yüksəkrütbəli məmur öz postunda xeyli zaman qalanda özünü ictimai qurumların və cəmiyyətin nəzarətindən kənarda, nəzarətsiz halda hiss etməyə başlayır. Belə bir əhvali-ruhiyyə isə məlum nəticələri doğurur".
Baş katibin müşahidəsinə görə, "Ölkədəki "uzunömürlü" nazirlərdən biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Zaman-zaman bu nazirliyin müfəttişlərinin ölkənin paytaxtında və regionlarda törətdiyi qanunsuzlqlar barədə materiallar mətbuata çıxardılır. Ümumiyətlə, bu nazirliyin fəaliyyəti cəmiyyət tərəfindən müsbət qarşılanmır. Buna görə də müvafiq dairələr ictimai rəylə hesablaşsalar, bundan udan ancaq dövlətimiz və cəmiyyətimiz olar. Unutmayaq ki, hər hansı nazirin bu və ya digər əməli həm də bütövlükdə iqtidarın və hökumətin adına da minuslar gətirir. Nazirlərin vaxtında və konstitusiyaya uyğun şəkildə postundan getməsi həm də cəmiyyətin əhvali-ruhiyyəsinin təzələnməsinə səbəb ola bilər".
Beləliklə yaxın günlərdə ölkədə daha maraqlı yola salmaların şahidi olacağıq.
\ unikal \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
ADAU rektorunun fəaliyyəti ARAŞDIRILSIN!!! - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 15:29
"Xırdalan və Sulutəpədə ev və obyektlər köçürüləcək" - XƏBƏRDARLIQ!
Bu gün, 15:22
Ermənistan ATƏT-in Minsk qrupunun buraxılmasına razıdır - Paşinyan BELƏ DEYİR...
Bu gün, 15:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru