FARS-MOLLA REJİMİ ÇAŞIB
Tarix: 4-10-2011, 16:44 | Çap et
ONLAR ATATÜRKLƏ İLHAM ƏLİYEVİ EYNİ TUTURLAR
DİA.AZ: - Son günlər İran yenə də Azərbaycanın əleyhinə təbliğata başlayıb. Artıq İranın xüsusi xidmət orqanlarının nəzarətində olan xəbər portalları Azərbaycan dövlətin və dövlət rəsmilərinin əleyhinə yeni kampaniyaya start veriblər. Xatırladaq ki, buna qədər də fars-molla rejimi rəsmi Bakıya qarşı “səlib yürüşü”nə keşmişdi. Belə ki, İran Silahlı Qüvvələrinin Baş qərargah rəisi Seyid Həsən FiruzabadiAzərbaycan dövləti ilə yanaşı prezident İlham Əliyevin və eləcə də Azərbaycan türklərinin ünvanına kəskin ifadələr işlətmişdi.
Azərbaycan türklərinin türk olmadığını önə sürən fars təbliğat maşını bizi “Aran xalqı” olaraq adlandırır və guya ki, bu “Aran xalqı”nın da damarlarından “iranlı qanı” axır. Onu da qeyd edək ki, Firuzabadinin bu sərsəm açıqlamaları sonradan təkzib olundu. Halbuki bu açıqlama İranın rəsmi “MEHR” agentliyi tərəfindən yayılmışdı və hətta İran parlamentinin rəhbəri Əli Larcani məlum açıqlamanın yersiz və yanlış olduğunu söyləyərək İran rəsmilərinə xitabən “ehtiyatlı olun, bu cür sözlər iki ölkənin münasibətlərini gərginləşdirə bilər” müraciətini də ünvanlamışdı.
Və bu prosesin ardından da farsların şər-böhtan kampaniyasına ara verilmədi. Son günlər yenə də molla rejiminin ənənəvi dilləri danışmağa başlayıb. Onu da qeyd edək ki, iranlılar bu dəfə İlham Əliyevlə yanaşı Türkiyə türklərinin dahi siması Mustafa Kamal Paşa Atatürkün də ünvanına sərt ifadələr işlədiblər.
Bu barədə “arannyus” xəbər portalının yaydığı məlumatda deyilir: “Rəşt əyalətinin müvəqqəti imam cüməsi höccətül-islam vəl-müslimin Qulamrza Şəfii bu həftəki cümə namazının siyasi-ibadi xütbələrində hicab qadağasına etiraz etdiklərinə görə həbs edilmiş dindarlara 12 il həbs cəzası verilməsinin istənilməsini pisləyərək, bildirdi: "İlham Əliyev, Rzaxan və Atatürk kimi region diktatorlarının başlarına gələnlərdən ibrət götürməli, camaatın islam istəkləri ilə mübarizə etməməlidir. Azərbaycan camaatı sakit dayanmamalı və islami oyanışın belə yüksək həddə çatdığı bir dövrdə öz ölkələrində İslama qarşı çıxmağa icazə verməməlidirlər".
İmam cümə, Fələstin məzlum xalqına dəstək gününün gəlib çatmasına işarə edərək dedi: "Bəziləri fitnə cərəyanından xəbərləri olmadan Fələstin məsələləri barədə azdırıcı şüarlar səsləndirdilər. Bu da onların İslamdan xəbərsizliklərinin əlamətidir".
Höccətül-islam vəl müslimin Qulamrza Şəfii Niya insanın öz həmnövünə kömək etməsini İslamın təkid etdiyi məsələlərdən olduğunu bildirib, dedi: "Məzlumlara kömək etmək İran müsəlmanlarının hər birinin şəri və qanuni vəzifəsidir"”.
Bir başqa məlumatda isə Ərdəbilin imam cüməsindən sitatlara yer verilib: “Bu şəraitdən yalnız ermənilər sevinirlər. Çünki Qarabağın azad olunması üçün 20 illik arzu bu təzyiqlərin nəticəsində geri düşür. Dindarlar azad olmayınca bu ölkənin qələbəsi gerçəkləşə bilməz.
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi höccətül-islam vəl müslimin Seyid Həsən Amili Ərdəbilin bu həftəki cümə namazının xütbələrində Azərbaycan rəsmilərinin bu ölkənin alim və dindarlarını mühakimə və həbs etmələri barədəki hərəkətlərini tənqid edərək, bildirdi: “Bu şəraitdən yalnız ermənilər sevinirlər. Çünki Qarabağın azad olunması üçün 20 illik arzu bu təzyiqlərin nəticəsində geri düşür. Dindarlar azad olmayınca bu ölkənin qələbəsi gerçəkləşə bilməz”.
Seyid Həsən Amili tarix boyu, xüsusilə də müasir tarixdə İran, İraq, Misir, Liviya, Tunisdə alimlərin zindana salınmalarının açı nəticələrinə işarə edərək dedi: “Alimləri zindana salan, onların izzətini qorumayan, onların təhqir olması üçün şərait yaradan hər bir hökumət, mütləq özü də bir gün xar və zəlil olubdur. Səddam və şah məlun bunun bariz numənələrindəndir”.
Ərdəbilin imam cüməsi cümə namazının xütbələrinin sonunda həyatda problemlər yaradan, yaşayışı çətinləşdirən səhv bidətlərin yığışdırılmasını zəruri bildirib, açıqladı: “Biz əgər günahı və pis işləri yaxşı tanıya bilsək, haqla batili bir-birindən düzgün surətdə ayıra bilərik və öz həyatımız üçün düzgün ölçülər götürə bilərik””.
Hər halda yuxarıda yer alan məlumatlardan da İranın təbliğat maşınının hansı incəliklə üzərimizə yeridiyini görməmək mümkün deyil.
Mövzu diqqətimizdədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
|