RƏSMİ KİYEVDƏN AZƏRBAYCANA ŞOK ZƏRBƏ
Tarix: 23-02-2012, 13:13 | Çap et
UKRAYNA "DAĞLIQ QARABAĞ RESPUBLİKASI"NI TANIYIRMIŞ
Son bir il ərzində Ermənistanın Dağlıq Qarabağla bağlı apardığı siyasətdə ciddi dəyişikliklər müşahidə olunmaqdadır və bu dəyişikliklər kifayət qədər təhlükəlidir. Belə ki, ötən illər Ermənistan beynəlxalq təşkilatların imkanlarından bəhrələnərək mövcud statusu saxlamağa daha çox çalışırdı və ATƏT-in Minsk Qrupu çərçivəsindən kənara çıxmağa maraq göstərmirdi. Amma indi tamam fərqli situasiya yaranıb və Ermənistan faktiki olaraq danışıqların aparılması ilə paralel olaraq həm də artıq Dağlıq Qarabağın müstəqil bir subyekt olaraq tanıdılması istiqamətində iş apareır.
Apardığımız araşdırmalar da sübut edir ki, son bir ildə "Dağlıq Qarabağ Respublikası"ndan xarici ölkələrə səfərlər kifayət qədər artıb və bu səfərlər daha çox rəsmi səfərlər kimi təqdim olunur. Bununla yanaşı Ermənistan Dağlıq Qarabağda bəzi quruculuq işlərinə də start verib. Məsələn, son bir ildə Dağlıq Qarabağda bir neçə istirahət zonası yaradılıb, həmçinin beynəlxalq hava limanı inşa edilərək tamamlanıb. Bundan başqa özəl şirkətlərin də Dağlıq Qarabağa cəlb olunması müşahidə edilməkdədir. Bunlar nə deməkdir?
Ekspertlər hesab edirlər ki, Dağlıq Qarabağda həyata keçirilən bu işlər əslində sabaha bir hazırlıqdır və bir zaman bildiriləcək ki, Dağlıq Qarabağ Azərbaycansız öz infrastrukturunu yaradıb və yerli sakinlər öz müqəddəaratını həll etmək gücündədir. Yəni hazırda zaman Ermənistanın xeyrinə işləyir.
Bundan başqa, ötən illərlə müqayisədə sonuncu il erməni lobbisinin də Dağlıq Qarabağa həssas yanaşması müşahidə edildi. Belə ki, ötən il 4 marafon təşkil edildi və yığılan milyonlarla dollar pul Dağlıq Qarabağda bərpa işlərinə yönəldildi. Bu marafonlardan ikisi ABŞ-da, biri Rusiyada, digəri isə Fransada təşkil olundu.
Ermənistan mətbuatının yazdığına görə, bu il işlər daha da sürətləndiriləcək və əsas məqsəd Qərb şirkətlərinin Qarabağa cəlbi olacaq.
Bunu da xatırladaq ki, indinin özündə Dağlıq Qarabağda bir neçə şirkət fəaliyyət göstərir ki, onların arasında xüsusi olaraq İsveçrəyə məxsus brilyant müəssisəsini göstərmək olar. Amma bunlarla yanaşı müttəfiqlik etdiyimiz bəzi ölkələrin də Dağlıq Qarabağa yanaşmasında maraqlı məqamlar ortaya çıxıb. Belə ki, bir ay öncə Ukraynada Qarabağ savaşının iştirakçılarının reabilitasiyası keçirilib. Bu kursda azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib. Hadisə şahidi İlham Məhərrəmov bildirir ki, Dağlıq Qarabağdan gələn ermənilərdə "Dağlıq Qarabağ Respublikası" pasportları var idi və onlar Ukraynaya məhz bu pasportlarla gəliblər.
Apardığımız araşdırmalar maraqlı faktları ortaya çıxartdı. Aydın oldu ki, həqiqətən də, artıq bir neçə ildir ki, Dağlıq Qarabağ erməniləri öz pasportlarına sahibdilər və bu pasportlar Fransada yüksək keyfiyyətlə hazırlanıb. Həmçinin Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Ermənistan vətəndaşlığıda var. Bildirilir ki, Dağlıq Qarabağ erməniləri əsasən possovet məkanında "DQR" pasportlarından istifadə edə bilirlər. Ukraynaya gedən Dağlıq Qarabağ erməniləri də belə pasportdan istifadə edib.
Bununla yanaşı əldə etdiyimiz başqa maraqlı fakt isə budur ki, Dağlıq Qarabağ erməniləri İrana da məhz bu pasportlarla rahatca gedə bilirlər. Qeyd edilir ki, hətta bununla bağlı İran rəsmiləri ilə Ermənistan rəhbərliyinin razılaşması da olub.
Maraqlıdır, bəs heç bir dövlət tərəfindən rəsmi dövlət olaraq tanınmayan Dağlıq Qarabağ ermənilərinin bu pasportları hansı qaydalarla qəbul olunur?
Ekspertlər bildirirlər ki, məsələnin heç bir hüquqi əsası yoxdur. Sadəcə olaraq, bəzi hallarda müəyyən ölkələr qeyri-rəsmi razılaşma əsasında belə addımlar atırlar. Məsələn, Abxaziya vətəndaşları saxta Abxaz pasportları ilə Rusiyaya və bəzi MDB ölkələrinə gedə bilirlər. Düzdür, bunun hüquqi əsasları yoxdur. Amma ortada ümumi razılaşma var.
O ki, qaldı Ukraynaya, bildirilir ki, Ukrayna ilə Azərbaycan arasında sıx əməkdaşlıq var və görünür, bu hansısa məmurlar səviyyəsində həyata keçirilir. Belə halların qarşısını almaq üçün isə Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi şəkildə bu dövlətlərə bir daha müraciət etməli və baş verən inisidentlərin qarşısının alınmasına çalışmalıdır. Çünki sonra bu daha kütləvi hal ala bilər.
“Unikal” qəzeti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
• İran ÖZÜNƏ YIĞIŞMADI - Bakıdan qəzəb reaksiyası
Dünən, 12:21 |
|
|
|
• Bu amilin özü də Tramp üçün əhəmiyyətlidir... - ŞƏRH
Dünən, 12:05 |
|
|
|
• Paşinyandan Moskvaya qarşı NATO "oyun"u - İLGİNC...
Dünən, 12:00 |
|
|
|
• Xırdalan sakinləri təcili yardımın qəbuluna niyə düşə bilmir? - PROBLEM VAR...
Dünən, 11:32 |
|
|
|
• “Toplum TV” işi üzrə ilkin istintaq bitdi - Məhkəmə başlayır
Dünən, 11:29 |
|
|
|
• Putin Trampla görüşə razılıq verdi
Dünən, 11:27 |
|
|
|
• “Qərb maliyyəni kəsən kimi, Ermənistan yanımıza qayıdacaq” - Rusiyalı politoloq
Dünən, 11:26 |
|
|
|
• "Qara qutu"nun deşifrə olması... - AÇIQLAMA
Dünən, 11:20 |
|
|
|
• “Köçəryan və Sarqsyanı da Bakı məhkəməsinə çıxarmaq lazımdır” – ALEKSANYAN
Dünən, 11:15 |
|
|
|
• “Pilot Residence”-in rəhbərliyindən Prezidentə şikayət - "Sizdən artıq dərəcədə xahiş edirik..."
Dünən, 11:00 |
|
|
|
• Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir - TASS
Dünən, 10:51 |
|
|
|
• Əgər iqtisadi vəziyyət pisləşərsə, əhali günahı hökumətdə görəcək - GƏLİŞMƏ
Dünən, 10:36 |
|
|
|
• “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Dünən, 10:34 |
|
|
|
|