NİYƏ HİCAB MƏHBUSUNU VİCDAN MƏHBUSU SAYMIRLAR?
Tarix: 24-02-2012, 13:05 | Çap et
KİMLƏR VİCDAN MƏHBUSUDUR, KİMLƏR YOX?
“Amnesty İnternational” beynəlxalq insan hüquqları təşkilatı 2011-ci ilin 2 aprel aksiyasına görə məhkum olunanları vicdan məhbusu kimi tanıyıb, amma həmin ilin 6 may aksiyasına – orta məktəblərdə hicab qadağasına etiraz piketinə görə məhkum olunanlar bu statusdan kənarda qalıb.
Anar Qasımlı: “Hüquq müdafiə təşkilatları 6 may aksiyasının iştirakçılarını müdafiə etmədilər”
Həm 2 aprel, həm də 6 may aksiyasına görə həbs olunanların hüquqlarını müdafiə edən vəkil Anar Qasımlı “Media forum” saytına bildirib ki, nəinki beynəlxalq təşkilatların, hətta yerli hüquq mühafizə qurumlarının, eləcə də hüquq müdafiəçilərinin bu iki aksiyanın iştirakçılarına münasibəti fərqli olub: “Hadisələrə şərti yanaşsaq, Cinayət Məcəlləsinin 233-cü maddəsinin (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) əlamətləri həm 2 aprel, həm də 6 may aksiyasında vardı. Şərti qəbil edək ki, prokurorun dediyi və hakimiyyətin iddia etdiyi kimi, həm aprelin 2-də, həm də mayın 6-da cinayət baş verib, küçəyə çıxan adamlar cinayət törədiblər. Hər iki aksiya iştirakçıları haqda çıxarılan hökmdə bir nüans diqqət cəlb edir. 6 may aksiyasında iştiraka görə təqsirləndirilənlər 1 il 6 aylıq cəza alırlar, amma 2 aprel aksiyasının iştirakçıları 2 il 6 ay.
İlk baxışdan belə görünə bilər ki, hicab məhbuslarının işinə baxmış Nərimanov Rayon Məhkəməsi 2 aprel aksiyaçılarını məhkum etmiş Səbail və Nəsimi məhkəmələrindən daha ədalətlidir. Amma belə deyil, bunun arxasında tamamilə başqa məsələlər, dövlətin cəza siyasətinin vahid və yetkin olmaması dayanır. Hər iki məsələ üzrə eyni tip hadisəni təhlil etmək mümkündür, yəni aksiya – orada səslənən şüarlar fərqli olmasına baxmayaraq eyni məğz daşıyır. İstərdim bütün bunların necə baş verdiyinə dair ictimai müzakirələr keçirilsin”.
Anar Qasımlı vurğulayır ki, həm yerli, həm də beynəlxalq hüquq müdafiə təşkilatları 2 aprel aksiyaçılarından fərqli olaraq 6 may aksiyasının iştirakçılarını müdafiə etmədilər: “Hüquq müdafiəçiləri Leyla Yunus, Eldar Zeynalov və Eynulla Fətullayev məndən dindarlarla bağlı informasiya alıb. Qalan hüquq müdafiəçilərinin bu yöndə fəaliyyətlərindən xəbərsizəm. Burada bir sıra maraqlar dayanır və buna görə də hüquq müdafiəçilərini qınayıram. Onlar bu məsələlərə ikili standartlarla yanaşırlar. Bu, təbii ki, maliyyə ilə bağlıdır. Yəni hüquq müdafiəçiləri vicdan məhbuslarını müdafiə işlərini müəyyən qrantlar hesabına həyata keçirirlər. Hesab edirəm ki, İrana rəğbəti olan insanları Qərbin maliyyəsi ilə dəstəkləmək mümkün olmur. Amma hüquq müdafiəçiləri nəzərə almalıdırlar ki, bu insanların İranla bağlılığı sırf dini mahiyyət daşıyır. Əgər bu gün Türkiyə islam dövləti olsaydı, onları Türkiyə ilə əlaqələndirəcəkdilər”.
Vəkil dindar şəxslərin sərbəst toplaşmaq azadlığından istifadə cəhdlərini İrana bağlayıb onların müdafiəsindən çəkinməyi absurd hesab edir: “Beynəlxalq təşkilatlar məsələylə maraqlanırlar, amma biz onların bu informasiyalardan necə istifadə etdiklərindən xəbərsizik. Bu təşkilatlar daxili reaksiyaları da nəzərə alırlar. Əgər ölkədə 2 aprel məhbusları ilə bağlı geniş müdafiə kampaniyası başlamasaydı, onlar da bu məsələyə laqeyd yanaşardılar. Burada ögey münasibət birmənalı olaraq islam və İranla bağlıdır”.
Şahin Həsənli: “Maraqların ideyaları üstələməsi Qərb siyasətinin əsas xüsusiyyətlərindən biridir”
“Mənəvi Dünya” İctimai Birliyinin sədri Şahin Həsənli “Media forum” saytına açıqlamasında qeyd edib ki, hər iki aksiyada həbs olunanlar razılaşdırılmamış kütləvi aksiyada iştirak etdiklərinə görə azadlıqdan məhrum ediliblər: “2 aprel etirazçılarını bir çox beynəlxalq qurumlar və yerli hüquq müdafiə təşkilatları vicdan məhbusu hesab edir. Onların həbs olunaraq məsuliyyətə cəlb edilmələrini ölkə konstitusiyasının, beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirirlər. Lakin 6 may aksiyası zamanı həbs olunanlar, yəni hicab məhbusları kimi tanınan insanlar istər yerli, istərsə də beynəlxalq hüquq müadfiəçilərinin diqqətini cəlb etmir”.
Şahin Həsənli bunun qərəzli münasibət olduğuna şübhə etmədiyini deyib: “Əslində bu, təəccüblü də deyil. Maraqların ideyaları üstələməsi, ikili standartlar Qərb siyasətinin bu gün də əsas xüsusiyyətlərindən biridir. Özlərini hüquq müdafiəçisi adlandıranların əksəriyyəti qiymətləndirmələrində hadisələri soyuq savaş dönəmindən qalmış süzgəçdən keçirirlər. Vaxtilə yalnız kommunist ölkələrində liberalların hüquqlarının məhdudlaşdırıldığını görənlər indi də həmin üsula əl atırlar. 1975-ci ildə SSRİ-nin Helsinki razılaşmalarını imzalaması və daha sonra ABŞ-da Cimmi Karterin hakimiyyətə gəlməsi ilə hüquq müdadfiəsi adı altında SSRİ-yə qarşı ideoloji müharibə aparılırdı. SSRİ dağıldı, lakin Qərb dünyası özünə yeni düşmən – islam dünyasını tapdı. Kommunizmlə savaş islamla savaşa çevirildi. Təbii ki, bu yolda yeni bir şey icad olunmadı, arsenalda olan köhnə silahlar yenidən işə düşdü”.
Birlik sədri deyir ki, Qərbi bürüyən antikorporativ hərakatın fəalları həbs olunur, onların toplşamaq hüquqları pozulur, aksiyaları vəhşiliklə dağıdılır, lakin “Human Rights Watch” və başqa təşkilatlar bütün bunları görməzliyə vurur: “Çünki “Occupy” fəalları Qərbin fundamental dəyərlərinə qarşı çıxırlar. Deməli, dırnaqarası hüquq müdafiəçilərinin gözündə onlara qarşı haqsızlıqlar əsaslandırılmış görünür. İslamçılarla bağlı hüquq pozuntuları da bu qəbildən olan haqsızlıqlardandır. Bu gün istənilən ölkədə dindarların tələbləri Qərb ölkələrinin maraqlarına uyğun deyil deyə onların hüquqlarının pozulması da heç kəsi maraqlandırmır”.
Şahin Həsənli ikili standartın olmasında Qərb mətbuatının rol oynadığı qənaətindədir: “Qərb mətbuatı dindarların öz hüquqlarını tələb etməsini elə dəyərləndirir ki, güya Azərbaycanda dünyəvi dövlətçilik təməlləri təhlükə altındadır. Hərçənd hamı bilir ki, belə deyil. Qızlarının hicabla dərsə getməsini istəyən insanlar elə Qərbin təbliğ etdiyi fundamental azadlıqlarını tələb edirlər. Onların müdafiəsinin pis təşkil olunmasını tutarlı arqument hesab etmirəm. İstər 2 aprel, istərsə də 6 may etirazçılarının müdafiəsi eyni səviyyədədir, sadəcə, ikincilərdən faydalanmaq mümkün olmadığı üçün onların məsələsini qabartmırlar”.
Kimlər vicdan məhbusudur?
“Amnesty İnternational” vicdan məhbusu terminini 1960-cı illərin əvvəllərində dövriyyəyə buraxıb. Terminin yaradıcısı “Amnesty İnternational”in qurucusu, britaniyalı hüquq müdafiəçisi Piter Benensondur.
Vicdan məhbusu (prisoner of conscience) siyasi, dini və sair inanclarına, həmçinin etnik, cinsi, irqi, dil, milli, sosial mənsubiyyətinə, əmlak vəziyyətinə, qohumluq münasibətlərinə, seksual yönümünə və başqa özəl xüsusiyyətlərinə görə fiziki azadlığı həbslə və ya başqa metodlarla məhdudlaşdırılmış şəxsdir. Zorakılığa əl atmış, zoru və düşmənçiliyi təbliğ edən şəxs vicdan məhbusu sayıla bilməz.
İlk vicdan məhbusu 1962-ci ildə praqalı keşiş Yozef Beran elan olunub. O, kommunist rejiminə qarşı təbliğat apardığına görə 14 il (1949-1963) həbsdə yatıb.
“Amnesty İnternational” 2011-ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi mitinqə görə məhkum olunan Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilovu vicdan məhbusu kimi tanıyır.
“Media forum” saytının arayışı: 2011-ci il mayın 6-da Bakıda, Təhsil Nazirliyinin qarşısında keçirilmiş hicaba azadlıq aksiyasına görə 12 nəfər həbsdə yatır:
Zaur İsgəndərov - 3 il; Məmməd Əsgərov - 3 il; Araz İsmayılov - 2 il 6 ay; Nurani Məmmədov - 2 il; Rüfət Miriyev - 2 il; Mais Abdullayev - 1 il 6 ay; Rəşad Vəliquliyev - 1 il 6 ay; Tərlan İsmayılov - 1 il 6 ay; Taleh Ələkbərov - 1 il 6 ay; Çingiz Novruzov - 1 il 6 ay; Taleh Bağırov - 1 il 6 ay; Elşən Abbasov - 1 il.
Bu məhkumlar “Amnesty İnternational” təşkilatının onları vicdan məhbusu kimi tanımamasından narazıdırlar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Sosial şəbəkələrdə tanınmış şəxslərə qarşı kiberdələduzluq edənləri polis saxlayıb - VİDEO
Bu gün, 16:13 |
|
|
|
• Saxta həkimləri tanımaq üçün ən asan yol... - Səhiyyə Nazirliyi açıqladı
Bu gün, 16:11 |
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
|