“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” .....                     Texniki Universitetdə BAZAR QAYDALARI... .....                     Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. .....                     Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar .....                     Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində .....                     Paşinyan-kilsə savaşı yenidən qızışdı .....                     Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? .....                     Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? .....                     Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ .....                     Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? .....                     Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib .....                     “Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” .....                     SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... .....                     Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb .....                     Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb .....                     XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? .....                     Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? .....                     Metropolitenin "minnətli" qiymət artımı... .....                     Kreml İrəvan üçün "oksigen balonudur" .....                     Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir .....                     "Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" .....                     Suvarma Sistemləri İdarəsində “ailə“podratı .....                     "Bu şəxslər başa düşərlər ki..." .....                     Həsənağa Turabovun xanımı VƏFAT ETDİ .....                     Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının .....                     Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? .....                     Həbibullayevdən TİKİNTİ XAOSU .....                     Kremlin "qara günləri" indi başlayır .....                     Belarus, Lukaşenko və seçki imitasiyası... .....                     BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar .....                     Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... .....                     "Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" .....                     Ankara masanı böyüdür, Bakı susur... .....                     Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” .....                     Ərdoğan Azərbaycana gəlir: .....                     Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar .....                     "Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..." .....                     Bu gün Azərbaycanda seçkilərdir .....                     Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT .....                     Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir .....                 

AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR
Tarix: 27-02-2012, 17:00 | Çap et
AYNUR CAMALQIZIDAN İDDİALI AÇIQLAMALAR

“MARTIN 1-dən QƏZETİMİZ və SAYTIMIZ İŞIQ ÜZÜ GÖRƏCƏK”

Sabiq millət vəkili, jurnalist Aynur Camalqızı fevralın 27-də “Media forum” saytının suallarını cavablandırıb.

Aynur Camalqızı 1975-ci ildə Tərtərdə doğulub. Dövlət İdarəçiliyi Akademiyasını bitirib. “Azərbaycan Ordusu”, “Xalq qəzeti”, “Şans”, “Ulus”, “Millətin səsi”, “Yeni Yüzil”, “Yeni Müsavat” qəzetlərində çalışıb. 2005-2010-cu illlərdə Milli Məclisin üzvü olub.

- Eşitmişik yeni qəzet təsis etmisiniz. Qəzetin adı nədir, həftədə neçə dəfə çıxacaq?

- Yeni qəzet həftədə beş dəfə nəşr olunacaq. Adı “Gündəlik Teleqraf”dır. Bilirsiz ki, bu, Londonda nəşr olunan dünyaca məşhur media brendinin adıdır. Bir az iddialı, bəlkə də pafoslu səslənə bilər, amma biz “Deyli Teleqraf” kimi populyar, tanınmış bir qəzet çıxarmaq istəyirik.

Deyə bilərsiz ki, hazırkı situasiyada, mövcud şərtlər daxilində yeni çap mediası yaratmaq və onu oxunaqlı, populyar etmək çox çətindir. Biz nə qədər çətin bir işə başladığımızın fərqindəyik. Məsuliyyətimizi hiss edir, başa düşürük. Amma çalışacağıq ki, ənənələri pozaq.

Əvvəla, bu qəzetdə şər, böhtan, təhqir və söyüş olmayacaq. Bu, birmənalıdır. Biz MDB ölkələrinin deyil, Türkiyə mediasının ənənələrini özümüzə örnək götürmək istəyirik. Yəni Rusiya mətbuatındakı kimi düşmənçiliyi yox, opponentlərin bir-birinə qarşılıqlı hörmətini mətbuata gətirməyə çalışacağıq. Necə ki, Türkiyədə seçki prosesində bir-birini kəskin tənqid edən siyasi rəqiblər sonda bir-birlərinin əlini sıxa bilir, biri digərini qələbə münasibətilə təbrik edə bilir, Azərbaycanda da bu ənənə, nəhayət, oturuşmalıdır. Siyasi mədəniyyət siyasətə gətirilməlidir.

- Bəs niyə məhz “Gündəlik Teleqraf”? Qəzetə niyə bu adı verdiniz? Milli bir ad seçmək olmazdımı?

- Əvvəla, biz iki layihəylə başlayırıq: “Gündəlik Teleqraf” qəzeti və “Publika.az” saytı. Biri digərini təkrarlamayacaq. Bir-birindən tamamilə fərqli layihələrdir. Qəzetin adına gəlincə, Mətbuat Şurasının, Milli Məclisin, bütövlükdə Azərbaycan mediasının diqqətini bir vacib məsələyə yönəltmək istəyirəm. Xəbəriniz varmı ki, Azərbaycan dilində qəzet adı ola biləcək söz, ifadə qalmayıb. Bütün uyğun adlar Ədliyyə Nazirliyinin müvafiq qurumunda qeydiyyatdan keçirilib. Biz monitorinq apardıq, məlum oldu ki, elə adam var, özü də mediaya ümumiyyətlə, dəxli yoxdur, yəni jurnalist, qələm əhli deyil, amma onlarla qəzet adı qeydiyyatdan keçirib özü üçün saxlayır. Niyyəti, məqsədi nədir, bəlli deyil. Bəlkə əlli ildən sonra da onun qəzet nəşr etmək imkanı olmayacaq. Ancaq ən yaxşı qəzet adlarını öz inhisarında saxlayır.

Mən belə təsisçilərin bir neçəsi ilə hətta əlaqə yaratmağa çalışdım. Normal bir qəzet adını satın almaq üçün. Elə fantastik rəqəmlər söylədilər ki, sadəcə, yaxın durmaq mümkün deyil. Məncə, bu problemin həlli yolu düşünülüb tapılmalıdır. Qanunvericilik yolu ilə müəyyən vaxt nəzərdə tutulmalıdır ki, qeydiyyatdan keçirilmiş mətbu orqan, tutaq, bir il fəaliyyət göstərmirsə, onun qeydiyyatı ləğv olunsun. Əlbəttə, bu, bir təklifdir. Amma düşünürəm ki, vaxtında çıxış yolu tapılmasa, bir azdan vəziyyət daha da mürəkkəbləşəcək.

Digər tərəfdən, hesab edirəm ki, ad, mətbu orqan adı uğurun çox cüzi hissəsini təşkil edir. Tutaq, qəzetə “Brilyant” adını verin, əgər oxunaqlı olmasa, bu ad belə öz parıltısını itirəcək. Ən önəmlisi peşəkarlıqdır.

- Sizin qəzet hansı mövqedə olacaq? Hakimiyyətə yaxın, müxalifətə yaxın, yoxsa?..

- Siz niyə hesab edirsiz ki, biz mütləq hansısa qüvvəyə yaxın və ya hansısa tərəfdə olmalıyıq? Biz tərəfsiz, müstəqil və prestijli bir media yaratmağa iddialıyıq. Yəni müxalifətdən nə qədər uzaqdayıqsa, iqtidardan da məsafəcə o qədər uzaqda dayanacağıq. Vaxtilə “Şans”, “Yeni Yüzil” və “Avropa” qəzetləri bunun örnəyini ortaya qoyub. Həm müxalifət, həm də iqtidar nümayəndələrinin fikirlərinə eyni dərəcədə yer ayırmaqla, balansı qorumaqla. Təbii ki, buna çalışacağıq. Heç kəsin şərəf və ləyaqəti müzakirə mövzusu olmayacaq. Mən parlamentdə olduğum müddətdə bunun ciddi əziyyətini çəkmiş bir insan olaraq heç vaxt imkan verə bilmərəm ki, bəzi qəzetlərin ənənəsi bizdə təkrarlansın. Bu, yolverilməzdir.

- Bəs yüksək vəzifəli dövlət məmurlarının tənqidi necə? Təbii ki, söhbət qərəzli yox, peşəkar tənqiddən gedir...

- Konkretləşdirim: əgər dövlət başçısını nəzərdə tutursunuzsa, mən bu mövqedəyəm ki, prezident də bayraq kimi, himn kimi, gerb kimi bu ölkənin atributudur və atributa hörmət etmək hər bir vətəndaşın borcudur. Bu mənim prinsipial mövqeyimdir. Üstəlik, bilirsiz ki, mənim İlham Əliyevə rəğbətim var və bunu gizlətmirəm. Amma heç kim düşünməməlidir ki, İlham Əliyev tənqidi qəbul etmir. Buyurun, mətbuata baxın, görəcəksiniz ki, bu ölkədə tənqidə ən dözümlü, ən tolerant insan elə cənab prezidentin özüdür. Azərbaycanda İlham Əliyevdən çox sərt və əndazəsiz tənqid olunan ikinci bir şəxs yoxdur. Təəssüf ki, o tənqidlərin çox cüzi hissəsi peşəkar etika çərçivəsindədir. Biz bu çərçivəni həmişə gözləyəcəyik. Bəziləri kimi, “adının çəkilməsini istəməyən mənbə”lərə istinadla həqiqətdən tamamilə uzaq şeyləri tirajlaya, sonra da məhkəmə qapılarında dayana bilmərik. Tənqidin mütləq əsasları olmalıdır. Düşünürəm, bu, oxucu qarşısında məsuliyyətimizi və etimadımızı dərk etmək baxımından da önəmlidir.

- Maliyyə qaynaqları haqqında nə demək mümkündür?

- Hələ ki, şəxsi əlaqələr hesabına işə başlayırıq. Amma sürətlə oxucu toplamağa iddialıyıq. Yəqin ki, az müddətdən sonra qəzetin satışından və reklam bazarından da gəlirlərimiz olacaq. Əldə olunan gəliri də kollektivin ixtiyarına buraxacağıq ki, daha yaxşı işləməyə həvəsli olsunlar. Məncə, Azərbaycanda belə media orqanı bizə qədər olmayıb.

- Qəzetdə hansı tanınmış imzalar olacaq?

- Tanınmış imzaların əksəriyyəti. Azər Hüseynbala, Taleh Şahsuvarlı, Qurban Yaquboğlu, Rusvat Bayramov, Günel Mövlud, Zahir Əzəmət, Murad Köhnəqala, Seymur Baycan, Əli Əkbər, Elmir Mirzoyev, Aqşin Yenisey, Salam Sarvan və başqaları. Yeri gəlmişkən, bütün məşhur imza sahiblərini əməkdaşlığa dəvət edirik.

- İndi daha çox elektron mətbu orqanlar, xəbər portalları təsis olunur. Yazılı medianın bir qədər gerilədiyi dövrdə qəzet çıxarmaq riskli deyilmi?

- Azərbaycanda qəzet-jurnalların qənimi əslində internet mediası deyil. Bu sektorun özünün ciddi problemləri var. İstər maliyyə, istərsə də peşəkarlıq baxımından. İnternet mediası, təbii ki, operativlik baxımından qəzetləri qabaqlayır. Ancaq operativ xəbərçilik xaricində qəzetlər hələ ki, heç bir cəmiyət üçün əhəmiyyətini itirməyib. Qəzet oxumaq bir mədəniyyətdir. Normal adam günə, işə qəzet oxumaqla başlamalıdır. Odur ki, Azərbaycanda bu mədəniyyətin inkişafına xidmət göstərmək daha vacibdir.

- Siz də qəzetdə yazacaqsınız?

- Əlbəttə. Bilirsiz ki, mən parlamentdə olduğum müddətdə də jurnalistikadan uzaq olmadım. Yenə də yazmaqda davam edəcəm. Martın 1-dən qəzetimiz və saytımız işıq üzü görəcək. Azərbaycan oxucusunu qane edə biləcəyimizə çox inanıram.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“İslamda olan salavatın Peyğəmbərdən başqasına dəxli yoxdur” - İlahiyyatçı
Bu gün, 09:46
Texniki Universitetdə BAZAR QAYDALARI... - Əgər rektor özünü "bazarkom" bilirsə...
Bu gün, 09:43
Zaur `yeməyə` NİYƏ TƏLƏSDİ?.. - Az yatsa da... `ÇOX YUXU GÖRÜB`...
Bu gün, 09:37
Gürcüstanla quru sərhədi açılsa, ətin qiyməti ucuzlaşar - AKTUAL
Bu gün, 09:35
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində SƏS VERDİ
Bu gün, 09:29
Paşinyan-kilsə savaşı yenidən qızışdı - bu dəfə TAM FƏRQLİ...
Bu gün, 09:27
Rövşən Rzayevin rəhbərlik etdiyi şirkət hakim qarşısında: Keçmiş prezident nə istəyir? - TƏFƏRRÜAT
Bu gün, 09:25
Namiq Hümmətov-Ramin Abdullayev cütlüyü Qarabağda milyonları necə talayıb? - İLGİNC İDDİALAR
Bu gün, 09:20
Ermənistan kəşfiyyatının yalanları İFŞA EDİLDİ - DETALLAR
Bu gün, 09:12
Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”? - Görünəni odur ki...
Bu gün, 09:11
Şəhid Elfaq Nağıyevin xatirəsinə həsr edilmiş karate turniri keçirilib
Bu gün, 09:05
“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Bu gün, 08:55
SOCAR-da VAKANSİYA ŞOUSU... davam edir... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:54
Bakının Xəzər və Nizami rayonlarında səsvermə başlayıb - FOTO
Bu gün, 08:45
Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb - DİQQƏT
Bu gün, 08:05
XİN töhmət alan diplomatı niyə vəzifəyə təyin edib? - Rəsmi
Bu gün, 08:03
Dörd qurum hərəkətə keçdi: iki gün sonra kim qalib gələcək? - AKTUAL
Bu gün, 07:38
Metropolitenin "minnətli" qiymət artımı... - Sərnişindaşıma daha ucuz başa gəlsə də...
Bu gün, 07:16
Kreml İrəvan üçün "oksigen balonudur" - FAKT BUDUR!
Bu gün, 07:13
Tramp hökuməti artıq hər gün 1 milyard dollara qənaət edir
Bu gün, 06:47
"Əgər dalaq və ödü yoxdursa, uşağım necə sağlam ola bilər?" - GİLEY
Bu gün, 06:43
Suvarma Sistemləri İdarəsində “ailə“podratı - Rəis 4 ayda oğlunun vəzifəsini 3 dəfə dəyişib
Bu gün, 06:39
"Bu şəxslər başa düşərlər ki..." - REAKSİYA
Bu gün, 06:26
Həsənağa Turabovun xanımı VƏFAT ETDİ - 85 yaşında...
Bu gün, 06:21
Tramp uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatlarının maliyyələşdirilməsini qadağan edib
Bu gün, 06:19
Sudan istifadə edənlər birliyinin əməkdaşları “peçat” hədəsi ilə işdən çıxarıldı? - ARAŞDIRMA
Bu gün, 01:27
Həbibullayevdən TİKİNTİ XAOSU - Bakının "ANASI BELƏ AĞLAR QALIR"...
Bu gün, 01:23
Kremlin "qara günləri" indi başlayır - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 01:17
Belarus, Lukaşenko və seçki imitasiyası... - UNİAN
Bu gün, 01:15
BAŞLANDI: “Təmiz Qaz”da kütləvi ixtisarlar - “İşçilərin məhkəməyə müraciət etmək hüququ var”
Bu gün, 00:45
Ölkənin baş gömrükçüsünün ABSURD İZAHATI... - Necə olur ki, texniki nasazlıq üç ay davam edir?”
Bu gün, 00:36
"Rusiya tərəfi vaxtında Azərbaycandan üzr istəməli idi" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:32
Ankara masanı böyüdür, Bakı susur... - NƏ BAŞ VERİR?
Bu gün, 00:28
Moskvada Bakı sancısı: “Həm təyyarəmi vur, insanımı öldür, həm də...” - NƏ ETMƏLİ?
Bu gün, 00:25
Ərdoğan Azərbaycana gəlir: - Xocalıda Türkiyə konsulluğu açıla bilərmi?
Bu gün, 00:16
Zaur Hüseynovun mədəni "dilənçiliyi", ifşa olunan yalanlar - İLGİNC
Bu gün, 00:14
"Bir türk və Qafqaz kişisi yalnız rəqs edərkən ya da bayraq qarşısında diz çökər..."
Bu gün, 00:12
Bu gün Azərbaycanda seçkilərdir - DİQQƏT
Bu gün, 00:06
Dövlət Ehtiyatları Agentliyində XƏYANƏT - AXI NECƏ?..
Bu gün, 00:03
Qida şirkəti “Delta Qrup C.O” ölkədən pul çıxarmaqda ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 19:00
“Siyasi repressiya” anonsu: - “Vəzifəli şəxs tutulanda əl çalırıq, amma…”
Dünən, 18:17
Quql Meksika körfəzinin adını dəyişdi
Dünən, 18:14
Makronu narahat edən əsas məsələ Avropada millətçi kəsimin önə çıxmasıdır -ŞƏRH
Dünən, 18:13
Nəqliyyat məsələlərinə həsr olunan müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Dünən, 18:09
Əfqan Süleymanov bu rayona icra başçısı təyin edilir - İDDİA
Dünən, 18:06
Ali Attestasiya Komissiyasına sədr müavini təyin edilib - SƏRƏNCAM
Dünən, 17:55
Ramiz Rövşəndən ikinci ev iddialarına - Cavab
Dünən, 17:54
İki nazirliyin vəzifəli şəxslərinin adından sənədlər hazırladı, pul aldı - İLGİNC DƏLƏDUZLUQ İŞİ
Dünən, 17:49
AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı saxta məlumat yayıldı - FOTO
Dünən, 17:39
AYNA-dan qanunsuz ADDIM - “Bakıxanov Rezidens”in sakinlərinə avtomobil saxlamaq üçün yer qalmayıb
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru