AZƏRBAYCAN ZİYALILAR FORUMU BƏYANAT VERDİ
Tarix: 1-03-2012, 14:20 | Çap et
ƏHMƏD CAVADIN YUBİLEYİ İLƏ ƏLAQƏDAR
May ayının 5-də milli istiqlal şairi Əhməd Cavadın anadan olmasının 120 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti görkəmli şairin yubileyinin layiqincə qeyd edilməsi barədə sərəncam imzalamışdır. Bu, təxminən son iyirmi il ərzində, həyatı, taleyi və ədəbi dühası XX əsrdə Azərbaycan torpağında yaranmış üç respublikanın taleyi ilə ayrılmaz olan şair və vətəndaşa siyasi hakimiyyətin münasibətini əks etdirən yüksək dövlət səviyyəli yeganə sənəddir. Xatırlatmaq gərəkdir ki, şairin 100 illiyinin qeyd olunması haqqında hələ 1990-cı ildə – müstəqilliyin əldə edilməsi ərəfəsində hökumət qərarı qəbul edilmişdi.
Amansız 37-ci ildə güllələnmiş Əhməd Cavad ötən əsrin 50-ci illərinin ortalarında “yox”dan var olaraq, “isinmə”nin müjdəçisi kimi yeni nəsildə milli dirçəliş ruhunun oyanmasına səbəb oldu. Durğunluğun uzun illər boyu “unutdurduğu” şair, bütün ömrü boyu xidmətində durduğu, ən yaxşı əsərlərində vəsf etdiyi, qazanılması üçün xalqını son nəfəsədək mübarizəyə səslədiyi ideyaların öz Vətənində bayraqdarı olmaq üçün 90-cı illərdə yenidən xatırlandı.
Yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin. XX əsrin əvvəlində - Azərbaycanın oyanışı ərəfəsində yaranmış Əhməd Cavadın bir şeiri, tarixin möhtəşəm hadisəsinin tamamlanması anında – əsrin sonlarında, xalqın Azadlıq, Ədalət, Bərabərlik və Qardaşlıq kimi əbədi dəyərlərə sədaqətinin əlaməti kimi Respublikanın elan edilməsi zamanı vətəndaş manifesti olaraq, yenidən səsləndi. Tək elə bu zirvə əsəri ilə şair müasir Azərbaycan ədəbiyyatında, öz ölkəsinin tarixində müstəsna yer tuta bildi.
Tarix özünün sərt döngələrində şair-inqilabçı, şair-siyasətçi və şair-şəhid Əhməd Cavadın poeziyasının mərhələlərinə və onun şəxsiyyətinə yeni, fərqli bir işıq salır. O, ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında, özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq bir şair-təbliğatçı nümunəsi kimi qalmaqdadır. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olmuş və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşamaqdadır.
Onu turançılığın banisi hesab edənlərlə də razılaşmamaq olmur. Əhməd Cavadın ölməz “Çırpınırdın, Qara dəniz” şeiri, bir növ, Türk Ana Yurdunun, Türk Dünyasının vəhdəti və əbədilik himni oldu. Onun simasında iki ədəbiyyatın- Türkiyə və Azərbaycan ədəbiyyatının şairini görmək mümkündür. Təsadüfi deyil ki, Türkiyənin tanınmış müasir tədqiqatçıları Əhməd Cavadın yaradıcılığı, ədəbi axtarışları və ideya-siyasi mirasında türk ulusunun və Azərbaycan xalqının ölməz ruhunun vəhdətini görürlər.
Şübhəsiz ki, Əhməd Cavadın Türkiyə və Azərbaycan xalqları, onların dövlətlərinin vəhdəti haqqında ideyaları bu gün - qlobal fəlakətlərin yeni təhlükələri və təhdidləri ilə sınağa çəkildikləri dövrdə də aktual olaraq qalır. Hazırda şairin bu siyasi uzaqgörənliyi iki müttəfiq türk dövlətinin - Azərbaycan və Türkiyənin səmərəli münasibətlər qurması naminə xələflərinə axtarışda olmaq və çıxış yolları aramaq üçün vəsiyyət kimi qəbul edilir. Şairin şəhidliyi gələcək nəsillərə bunu xatırladır ki, ayrı ayrılıqda götürülmüş hər bir vətəndaşın azadlığı təmin edilmədən güclü dövlət anlayışı mümkün deyil. Düşmən qüvvələrin məkrlərinə, dünyanı cənginə almış müharibələrə baxmayaraq, dağılmaqda olan imperiyanın xarabalıqlarında Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar tərəfindən bizə miras qoyulmuş torpaqların, dövlətin varisləri olmaq əsl xoşbəxtlikdir və vətəndaş azadlıqlarının müdafiəsi onların gorunması qədər müqəddəsdir.
Yubiley - yubileylər haqqında danışmaq üçün yaxşı bir fürsətdir. Xatırladaq ki, elə bu il Əhməd Cavadın ölümünün 75-ci ildönümüdür. Hər bir əlamətdar gün xalqın tarixi yaddaşına hopmuş əməldir, gəncliyin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsində örnəkdir. Əhməd Cavad elə bir şair, elə bir tarixi şəxsiyyətdir ki, həyatı və yaradıcılığı bu mənada xüsusi əhəmiyyət daşıyır. Bu gün, Azərbaycan xalqının milli varlığının və gələcəyinin həll edildiyi zaman milli ideologiyanın tükənməz mənbəyi kimi Əhməd Cavada, onun mirasına doğru uzanan xalq cığırlarını açmaq zəruridir. Çünki Əhməd Cavadın sözləri milli oyanışa, öz milli “mən”liyinin əldə edilməsinə, tarixdə layiqli yer tutmağa, gələcək mövcudluğun təmin edilməsinə çağırış kimi səslənir. “Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam. Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!”- deyən şair bu ölümqabağı misralarını Vətəninin acı və kədərli gerçəkliyini duyaraq sanki bu gün yazmışdır.
Onun həyatı kəskin süjetli serial, taleyi insanı vəcdə gətirən roman, poeziyası Vətənə sədaqət və sevgi mənbəyidir. Lakin Əhməd Cavad haqqında nə film çəkilib, nə də layiqli kitab yazılmışdır. İnqilabçı-şair və milli ruhun tərənnümçisi kimi də məktəb dərsliklərində, uşaq və gənclər ədəbiyyatında yer almamışdır. Yəqin ki, o, ölkəsinin orta məktəb dərsliklərində layiqli yerini tutmayan yeganə himn müəllifidir. Əhməd Cavadın çoxşaxəli ictimai-siyasi fəaliyyəti, onun milli inqilabi siyasi təfəkkürün formalaşmasındakı rolu da tədqiq olunmamış qalır. Əhməd Cavadın 120 illiyi ərəfəsində bu görkəmli soydaşımızın xatirəsi yüksək dövlət ehtiramını özündə əks etdirməlidir: Bakı Dağüstü parkta Əhməd Cavadın abidəsinin inşa edilməsi, Dövlət universitetlərinin birində Əhməd Cavad adına təqaüd təsis edilməsi, onun Şekspir, Lafonten, Puşkin, Rustaveli, Rable və dünya ədəbiyyatının digər klassiklərindən etdiyi parlaq tərcümələrdən ibarət kitabın nəşri, onun həyat və yaradıcılığını ətraflı tədqiq edilməsi, onun haqqında bədii əsərlərin yazılması, televiziya filminin çəkilməsi, şairin inqilabi-vətənpərvər şeirlərinə marş və mahnıların bəstələnməsi üçün dövlət sifarişi verilməsi məqsədəuyğun olardı.
Əhməd Cavad daim aramızda, başqa bir şairin sözüylə desək, “canlı kimi canlılarla ünsiyyətdə” olmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Böyük ehtimalla parlament Aİ-yə üzvlük prosesinin başlanmasına dair qanun layihəsini qəbul edəcək - Paşinyan
Bu gün, 16:08 |
|
|
|
• YAP-ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi - FOTO
Bu gün, 16:06 |
|
|
|
• Kreml Trampın hədəsinə cavab verib
Bu gün, 16:03 |
|
|
|
• Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi - İran mediası
Bu gün, 16:01 |
|
|
|
• Zəngəzur dəhlizinin açılması ilə bağlı vacib nüans – Uzaq mərkəzlər tərəfindən…
Bu gün, 16:00 |
|
|
|
• Hikmət Mirzəyevə yeni müavin təyin olunub - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• İmişli olayı: güdükdə duranlar kimdir? - AXI NİYƏ?..
Bu gün, 15:38 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanının müavini Pakistanın nümayəndə heyəti ilə görüşüb
Bu gün, 15:33 |
|
|
|
• “Vaşinqtonu maraqlarımızla hesablaşmağa vadar etməliyik” - Başqa yolu yoxdur...
Bu gün, 15:32 |
|
|
|
• Azərbaycanda heç bir sahədə qadınlar kişilərdən yüksək maaş almır - RƏSMİ
Bu gün, 15:28 |
|
|
|
• “Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyıb” - Armen Qriqoryan
Bu gün, 15:27 |
|
|
|
• Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı - ƏMR
Bu gün, 15:22 |
|
|
|
• Salyanda meyxanaçı iki bacını evinə çağırdı, sonra onlardan biri ilə... - TƏFƏRRÜAT
Bu gün, 15:20 |
|
|
|
• Samir Şərifova yeni vəzifə həvalə edilib - QƏRAR
Bu gün, 15:18 |
|
|
|
• Qəbələdə zibilliyə çevrilən yol kənarı: - bələdiyyə və AAYDA məsuliyyəti bölə bilmir
Bu gün, 14:42 |
|
|
|
• İran Azərbaycana "sevgisində" səmimi olmalıdır - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• “Arash Medical Company” ölkədən külli miqdarda pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: - Azərbaycanda film kimi OLAY
Bu gün, 13:07 |
|
|
|
• Seyran Ohanyana 2008-ci il 1 mart iğtişaşları ilə bağlı yeni ittiham irəli sürülüb - KİV
Bu gün, 13:05 |
|
|
|
• Aİ-nin öz ordusuna ehtiyacı yoxdur, biz NATO-nu təkrarlamamalıyıq - Kallas
Bu gün, 13:03 |
|
|
|
• DGK-nın idarə rəislərinin də külli miqdarda borcu var - DETALLAR
Bu gün, 12:55 |
|
|
|
• "Balalarımız təcrübə dovşanı deyil..." - ETİRAZ
Bu gün, 12:52 |
|
|
|
• ABŞ Ermənistanda İrana qarşı kəşfiyyat məlumatları toplayır - Arsen Xaratyan
Bu gün, 12:49 |
|
|
|
• “Rektor əvəzi müəllimləri və tələbələri aldadıb…” - NƏ BAŞ VERİR?
Bu gün, 12:44 |
|
|
|
• "Qadın kimi xoşbəxt deyiləm, heç vaxt da xoşbəxt olmamışam"
Bu gün, 12:38 |
|
|
|
• "Qarabağ"da ən bahalı futbolçu kimdir? - SİYAHI
Bu gün, 12:37 |
|
|
|
• Qaradağın rəisi Suraxanıya təyinat aldı - ƏMR
Bu gün, 12:36 |
|
|
|
• Qazaxın 3 kəndi təhvil verilir: Artıq tərəflər bəyanat imzalayıblar - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir... - Görünəni odur ki...
Bu gün, 12:31 |
|
|
|
• “Ferrum Kapital”ın departamentinin rəhbəri vəzifəsindən azad edilib
Bu gün, 12:28 |
|
|
|
• Məhkəmə Əsabil Qasımova məxsus olduğu bildirilən şirkəti niyə cərimələyib? - TƏFƏRRÜAT
Bu gün, 12:26 |
|
|
|
• Tramp məzənnə fırtınası yaradarsa, manatı hansı aqibət gözləyir? - “Onun belə bir planı var”
Bu gün, 12:18 |
|
|
|
• "Qazprom" rəhbərinin bahalı saat kolleksiyası necə talan edildi? - ŞOK TƏFƏRRÜATLAR
Bu gün, 12:15 |
|
|
|
• Biz o terrorçunun edamını istəyirik - TƏLƏB!
Bu gün, 12:05 |
|
|
|
• Alimi ehtiyac içində olan AMEA-da növbəti PULSİLMƏ... - aKOMEDİK ÇAX-ÇUX...
Bu gün, 12:01 |
|
|
|
• Zelenski Trampla görüşə razı deyil - "Bloomberg"
Bu gün, 11:40 |
|
|
|
• İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir? – Kursu dəyişdirən səbəb
Bu gün, 11:38 |
|
|
|
• 36 kiloqram narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 11:35 |
|
|
|
• Tanınmış aktyorun gənc oğlu dünyasını dəyişdi
Bu gün, 11:32 |
|
|
|
• Azərbaycanda 61 mln. manat kapitalla BOKT yaradıldı, rəhbəri təyin edildi
Bu gün, 11:30 |
|
|
|
• Şəmsi Səmədzadə azadlığa buraxılıb - İŞ OLAN YERDƏ PROBLEMLƏR DƏ OLUR
Bu gün, 11:27 |
|
|
|
• Bank “BTB” ASC-də Satışlar departamentinə RƏHBƏR TƏYİN OLUB - BUNDAN SONRA...
Bu gün, 11:24 |
|
|
|
• Xırdalan məktəbi `AD ÇIXARIBMIŞ`... - TOTAL NARAZILIQ...
Bu gün, 11:17 |
|
|
|
• Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01 |
|
|
|
• Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54 |
|
|
|
• Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52 |
|
|
|
• Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46 |
|
|
|
• Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36 |
|
|
|
• Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32 |
|
|
|
• Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30 |
|
|
|
|