![Türkiyədə PKK-çılardan rus raketi çıxdı Türkiyədə PKK-çılardan rus raketi çıxdı](/uploads/posts/2017-05/thumbs/1494478400_0001.jpg)
Türkiyədə, Şirnakdan cənub şərqdə, Bestler-Dərələr rayonunda aparılan antiterror əməliyyatı zamanı PKK sığınacağından Rusiya istehsalı olan daşınan zenit-raket kompleksi SA-16 aşkarlanıb.
Axar.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb. Raketin sığınacaq kimi istifadə edilən mağaranın 500 metr dərinliyində aşkarlandığı bildirilib.
Əməliyyatlar davam edir.
Qeyd edək ki, SA-16 raketi helikopter və digər hava hədəflərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.