![Putin APEC sammitində iştirak etmək üçün Vyetnama gəlib Putin APEC sammitində iştirak etmək üçün Vyetnama gəlib](/uploads/posts/2017-11/thumbs/1510288207_0001.jpg)
Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığının sammitində iştirak etmək üçün Vyetnama gəlib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sammit çərçivəsində Putin işgüzar şurasının üzvləri ilə görüşəcək.
Rusiya dövlətinin başçısı həmçinin, bir sıra ikitərəfli görüşlər keçirəcək, o cümlədən ABŞ prezidenti Donald Trampla. Lakin, Ağ Evdən verilən məlumata görə, Rusiya və Birləşmiş Ştatların liderləri arasında danışıqlar barədə yekun razılaşma yoxdur.