Dövlət şirkəti “AzerGold” QSC-yə yeni şöbə müdiri təyin edilib.
Banker.az-ın məlumatına görə, İntiqam Əhmədov “AzerGold” QSC-nin Daşınmaz əmlakın idarə edilməsi şöbəsinin müdiri təyin edilib.
İntiqam Əhmədov 2021-ci ildən indiyə kimi “AzerGold”da aparıcı mütəxəssis, baş mütəxəssis, sektor müdiri kimi vəzifələrdə çalışıb.
O, 2015-2020-ci illərdə Bakı Dövlət Universitetində Yerquruluşu, torpaq və şəhər kadastrı ixtisası üzrə bakalavr təhsili alıb, hazırda Bakı Mühəndislik Universitetində Biznesin idarə edilməsi və menecmenti üzrə magistr təhsili alır.