![Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar Rusiyanı günahlandıraraq, demokratlar seçkilərdə məğlubiyyətlərinə haqq qazandırırlar](/uploads/posts/2017-11/thumbs/1511757150_0001.jpg)
Rusiyanın ehtimal olunan seçkilərə müdaxiləsini, ABŞ-ın Demokratik partiyası 2016-cı ilin seçkilərində məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurublar.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
Yazıda deyilir: "Mənim hakimiyyətə gəldiyim gündən bütün eşitdiyiniz - demokratların seçkilərdə məğlubiyyətlərinə haqq qazandırmaq üçün uydurduqları bəraətdir: Rusiya, Rusiya, Rusiya. Buna baxmayaraq, mən ölkə iqtisadiyyatında canlanmanı təmin etmişəm və 10 ay ərzində keçmiş prezidentlərdən daha çox iş görmüşəm. Amerikanı yenə ulu edək".